Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə111/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   107   108   109   110   111   112   113   114   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Trikotajın quruluşunun öyrənilməsi. Trikotajın quruluşunun əsas göstəricilərinə ilmənin quruluşu, ilmədə sapın uzunluğu, ilmənin xətti modulu, sıxlığı, ilmə addımının böyüklüyü və ilmə cərgəsinin hündürlüyü, hörülmənin növü, qalınlığı, üz və astar tərəfinin fakturası, həmçinin sapların xətti sıxlığı (qalınlığı) və konstruksiyası daxildir.

Sapların xətti sıxlığının konstruksiyasının təyini. Sapların xətti sıxlığını və konstruksiyasını təyin etmək üçün parçanın tədqiqində istifadə edilən metodlar tətbiq edilir. Polotno nümunəsindən ilmə sökülərək sapların kəsiyini ayırırlar. Sonra sapların ziqzaqa oxşar formasını düzəldərək xətkeş vasitəsilə uzunluğunu ölçürlər, bu zaman saplar güc tətbiq etmədən dartılır. Sapların kəsikləri analitik tərəzidə çəkilir və onların xətti sıxlığını (T) tekslə aşağıdakı düsturla hesablanır.
T = m / l

Burada; m – kəsiyin kütləsi, q;



l - kəsiyin yekun uzunluğu, km.

Əgər polotno müxtəlif növ saplardan hörülübsə, onda onları ayrılıqda tədqiq etmək lazımdır.

Ilmənin quruluşunun öyrənilməsi. Trikotajın strukturunun ilk elementi ilmədir, onun quruluşundan və uzunluğundan trikotajın xarici görünüşü və bir sıra xassələri asılıdır. Trikotajın quruluşu plakat, lupa və nümunələrə əsasən öyrənilir. Quruluş etibarı ilə ilmələr açıq və qapalı, yaxud çevrilmiş olur. Bir qayda olaraq trikotajda eninə ilmələr açıq olur, uzununa hörülən trikotajda açıq ilmələrdən başqa qapalı ilmələrədə rast gəlinir. Açıq ilmənin şəkli çəkilir. Ilmənin tərkib hissələrinin adları yazılır. Ilmə və ilmə əyrisi, ilmə çubuqları, ilmə ilgəkləri və ilmə əyriləri ilə tanış olunur. Eninə hörülən trikotajın ilmələrinin dartılmasından fərqli olaraq uzununa hörülən trikotajın ilmələrinin dartılması nəticəsində demək olar ki, görünüşü düz kəsik halında olmasına diqqət yetirilir. Eninə hörülən trikotajda ilmələr qonşu ilmə cərgələrini yaxud bir-birindən bir neçə ilmələr cərgəsi məsafəsində yerləşən ilmələri birləşdirir. Açıq və qapalı ilmələrin şəkili çəkilir, ilmənin forma xüsusiyyəti – normal, dartılmış, enli və s. qeyd edilir.

Ilmənin elementlərinin quruluşu, forması və qarşılıqlı olaraq yerləşməsi nişanələri üzrə trikotajda hörmənin növünü təyin etmək olar.

Nümunələrlə tanışlıq zamanı trikotaj hörməsinin xarakteri, üz və astar ilmə sütunları (polotnonun uzunluğu) və ilmə sıraları (polotnonun eni üzrə) öyrənilir.

Eninə və uzununa hörülmüş trikotajın toxunmasının quruluşunu öyrənərkən onların xarakterik xüsusiyyətləri qeyd olunur. Trikotaj nümunələrinə üz və astar tərəfdən dartılmadan və dartılmış halda eninə istiqamətdə lupa ilə baxılır.

Hörülməni öyrənərkən polotnonun qalınlığı, onların sıxlığı, bütün istiqamətlərdə dartılması, ilmə buraxılması yoxlanılır. Öyrənilmiş hər bir hörülmənin göstərilən xassələri dəftərə yazılır. Lal alboma və nümunələrə əsasən hörülmənin sinifi, qrupu, hər bir hörülmənin növü təyin olunur və onların hansı nişanələrə görə aparılması qeyd olunur.



Ilmədə sapın uzunluğunun təyini. Trikotajın xarakteristikası üçün ilmənin uzunluğu böyük əhəmiyyətə malikdir, ki, bundan onun kütləsi, sıxlığı, möhkəmliyi və dartılması asılı olur. Ilmədə sapın uzunluğu trikotaj nümunəsinin bir ilmə cərgəsinin sökülməsi hesabına təyin edilir. Bu zaman polotno nümunəsindən sap çıxarılır, onun ziqzaqa bənzər formasını minimal gərginlik altında düzləndirərək xətkeş vasitəsilə uzunluğu ölçülür.

Sapın bir ucu sol əlin şəhadət barmağı vasitəsilə xətkeşin başlanğıcına sıxır, sağ əlin şəhadət barmağı ilə xətkeşin uzunluğu boyu düzləndirilir. Ölçmə 1,0 mm-ə qədər dəqiqliklə aparılır. Ilmədə sapın uzunluğu (l) aşağıdakı düsturla hesablanır.
l = L / п ;

burada; L - sap kəsiyinin uzunluğu, mm-lə;



п - sap kəsiyindəki ilmələrin sayı.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin