2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
3. Trikotaj toxunmaların növünün təyini
Hörülmə prosesində əmələ gələn ilmələrin müəyyən qayda ilə yerləşdirilməsinə və birləşdirilməsi üsuluna toxunma deyilir. Trikotaj polotnosunda müxtəlif toxunmaların alınması mümkündür. Bu toxunmalar nəinki polotnonun xarici görünüşünü dəyişir, onda faktura və bir çox deformasiya – davamlılıq, estetik və gigiyenik xassələr yaradır.
Trikotaj toxunma iki sinfə - kulir (eninə) və uzununa hörülmüş trikotajlara bölünür. Hər iki sinfin toxunmaları – baş törəmə və naxışlı kimi qruplara ayrılır. Hər iki sinfin trikotajları trikotaj – hörücü maşınlarda olan iynədanlardan asılı olaraq birqat və ikiqat olur.
Kulir sinfinin toxunmaları ilə ardıcıllıqla tanış olmalı: baş-birüzlü, lastik, iki astarlı; törəmə - birüzlü törəmə, interlok; naxışlı – örtüklü, preslənmiş (fanq, yarımfanq), jakkard (çoxrəngli), forma saxlaması (reps, piko, bukle və s.), futter, plyuş; uzununa hörülmüş sinif: baş-birqat və ikiqat zəncir, triko və atlas; törəmə mahud şarme, interlok, triko,mahud-atlas və şarme, interlok atlas; naxışlı – örtüklü (triko-triko, triko-mahud, triko–şarme, triko-atlas), forma saxlaması(zəncir-mahud, zəncir-şarme,zəncir-arğac, zəncir-triko və s.), filey, cakkard, plyuş.
Toxunmanın öyrənilməsinə kulir sinfindən başlanır. Əvvəl trikotaj nümunələrinə ümumi baxış keçirilir. Onlar elə yerləşdirilməlidir ki, üfüqi sütunlar müşahidəçi tərəfdən başlasın.
Nümunələrə baxarkən, onların xarici görünüşünə, lif tərkibinə, qalınlığına, dartılmasına, upruqluğuna, ilmə qaçmasına və başqa nişanələrinə diqqət yetirilir. Bu sinif toxunma ilə əldə edilən trikotaj üçün xarakterik ümumi nişanələr qeyd edilir: düz ilmə, forma saxlaması, yaxşı uzanması, xüsusilə eninə uzanma zamanı yüksək upruq olması polotnonun eninə asan sökülməsi vacibdir. Birqat (birfakturlu) və ikiqat (ikifakturlu) toxunmada üz və astartərəfin faktura, qalınlıq və kütlə üzrə fərqlənməsinə diqqət yetirilir. Birqat trikotajda üz tərəfinə ilmənin qolları, astarına isə qövsləri çıxır, buna görə də trikotajın üz və astar tərəfləri xarici gürünüşü nəzərə çarpacaq dərəcədə fərqlənir, birqat trikotaj ikiqat trikotajdan nazik və yüngül olur. İkiqat trikotaj hər iki tərəfində olan qolların və qövslərin müxtəlif cür birləşdirilməsi ilə xarakterizə olunur, onun üz və astarı xarici görünüşünə görə əsasən eynidir. Eyni sapdan hörülmüş ikiqat trikotaj birqat trikotajdan qalın və ağırdır.
Nümunələrə ümumi baxışdan sonra konkret növ toxunmanın öyrənilməsinə başlanır. Hər növ toxunmanın öyrənilməsinə sxemlərə baxmaqla başlamalı və toxunmanın qrafikini çəkməli. Trikotaj nümunələrə vizual və lupanın köməyi ilə baxılır.
Nümunələri öyrənərkən, üz və astar tərəfinin faktura xüsusiyyətinə və xüsusilə hamar səthdə oxşarlığına yaxud fərqlənməsinə, ilmə sütunlarının qabarıqlığına, onların birləşmə sıxlığına, ajurlu və relyef (qabarıq) naxışların miqdarına, ilmə və daranmış xovuna, ilmələrin formasına, polotnonun qalınlığına diqqət verilir. Eyni zamanda nümunələrə baxılarkən, onların bütün istiqamətlərdə uzanması dərəcəsi, eninə uzanması zamanı elastik və qalıq deformasiyasının olması, ilmə qaçması və s. yoxlanılır.
Konkret kulir (eninə) toxunmaların quruluşu və xassələri öyrənilərkən onların fərqləndirici nişanələri qeyd edilir. Onların xarici görünüşünü və xassələrini nəzərə almaqla təyinatını yadda saxlamaq lazımdır. Belə ki, interlok trikotaj xarici görünüşünə görə nazik (dəyişək) lastiki xatırladır, lakin onun fakturası çox hamardır. Belə ki, interlokun ilmə sütunları lastikə nisbətən bir-birinə çox sıx yapışırlar və buna görə də bütöv döşəmə (zastil) alınır. İnterlok toxunmanı lastikdən fərqləndirmək üçün nümunəyə üfüqi halda baxılır: lastikdə ilmə şahmat qaydasında, interlok toxunmada-bir-birinin ardınca sıx düzülmüşdür. Bundan başqa, iynəni ilmənin mərkəzinə batırmaq olar; iynə interlok toxunmada qarşı tərəfdə ilmənin mərkəzinə lastikdə isə ilmələrin arasına düşür.
İnterlok trikotaj qəşəng xarici görünüşü, sürtünməyə yüksək dərəcədə davamlılığı, yaxşı uzanması və elastikliyi ilə xarakterizə olunr. O yüksək keyfiyyətli pambıq dəyişəyin, o cümlədən idman və üst məmulatın hazırlanmasında tətbiq edilir.
Fanq toxunmanın hər iki tərəfi xarici görünüşcə eynidir: bütün ilmələr presli, dağınıq, bir qədər də uzadılmış olur. Fanqın xarici qalın lastiki xatırladır. Lakin ilmə sütununun üz tərəfi qabarıq halda çıxır. Eninə uzanma zamanı ilmələrin gövdəsi arasında yerləşən dağınıq eninə qısa sap kəsiyi aydın görünür, onlar lastikdə yoxdur.
Fanqdan fərqli olaraq yarımfanqın üst tərəfi birüzlünün daha enli və girdə ilmələrindən ibarətdir, astar tərəfi isə fanqda olduğu kimidir.
Fanq və yarımfanq böyük kütləyə və məsaməliliyə, yüksək istisaxlama xassəsinə malikdir və idman, reytuz, papaq, şarflar və s. daxil olmaqla qış təyinatlı üst məmulatlarının hazırlanmasına tətbiq edilir.
Pikl ikiqat lastik tipli toxunmanın forma saxlanmasının fərqləndirici nişanəsi – üz tərəfində vafli effektinin (tor) mövcud olmasıdır ki, bu da ilmə sütunlarının azca ziqzaqa oxşar quruluşu nəticəsində əmələ gəlir. Piklin astar tərəfi lastik – 1+1 olduğu kimidir. Forma saxlayan toxunma üst məmulatlarının, o cümlədən kostyumların, şalvarın, paltonun hazırlanmasında tətbiq olunur.
Uzununa hörülən toxunmaların öyrənilməsi qaydası da kulirdə olduğu kimi nümunələrə ümumi baxışdan sonra əsas növ toxunmaları daha ətraflı öyrənilməli.
Öyrənmə prosesində uzununa hörülən toxunmaların kulirdən fərqləndirici nişanələri qeyd olunur.
Bundan başqa, uzununa hörülən toxunma polotnolar lif tərkibinə görə ən çox kimyəvi saplardan və pambıq ipliyindən hazırlanır.
Uzununa hörülən toxunmaları öyrənərkən birtipli toxunmaların arasındakı fərqi aydınlaşdırmaq lazımdır: bir fakturlubir daraqlı (məsələn, triko); ikifonturlu bir daraqlı (lastik və interlok triko) və birfonturlu iki daraqlı (triko-triko); triko, mahud, şarme və atlas hörmələrini təyin etməyi öyrənməli.
Uzununa hörülmənin toxunmaların konkret növlərini öyrənərkən onların xarici görünüşünün xüsusiyyətinə, quruluşuna və xassələrinə diqqət yetirilir.
Bu cür birdaraqlı ikifonturlu toxunmanın interlok triko (raşel-maşın) hörülməni polotnonun astar tərəfində ilmənin əyilməsi, xüsusilə nəzərə çarpır, üz və astar tərəfinin ilmələri bir-birinin əksinə düzülmüşdür. Bu polotno üz tərəfdən xarici görünüşcə lastikə oxşayır, interlok triko polotnosu nisbətən qalın, yumşaq olur, bütün istiqamətlərə yaxşı uzanır. Lakin lastikdən fərqli olaraq elastikliyi azaldır və polotno eninə sökülmür.
Birfonturlu atlas toxunması eni istiqamətində müxtəlif endə olan kölgəli zolaqlarla(cərgələrin miqdarından asılı olaraq), alabəzək hörülmüş atlas , bundan başqa, şaquli istiqamətdə yerləşən ziqzaq şəkilli rəngli zolaqlarla xarakterizə olunur. Atlas triko, mahud və şarmeni alabəzək hörülmüş polotnoda asan fərqləndirmək olar : triko atlasda bir rəngli ilmələr ardıcıl yerləşir, belə ki,onlar hər iynədə əmələ gəlir, mahudda ilmənin üstündən , şarmedə isə iki ilmənin üzərindən keçməklə əmələ gəlir.
Atlas birfonturlu raşel-vertelka polotnosu raşel-maşın polotnosundan nazik və möhkəmdir, yaxşı uzanır və çox qalıq uzanmaya malik olur.
Ikidaraqlı birfakturlu toxunmaları öyrənərkən vertelka maşınlarda kimyəvi saplardan hazırlanmış və onların daha geniş yayılmış növlərinin fərqləndirici nişanələrini aydınlaşdırmaq lazımdır.
Triko- triko toxunmasının üz tərəfində düz ilmə sütunları, astar tərəfində isə dartılıb nazikləşdirilmiş qısa triko görünür, buna görə də polotnonun astar tərəfi nahamar olur. O yüngül üst trikotaja işlədilir.
Triko-mahud toxunmasında da polotnonun üz tərəfinə düz ilmə sütunları, astarın hər cərgədə yolka şəkilli tam döşəmə əmələ gətirərək dartılıb nazikləşdirilmiş mahud çıxır. Bunun nəticəsində polotnonun astarı hamar, sürüşkən və parlaq olur. Belə toxunmalı polotno yumşaq, əl ilə yoxladıqda xoş təsirli olur. O yuyulan zaman yüksək möhkəmliyə malikdir. Belə toxunmalı polotno dəyişək, həmçinin yüngül üst məmulatlarının( astarı üz tərəfinə) hazırlanmasında tətbiq edilir.
Triko-şarme toxunmasının üz tərəfi triko-mahudda olduğu kimidir, astarına isə dartılıb nazikləşdirilmiş uzun şarme çıxır. Polotnonun istisaxlama xassəsini artırmaq üçün o daranır. Bu polotno qalın, yumşaq, yuyulmağa davamlı olur, yüksək istisaxlama xassəsinə malikdir və o yüksək keyfiyyətli, isti dəyişək və başqa məmulatlarının hazırlanmasına tətbiq edilir.
Zəncir-mahud toxunmasının üz tərəfində ilmələrin əyilməsi nəticəsində əmələ gələn yüngül ziqzaqşəkilli ilmə sütunları görünür. Astar tərəfində isə lupa vasitəsilə dartılıb nazikləşdirilmiş zəncir və mahudun düyünləri görünür. Bu düyünlər polotnonun astarında faktura əmələ gətirir- triko-trikoya nisbətən daha çox nahamar olur. Nümunənin astar tərəfini daxilinə yerləşdikdə və sürtdükdə xışıltı eşidilir. Zənciri-mahud toxunması ilə hörülən polotnonun codluğu əl ilə yoxladıqda bilinir, forma saxlayandır, ilmə sütunları eninə və uzununa az uzanır.
Zəncir-şarme toxunmalı polotno struktura və xassələrinə görə zəncir-mahuda oxşayır. Lakin sıx və coddur. Zəncir bazalı polotno yüngül üst trikotajın hazırlanmasında tətbiq edilir.