Baki – 2020 Mövzu Yumurta


Trikotaj hörülmələrinin (trikotaj toxunmalarının) təsnifatı



Yüklə 0,9 Mb.
səhifə106/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   102   103   104   105   106   107   108   109   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

2. Trikotaj hörülmələrinin (trikotaj toxunmalarının) təsnifatı
Biçilən və tikilən məmulat üçün tətbiq olunan trikotaj polotno, habelə bütünlüklə maşında hörülən məmulat müxtəlif xarakterdə ilmə birləşmələrinə malik ola bilər. Trikotaj ilmələrinin birləşmə xarakterinə trikotaj toxuşu, yaxud trikotaj növü deyilir. Trikotaj növləri çox müxtəlifdir. Bunlar müxtəlif əlamətlər üzrə qruplaşdırılır. Burada trikotajın istehsal üsulu, quruluşu, istehsal edilən trikotaj maşınının növü və s. əlamətlər nəzərə alınır.

İlmə sıralarının yaradılması (istehsalına) xarakterinə görə bütün trikotaj eninə hörülən (kulir) və uzununa hörülən adlanır.

Trikotajın maşın növünə görə bölünməsinin böyük əhəmiyyəti vardır, çünki qüvvədə olan preyskurant üzrə məmulatın artikulu, eləcə də qiyməti həmin məmulatın, yaxud ona sərf edilmiş polotnonun hansı maşında hörüldüyündən çox asılıdır.

Aşağıda müxtəlif maşınlarda hörülmüş trikotaj növləri xarakterizə edilir.

Malyez və MT maşınlarında hörülən trikotaj. Yuxarıda göstərildiyi kimi , bu maşınlar təkrar hörən maşınlardır, ona görə də bu maşınlarda birtərəfli trikotaj hörülür və bunun üzünə və astarına müxtəlif ilmə naxışları salınır. Ilmələrin uzun hissəsi ( çubuqlar) trikotajın üzünə, ilmələrin qövsləri isə astarına çıxır.

Malyez maşınlarında hörülən trikotaja quruluşundan asılı olaraq hamar, örtüklü (platir), tiftikli və pres naxışlı trikotaj deyilir.

Hamar trikotaj malyez maşınlarında hörülən trikotajın ən sadə növüdür. Hamar trikotaj eninə və uzununa tərəf çox elastik olur və asan sökülür.

Örtüklü ( platir) trikotajın xarakterik cəhəti odur ki, onun hörüldüyü zaman bir iynəyə, eyni zamanda, müxtəlif liflərdən ibarət, yaxud müxtəlif rəngli iki sap keçirilir və saplardan biri trikotajın üzünə, digəri isə astarına çıxır. Saplar həmişə bir qaydada keçirildikdə trikotaj hamar (naxışsız) olur. Ayrı-ayrı sahələrdə sapların iynələrdə yerləşdirilməsi dəyişilən hallarda isə naxışlı trikotaj əmələ gəlir.

Örtüklü trikotaj birtərəfli hamar trikotajdan bir qədər çətin sökülür.

Örtüklü trikotaj növləri hamıdan çox yarımipək məmulat üçün tətbiq edilir.

Tiftikli trikotaj digər trikotaj növlərindən öz tiftiyi ilə fərqlənir və bu tiftik isə polotno istehsal edilən zaman iynəyə keçirilən əlavə yoğun sap hesabına əmələ gətirilir.

Pres- naxışlı trikotajda adi formalı və adi ölçülərdəki ilmələrlə bərabər polotnonun üzərində müəyyən qaydada yerləşmiş uzun ilmələr olur. Bu ilmələrin əmələ gətirilməsi üçün ayrı-ayrı iynələrdə əvvəlki ilmələrin yeni ilmələrin üzərinə atılması hər hərəkətdə yox, iki-üç hərəkətdən bir aparılır.

Fanq maşınlarında hörülən trikotaj malyez maşınlarında hörülən trikotajdan özünün ikitərəfli olması ilə fərqlənir. Bu trikotajın üz və astar tərəfindəki ilmə naxışı, adətən, bir cür, yəni bir-birinin ardınca gələn ilmə çubuqları ilə ilmə qövsləri sütunlarından ibarət olur.

Fanq maşınlarında hörülən trikotaj növlərindən ən çox rast gələn lastik, fanq və yarımfanq adlananlardır.

Lastik. Lastik ikiüzlü trikotajdan ibarət olur. Lastik trikotajın xarakterik cəhəti odur ki, onun həm üz , həm də astar tərəfində ilmə naxışı növbə ilə yerini dəyişən və adətən bir-birinə yaxın duran ilmə sıralarından ( ilmə çubuqlarından) və qövslərindən ibarət olur. Lastik trikotajının üzündəki ilmə çubuqları sırasına qarşı astarda qövs sıraları və əksinə, üzündəki qövs sıralarına qarşı astar tərəfdə ilmə çubuqları yerləşir.

Lastik trikotajı xüsusən eninə tərəf çox uzanır və bu trikotaj xeyli elastikdir. Eyni zamanda lastik trikotajı tez sökülür, lakin bu xüsusda birtərəfli hamar trikotajdan davamlı olur.

Yüksək nömrəli iplikdən olan lastik trikotajı nazik lastik maşınlarında da hörülə bilər. Lastik trikotajından uşaqlara məxsus uzunboğaz corablar , qısaboğaz corabların ayrı-ayrı hissələri və digər məmulat detalları da hörülür.

Fanq . Zahiri görünüşünə görə fanq trikotajı lastikə bənzəyir. Bunun da lastik kimi üzərində və astarında növbə ilə yerini dəyişən ilmə çubuq sıraları və ilmə qövsü sıraları vardır. Lakin bunun üzündəki ilmə çubuq sıralarına qarşı astarında ilmə qövsü sıraları durur. Bununla bərabər , fanq trikotajının xarakterik cəhəti odur ki, ilmə çubuq sıralarının arasında həmişə ilmə qövsü sıraları yerləşir və ona görə də ilmə çubuq sıraları bir- birilə görüşmür.

Fanq trikotajı öz quruluşunun xüsusiyyətinə görə lastikə nisbətən , lakin uzunasına tərəfinin uzanması eninə tərəfinə uzanmasından çox olur.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin