Trikotajın 1m² kütləsinin təyini. 1m² polotnonun kütləsi onun təyinatından
asılıdır. Hər növ trikotaj polotnosu üçün DÜİST-də 1m² kütləsi və kənarlaşma müəyyən edilir. 1m² trikotaj polotnosunun kütləsi qramlarla düstur üzrə hesablanır və çəkilməklə yoxlanılır.
1m² birfonturlu kulir polotnosunun kütləsini hesablamaq üçün düstur:
Mkv = 4 ∙ 10-4 ÷ Tl ∙ Пü ∙ Пş ,
Burada, l – ilmədə sapın uzunluğu, mm-lə;
Пü və Пş - üfüqi və şaquli istiqamət üzrə sıxlığı,
T – sapın qalınlığı, tekslə.
1m² ikifonturlu kulir trikotajının kütləsi aşağıdakı düsturla hesablanır:
Mkv = 8 ∙ 10-4 ÷ Tl ∙ Пü ∙ Пş ,
Tərəzidə çəkilmiş polotnonun 1m² kütləsini təyin etmək üçün polotno hamar stol üzərində dartmadan düzləndirilir və onun üzərinə ölçüsü 50x100 mm olan
şablon yerləşdirilir və karandaş vasitəsilə çəkilir. Sonra nümunəni elə kəsirlər ki, nişan edilmiş yerlər polotnonun üzərində qalsın. Kəsilmiş nümunəni, 0,01 qrama qədər dəqiqliklə çəkilir və 1m² kütlə aşağıdakı düsturla hesablanır.
Mkv = 200 ∙ m, Burada, m – nümunənin kütləsi, qramla.
Hesablama və tərəzidə çəkmək yolu ilə polotnonun kütləsi tutuşdurularkən tədqiq olunan nümunəyə nəmlik təsir etdiyinidə nəzərə almaq lazımdır.
Dostları ilə paylaş: |