Baki – 2020 Mövzu Yumurta


Parçaların keyfiyyətinin ekspertizası



Yüklə 0,9 Mb.
səhifə87/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

3.2.2. Parçaların keyfiyyətinin ekspertizası

Parçaların keyfiyyətinin təyini xarici görünüşündəki nöqsanlarına görə və fiziki - mexaniki göstəricilərinə görə müqavilənin texniki şərtlərinin tələblərinə və hazırki metodikaya uyğun olaraq aparılır. O hallarda ki, müqavilənin əsasında DÖST-in tələbləri qoyulmuşdur, bu zaman yoxlama həmin standartların tələblərinə uyğun olaraq aparılır və ekspertiza aktında onlara istinad edilmir. Xarici görünüşündəki nöqsanlara görə parçanın keyfiyyəti onun üz tərəfinə çıxdaş stolunun normal işıqlandırmada baxmaqla, parçanın meylliyi 25-30°S olan səthdə dartmaqla təyin edilir. Parçada zolaqların, sınıq, qırıqların olmasını yoxlamaq üçün onu normal işıqlandırılmış yerdə sərbəst açırlar. Mübahisəli hallarda parçaya gün işıqda baxılır.

Tikiş müəssisələrinə verilmiş parçaların keyfiyyətini parça biçilməzdən əvvəl yoxlayırlar. Satış üçün nəzərdə tutulmuş parça isə satışa buraxmazdan əvvəl yoxlayırlar. Parçanın kənar hissələrində olan qüsurlar nəzərə alınmır.

Əgər parça bağlanmış müqavilənin şərtlərinə uyğun deyilsə və ya keyfiyyəti aşağıdırsa, ekspert qüsuru daha qabarıq xarakterizə edən nümunə götürməlidir. Parçanın xarici görünüşündə yerli nöqsanlar varsa, ekspert parçanın bütün eni boyu 30-50 sm-dən az olmayan nümunə götürməli, əgər yayılmış nöqsanlar olarsa, parçanın bütün eni boyu 1 metrlik nümunə götürülməlidir.

Kobud yerli nöqsan varsa, ekspert şərti kəsik etməli və keyfiyyət itkisi faizini müəyyənləşdirməlidir. Malın keyfiyyətsizliyi aşkar edilirsə, bu ekspertiza aktında qeyd edilir: «Istehsalat qüsuru olduğu üçün mal müqavilənin texniki şərtlərinə uyğun deyil».


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin