Baki – 2020 Mövzu Yumurta


Soyudulmuş balıqların keyfiyyətinin ekspertizası



Yüklə 0,9 Mb.
səhifə15/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

6. Soyudulmuş balıqların keyfiyyətinin ekspertizası
Soyudulmuş balıqlar adından göründüyü kimi soyudulur. Lakin bu proses dondurulmaya çatmır və onurğa üzərində ətin qalınlığından asılı olaraq 1-dən +5°C temperatura malik olur. Soyutma zamanı balığın keyfiyyəti müəyyən qədər saxlanılır. Buna baxmayaraq çürümə bakterialarının fəaliyyəti dayanmır, sadecə azalır. Soyudulmuş balığın saxlanma müddəti 10-12 günlə məhdudlaşır. Müasir dövrdə balığın soyudulmasının bir neçə qaydası tətbiq edilir: Buzla, dəniz suyu ilə, soyudulmuş duzlu su ilə. Qismən geniş yayılmış üsul isə təbii və süni xırdalanmış buzların vasitəsilə soyudulmuş balılqarın qorunmasının effektivliyini artırmaq üçün buzların xüsusi növlərindən istifadə edilir. Antibiotiklər və ya antiseptiklərin əlavə olunmuş pullu və qarlı buzlar və s. Buzu havanın şəraitindən yükdaşınmanın məsafəsindən asılı olaraq götürürlər. Balığın çəkisini müəyyənləşdirir tarada qablaşdırırlar. Onu buzla əhatə edirlər. 1-dən 5°C-qədər qaranlıq hava şəraitində balığın çəkisinin 50%-in 5°C-dən yuxarı 60%, 10°C-dən yuxarı 75%, 15°C-dən yuxarı 100% qədər buz lazımdır. Ölçüsündən asılı olmayaraq hər balığın hər bir tərəfinə buz səpilməlidir. Balıq soyudulmaq üçün ölməmiş halda, qəlsəmələrsiz, kəsilmiş qəlsəmələrlə, bəzən içi təmizlənmiş və ya qarnı kəsilməklə içalatı təmizlənmiş halda, başsız və başıkəsilməmiş formada aparılır. Soyudulmuş balıqları sortlara bölmürlər. Yaxşı keyfiyyətli balıq təbii rəngə malik olmalı, dəri örtüyü təmiz və zədəsiz olmalıdır. Bədəni şəffaf, yapışqan seliklə örütlməməlidir. Ətin konsistensiyası bərk və ya cüzi yumşaq olmalıdır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin