Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə199/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   195   196   197   198   199   200   201   202   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

B = ( P1 – P ) / P
Burada, P1 – nümunənin su ilə doydurulduqdan sonrakı çəkisi, q-la;

P – nümunəni su ilə doydurulmadan əvvəlki çəkisi, q-la.

Çini məmulatın məsaməliliyi əməli cəhətdən 0,02-0,12%-ə bərabərdir (TŞ-yə görə buna 0,2%-dək yol verilir) kaşı qabların nümunəsi üzrə məsaməlilik isə 9-12% təşkil edir.

Məsaməliliyi sürətləndirilmiş üsulla təyin etmək üçün qurudulmuş və çəkisi müəyyən edilmiş iki nümunə əvvəlcədən bir daha 30 dəq. müddətində 250ºS temperaturda termostatda qızdırılır və bir saat müddətində soyuq distillə suyu içinə salınır. Soyuma nəticəsində məsamələrdə tamamlanan hava sıxlığı baş verir ki, bu da onların su ilə dolmasına səbəb olur. Su ilə doldurulmuş nümunəni çəkirlər və onun su çəkmə üzrə məsaməliliyini yuxarıda göstərilən qaydada hesablayırlar.

Məmulatın termiki davamlılığının qiymətləndirilməsi. Çini və kaşı məmulatlarının termiki davamlılığını artan yaxud daimi termiki fasilə üsulu ilə təyin edirlər.

Artan fasilələr üsulu daha çox tətbiq edilir və aşağıdakı qaydada aparılır. Boşqab, nəlbəki və s. bu kimi məmulatları – 3-5 ədəd miqdarında (hər biri ayrı-ayrı) 100ºS-dək qızdırılmış elektrik quruducu şkafına düzürlər və temperaturu 110ºS-yə qaldırırlar. Məmulatları bu şəraitdə 10 dəq. müddətində saxlayırlar, sonra rezin ucluqlu maşa ilə onları şkafdan çıxarırlar və azacıq göy rəngə boyanmış 16ºS istiliyi olan suyun içərisinə salırlar. Əgər 10 dəq. müddətində soyuduqdan sonra məmulatın üzərində pozuntu izi, çatlar əmələ gəlməyibsə, məmulatı silib, yenə də 10 dəq. müddətinə, lakin temperaturu 120ºS-yə çatdırılmış şkafa qoyurlar. Sonra məmulat əvvəlki qaydada soyudulur, dağılma izi müşahidə edilmədikdə məmulatı yenidən 130ºS-yə qədər qızdırırlar və bunu pozuntu əmələ gələnədək davam etdirirlər.

Məmulatı soyutmaq üçün su o qədər götürülməlidir ki, sınaq zamanı o, 2ºS-dən artıq qızmamalıdır.

Soyutma zamanı çat əmələ gələrsə, göy ya da başqa tünd rəngə boyanmış su şirənin çatına keçərək məmulatın ağ saxsısının üzərində aydın görünür.

Soyudulma zamanı pozuntu izi əmələ gələn məmulatın son qızdırılma temperaturu nə qədər yüksək olarsa, həmin məmulatın keyfiyyəti daha yaxşıdır. Məmulatın keyfiyyət səviyyəsi haqqında nəticəni TŞ-yə uyğun etmək lazımdır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin