3.1. Çini və kaşı məmulatlarının fərqləndirilməsi.
Çini və kaşı məmulatlarından bir neçə nümunə götürürlər. Bunlardan hansının çini, yaxud kaşı olduğunu müəyyən etmək üçün onları fərqləndirən xarakterik əlamətləri öyrənirlər ki, bunlara da rəngi, yüngül zərbə zamanı səsi, işıq keçirməsi, şirələmə və naxışlama xüsusiyyətləri aiddir.
Belə ki, kaşı sarımtıl çalarlı olduğu halda, çini məmulatını saxsısının ağ rəngi adətən zəif mavi çalarlı olur. Çini məmulatının kənarına karandaşla zəif zərbə endirdikdə aydın, təmiz, adətən uzun davam edən səs, kaşı məmulatı isə kar, tez sönən səs çıxarır (bu sınaq zamanı məmulatı üç barmaqla tutmaq lazımdır).
Çininin minimum məsaməli olması hesabına saxsısı eyni ölçüdə və qalınlıqda olan çini məmulatının çəkisi kaşıya nisbətən bir qədər ağır olacaqdır. Kaşı məmulatına işıqda baxdıqda yaxın və güclü işıq mənbəyində hətta çox nazik qatı belə tamamilə işıq keçirmir. Çini isə 3 mm-ə qədər nazik qatı belə həmişə işıq keçirir. 3 mm qalınlığa malik olan çini məmulatının işıq keçirməsini nəzərdən keçirdikdə işıq mənbəyini gücləndirmək lazımdır.
Çini məmulatının dayaq yerləri həmişə şirələnməmiş qalır. Yastı məmulatların boşqab, nəlbəki, bulud kimi məmulatların “ayaq” hissəsi, yəni məmulatın dayandığı aşağı kənarı şirələnməmiş qalır, lakin digər tutumlu əşyaların çoxunda – nazikdivarlı fincanların yuxarı kənarı şirələnməmiş olur. Bu cür tutumlu məmulatların şirələnmiş kənar haşiyəsini köbə ilə örtürlər. Kaşı məmulatlarının əksəriyyətinin dayaq hissələri şirələnmiş olur. Kaşı qablarının arxa yerinə diqqətlə baxdıqda bişmə zamanı arakəsmə məqsədilə qoyulan üçlüklərin (çıxıntıların) yastı məmulatların yanalrında isə daraqvari çıxıntı və tirlərin izlərini aşkar edirlər.
Dostları ilə paylaş: |