Baki – 2020 Mövzu Yumurta


Ağacın mexaniki xassələri



Yüklə 0,9 Mb.
səhifə222/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   218   219   220   221   222   223   224   225   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

3. Ağacın mexaniki xassələri
Ağacın mexaniki xassələri onun möhkəmliyindən, yəni xarici qüvvələrin (yüklərin) təsirinə qarşı müqavimətindən və bərkliyindən, yəni kənar cisimlərin (kəsik, mismar) onun daxilinə girməsinə göstərdiyi müqavimətdən ibarətdir.

Mexaniki möhkəmlik etibarı ilə ağac çox müxtəlifdir. Ağacın möhkəmliyi bir sıra amillərdən, o cümlədən ağacın vəziyyətindən (ağır, yüngül), ona təsir edən qüvvələrin istiqamətindən (liflərin eni və uzunu boyunca, liflərə toxunan xətt boyunca, radial yaxud tangental istiqamətdə) üzərinə düşən yüklərin növündən (dartılma, sıxılma, əyilmə, burulma, yayılma, sınma) və habelə tətbiq edilən qüvvələrin xarakterindən (statik və dinamik yüklər) asılıdır. Xarici (yüklərin) qüvvələrin təsiri nəticəsində ağac formasını itirir və sonra sınır.

Sağlam, nöqsansız, ağır və quru ağacın möhkəmliyi həmişə yüksək olur. Ağacın mexaniki möhkəmliyi müəyyən ölçüdə götürülmüş çoxlu miqdarda nümunələrin xüsusi maşınlarda laboratoriya tədqiqi ilə təyin edilir. Ağacın möhkəmlik göstəriciləri, ağırlıq statik olduqda, kq/sm² ilə, dinamik (zərbə şəklində) kqm/sm² ilə ifadə olunur.

Liflərin uzununa istiqamətdə dartılmada, sıxılmada, əyilmədə və kəsilmədə ağacın möhkəmliyi çox, doğramada və liflərin eninə tərəf dartılmada, burulmada və xüsusən sındırmada isə azdır.

Xarrat məmulatında və digər ağac məmulatı konstruksiyalarında ağac elə götürülməlidir ki, əsas etibarı ilə liflərin uzunluğu boyu əyilməyə, kəsilməyə və sıxılmağa qarşı müqavimət göstərməli olsun, az hallarda isə liflərin uzununa, yarılmağa, liflərin eninə sıxılmağa və xüsusən liflərin eninə yarılmağa qarşı müqavimət göstərsin .

Ağac kəsici alətləri ilə emal edildikdə, habelə zərbələrə, təkanlara və sürtülməyə məruz qaldıqda onun bərkliyinin böyük əhəmiyyəti vardır. Ağacın baş və yan tərəflərinin bərkliyi bir-birindən fərqlidir. İynəyarpaqlı ağacların baş tərəflərin bərkliyi yan tərəflərin bərkliyindən 50%, enliyarpaqlı ağaclarda isə 15% artıq olur. Ağacın bərkliyi Yank üsulu ilə təyin edilir; bu üsul puansonun yarımsferik ucunun radius dərinliyində ağaca batırılmasından ibarətdir.

Bərkliyinə görə müxtəlif ağac cinsləri üç qrupa (yumşaq, bərk, çox bərk) bölünür.

Yumşaq ağac cinslərinə (baş tərəflərinin bərkliyi 400 kq/sm²-dən az olan) şam, küknar, sidr, ağşam, qovaq, cökə, söyüd, qızılağac və s., bərk ağac cinslərinə (baş tərəflərinin bərkliyi 401-800 kq/sm²olan) qaraşam, tozağacı, fısdıq, qarağac, palıd, ağcaqayın və s., çox bərk ağac cinslərinə isə (baş tərəflərinin bərkliyi 800 kq/sm²-dən artıq olan) ağ akasiya, şimşad, püstə, vələs, armud və s. daxil olur.

Ağacın bərkliyi, bir qayda olaraq həcm çəkisinə mütənasibdir. Nəmliyin artması və nöqsanın olması ağacın bərkliyini azaldır. Ağacın sürtülməyə qarşı möhkəmliyi və mıx yaxud şurup saxlamaq qabiliyyəti onun bərkliyinin dəyişilməsinə müvafiq artıb- əksilir. Yumşaq ağacın səthi emal edilən zaman əlif yağı və zamaska vasitəsi ilə bərkidilir.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin