2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
Qurd yemiş yerlər. Ağaca həşərat toxunduqda zədəli yerlər əmələ gəlir. Həşərat zədələri üzdən(5 mm-ə qədər) dərinlikdə, dərin və ovuntulu olur. Dərin zədələrə yalnız aşağı çeşidli taxta-şalbanda yol verilir.
Ağacın içində qeyri-normal çöküntülər. Ağacın bəzi sahələrində qatran yaxud su həddən artıq toplaşır. Qatran toplaşan yerlərdə cürbəcür qatran nöqsanları su toplaşan yerlərdə isə su qatı əmələ gəlir. Qatran ağacın bəzək əməliyyatını çətinləşdirir, su qatı isə ağacı yumşaldır və həmin ağac quruyanda nazik çatdaqlar törənir.