Baki – 2020 Mövzu Yumurta


Ağacın quruluşu və xassələrinin məmulatın texniki və dekorativ keyfiyyətinə təsiri



Yüklə 0,9 Mb.
səhifə223/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   219   220   221   222   223   224   225   226   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

4. Ağacın quruluşu və xassələrinin məmulatın texniki və dekorativ keyfiyyətinə təsiri

Müxtəlif cins ağacların quruluşu, fiziki və mexaniki xassələri nəinki məmulatın texniki və dekorativ keyfiyyətinə təsir edir, hətta çox zaman bu və ya digər cinsli ağacdan məmulat hazırlanmasının nə dərəcədə məqsədə uyğun olduğunu da göstərir. Bu səbəbdən ağac mallarının hazırlanmasına dair standartlarda və texniki şərtlərdə hansı cins ağaclardan harada istifadə olunması mütləq göstərilir. Məsələn, şam və küknar ağaclarının həcm çəkisi kiçikdir. Bu ağaclar çürüməyə az davamlı olmaqla mexaniki emaldan asanlıqla keçir və ən yaxşı inşaat materialı sayılır. Palıd və qaraşam ağacları yüksək dərəcədə mexaniki möhkəmliyə və çürüməyə qarşı yüksək dayanıqlığa malik olduğu üçün, əsas etibarı ilə ağır istismar şəraitində tətbiq edilən məmulat və qurğular üçün sərf olunur. Fısdıq ağacı xeyli plastik olub, lakin dəyişkən nəmlilikdə çürüdüyünə görə əymə mebel istehsalı üçün əsas materialdır. Parket üçün bərk olub sürtülməyə qarşı müqavimət göstərən ağaclar yararlı sayılır ki, bunlardan da palıdı, ağcaqayını, qarağacı və sairəni göstərmək olar. Çoxqatlı faner üçün kifayət qədər bərk və quruluşu bir bərabərlikdə olan tozağacından istifadə olunur.

Mebel istehsalı üçün olan ağacın keyfiyyətini təyin etmək üçün dekorativ xassələrinin böyük əhəmiyyəti olduğundan mebelin üzünə dekorativ ağaclar, o cümlədən göyrüş, qoz , Kareliya, tozağacı, qarağac, qovaq və digər ağac cinsləri, habelə ağacdan olan şiş, fır və digər törəmələr geniş tətbiq edilir. Cökə ağacı yumşaq, yüngül və əyilməyə qarşı az-çox müqavimətli olmaqla, müxtəlif kəsmə detallar və çertyoj taxtaları üçün istifadə olunur. Küknar ağacı nazik lifli quruluşda olmaqla, kağız istehsalı və süni ipək (viskoz) üçün xammal təşkil edir. Istehsalda bəzən (məsələn, çay tütün məmulatı, habelə tez qoxu çəkən digər mallar üçün tara hazırlayanda) ağacın qoxusu da nəzərə alınır.

Mexaniki cəhətdən ən möhkəm sayılan sağlam (yəni çürüntüsüz, qurud yeməm iş, budaqları az və nəmliyi ən çox 18 % olan) ağaclardır. Çürüntü, qurd yeyən yerlər və budaqlar zahirdən baxmaqla, nəmlik isə nəmlik ölçən elektrik cihazı ilə, bu cihaz olmadıqda isə ağacı vuranda səs verməsi ilə müəyyənləşdirilə bilər (quru sağlam ağac cingiltili səs, çürük və yaş ağac isə boğuq səs verir).

Ağac məmulatının əmtəə keyfiyyətinin daha dəqiq müəyyənləşdirilməsi üçün onun quruluş və xassələrinə dair ümumi məlumatdan başqa, habelə ağacın müxtəlif cinslərini tanımaq, onun xarakterik xassələrini bilmək, nöqsanlarını aşkara çıxarmağı bacarmaq, həmin nöqsanlara müxtəlif məmulatlarda nə dərəcədə yol verilməsini bilmək, habelə həmin məmulatın müasir istehsalı və ağacın dağılmaqdan mühafizə üsulları haqqında aydın təsəvvürə malik olmaq lazımdır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin