Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə226/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   222   223   224   225   226   227   228   229   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Buruqlar və düyünlər. Bu nöqsanlar ağacın quruluş nöqsanları qrupuna aiddir. Buruq lifli ağacda liflər yay şəkildə, düyünlü ağacda isə dalğavarı yerləşir. Taxtada, tirdə və detallarda rast gələn buruqlifli yerlər həmişə xüsusən yaran zaman, ağacın möhkəmliyini kəskin aşağı salır və əyilməsinə səbəb olur. Bu səbəbdən buruq lifliyə yalnız çox məhdud miqdarda yol verilir.

Düyünliflərin dalğavari, yaxud dolaşıq yerləşməsindən ibarət olaraq adətən, iri ağacların kökünə yaxın hissələrində, habelə fır deyilən nöqsanların olduğu yerlərdə əmələ gəlir.

Gövdə formasının nöqsanları. Ən qiymətli taxta-şalban materialları düzgövdəli, en kəsiyi dairə şəklinə yaxın olan və hər 1m yuxarı getdikcə ən çoxu 1sm nazikləşən ağaclardır. Bu formaların pozulması gövdənin nöqsanı sayılır. Gövdəsi nöqsanlı ağaclar doğranıb taxta materialı şəklinə salınanda tullantısı artır və ondan yüksək çeşidli materialların alınması azalır.

Çürük. Bütün çürüklər ağacın parazit göbələklər tərəfindən zədələnməsinin nəticəsidir. Çürük törədən çoxlu miqdarda göbələk vardır. Çürük iki cür: səthi (qaralma, kiflənmə) və dərin olur. Çürük zahiri görünüşünə, rənginə (qaraltı, qəhvəyi qaraltı, qızarma, ağ kif, mərmərəoxşar kif, ləkə) ağacın gövdəsində yerləşdiyi yerinə (üst oduncaq hissəsində, içərisində, saxta nüvə) və habeləağacın dağılması dərəcəsinə görə müəyyənləşdirilir.

Çürüklər bir qayda olaraq ağac məmulatlarında yol verilməməli və taxta-şalban detallara doğranan, yaxud yonulan zaman bu nöqsanlar rədd edilməlidir. Taxta-şalban materiallarında çürüyün miqdarı məhdud edilmişdir. Bu nöqsan taxta-şalban materiallarının çeşidini xeyli aşağı salır.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin