3. Zoonim komponentli frazeologizmlərin leksik-semantik təsnifatı. F.Vəliyeva
dilimizdəki ornitonim tərkibli frazeologizmlərin leksik-semantik təsvirini verərkən bu
ifadələri iki cür təsnif etmişdir: quşların təbii əlamətlərinin metaforikləşməsi nəticəsin-
də yaranan frazeologizmlər və antroposentrik əsaslı frazeologizmlər (14, s. 16-18). Zoo-
nim komponentli frazeologizmlərin antroposentrik əsaslı leksik-semantik təsnifatını
müəyyənləşdirərkən bu canlı varlıqların davranış və əlamətlərinin insanın davranış və
əlamətlərinə uyğunluğu nəzərə alınır. Bu zoofrazeologizmləri təxminən belə qruplaşdır-
maq olar:
1. İnsanın fiziki göstəricilərini səciyyələndirmək üçün metaforikləşən zoonim tər-
kibli frazeologizmlər. Bu frazemlərdə məcazlaşan zoonimlər insanın köklüyünün, arıq-
lığının, xarici gözəlliyinin qiymətləndirilməsi zamanı işlənir. Məs.: “donuza oxşayır”,
“qara qarğa”, “dovşandodaq”, “it günündə”, “eybəcər (çirkin) ördək”, “anquta dön-
mək”, “meymunsifət” (15; 16) və s.
Bakı Avrasiya Universiteti
224
2. İnsanın mənəvi keyfiyyətlərinin və davranış özəlliklərini səciyyələndirmək üçün
işlədilən zoonim komponentli frazeologizmlər: a) kobud, tərbiyəsiz, axmaq adamı
xarakterizə edənlər – “eşşəyin dal ayağı” (4, 102), “eşşək anqırar tayını tapar”, “eşşək
həmin eşşəkdir, çulunu dəyişib”; b) insanın sakitliyini ifadə edənlər – “kimsənin toyu-
ğuna kiş demir”(4, 143), “tığsız balıq”(4, 252); “heç kimin toyuğuna daş atmır”(4, s.
143), “quzu balası” (4, s. 199), “qarışqanın ayağını basmaz”, “milçəyin burnunu qa-
natmayıb”(4, s. 184); c) insanın tərsliyini ifadə edənlər – “toyuq birqıçlıdır” (4, s. 253),
“öz atını çapmaq” (4, s. 220) d) qorxaqlığı səciyyələndirənlər – “pişik görmüş siçana
dönmək” (4, s. 227),“evdə xoruz, çöldə fərə” (4, s. 103); e) insanın lovğalıq kimi key-
fiyyətini göstərən frazeologizmlər – “özünü beşeşşəkli xoca kimi göstərmək”(4, s. 222),
“dəyirmanda xoruzluq etmək”(4, s. 88)“ağzına çullu dovşan sığmamaq”(4, s. 16); ə)
bacarıqsızlığını ifadə edənlər – “nə ətdir, nə balıq” (4, s. 209), “dovşan bığı” (4, s. 96)
və s.
3. İnsanın əqli göstəricisinin səciyyələndirməsinə istiqamətlənmiş frazeologizmlər:
a) kütbeyinliyi ifadə edənlər – “iki eşşəyin arpasını bölə bilmir” (4, s.155), “quşbeyin”
(16); b) insanın hiyləgərlik, çoxbilmişlik kimi keyfiyyətlərini göstərənlər – “qoca
(köhnə) qurd”(4, s.193), “itin dilini bilmək” (4, s. 165), “qoca tülkü tələyə düşməz” (3,
s. 167), “quş dimdiyi ilə, insan biliyilə tanınar” (3, s. 135).
4. İnsanın əməyə münasibətini qiymətləndirmək üçün işlədilən frazeologizmlər: a)
tənbəlliyi, avaralığı xarakterizə edənlər - “milçək tutmaq (qovmaq)” (4, s. 206), “it döy-
mək” (4, s. 164); b) işgüzarlığı, çox işləməyi ifadə edənlər - “eşşək kimi yorulmaq”
(15), “eşşək (heyvan) kimi işləmək” (15), “arı kimi işləmək” və s.
Bu frazeoloji birləşmələrdəki zoometaforlar heyvanların təbii özəlliklərinin bu
üsullarla məcazlaşmasından meydana gəlmişdir: a) heyvanın davranış özəlliyinə görə
(“bülbül kimi ötmək”, “əqrəb kimi sancmaq”, “eşşək kimi işləmək”, “kəklik qaqqılda-
masa, qaranquş onu tapmaz”, “ilan kimi qabıq qoymaq”, “quzğun leşə qonan kimi”);
b) heyvanların xarici görünüş özəlliyinə görə (“qara qarğa”) c) heyvanların yaş-cins
fərqləndirilməsinə görə (builki beçə bildirkinə cip-cip öyrədir” (3, s. 67),“belə şıllaq
atan madyan qulun saxlamaz” (3, s. 53),“burnu fırtıqlı quzu buynuzu burma qoç olar”
(3, s. 67) və s.
Nəticə
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, digər dillərdə olduğu kimi,
Azərbaycan dilində frazeologizmlərin müəyyən bir qismi zoonimlərin məcaziləşməsi
nəticəsində yaranır. Çox vaxt həmin ifadələrin məna yükü zoonimlərin üzərində düşdü-
yü üçün bu leksemlər frazeologizmin semantik mərkəzi sayılır. Zoonim komponentli
frazeologizmlərin bir qismi heyvanların təbii özəlliklərindən qaynaqlanaraq yaransa da,
digər qismi xalqın tarixi, etnoqrafiyası, mifoloji təfəkkürü, eyni zamanda fərdi təxəy-
yülün məhsulu kimi yaranmışdır.
Qaynaqlar:
1. Adilov M. Qanadlı sözlər. Bakı: Yazıçı, 1988, 440 s.
2. Adilov M. Niyə belə deyirik. Bakı: Azərnəşr, 1982, 241 s.
3. Atalar sözləri. Bakı: Öndər nəşriyyatı, 2004, 264 s.
4. Azərbaycan dilinin frazeologiya lüğəti. Tərtib edənlər: Q.Məhərrəmli, R.İsmayılov. Bakı:
Altun kitab, 2015, 288 s.
5. Bayramov H. Azərbaycan dili frazeologiyasının əsasları. Bakı: Maarif, 1978, 174 s.
Sivilizasiya
225
6. Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı: Elm, 1980, 249s.
7. Əlizadə R. Azərbaycan folklorunda təbiət kultları. Bakı: Nurlan, 2008, 129 s.
8. Hacıyeva A. Zoometaforizmlər (İngilis və Azərbaycan dillərinin materialları əsasında).
Bakı: Nurlan, 2006, 151 s.
9. Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı: Maarif, 1988, 306 s.
10. Kaşğari M. “Divanü lüğat-it-türk”, IV cilddə. Bakı: Ozan, 2006.
11. Mahmudova Q. Türk dillərinin frаzеоlоgiyаsı. II cild. “Qıpçaq qrupu türk dillərinin
frazeologiyası”. Bаkı: Nurlаn, 2009, 284 s.
12. Məmmədəli Qıpçaq. Söz aləminə səyahət. Bakı: Bakı Universiteti nəşriyyatı, 2002, 242 s.
13. Mirzəliyeva M. Türk dillərinin frazeologiyası. I cild, Bakı: Nurlan, 2009, 219 s.
14. Vəliyeva F. Azərbaycan və ingilis dillərində ornitonim tərkibli frazeoloji birləşmələrin
leksik-semantik xüsusiyyətləri. Avto., Naxçıvan: 2014, 24 s.
15. Vəliyeva N. Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət. Bakı: Nurlan, 2006, I hissə
http://yazikilitra.narod.ru/nik.htm
16. Vəliyeva N. Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət. Bakı: Nurlan, 2006, II hissə
http://yazikilitra.narod.ru/nik2.htm
SUMMARY
Turane Zeynalova
PHRASEOLOGICAL WORDS IN AZERBAIJANI
CONTAINING ZOONYMS AND THEIR FEATURES
This article embraces the phraseologisms which arranged zoonyms one of the lexico-
semantic word-groups. The phraseologizm is products of creative thinking every nation and
closely connected with beliefs and values images of its creators. Most of the zoophraseologizm
in our language are formed with connected domectic animals. Zoophraseologizms ebserve
variety, synonym, antonym, homonym as lexical units. Antropocentric zoophraseologizm reflects
appearance off person, moral qualities, intellect, attitude to labor and other characteristics.
Key words: phraseologizm, zoonym, metaphor, proverbs
РЕЗЮМЕ
Турана Зейналова
ЗООНИМ СОДЕРЖАЩИЕ ФРАЗЕОЛОГИЗМЫ И ИХ
ОСОБЕННОСТИ В АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫК
Статья посвящена одной из лексико-семантических групп языка – фразеологизмам,
образованным с помощью зоонимов. Фразеологизмы – плоды образного мышления каждо-
го народа – тесно связаны с вероисповеданием и ценностями его создателей. Большин-
ство зоофразеологизмов были созданы в результате метафоризации домашних живот-
ных. Как и в лексических единицах, в зоофразеологизмах также наблюдаются вариатив-
ность, омонимия, синонимия, антонимия. Зоофразеологизмы на основе антропоцентрики
отражают внешний вид, духовные качества, интеллект, отношение к труду и другие
качества человека.
Ключевые слова: фразеологизм, зооним, метафора, пословицы
Bakı Avrasiya Universiteti
226
Aidə ŞƏBİYEVA
∗
NİTQİN YARANMASI VƏ DƏRK OLUNMASINDA
LİNQVOPSİXOLOGİYANIN ROLU
Açar sözlər: Linqvopsixologiya, nitqin yaranması, psixolinqvistika, ünsiyyət,
dərketmə və təfəkkür
Giriş
İnsanların birgəyaşayış zərurətinin meydana gəlməsi onların ünsiyyət tələbatının da
yaranmasına səbəb olmuşdur. Tariхən insanların dil vasitəsilə ünsiyyət forması meyda-
na gəlmişdir. Nəticədə dildən istifadə edərək öz fikirlərini, istək və arzularını bir-birinə
çatdırmaq imkanına malik olmuşlar. Bu proses nitq prosesi adlandırılmışdır. Buradan
da verbal ünsiyyət prosesi olan nitqə belə tərif vermək mümkün olmuşdur: insanlar
arasında dil vasitəsilə həyata keçirilən ünsiyyət prosesinə nitq deyilir. Tərifdən görün-
düyü kimi dil verbal ünsiyyət üçün vasitə, nitq isə həmin prosesin özüdür. İnsanlar dilə
yiyələnməklə onun vasitəsilə ünsiyyət saхlaya bilirlər. Başqa sözlə onlar nitqə yiyələn-
miş olurlar. Hər hansı bir хarici dildə danışa bilmək həmin dili başa düşmək, başqa
sözlə verbal ünsiyyətə girə bilmək üçün o dili bilmək və ondan istifadə etməyi bacar-
maq lazımdır. Psiхologiyada «dili» və «nitqi» fərqləndirən digər cəhətlərə də diqqət
yetirilir. Adətən, dili şərti danışıq işarələri sistemi kimi qəbul edirlər. Onun köməyi ilə
insanlar üçün müəyyən əhəmiyyət və məna kəsb edən səs birləşmələri ifadə olunur.(1)
Nitqə verilən tələblər qədimdən bu günümüzə qədər düşündürücü olmuş, onun
kommunikativ keyfiyyətləri ilə qeyri kommunikativ elementlərinin vəhdəti nəzərdən
yayınmamışdır.
Təbii ki, cəmiyyətə xidmət edən hadisələr də coxdur. Onlar da ictimai hadisələr
sırasında baxılmalıdır. Lakin ictimai hadisə kimi dil digər ictimai hadisələrdən fərqlidir.
Çünki insanların ümumi ünsiyyəti ictimai hadisə kimi dərk olunan səsli dil vasitəsi ilə
təmin olunur. Nitq isə uç terminoloji mənada baxıla bilər:
1. Nitq eyni bir dil kollektivinin üzvləri ilə əlaqə üçün danışanların dildən istifadə
etməsidir.
2. Nitq dil vasitəsilə ünsiyyət növüdür.
3. Nitq sırf qrammatik və sintaktik kateqoriyadır. (2)
1. Nitqin funksiyаlаrı
Yuхarıda deyilənlərdən nitqin insan həyatında əvəzolunmaz əhəmiyyətə malik
olduğunu görürük. Nitq ünsiyyət prosesi kimi insanların fikir, təcrübə mübadiləsinə im-
kan yaradır. Nitqin əhəmiyyəti onun funksiyalarında özünü aydın göstərir Nitqin funk-
siyаlаrı isəokkаzionаl xüsusiyyət dаşıyır, söyləmin konkret məqsədindən аsılıdır,
A.A.Leontyevin termini ilə desək, fаkültətiv mаhiyyət dаşıyır. Nitqin funksiyаlаrı dilin
funksiyаlаrını müşаyiət edərək, bir qаydа olаrаq, tək-tək fəаliyyət göstərir, nаdir hаllаr-
dа biri digəri ilə kombinаsiyаdа çıxış edir, lаkin nitqin bütün funksiyаlаrı heç vаxt bir
yerdə təzаhür etmir, fəаliyyət göstərmir. Nitqin funksiyаlаrı аyrı-аyrı nitq аktlаrındа
təzаhür etdiyi üçün xüsusiolаrаq onlаr üçün «аyrılmış», onlаrа «təhkim edilmiş» dil
vаsitələrinə mаlikdir.
∗
Azərbaycan Turizm və Menecment Universiteti aida.sabiyeva@mail.ru
Sivilizasiya
227
Mövcud psiхoloji ədəbiyyata əsasən nitqin funksiyalarına aşağıdakıları aid etmək
olar. Nitqin birinci funksiyası əşyaları, hərəkəti, vəziyyəti adlandırmaqdır. Bu, nit-
qin siqnifikativ və ya semantik funksiyası adlanır. Bu funksiya insan nitqini heyvanla-
rın ünsiyyətindən fərqləndirir. Heyvanların çıхardığı səs əşyaları deyil, onların öz və-
ziyyətlərini bildirir. İnsanda isə müəyyən söz deyilərkən həmin sözlə bağlı hər hansı
cismin, hadisənin təsəvvürləri canlanır. Nitqin sonrakı funksiyası onun ümumiləşdir-
mə funksiyasıdır.Nitq sözlərə əsaslandığına görə daima ümumiləşdirməyə imkan yara-
dır. Nitqin mühüm funksiyalarından biri də kommunikativ funksiyadır. Bu funksiya da
öz növbəsində məlumat vermə və fəaliyyətə təhrik etmə vəzifələrini yerinə yetirir.
Ümumiyyətlə götürdükdə nitqin köməyi ilə başqaları ilə ünsiyyət saхlayır, fikir müba-
diləsi edir, ictimai təcrübəni mənimsəyir, zənginləşdirir, yeni nəslə veririk. Nitq vasitəsi
ilə hisslərimizi, arzu və istəklərimizi, bu və ya digər cismə, hadisəyə münasibətimizi
bildiririk. Nəhayət nitq vasitəsilə başqalarına təsir edir, onların davranış və rəftarlarında
müəyyən dəyişiklik yaradır, hər hansı bir işi yerinə yetirməyə təhrik edirik. Bütün bu
funksiyalarla yanaşı olaraq nitqin özünəməхsus хüsusiyyətləri də mövcuddur. Bunlara
nitqin məzmunluluğu, anlaşıqlılığı, təsirliliyi və ifadəliliyini aid etmək olar. Nitqin
məzmunluluğu onda ifadə olunan məlumatın əhatə dairəsindən asılıdır. Nitqdə ifadə
olunan fikir və hisslərin həcmi nə qədər geniş olarsa, verilən məlumatlar gerçəkliyə nə
dərəcədə uyğun gələrsə və nə dərəcədə əhəmiyyətli olarsa o bir o qədər məzmunlu he-
sab olunur. Nitqin məzmunlu olması üçün insanın geniş biliyi, həmin bilikdən və isti-
lahlardan düzgün istifadə etmək bacarığı olmalıdır. Bunlar olmadan nitq özünün məlu-
mat vermə vəzifəsini həyata keçirə bilməz.
Nitqimizin bizi dinləyənlər tərəfindən qavranılması üçün onun anlaşıqlı olması хü-
susi əhəmiyyət kəsb edir. Nitqin anlaşıqlılığı ikitərəfli хarakter daşıyır. Bir tərəfdən
kommunikatorun nitqinin nə qədər səlis, aydın olması, yersiz ibarələrlə yüklənməməsi,
dilin qrammatik qayda və qanunlarına uyğun olmasından asılıdır. Danışan adam öz fik-
rini konkret nümunələrlə əsaslandırmağı, dinləyicilərin səviyyəsini nəzərə almağı ba-
carmalıdır. Eyni bir mövzunu bir müəllimin olduqca aydın, anlaşıqlı, digərinin isə qar-
maqarışıq şəkildə şərh etdiyinin şahidi oluruq. Nəticədə birinci müəllimi dinləyicilər
həvəslə dinləyir, onun dərsindən yeni biliklərlə çıхırlar, ikinci müəllimin verdiyi məlu-
matları qavraya bilmir, onu dinləməyə həvəs göstərmirlər
Ünsiyyət prosesində nitqin təsirlilik хüsusiyyətinin nəzərə alınması da az əhəmiy-
yətə malik deyildir. Nitqin təsirliliyi onun fəaliyyətə təhrik etmək funksiyasını yerinə
yetirməyə imkan verir. Nitqin təsirliliyi inandırma, sübut, təlqin, məsləhət, tapşırıq,
təlimat, хahiş, əmr, qadağan, komanda və s. şəklində həyata keçir. Bu cür təsir vasitə-
lərindən yerində və müvafiq şəkildə istifadə olunması lazımi nəticəni verə bilir.
Nitqin ifadəliliyi yüksək nitq mədəniyyətinə yiyələnməyin əsas göstəricilərindən
biri hesab olunur. Danışan və ya yazan adam öz nitqində şərh etdiyi məzmuna münasi-
bətini nitqin ifadəliliyinin köməyi ilə bildirir.(3)
Nitqin yaranması və mənimsənilməsi ilə bağlı bu günlərdə yaranan yeni konsepsiya
və nəzəriyyələr haqqında müxtəlif fikirlər deyilir. Həmin konsepsiya və nəzəriyyələrin
müəllifləri bu fikirdədirlər ki, irəli sürdükləri mülahizələr əsasında nitqin yaranma və
mənimsənilmə mexanizmini tam şəkildə şərh etmək mümkündür. Belə konsepsiyalar-
dan ikisini analiz edən A.Melinger və başqaları isə tamamilə fərqli fikirdədirlər: “Biz
nitqyaratma prosesinin müxtəlif səviyyələrində eyni dərəcədə özünü doğrulda biləcək
faktları araşdıraraq bütün səviyyələr üçün ümumi olan elə cəhətlər, xüsusiyyətlər tap-
Bakı Avrasiya Universiteti
228
mağa çalışdıq ki, onlar nitqyaratma (dilyaratma) prosesinin dəqiq modelini təsdiq etmə-
yə imkan versin... sonunda belə bir nəticəyə gəldik ki, qanunauyğunluğun varlığı (para-
lelliyin sübutu) özünü bəzi səviyyələrdə daha güclü, bəzi səviyyələrdə isə daha zəif
büruzə verir, elə bu səbəbdən də bu fikirdəyik ki, nitqyaratma sisteminin bütün kom-
ponentlərinə eyni dərəcədə şamil edilə biləcək vahid prinsipin varlığı ilə bağlı qəti
hökm vermək hələ tezdir”. (4)
Nitqin yaranması və mənimsənilməsində əməli təcrübənin rolu ilə bağlı başqa bir
nəzəriyyəni (Nitqin mənimsənilməsinin motor nəzəriyyəsini) analiz edən G.Hickok isə
belə qərara gəlmişdir ki, nitqin mənimsənilməsinin motor sistemindən asılı olması ilə
bağlı mülahizənin tam əleyhinə olan bir sıra danılmaz sübut və faktlar mövcuddur, bu-
nunla yanaşı, mənanın mənimsənilməsi prosesinin motor sistemi tərəfindən dəstəklən-
məsi fikrini təsdiq edən heç bir əsaslı sübut mövcud deyil (5)
“Nitqyaratma prosesi fikrin nitqə çevrilməsi deməkdir və burada fikrin əmələ
gəlməsinə, formalara (sözlərə) çevrilməsinə, ifadəsinə (istifadəsinə) xidmət edən bir
çox təfəkkür aktları icra olunur... İcra olunan hər bir akt nitqin əmələ gəlməsinin konk-
ret bir mərhələsinə nəzarət edir, o cümlədən, fonetik və fonoloji aktivləşməyə, nitqin
qurulmasında hecaların seçilməsinə, leksik aktivləşməyə və seçimə, intonasiya və tonun
müəyyənləşməsinə, əməli istifadəyə. (6)
2
. Linqvopsixologiya və nitqin dərk olunması
Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə
öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Linqvistika və nitqin psixologiyası ilə müqayi-
sədə psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. Psixolinqvistikanı da-
ha çox psixologiya «özününkü» hesab edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud
olan sahə – nitqin psixologiyası sahəsi vardır. Nitq psixologiyasınıın predmeti psixolinqvis-
tikanın obyekti və predmeti ilə üst-üstə düşür. Ona görə də çox vaxt bu iki fənni bir-biri ilə
qarışdırırlar. Bu cür eyniləşdirməyə əsas olsa da, hər-halda bu iki termini bir-birindən
fərqləndirən cəhətlər də mövcuddur. Onların fərqi başlıca olaraq öyrənmə predmetində
özünü göstərir. Psixologiya nitqin yaranması, anlaşılması və formalaşmasının gedişi zamanı
öz diqqətini daha çox şüurun psixi funksiyalarının xüsusiyyətlərinə yönəldirsə, psixolinqvis-
tika bunlarla yanaşı bu funksiyaların insanların nitq fəaliyyətində və nitq davranışında ifadə
vasitələrini (verbal və qeyri-verbal) də nəzərə almağa çalışır. (7)
Psixolinqvistika olduqca gənc elmdir. O, təxminən XX əsr 50-ci illərin sonu, 60-cı
illərin əvvəllərində meydana gəlmişdir. Sovet psixolinqvistika məktəbinin «atası»
A.A.Leontyev olmuşdur. Azərbaycan dilçiliyində psixolinqvistik tədiqatların aparılma-
sına meyl edən ilk professional mütəxəssislərdən biri, bəlkə də birincisi, hal-hazırda
Türkiyə Respublikasının İzmir şəhərində çalışan həmyerlimiz Doqquz Eylül universi-
tetinin professoru, doktor-professor G.A.Sədiyevadır. Onun tədqiqatlarının əsas istiqa-
mətini psixolinqvistikanın elmi-tətbiqi sahəsi olan neyrolinqvistikanın afaziologiya böl-
məsi təşkil edir. Hələ AMEA Dilçilik institutunda işlədiyi dövrlərdə apardığı elmi-tətbi-
qi araşdırmalar, eksperimental təcrübə və nəzəri axtarışlar öz bəhrəsini verdi. G.A.Sədi-
yеva Azərbaycan dilçilik elminə “Afaziya: nеyrolinqvistik tədqiqat” və “Лингвисти-
ческий анализ нарушении речи при афазии” adlı iki elmi monoqrafiya bəxş etdi. Bu
əsərlər müxtəlif səbəblərdən, yəni istər fiziki, istərsə də mənəvi zərbə nəticəsində mey-
dana gələn sinir xəstəlikləri zamanı insanların nitqində yaranan qüsurların neyrolinqvis-
tik yöndən tədqiqinə həsr olunmuşdur. (8)
Sivilizasiya
229
İlkin olaraq bu suala cavab verməyə çalışaq: Biz nəyi dərk edirik və ya başa düşü-
rük, dərk edilən və ya yadda qalan şey nədir? V.P.Zinçenkoya görə, “...dərketmə vahidi
dedikdə subyekt tərəfindən həyata keçirilən bu və ya digər əməli tapşırığı yerinə ye-
tirərkən müəyyənləşdirilən məzmun başa düşülür. Belə vahidlər işıqlılıq səviyyəsi, xa-
rici görünüş, əşyaların digər əlaməti və ya əlamətlər kompleksi, əşyalar, nəhayət, əşya-
ların məzmunu və onlar arasındakı ola bilər”. Burada terminoloji olaraq “dərketmə va-
hidi”ndən danışılsa da, şərhlərin mahiyyəti bizim təklif etdiyimiz dərk olunan minimal
vahid anlayışına daha uyğundur və bu baxımdan müəyyən mənada bizim fikirlərimizi
dəstəkləyir. (9)
Dərk olunan minimal vahid heç də həmişə birbaşa hiss orqanlarımıza təsir edən və
ya belə bir təsir imkanına malik olan real, əşyavi gerçəklik vahidinə bağlı olmur. Nəzə-
rə almaq lazımdır ki, varlığı qəbul edilən, təsəvvür və ya güman edilən bütün irreal var-
lıq, hadisə və substansiyalar da özünə məxsus dərk olunan minimal vahidlərə malikdir-
lər. İfadə etdiyi məna baxımından materialist mövqedən yanaşanlara bir qədər ziddiy-
yətli görünsə də, biz dərk olunan minimal vahid anlayışını “gerçəklik elementi” adlan-
dırırıq. (9)
İnsan ictimai varlıq olduğuna görə, onun bir sıra dərketmə və təfəkkür fəaliyyətləri-
nin müəyyən fazaları bəzi hallarda söz, nitq və dildən istifadə yolu ilə həyata keçir:
vizual-vokal dərketmə zamanı gerçəklik elementinin mənimsənilməsi yazılı və şifahi
nitqdən istifadə etməklə reallaşır (birinci aktın birinci fazası); sinktual dərketmənin nə-
ticəsi, bəzən yeni yaranmış dil struktur vahidi, bəzən intellektual nitq olur (ikinci aktin
birinci fazası); nitq əsasən müxtəlif təfəkkür aktlarında müşahidə edilən total modullaş-
ma nəticəsində yaranır (birinci aktın dördüncü fazası) və mənimsənilir (ikinci aktın
ikinci fazası). Bununla belə, söz, nitq və dilin dərketmə, təfəkkür və fikrin formalaşması
proseslərindəki rolunu şişirtməyə, olduğundan daha böyük göstərməyə ehtiyac yoxdur.
Nəzərə almaq lazımdır ki, nitqin birbaşa sinktual dərketmənin son məhsulu olduğu
dərketmə və təfəkkür prosesləri istisna olmaqla, digər dərketmə və təfəkkür proseslərin-
də nitqin rolu gerçəklik elementi haqqında vasitəli yolla məlumatalmaq və verməkdən
başqa bir şey deyildir. Belə də deyə bilərik ki, kommunikal nitqin yaranması və mənim-
sənilməsi (istər yazılı, istərsədə şifahi) dərketmə və təfəkkür proseslərinin aralıq mərhə-
lələrindətəzahür edən total modullaşmalardır. Fikrin formalaşması prosesində dilin və
ya nitqin heç bir rolunun olmadığını professor Kamal Abdulla belə şərh edir: “...yer
üzündəki bütün insanlar (millət və irqindən asılı olmayaraq) eyni məntiq dilində düşü-
nürlər. Hər hansı bir dildə – ingilis, rus, türk, Azərbaycan, eskimos, həbəş... dillərində
düşünmək, prinsip etibarilə mümkün deyil”. (10)
K.Abdulla fikrini davam etdirərək yazır: “ümumbəşər dilində düşünüb, bu düşün-
düklərini əvvəlcə daxili nitqə, sonra isə xarici nitqə, yəni ünsiyyətin özünə köçürürlər.
Daxili və xarici nitq kimi “ayırdığımız” məqamlar isə, əslində, bir varlığın iki üzü kimi-
dir... Biz, əslində, ümuminsan dilində, yəni məntiq dilində düşünüb Azərbaycan dilində
danışırıq”(10)
L.Vıqotskinin məlum daxili və xarici nitq termin və anlayışlarının, yəni “daxili nitq
sözsüz nitqdir”, “daxili nitqin xarici nitqə çevrilməsi ilə fikir sözdə tamamlanır”(11)
mülahizələrinin burada qismən yeni məzmunda şərhini görürük. L.Vıqotskinin bu müla-
hizələrinə mövqeyimizi bildirmiş olduğumuza görə, sadəcə onu deməklə kifayətlənirik
ki, son məqsədin məhz nitq yaratmaq olduğu hallarda fikir birinci və ikinci intellekt ob-
razlarının qarışıq kombinasiyası şəklində formalaşır, səslənmə və ya yazılma anında ok-
Bakı Avrasiya Universiteti
230
kazional nitq ehtiyacına uyğun olaraq tam şəkildə ikinci intellekt obrazlarına transfor-
masiya olunaraq nitqə çevrilir.
Amma gəlin xatırlayaq ki, əlimiz bağlı, sarıqlı olanda, əlimizdə həmin an yerə qoya
bilmədiyimiz bir əşya olanda və ya sadəcə əlimiz çirkli olanda, suyu necə içməli
olduğumuz haqda düşündüyümüzü mütləq hiss edirik. Hətta bəzən ağlımıza gələn ilk
fikirdən daşınıb yeni bir üsul fikirləşdiyimiz zamanlar da olur. Məsələn, əvvəlcə əyilib
krandan su içmək qərarına gəlirik, amma kranı da aça bilmədikdə, qərar veririk ki, yanı-
mızda olan şəxsdən xahiş edək, su içməyimizə kömək etsin. Belə hallarda su içməklə
bağlı düşündüyümüzü ona görə hiss edirik ki, bu şəkildə su içmək, bir proses olaraq
hələ avtomatlaşmamışdır.
Nitqyaratma prosesinin nəticəsi olaraq meydana çıxan nitq, onun mənbəyi funksi-
yasını daşıyan dil struktur vahidləri, eləcə də onların bir fərd tərəfindən yaradılıb digər
fərd tərəfindən mənimsənilməsini təmin edən beyin fəaliyyəti və təfəkkür prosesləri də
ümumi və aktiv dil sisteminin ayrılmaz tərkib hissələridir və ya qısaca şəkildə desək, dil
struktur vahidləri, nitq, eləcə də beyin fəaliyyəti ümumi və aktiv dil sisteminin tərkib
hissələridir.(12)
Qaynaqlar:
1.
M.Ə.Həmzəyev, S.F.Əmiraslanova. Ünsiyyətin psixologiyası, Bakı, 2007, s. 8
2.
Vəliyulla Cəfərov. Diplomatik etiket və nitq mədəniyyəti, Bakı, 2009, s. 11
3.
M.Ə.Həmzəyev, S.F.Əmiraslanova. Ünsiyyətin psixologiyası, Bakı, 2007, s. 8
4.
Mayıl B. Əsgərov. Linqvopsixoloji vəhdət nəzəriyyəsi, Bakı, 2015, s. 291
5.
Melinger, A., Branigan, H. P., & Pickering, M. J. (2014). Parallel processing in language
production. Language, Cognition and Neuroscience, 29, pp. 663–683.
6.
Mayıl B. Əsgərov Linqvopsixologiyavə ya dilin psixologiyası, Bakı, 2011, s-281;
7.
Hickok, G. (2010). The role of mirror neurons in speech perception and actionword
semantics. Language and Cognitive Processes, 25, 749–776.
8.
Alario, F.-X., Costa, A., Ferreira, V. S., & Pickering, M. J. (2006). Architectures, repre-
sentations and processes of language production. Language and Cognitive
9.
Psixologiya Prof.S.İ.Seyidov və M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə, Bakı-2007; s.12
10. Садийева Г. Лингвистический анализ нарушении речи при афазии. Баку- 1997;
Sədiyеva G.A. Afaziya: nеyrolinqvistik tədqiqat. Bakı, 1999.
11. Mayıl B.Əsgərov Linqvo-psixoloji vəhdət nəzəriyyəsi, Bakı, 2015, s. 48
12. Mayıl B.Əsgərov Linqvo-psixoloji vəhdət nəzəriyyəsi, Bakı, 2015, s. 124.
13. Abdullayev K. Həmin əsər. s. 151.
14. Mayıl B. Əsgərov. Linqvopsixologiya və ya dilin psixologiyası, Bakı, 2011, s. 281.
Dostları ilə paylaş: |