XÜLASƏ
Aqnessa Paşinskaya
“VƏZİYYƏT”, “HAL” VƏ “KEYFİYYƏT” KATEQORİYALARI FƏLSƏFİ
ANTROPOLOGİYA KONTEKSTİNDƏ METAANTROPOLOGİYA KİMİ
Hər bir subyektin öz özünü düşündüyü böhran cəmiyyətin də şəxsiyyətin ahəngdar forma-
laşması ölçülərinin müəyyənləşdirilməsinə kəskin zərurət yaranır.
Məqalədə bu problemin həlli üçün N.V.Hamitovun metaantropoloji layihəsinin evristik
imkanları tədqiq olunur. Insanın metaantropoloji koordinatlar üzrə inkişafı təhlil edilir. Məqalə-
nin məqsədi şəxsiyyətin inkişafı mərhələlərinin konkretləşdirmək və onların həyata keçirilməsi
prosesini araşdırmaqdır. Bunun nəticəsində insanın inkişaf mərhələlərini daha ətraflı təsvir
edilir. Bu isə metaantropologiyanın praktiki təzahürü kimi anlaşılan antropoloji təhlilə və ak-
tuallaşmaqda olan psixoanalizə yeni imkanlar açır, habelə şəxsiyyətin ahəngdar formalaşması
üçün yeni üfüqlər yaradır.
Açar sözlər: Metaantropologiya, İnsanın adi varlığı, insan varlığının son həddi, insandan
xaricdə varlıq, ölçü, şərait, vəziyyət, keyfiyyət, aləm.
SUMMARY
Agnessa Pashinska
CATEGORIES SITUATION, CONDITION, QUALITY IN THE COORDINATES OF
META-ANTHROPOLOGY
In the crisis a society where everyone is self-existent, there is an urgent need for a
harmonious development of the personality orientation.
The article examines the possibility of the project meta-anthropology by N. Khamitov to
create such guidelines. It studies the development of human meta-anthropology coordinates. The
aim of the article is to specify the stages of development of the individual and investigation of
the process of their passage. The result was a detailed stages of human development, which
opens up new possibilities for the androgynous analysis and update of psychoanalysis as a
practical manifestation of meta-anthropology and creates new guidelines for the harmonious
development of the personality.
Keywords: meta-anthropology, ordinary, ultimate, transcendent, dimension, situation,
condition, quality, world.
172
FİLOLOGİYA
Səadət ŞIXIYEVA
∗
“OTUZ İKİ” SAYININ BƏDİİ-FƏLSƏFİ MƏNA TUTUMU
(Nəsimi şeiri əsasında)
Açar sözlər: Nəsimi, hürufilik, say simvolikası, otuz iki sayı
Giriş
Hürufilik təriqətinin nümayəndələrinin, ayrıca olaraq, Seyid İmadəddin Nəsiminin
(1360-1417) şeirində yalnız dini-mistik xarakterli hərflərdən deyil, müxtəlif fikri dəyər-
lər yüklənən saylardan da çeşidli fəlsəfi məzmunların yaradılmasında istifadə olunmuş-
dur. Nəsimi şeirində bədii-fəlsəfi dəyər kəsb edən bu simvolikada “bir”dən “doqquz”a-
dək olan bütün saylar, xüsusilə “yeddi” və “səkkiz”, ədədlərdən “on dörd”, “on altı”,
“iyirmi səkkiz” və “otuz iki” say-simvollarının istifadəsi daha qabarıq nəzərə çarpır. Bu
sayların bir qismi bəzən müxtəlif say qruplarının tərkib hissəsi kimi hürufilik baxı-
mından mənalandırılır, məsələn, “səkkiz”, “on altı” və “otuz iki”. Bəziləri əbcəd hesa-
bına uyğun tərzdə hərflərin rəqəm qarşılığı kimi nəzərdə tutulur. Buna “ləb” sözünü
təşkil edən “lam” (30) və “be” (2) hərflərinin “otuz iki”yə bərabər olmasını örnək kimi
göstərə bilərik. Mütəfəkkir şairin türkcə divanında bu sayların bir qismi fəlsəfi, bir qis-
mi dini düşüncədəki anlam tutumuna, digər bir hissəsi isə xalq inanclarında kəsb etdiyi
məna yükünə uyğun şəkildə şeirə gətirilir. Nəsiminin farsca divanında da sayların xüsu-
si çəkisi var və bunların əksəriyyəti hürufilik təriqəti ilə əlaqəlidir. Amma bu sayların
içərisində “otuz iki” mənəvi təkamül yolunun göstəricisi, insanın ruhi və cismani varlı-
ğının, eləcə də ilahi və maddi aləmlərin əlaqələndiricisi kimi xüsusi bir maraq kəsb edir
və indiyədək bu kontekstdə ayrıca tədqiq edilməmişdir.
1. “Otuz iki” sayının məna parametrləri
Tarixi boyunca istər səmavi kitablarda, istərsə də fəlsəfi və bədii düşüncədə sayla-
rın müxtəlif məqsədlərlə istifadəsini görmək mümkündür. Xüsusilə divan şeiri, təsəvvüf
və xalq ədəbiyyatlarında saylarla bağlı bədii təxəyyülün geniş imkanlarını nümayiş et-
dirən xatırlatma və yozumları müşahidə edə bilirik. Say simvolikasına müraciətdən
bəhs edilərkən birinci növbədə hürufilik təriqəti və onun təsiri ilə yaranan ədəbiyyat ya-
da düşür. Hürufilik ədəbiyyatında bu simvolik saylar hərflərə nisbətən daha çoxdur və
bu saylar Nəsimi şeirində poetik-riyazi bir sistem şəklini alır.
Müqayisəli tədqiqatımız əsasında deyə bilərik ki, hürufilik təlimi ilə hərf simvolikası
tarixində yeni mərhələ başlayır. Belə ki, islami divan və məsnəvi ədəbiyyatında daha öncə
bu simvolika sistemli deyil, daha çox pərakəndə xarakterə malik idi. Nəsimi şeirinin
nüfuzetmə qüdrəti ilə bu rəmzlərin istifadə intensivliyi artır və yeni keyfiyyətlər əxz edən
bu say simvolikasına türk şeirinin bütün qollarında (dini, dünyəvi, təriqət və aşıq şeiri)
müraciətin özülü qoyulur. Bu saylar içərisində “otuz iki” sayı yalnız rəmz, termin və me-
tafora xarakterli olması ilə fərqlənmir, o, bir sıra şeir biçimlərinin müəyyənləşməsində də
∗
Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
shikhiyevas@gmail.com
Sivilizasiya
173
ideya təməlinə çevrilir. Belə formalardan biri də 28 (ərəb əlifbası) və 32 (fars əlifbası)
sayı üzərində qurulan əlifnamələrdir. (ətraflı bax: 6) Burada bir cəhəti də vurğulamalıyıq
ki, 32 hərf üzərində qurulan əlifnamə zahirdə hürufilik təriqətinə uyğun olaraq fars əlifba-
sına əsaslansa da, əlif-lam liqaturu ilə hərflərinin sayı 33-ə çatdırılır və nəticə etibarilə bu
say türk əlifbasındakı hərflərin sayına bərabər olur. (15, s. 600-601).
Hürufilikdə say simvolikası, onun fəlsəfi və bədii funksiyası istər ümumilikdə, is-
tərsə də ayrı-ayrı saylar üzrə bir çox tədqiqat əsərlərində araşdırma obyekti olmuşdur.
Eləcə də Nəsimi divanlarının şərhində də yeri gəldikcə bu sayların bədii-fəlsəfi xüsusiy-
yətlərinə diqqət yetirilmişdir. Bu araşdırmalar içərisində tanınmış dilçi alim Y.Seyido-
vun “Nəsiminin dili” adlı tədqiqatı xüsusilə seçilir. Tədqiqatçı alim şairin türkcə diva-
nında rast gəlinən sayları (“bir”, “iki”, “üç”, “dörd”, “beş”, “altı”, “yeddi”, “sək-
kiz”, “doqquz”, “on”, “on iki”, “on dörd”, “on altı”, “iyirmi səkkiz”, “otuz iki”, “on
səkkiz min”, “yüz min”…) daha çox dilçilik baxımından geniş təhlil edir (4, s. 98-131).
Bu baxış bucağından isə həmin sayların yaxından bağlandığı fəlsəfi və dini məzmun,
əsasən, kənarda qalır. Bundan başqa, Y.Seyidov Nəsimi şeirində on, iyirmi, qırx, altmış,
yetmiş, səksən kimi otuz sayının da ayrılıqda işlənmədiyini bildirir (4, s. 123). Halbuki
aşağıdakı beytdə həm on, həm də otuz sayları müstəqim anlamda istifadə edilmişdir:
Bu qəmər dövründə hərgiz görməsin şahim zəval,
Üç otuz on yaşı olsun, on iki yaşındadır. (3, s. 189)
Y.Seyidov (4, s. 94) da A. Əlizadə (23, s. 6) və M.Qıpçaq (1, s. 111) kimi yuxarı-
dakı məşhur beyti ayrıca qeyd etsə də, onluqlar bəhsində “on” və “otuz” saylarının
müstəqil istifadəsi unudulur. Bənzərinə “Kitabi-Dədə Qorqud”da da rast gəlinən “üç
otuz on” “yüz” sayının təsviri üsulla ifadəsidir. Y.Seyidov ümumi şəkildə bunun qədim
say forması olduğunu və onluq say sisteminə uyğun gəlmədiyini bildirir (4, s. 94).
M.Qıpçaq isə bu sayı otuzluq say sisteminin örnəyi kimi tədqiqata cəlb edir (1, s. 111).
A.Əlizadə miqdar saylarının bu yolla verilməsinin, əsasən, bədii ədəbiyyatda, şeirdə ək-
sini tapmasını yazır (23, s. 6). Lakin məsələnin bu şəkildə qoyuluşu, zənnimizcə, doğru
deyildir. Belə ki, bədii ədəbiyyat çox zaman canlı dil faktını əks etdirir və orta əsrlər
şifahi nitqində hansı qrammatik kateqoriyaların mövcudluğunu da biz ədəbi nümunələr-
dən öyrənirik. Bu mənada türk otuzluq say sisteminin hüdud dairəsini yalnız bədii ədə-
biyyatla məhdudlaşdırmaq düzgün deyildir. Bundan başqa, türk və türkmən dillərində
(1, s. 111), eləcə də “Kitabi-Dədə Qorqud” (bax: 1, s. 111) və Nəsiminin dilində eyni
şəkildə işlənməsi bu ifadəni fərdi bədii təxəyyülün məhsulu olmaqdan çıxarır və onun
orta əsrlər Azərbaycan türkcəsinin dil faktı kimi öyrənilməsini tələb edir.
Bundan başqa, Nəsimi şeirində otuz sayı farsca qarşılığı olan “si” şəklində də
işlənir:
Lam əlif - Si hərf olubdur bəlkə Simurği-cəhan,
Bilmədi əslin hürufin kim dedi bu hərfə “la”. (3, s. 529)
Bunu da qeyd etməliyik ki, hürufilik mətnlərində “kəlmə”, “ləfz” (söz) hərfin,
“hərf” isə “söz”ün yerində sərbəst şəkildə işlənə bilir və aşağıdakı örnəklərdə də bu aş-
kar görünür. Ümumiyyətlə, hürufilikdə təkcə hərf deyil, söz və səs mistisizminə də güc-
lü meyil müşahidə olunur. Bu təriqətin mürşidi Fəzlullaha görə, Allahı tanıma, əsasən,
söz və səsin yardımı ilə mümkün olur. Çünki Allah gözlə görünən deyildir və sözdən
başqa vasitə ilə tanına da bilmir. İlkin hürufilik qaynaqları əsasında Ə.Gölpınarlının
Bakı Avrasiya Universiteti
174
qeyd etdiyi kimi, səs canlı aləmdə aktiv, cansız aləmdə passiv olaraq mövcuddur. Səsin
kamalı sözdür və yalnız insanda üzə çıxır (13, s. 18). Başqa sözlə, kainatdakı canlı, ya-
xud cansız bütün varlıqlar səs çıxarmaq imkanına malikdir. Səs varlığın mövcudiyyətini
üzə çıxarır. “Cavidannamə”də deyilir:
دﻮﺷ ﯽﻤﻧ ﺮهﺎﻇ ﻪﻤﻠﮐ ﺪﻳﺎﻴﻧ ﯽﻤﺴﺟ ﺮﺑ ﯽﻤﺴﺟ ﺎﺗ
.
(28, s. 182)
(Bir cisim (digər) bir cismə vurulmasa, kəlmə meydana gəlməz).
Hürufilik qaynaqlarından “Həqiqətnamə”də eyni fikir inkişaf etdirilməklə aşağı-
dakı şəkildə ifadəsini tapır:
“İki nəsnəyi bir-birinə ursaq, bir avaz gəlür ki, otuz iki kəlmədən xaric degildir.
Kitabəti-həqdir. Avazi-kəlmə, kəlmeyi-ilahiyyə anlarda bilqüvvə mövcuddur…” (25, s.
54; bax: 18, s. 330-331)
Hürufilik ədəbiyyatında səs və hərf ilə yanaşı, say mistisizmi və simvolikası da
geniş yayılmışdır. (ətraflı bax: 16, s. 1505-1534) Buna nümunə olaraq, Nəsiminin şei-
rində “on iki”, “on dörd”, “on altı”, “iyirmi səkkiz”, “otuz iki” kimi rəmzi-fəlsəfi sə-
ciyyəli cüt sayların hürufilik baxımından interpretasiyalarını göstərə bilərik. Hürufilik
mətnlərində xüsusi yeri olan sayların bir qismi şərti əkizlik xarakterinə malikdir və bu
saylar güzgüdə əks olunmanı xatırladır: “yeddi”, “on dörd”, “iyirmi səkkiz”; “səkkiz”,
“on altı”, “otuz iki”. Bu əks olunmalarda (yeddi (+yeddi); on dörd (+on dörd)) sanki
sayın bir qismi görünür, ikinci qismi nəzərdə tutulur. Bu tərzdə artımlar müəyyən an-
lamda işıqlı və qaranlıq tərəflərdə görünmələri xatırladır. Bu saylardakı artım sadə riya-
zi əməliyyat olmaqdan çıxaraq, həqiqət yolunun tədriciliyini göstərir. İkilik və nisbi
ziddiyyət otuz iki sayında sona yetir. Bu barədə irəlidə bəhs edəcəyik.
“Səkkiz” və “on altı” kimi cüt sayları otuz iki sayının tərkib hissəsi kimi nəzərdə
tutan Nəsimi mücərrədləşdirmə və metaforanın ümumiləşdirmə gücündən istifadə ilə
maraqlı bədii-fəlsəfi örnəklər yaradır. Şairin peyğəmbərlərin ümumi sayının göstəricisi
kimi ənənəviləşmiş “yüz iyirmi dörd min” sayını bəzən “otuz iki min” ifadəsi ilə
əvəzləməsi otuz iki sayını kamilliyin, kəmiyyət baxımından son hədd və tamlığın rəmzi
kimi qəbul etməsinin nəticəsidir:
Yəni otuz iki min peyğəmbərin
Dillərini anlağıl sən bunların. (3, s. 632)
“Otuz iki” sayı Nəsimi şeirində bəzən Vücudi-mütləqin təzahür formalarının çox-
luğunun, bəzən isə kamilliyin (bu çoxluğun mükəmməl vəhdətinin) rəmzidir:
ﻖﻴﻘﺤﺗ ﻪﺑ ﺖﺳا لﺎﻤآ ﻞﺻا ﺎﺗ ود و ﯽﺳ نﺁ
ﺖﺴﻴﻧ ﺎﺗ ود و ﯽﺳ ﻦﻳا زا ﺶﻧﺎﺟ رد ﻪآ ﺖﺴﻴﻧ دﻮﺧ
) .
27, s. 151
(
(Həqiqətdə otuz iki dənə kamilliyin əsasıdır,
Canında bu otuz iki dənədən olmayanın özü yoxdur).
Onun aşağıdakı beytində “otuz iki” qanadlarının çoxsaylılığı, böyüklüyü və s. Ba-
rədə müxtəlif rəvayətlər söylənilən Cəbrayılla da əlaqələndirilir. Qeyd etməliyik ki, şair
Sivilizasiya
175
bir sıra beytlərində Cəbrayılı “mələk” deyil, “pəri”
*
adı ilə verir və onun aşağıdakı
beytdə haqqında söz açdığı “otuz iki qanadlı pəri” də Cəbrayıldan başqası deyildir:
…Gər səni görsəydi duşunda pəri,
Oda salaydı otuz iki pəri. (3, s. 609)
Sonrakı dövr hürufi şairlərindən Misali eyni məcazı aşağıdakı kimi istifadə edir:
Kimdir yüzünə cənnəti-Yəzdan deməz sənin
K’etmişdir anda cəm Həq otuz iki pəri. (12, s. 444)
Nəsimi şeirində otuz iki namazın sayıdır (27, s. 243): 17 rükət və 15 rükət. Bu qə-
naət də islami görüşlərin hürufilik baxımından yozumu olaraq maraq doğurur.
“Otuz iki” sayı bəzən “xətt” məcazı ilə əlaqələndirilərək, “həqiqətə doğru aparan
yol” və “nişan”, bəzən də “xəzinə üzərindəki örtük” anlamlarına yiyələnir. Bu cəhətlər
isə hürufilik və Nəsimi şeirində hərf və sayların maddi aləmdəki çoxsaylı təzahür for-
maları (kəsrət) olaraq nəzərdə tutulduğunu göstərir. Mütəfəkkir şairin hər iki divanında
otuz iki sayı sifat və kəsrət funksiyasını daşıyaraq, ilahi həqiqətə doğru yönəldici də-
yərini kəsb edir. Aşağıdakı beytlərdə çoxluq bildirən bu say ilahi varlığın örtüyü (“hi-
cab”) və kəsrət olaraq təqdim edilir:
ما ﻩدﺮﺑ ﻩر ﺖﺧر ﻂﺧ ود و ﯽﺳ ﺮﺳ ﻪﺑ ﺎﺗ
ﺖﺳا اﺪﺧ ﯼور ﻪﻤه ﻢﻨﻴﺑ ﯽﻣ ﻪﮑﻧاﺪﻨﭼ ﺖﻬﺟ ﺶﺷ
.
(27, s.138)
(Sənin üzünün otuz iki xəttinin sirrini anladıqda (hərfən: sirrinə yol tapanda)
Gördüyüm altı cəhət tamamilə Xudanın surəti oldu).
ﯽﺑ
دﺮﺒﻧ ﻖﺣ تاذ ﻪﺑ ﻩر نﺎﺸﻧ
و ﯽﺳ نﺎﺸﻧ نﺎﮐ
ﺖﺳﺎﻣ ﻪﻧﺎﺸﻧ ود
.
)
27, s. 140
(
(Əlamətsiz Haqqın zatına yol tapmaq olmaz,
Çünki o otuz ikinin əlaməti bizim əlamətimizdir).
حﺎﺘﺘﻓا اﺮﺗ ﺞﻨﮔ ﺖﺧر ﻂﺧ ود و ﯽﺳ
حﺎﺒﺻ ﺖﻟﺎﻤﺟ رﻮﻧ ،ﺐﺷ ﻮﺗ ﻒﻟز ﺖﻤﻠﻇ
.
)
27, s. 160
(
(Sənin üzünün otuz iki xətti sənin xəzinənin açılışı oldu,
Sənin saçının zülməti (yəni qaralığı) gecə, üzünün nuru sabahdır).
*
Tədqiqatlarda “pəri” kəlməsinin əslinin Zənd Avestanın çeşidli bölümlərində yer alan “pairika” (“cadu
edən qadın”) olduğu bildirilir. İfadə pəhləvi dilində “pərik”, “pərig” və daha sonra “pəri” olmuşdur. Araş-
dırmalarda “pəri” sözünün “mələk” anlamında olan “pəriştə” (“fəriştə”, “fəriştəh”, “firiştə”) sözü ilə səsləş-
məsinə də diqqət cəlb edilir (8, s.232). Nəsimi şeirində bu ifadə “mələk” anlamı ilə yanaşı, “qanadlı” məna-
sını da ehtiva edir. Şairin farsca “qanad” anlamını daşıyan “pər” sözü ilə “pəri”ni cinas kimi istifadəsi də
belə düşünməyə əsas verir.
Hürufilik mətnlərində baş mələk Cəbrayılla bağlı mifoloji təsəvvürlərin təsirini də görmək mümkündür.
Buna örnək olaraq, “Cavidannamə”də yer alan Cəbrayılın qanadını Ayın üzərinə sərdiyi üçün onun qara
rəngə boyanması (28, s. 117) motivini göstərə bilərik.
Bakı Avrasiya Universiteti
176
Göründüyü kimi, Nəsimi maddi aləmdəki varlıqların çoxsaylılığını, təsəvvüf termi-
ni ilə deyilərsə, “kəsrət”i “otuz iki” sayı ilə də ifadə edir. Bu zaman hürufilikdə termin-
ləşən “otuz iki” sayı ilə təsəvvüfi “xətt” məcazı nisbi sinonimlik kəsb edir. Bu tərzdə
“otuz iki” sayını metaforikləşdirmə digər hürufi müəlliflərin yaradıcılığı üçün də xarak-
terikdir. Burada bu çox geniş bəhsdən yalnız hürufiliyin mürşidi Fəzlullahın nüfuzlu xə-
lifəsi və Nəsimini hürufiliyə cəlb edən Əliyyül-Əlanın “Azərbaycan”ın adını “otuz iki”
(“su” = “si-vo do”) sayı ilə əlaqələndirməsini qeyd etməyi məqsədəuyğun bilirik:
نﺎﺠﻳﺎﺑرذﺁ ﻆﻔﻟ زا ﻮﺳ
ﻣ
نﺎﻴﻋ ﺪﺷ نﻮﭼ ورد اﺪﻴﭘ دﻮﺷ ﯽ
(27, s. 291) .
(Onda (hürufilik təlimi) aşkara çıxdığından “Azərbaycan” sözündən su
*
(otuz iki)
üzə çıxır).
Əslində Nəsiminin otuz iki sayını kəsrətin metaforik sinonimi kimi istifadəsi fərdi
xarakterli deyil və Fəzlullahın təlimindən qaynaqlanır. Hürufiliyin mürşidinin bu saya
verdiyi dəyərin açıqlandığı “Cavidannamə”dən iki yerin şərhi” adlı hürufi mətnində
deyilir: “32 hərf Allahdan təcəlli etdiyi zaman kəsrət ortaya çıxır ki, biz buna sifət de-
yirik”. (17, s. 231)
Aşağıdakı misralar Nəsiminin hürufilik mövqeyindən şərh etdiyi təcəlli anlayışının
ifadələridir. Otuz iki hərf, şairə görə, Xaliqin bəyanıdır:
Ey yüzün həqdən otuz iki nişan. (3, s. 224)
Üzündə gərçi ayəti oldu otuz iki,
Hər birisi müvəhhidə yüz min nişan olur. (3, s. 224)
Ayəti-səbül-məsanidir yüzün,
Otuz ikinin nişanidir yüzün. (3, s. 593)
دﻮﺑ اﺪﺧ تﺎﻳﺁ ود و ﯽﺳ وا ترﻮﺻ نﻮﭼ
ﺮﺼﺑ ﯽﺑ ﯼا
!
زا
ﺖﺴﻴﻧ اﺪﺟ ﭻﻴه ﻖﺣ ﺖﻳﺁ
.
(27, s. 151)
(Onun surəti Xudanın otuz iki ayəti (burada: nişanə) olduğu üçün
Ey bəsirət gözü olmayan! (Onun surəti) Haqqın ayətindən
**
ayrı deyildir).
Hürufilik görüşlərinə görə, Haqq nuru “otuz iki”də təcəlla edir. Bu barədəki düşün-
cələr Nəsiminin aşağıdakı beytinin ideya qaynağıdır və bu beytdə təsəvvüfi “xətt” anla-
yışından təsirlənmə də görünür:
Vəchi-adəm süfati-eynüllah,
Otuz iki ülaikəl-əbdal. (3, s. 552)
Bu beytdə insan surətinin (“süfat”) Allahın zatının (“eynüllah”) görünüşü olması,
bu səbəbdən onun üzünün xətlərinin əsl olanın, həqiqinin əvəzləyiciləri (“əbdal”) ol-
ması bildirilir. Burada belə bir cəhət nəzəri cəlb edir ki, təsəvvüfdə “abdal” anlayışı və-
*
“Sivü dü”nün (otuz iki) qısaldılmış şəkli
**
Burada ifadənin “əlamət” anlamı da nəzərdə tutulur.
Sivilizasiya
177
lilərlə bağlı yaranmış ifadələrdən olsa da, Nəsimi burada həmin ifadənin lüğəvi məna-
sından çıxış edir. Belə ki, eyni zamanda bir neçə yerdə görünə bildikləri üçün “abdal”
(“budəla”) adlandırılan Tanrı vəliləri xalq arasında “yeddilər” (eləcə də “qırxlar”)
kimi tanınsalar da, yuxarıdakı beytdə yer alan “abdal” sözü vəli – insan ilə əlaqəli de-
yil. Bununla belə, vəlilər – abdalların “yeddilər” və “qırxlar” kimi say metaforası ilə
əlaqələndirilməsi, görünür, Nəsiminin təxəyyülünə yeni üfüqlər açmış, bu sayların ye-
rini hürufilikdə xüsusi fəlsəfi-mistik dəyər alan “otuz iki” almışdır.
Aşağıdakı beytdə “otuz iki”nin hər bir vücuda həyat verdiyindən söz açıldığı üçün
o, “Kon” sözü ilə assosiasiya yaradır və bu kəlmənin anlamının metaforik daşıyıcısına
çevrilir:
مﺪﻋ زا و ﺎﻨﻓ زا ﺖﺳا رﺎﮔﺎﺘﺳر ﯽﻤﻴﺴﻧ نﻮﭼ
ﺖﺳﺎﻘﺑ ﻖﺣ ﻖﻄﻧ ود و ﯽﺳ زا ﻪﮐ ار ﯼدﻮﺟو ﺮه
.
(27, s. 138)
(Haqqın otuz iki nitqindən əbədiyyət (“bəqa”) tapan hər bir vücud Nəsimi kimi
fəna və yoxluqdan xilas olur).
Şairə görə, həm söz (“Kon”), həm sözü söyləyən, həm də sözlə söylənib var olan
otuz ikidir. Hər bir vücudu, eləcə də Nəsimini fənadan keçirərək bəqaya qovuşduran
otuz iki kəlam Fəzlullahın təlimi kimi başa düşülür. Fənadan bəqaya keçilməsi təsəvvüfi
anlayışlardan olan “fənafillah” və “bəqabillah” mərhələlərinə işarədir. Aşağıdakı beytdə
isə “onun otuz iki kəlamı” ifadəsi birmənalıdır və bununla Fəzlullahın “kövn ilə mə-
kan”ı “xüruşa” gətirən sözlərinə eyham edilmişdir. Şairə görə, Fəzlullahın təsir dairəsi
altında olan məkan Sidrətül-müntəhaya qədərdir. Sidrətül-müntəha, məlum olduğu ki-
mi, Haqq məkanına ən yaxın ağacın adıdır. Göyün yeddinci qatında yerləşən bu ağacın
mövcud olduğu yer isə Məhəmməd peyğəmbərin merac zamanı yetişdiyi ən axırıncı
məqamdır. Nəsimi:
ﺎﺟ ار ﺎﻬﺘﻨﻣ ﺖﺧرد
]
نﺁ زا
[
رد
ﺪﻣﺁ ﺖﺸﻬﺑ ﻦﻳا
ﺖﺳا نادﺮﮔ خﺮﭼ ﻂﻴﺤﻣ ﯼو زا ﻦﺨﺳ ود و ﯽﺳ ﻪﮐ
.
)
27, s. 141
(
(Müntəha ağacı ona görə bu behiştdə yer tutdu
Ki, otuz iki kəlmə ondan fələyi hərəkətə gətirdi).
Artıq deyildiyi kimi, Nəsiminin şeirində məxluqatın rəmzi kimi verilərkən “otuz
iki” təsəvvüfdə maddi varlığa aid edilən “sifat” və “kəsrət”in anlam xüsusiyyətlərinə
malik olur. Otuz iki yalnız zahiri görünüş – sifatla (eləcə də maddi aləm) bağlı deyildir,
o eyni zamanda zatın (mahiyyət, əsl, cövhər və s.) özü olur. Bu zaman “otuz iki” ruh və
cisimdən ibarət maddi varlığın rəmzi kimi istifadə edilir:
زا ﺰﺠﺑ ﻢﻟﺎﻋ ود قﻼﺧ
ﺖﺴﻴﻧ اﺪﺧ ﻞﻀﻓ
و تاذ وا
ﺖﺴﻴﻧ ﺎﺗ ود و ﯽﺳ زا ﺰﺠﺑ ﺶﺗﺎﻔﺻ
.
(27, s. 151)
(İki aləmi yaradan Xudanın mərhəmətindən başqa (bir şey) deyildir,
Onun zat və sifatı otuz ikidən başqa (bir şey) deyildir).
Otuz ikinin (“sivü dü”) istifadə olunduğu yuxarıdakı mətn onun “zat” və “sifat”ın
vəhdəti – eyni bir varlığın iki fərqli cəhəti kimi nəzərdə tutulması qənaətini yaradır.
Bakı Avrasiya Universiteti
178
Aşağıdakı beytdə isə otuz iki fəlsəfi-irfani mənada gözəlliklə əlaqələndirilir. “Allah
öz gözəlliyinə, yəni maddi aləmdə yaratdığı gözəlliklərə aşiq idi” anlamında “onun
zatı... otuz ikinin hüsnünə aşiq idi” deyilir:
ود و ﯽﺳ ﻦﺴﺣ ﻖﺷﺎﻋ وا تاذ ﻪﺸﻴﻤه دﻮﺑ
ﺎﻤﻳاد ﺶﻳﻮﺧ ﻪﺑ ﺶﻳﻮﺧ ﻮﺟ و ﺖﺴﺟ ﻪﺸﻴﻤه ﺖﺷاد
.
(27, s. 125)
(Onun zatı həmişə otuz ikinin hüsnünə aşiq idi,
Daima özünü özündə axtardı).
Nəsimi şeirində otuz iki sayı dini, təsəvvüfi və riyazi biliklərin, hürufilik görüşləri-
nin, dünyəvi müşahidələrin, müxtəlif etiqadların sintezi kimi maraq doğurur. Şairin otuz
ikini xatırlatdığı hər bir beytdə, demək olar ki, bu saya yeni anlam verdiyi və onu fərqli
fəlsəfi-poetik düşüncələrin ifadəsinə çevirdiyinin şahidi oluruq. Nəsiminin otuz iki sayı-
na verdiyi anlamlardan bir neçəsi aşağıdakı kimidir:
Nəsimi şeirində otuz iki aşiq, otuz iki məşuq (surət) və otuz iki könül bağı (“delse-
tan”) kimi maraqlı metaforalardan istifadə olunur (27, s. 318). Şair otuz ikini məşuqun
gözəlliyinin kainatdakı nişanəsi, başqa sözlə, təzahürü sayır (27, s. 341), başqa bir şeir-
də isə, otuz iki, ümumiyyətlə, ilahi əlamətdir (27, s. 356). Nəsimiyə görə, Allah gözəl
üzün otuz iki xəttində görünür (27, s. 342). Şair üzdə oxunan “əbədi otuz iki hərf” (“si-
vo do hərf-e ləmyəzəl”) ilə “eşqin hərf və hecası”nı (“hərf və heca-ye eşq”) qarşılaşdı-
rır və üstünlüyü birinciyə verir (27, s. 335).
Tanınmış alim Z.Quluzadə hürufiliyin mürşidi Fəzlullah Nəiminin otuz ikini, eləcə
də iyirmi səkkizi məhəbbət və gözəlliklə əlaqələndirdiyini, hətta bu sayların həmin anla-
yışlarla eyniyyət təşkil etdiyini bildirir (24, s. 99). Zənnimizcə, burada eyniyyətdən ar-
tıq, həmin sayların məhəbbət və gözəlliyin məcazı və metaforik sinonimi kimi nəzərdə
tutulmasından bəhs oluna bilər.
Ümumiyyətlə, istər təsəvvüf, istərsə də hürufilik ədəbiyyatında Allah əzəli mühibb
(ilk sevən) kimi vəsf olunur. Allahın öz gözəlliyinə aşiqliyinin bu aləmin yaradılmasına
səbəb olması ilə bağlı dini qənaət Onun bu epitetlə anılmasına əsas vermişdir.
Yuxarıdakı beytdə Nəsiminin Haqqın otuz ikinin gözəlliyinə aşiq olmasını ifadəsi
və bunun Haqqın özünü özündə axtarması kimi yozumu onaqədərki fəlsəfi-irfani müla-
hizələrdən istiqamətlənir. Bu cəhət də maraq doğurur ki, şair hürufilik ideyalarını təbliğ
etdiyi bir çox türkcə şeirində təsəvvüfün ənənəsinə sadiq qalır və farsca yuxarıdakı
beytindən fərqli olaraq, Haqqın otuz ikinin hüsnünə aşıqliyindən deyil, “xub”a – gözəl
insana sevgisindən söz açır:
Həqq sevər xubivü Həqdən Həqqi bil,
Sureyi-“Vəttur”i tanı, rəqqi bil!
Gör bu bədrin istivasın, şəqqi bil,
Narə salma sən anı, uçmağı bil. (3, s. 597)
Həqq sevər xubi, nə mənidən mən anı sevməyim,
Sevməyim şol nəsnəyi kim, Həq dedi, insan degil. (3, s. 512)
Burayadək söylənilənləri xülasə edərək, belə bir qənaətə gəlmək mümkündür ki,
Nəsimi şeirində bu sayın məna tutumuna bir çox anlamlar əlavə edilsə də, o daha çox
maddi aləmdəki çoxsaylı təzahür şəkillərinin rəmzinə çevrilərək istifadə olunmuşdur.
Sivilizasiya
179
Nəsiminin türkcə və farsca divanlarında otuz iki sayının bədii və fəlsəfi funksiyası-
nın müqayisəsi göstərdi ki, şairin farsca ayrı-ayrı beytlərində bu saya verdiyi anlamların
bir çoxu onun türkcə “Otuz ikidir” rədifli şeirində icmal edilmişdir. Bu ümumiləşdir-
mədə isə abstraksiya və poetiklik fəlsəfi təfəkkür və hürufilik düşüncəsinə yardımçı ro-
lunu oynamır, onlarla bərabər səviyyədədir.
Nəsimi şerində otuz iki sayı ilə əlaqədar olaraq belə bir cəhət də özünü göstərir ki,
şair çox zaman “ otuz iki”, eləcə də onunla əlaqəli “ on altı” və “ səkkiz” saylarından söz
açarkən, adətən, “istiva” anlayışını da yada salır. Sanki bununla mütəfəkkir hürufilikdə
xüsusi mövqeyi olan yaxın sayların əlaqəli artımının, yəni 7-nin 8-ə, 14-ün 16-ya, 28-in
32-yə çatdırılmasının başlıca səbəb və vasitəsini xatırlatmış olur:
دﻮﻤﻧ دﻮﺑ وا ﯼور ﻮﭼ اﺪﺧ شﺮﻋ
وا زا ﯼور
اﻮﺘﺳا ز رﺪﻗ ﺐﺷ رد ﻮﻣ ﻪﺑ ﻮﻣ ﻖﻄﻧ ود و ﯽﺳ
) .
27, s. 125
(
(Xudanın ərşi (göylər) onun üzü olduğundan ondan üzünü göstərdi,
Otuz iki nitq qədr gecəsində bircə-bircə
*
istivadan (göründü)).
Çün üzüdür kitab ayəti,
İstiva ilə san otuz ikidir. (3, s. 436)
Burada onu da qeyd etmək lazımdır ki, “otuz iki”dən, xüsusilə “otuz”
**
sayından
fərqli olaraq, “on altı” və “iyirmi səkkiz” saylarının müqəddəslik, xüsusi dini və fəlsəfi
rəmzi dəyər kəsb etməsi daha çox hürufiliklə bağlıdır.
Dostları ilə paylaş: |