Baki avrasiya universiteti Elmi-nəzəri jurnal



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə21/27
tarix26.02.2017
ölçüsü4,01 Kb.
#9674
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

Nəticə 
Göründüyü kimi, “otuz iki” sayının Nəsimi şeirində yaratdığı fəlsəfi-bədii məzmu-
nun hüdudlarını  təhlil edərkən belə bir nəticəyə  gəlmək mümkündür ki, bu anlayışın 
məna parametrləri çox əhatəlidir və o hətta açıq işlənmədiyi beyt və misralar üçün də 
fikri açar kimi istifadə oluna bilir.  
“Otuz iki” sayının da Nəsiminin müraciət etdiyi bir çox ənənəvi təsəvvüf termin-
məcazları kimi şeirdən-şeirə, beytdən-beytə, misradan-misraya fərqli fikir yükü kəsb 
etməsi böyük mütəfəkkirin həm də söz sənətinin fəlsəfi dərinliyini təmin edən bilik dai-
rəsinin genişliyinin nəticəsidir.  “Otuz iki” sayı  və ümumiyyətlə, hərf simvolikası özü 
ayrıca, təcrid edilmiş şəkildə fəlsəfi və ya təsəvvüfi dəyər kəsb etmir. Bu saylar təsəv-
vüf və hürufilik ədəbiyyatında mövcud aləmdəki gizli nizam və sistemliliyin təsdiqlə-
yici faktı, ilahi aləmin maddi varlıqda təzahür şəkli, işarə və simvolları kimi nəzərdə tu-
tularaq istifadə olunur.  

Bakı Avrasiya Universiteti  
 
188
 “Otuz iki” sayının ifadə imkanlarının öyrənilməsi hürufilərin və Nəsiminin “Həqq 
nuru”nun insanın üzündə  təcəllası ilə bağlı  təsəvvürlərinə  də aydınlıq gətirir.  Şair bu 
sayı xaliq, məxluq, mələk və peyğəmbərlərlə də bağlı şeirə gətirir, onu qeyb aləmi və 
maddi dünya, mikro (insan) və makrokosm (kainat) arasında əlaqələndirici vasitə kimi 
təqdim edir. Otuz ikidə insanın ilahi aləmlə rabitəsi də dolayısı ilə nəzərdə tutulur. Bun-
dan başqa, hürufilikdə  “otuz iki” ayrı-ayrı hissələrin  əmələ  gətirdiyi tamı ifadə etdiyi 
üçün həm kamilliyin, həm də gözəlliyin rəmzidir.  
Ümumiyyətlə, Nəsimi  şeirinin spesifik xüsusiyyətlərini, başlıca fikri istiqamətləri 
və məcazlar sistemini müəyyənləşdirən hürufiliyi bilmədən sonrakı dövrlərdə yaranmış 
ədəbiyyatın bəzi örnəklərinin fəlsəfi və  bədii dəyərini təyin etmə mümkünsüz görün-
məkdədir. Müşahidələrimiz göstərir ki, bir sıra  əsərlər hürufilik və  Nəsimi  şeiri kon-
tekstində təhlil edildikdə öz həqiqi anlamını üzə çıxara və dəyərini ala bilir. Bu cəhətin 
nəzərə alınmaması isə bir sıra  şairlərin  şeirinin  şərhində  çətinliklər və natamamlıqlar 
meydana çıxarır.  
Nəhayət, bunu da xatırlatmalıyıq ki, mütəfəkkir  şair uzaqgörənliklə o otuz ikini 
özünün həm cəzası, həm də uğuru (27, s. 255) bilsə də, ona hürufilik görüşlərinə görə 
tənə edənlər təqdir edənlərdən az oldu. Nəsimi bu təlimə mənsubiyyəti ilə digərlərindən 
fərqlənə və türk bədii-fəlsəfi düşüncəsi üzərinə öz silinməz möhürünü vura bildi. 
 
Qaynaqlar
 Azərbaycan dilində
1.  Qıpçaq, Məmmədəli. Kəmiyyət anlayışının dildə ifadəsi. Tarixi-tipoloji tədqiqat, Bakı, Elm, 
2000. 
2.  Nəsimi, İmadəddin. İraq divanı, tərtib edəni: Qəzənfər Paşayev, Bakı, Yazıçı, 1987. 
3.  Nəsimi, İmadəddin. Seçilmiş əsərləri. Tərtib edəni: Həmid Araslı, Bakı, Azərbaycan Dövlət 
Nəşriyyatı, 1973. 
4.  Seyidov Y. Nəsiminin dili. Bakı, Azərbaycan, 1996. 
5.  Şıxıyeva S. Hürufilik və irfani görüşlərin müqayisəli tədqiqi (Nəsimi  şеiri  əsasında). \\ 
“Еlmi araşdırmalar”, VI buraxılış, №1-2, Bakı, 2004, s.340-358. 
6.  Şıxıyeva S. Nəsimi  şeirində  “əlif-lam” poetik forma və  fəlsəfi rəmz kimi. \\ “Ədəbiyyat 
məcmuəsi”, Bakı, 1999, s.173-174. 
7.  Şıxıyeva S. Nəsiminin fəlsəfi-bədii irsində Tövrat və  İncil motivləri. \\ “Tarix və onun 
problеmləri”, №3, Bakı, 2000, s.38-47. 
 
 Türk 
dilində: 
8.  Bozkurt, Nebi. Peri. \\ Türkiye Diyanet Vakfı  İslam Ansiklopedisi, Cilt: 34, 2007, s. 232-
233. (http://www.islamansiklopedisi.info/dia/pdf/c34/c340147.pdf) 
9.  de Vitray-Meyerovich, Eva. Tarih Öncesinden Osmanlı Dönemine Kadar Konya. Hz. 
Mevlana ve Sema, Konya, Konya İl Kültür Müdürlüğü, 2003.  
10.  Esrar Dede. Tezkire-i Şu’ara-yi Mevleviyye. Hazırlayan:  İlhan Genç, Ankara, Atatürk 
Kültür Merkezi, 2000. 
11.  Fazlullah Esterabadi. Cavidan-Name. Dürr-i Yetim İsimli Tercümesi. Hazırlayan: Fatih 
Usluer, İstanbul, Kabalcı Yayıncılık, 2012. 
12.  Güneş, Deva. Misali Divanı:  İnceleme-Metin, Yüksek Lisans Tezi, Dumlupınar 
Üniversitesi, 2011. 
13.  Hurufilik Metinleri Kataloğu. Hazırlayan: Abdülbaki Gölpınarlı. Ankara, Türk Tarih 
Kurumu Basımevi, 1989. 
14.  Şenödeyici, Özer - Akdağ, Ahmet. Hurufilikte Ebced Hesabının Kullanımına Dair Bir 
Risale. \\ Mediterranean Journal of Humanities mjh.akdeniz.edu.tr IV/2, 2014, s. 227-237. 

 
Sivilizasiya 
 
189
15.  Şıhıyeva S. Hurufilik Kaynaklarında Türkçe ve Farsça'nın Statüsü Sorunu. \ Uluslararası 
Dünya Dili Türkçe Bilgi Şöleni (Sempozyumu) Bildirileri (20-21 Kasım 2008), Başkent 
Üniversitesi Dil Araştırma ve Uygulama Merkezi (BÜDAM) ve Türk Dil Kurumu İş 
Birliği, Ankara, Türk Dil Kurumu Yayınları, 2011, s. 595-611. 
16.  Şıhıyeva S. Orta Çağ Doğu Şiirinde Harf ve Sayı Mistisizmi. \ 38. İCANAS. Atatürk Kültür 
Dil ve Tarih Yüksek Kurumu (Bildiriler), III c., Ankara, 2008, s. 1505-1534. 
17.  Usluer, Fateh. Hurufilik: İlk Elden Kaynaklarla Doğuşundan  İtibaren.  İstanbul, Kabalcı 
Yayınevi, 2009 . 
18.  Usluer, Fatih. Hurufi Metinleri. I., Ankara, Birleşik Kitabevi, 2014. 
19.  Üzgör, Tahir Su Kasidesi Spekülatif Görüşler  
 (http://ist-univ.dergipark.gov.tr/download/article-file/158029) 
20. 
ﯼﻻﺎﺗﺁ ﻢﻴﺴﺑ
 .
ﯽﺷﺎﺘﮑﺑ
 
 ،لﻮﺒﻧﺎﺘﺳا ،ﯽﺗﺎﻴﺑدا ﮏﻴﻟ
1340
.
 
21.  . 
ﺮﻤﻋ ﻩد ﻩد ﯽﻨﺷور
 .
ناﻮﻳد
 
 AMEA 
Əlyazmalar İnstitutu, B-778\2938 
22. 
 ،تدﺎﻌﺳ رد ،ﯼزﺎﻴﻧ ناﻮﻳد
1325
.
 
 
 
 Rus 
dilində: 
23.   Ализаде А.Дж. Категория числа в азербайджанском языке (на материале письменных 
памятников XIV-XIX в.), АКД, Баку, 1966. 
24.   Кули-заде  З.  Хуруфизм  и  его  представители  в  Азербайджане.  Баку,  Издательства 
«Элм», 1970. 
 
 Fars 
dilində: 
25. 
ﺎﺿر ،ﻖﻴﻓﻮﺗ
 .
ﯼﺎه ﻪﺸﻳﺪﻧا رد ﯽﺸهوﮋﭘ
ﻪﻴﻓوﺮﺣ 
 // .
ﯽﻤﻴﺴﻧ ﻦﻳﺪﻟادﺎﻤﻋ رﺎﻌﺷا و ﯽﮔﺪﻧز
 .
 ،ﯼراﺪﻨﭘ ﯽﻟﻼﺟ ﷲاﺪﻳ ﺶﺷﻮآ ﻪﺑ
،ﯽﻧ ﺮﺸﻧ ،ناﺮﻬﺗ
 
1993
.
 
26. 
رﺎﻄﻋ ناﻮﻳد
 .
 ،ﻦﻴﺘﺴﺨﻧ ﺮﺸﻧ ،ناﺮﻬﺗ
1376
 
27. 
ﯽﻤﻴﺴﻧ ﻦﻳﺪﻟادﺎﻤﻋ رﺎﻌﺷا و ﯽﮔﺪﻧز
 .
،ﯽﻧ ﺮﺸﻧ ،ناﺮﻬﺗ ،ﯼراﺪﻨﭘ ﯽﻟﻼﺟ ﷲاﺪﻳ ﺶﺷﻮآ ﻪﺑ
 
1993
.
 
28. 
قدﺎﺻ ،ﺎﻴآ
 .
ﯽﻧﺎﮔﺮﮔ ﻪﻣﺎﻧ ﻩژاو
 .
 ،ناﺮﻬﺗ
ﺸﻧاد
ــ
 ﻩﺎﮕ
ناﺮﻬﺗ
 ،
1330
.
 
29. 
 ،نﺪﻴﻟ ،ﻪﻴﻓوﺮﺣ ﻞﺋﺎﺳر ﻪﻋﻮﻤﺠﻣ
1909

 
 
 
SUMMARY 
Saadat Shikhiyeva 
 
POETIC AND PHILOSOPHICAL SIGNIFICANCE OF THE NUMBER "THIRTY-TWO" 
(BASED ON VERSE OF NASSIMI) 
 
Some numbers used in Nassimi poems are taken from hurufi worldview. Among all numbers 
the number thirty-two is different because of using as a symbol of perfection, the multiplicity and 
infinity. Thirty-two is associated with the universe, humanity, alphabet, with different areas of 
cultural life, etc. As a rule, the poet carries the connection between the numbers 32 and 16, 8, 
and indirectly numbers 28, 14 and 7. This communication chain is paving the way to a variety of 
poetic and philosophical interpretations. 
Learning opportunities of hurufi values of the term "thirty-two" brings clarity to Nassimi's 
and hurufits idea about manifestation of the divine light in the features of a human face. In the 
poet's verses this number is associated with the creator, creation, angels and prophets, as well as 
used as a bonding connection between the material and the divine worlds. 
 
Keywords: Nassimi, Hurufism, number symbolism, the meaning of number thirty-two 
 
 

Bakı Avrasiya Universiteti  
 
190
РЕЗЮМЕ 
Саадат Шихиева 
 
ПОЭТИКО-ФИЛОСОФСКОЕ ЗНАЧЕНИЕ ЧИСЛА "ТРИДЦАТЬ ДВА" 
(НА ОСНОВЕ СТИХА НЕСИМИ) 
 
Некоторые числа, использованные в стихотворениях Несими, заимствованы из хуру-
фитского  мировоззрения.  Среди  чисел  число  тридцать  два  отличается  тем,  что  рас-
сматривается  как  символ совершенства,  многочисленности  и  бесконечности.  Тридцать 
два  связывается  со  Вселенной,  человечеством,  алфавитом,  с  различными  областями 
культурной жизни и т.д. Как правило, поэт проводит связь между числом 32 и 16, 8, а 
также косвенно числами 28, 14 и 7. Данная цепная связь прокладывает путь к различным 
поэтико-философским интерпретациям. 
Изучение  возможностей  значений  хуруфитского  термина  «тридцать  два»  привно-
сит ясность в представления хуруфитов и Несими о проявлении божественного света в 
чертах человеческого лица. В стихах поэта данное число связывается с творцом, творе-
нием, ангелами и пророками, а также используется как связующее средство между ма-
териальным и божественным мирами. 
 
Ключевые слова: Нeсими, хуруфизм, символика чисел, число тридцать два 
 
 
 
 
 

 
Sivilizasiya 
 
191
Nazilə ABDULLAZADƏ

 
 
MEYXANA JANRI KLASSİK POEZİYA VƏ ŞİFAHİ  
XALQ YARADICILIĞI SİNTEZİNDƏ  
(Əliağa Vahidin yaradıcılığı əsasında) 
 
Açar sözlər: klassik ədəbiyyat, şifahi yaradıcılıq, mey, meyxana, Vahid 
 
Giriş 
Etnik-milli köklərə bağlı Azərbaycan ədəbiyyatı onu yaradan, əsrlərin keşməkeşli 
yollarından keçirən, mücadilələrlə dolu tarixə malik bir xalqın milli sərvətidir. Bu sər-
vətdə, bədii-mənəvi nailiyyətdə xalqın varlığı, həyat və məişəti, arzu və həsrəti, sevinc 
və  kədəri, yaşam yolu, öz dilinə, incəsənətinə, adət-ənənəsinə  məhəbbət və ehtiramı, 
dosta sədaqəti, düşmənə nifrəti poetik detallarla əks olunmuşdur. Tarixi yazmaqdan çox 
yaratmaqla məşğul olan Azərbaycan xalqının uzun zaman kəsiyində formalaşaraq inki-
şaf edən istər şifahi xalq yaradıcılığı, istərsə də klassik ədəbi-mədəni salnaməsinin bir 
səhifəsini də meyxanalar təşkil edir.  
Kökü uzaq keçmişə – şamanizmə gedib çıxan meyxana Azərbaycan türklərinin 
çeşidli və rəngarəng fikir və duyğularının poetik əks-sədası olmaqla yanaşı, mahiyyətcə 
də ideoloji yük daşımış, istər şifahi, istərsə də yazılı şeir nümunələri içərisində özəllik-
ləri ilə seçilmiş bir janrdır. Folklorla, xalq sənəti ilə bağlı olan meyxana zaman keçdik-
cə cilalanaraq yazılı şeirə çevrilmiş, ritmi, tembri ilə əruzun təfilələrini, ölçü və bəhrlə-
rini – klassik poeziyanın ünsürlərini özündə birləşdirmişdir. Bu, meyxananın tarixini 
daha qədimlərə, qam-şaman ənənələri və [4, s. 10-11] ozan – aşıq sənətinə aparıb çıxa-
rır. Bu gün də tədqiqatçıların meyxananın şifahi, yaxud klassik şeir şəkli olması fikrinə 
müxtəlif rakursdan yanaşmaları bu janrın qədimliyi ilə bərabər zəngin poetik quruluşa 
malik olmasından irəli gəlir. Belə ki, bədahətən, xalq təfəkkürünün məhsulu kimi xüsu-
si avazla deyilən meyxana həm də xüsusi ritmə, ahəngə, klassik şeirin ölçü və qəlibləri-
nə tam uyarlaşır. Meyxanaların  şifahi xalq yaradıcılığına aid edilməsinin bir əsası da 
fikrimizcə, ənənəvi nəğmə yaradıcılığında olduğu kimi, təkrarlanan hissənin (nəqəratın) 
olmasıdır ki, bu da meyxanaya xüsusi gözəllik, rəvanlıq və yaddaqalanlıq gətirir.  
 
1.  Meyxana klassik poeziya və şifahi xalq yaradıcılığında 
 
Meyxana şifahi xalq yaradıcılığı və klassik poeziya ilə əlaqədə olub daim özünün 
sinkretikliyi ilə  fərqləndiyindən xüsusi sənət növü kimi orijinal və  bənzərsizdir [4, s. 
18]. Meyxananın həcmi, quruluşu, məzmunu, fəlsəfiliyi və qafiyə quruluşu da onu xalq 
şeirindən daha çox təriqət ədəbiyyatına aparıb çıxarır. Orta əsrlərdə hürufiliklə yanaşı, 
digər təriqətlərin intişarı dərvişlər tərəfindən söylənən şeirlərdə təşəkkül tapırdı. Dünya 
nemətlərindən əl üzüb tərki-dünya olan, oba-oba, el-el gəzib çəkinmədən düşündüyünü 
deyən dərviş-şairlərin ictimai qüsurların tənqidinə, insan kamilliyinin vəsfinə səsləyən 
qəsidə-şeirlərini meyxananın klassik nümunələri adlandırmaqla bu janrın qədimliyini 
təsdiqləmiş oluruq. 
Lakin meyxanaya münasibət həmişə birmənalı olmamışdır. Əruz vəznində, ritmlə, 
sinədəftər söylənən bu şeirin adındakı  “mey”  və  “xana” sözləri farscadan tərcümədə 
                                                           

 Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universiteti nazile.s.m.d@mail.ru 

Bakı Avrasiya Universiteti  
 
192
şərab evi, içki içilən yer anlamını daşıdığından uzun müddət qadağalarla üzləşmiş, 
küncdə-bucaqda, el mərasimlərində, kiçik məclislərdə söylənmiş, dəbdəbəli salonlara, 
müsamirələrə yol ala bilməmişdir. Əslində isə şifahi dildən klassik şeirə asanlıqla vəsi-
qə alan meyxananın izahı dini anlamda “mey” - cənnət bulaqlarının suyu, “meyxana 
əhli”, “xərabat əhli” isə cənnət əhli deməkdir. Dini kitablarda və hədislərdə də o dün-
yada cənnətdə şərab bulaqlarının olduğu deyilir.  
Məhəmməd surəsində göstərilir ki, cənnətin Allaha yaxın bir məqamında 
müqəddəs bir məkan olacaq. O məkanda 14 məsum əyləşəcək. O bulaqdan müqəddəs 
mey axacaq və saqi adlandırdığımız şəxs (Məhəmməd Peyğəmbər s.v.) Allahın məhəb-
bətini qazanmış layiqli bəndəsinə piyalədə o meydən təqdim edəcək. Deməli, irfani 
elmdə mey Allahın eşq  şərabı, müqəddəs meyin və 14 məsumun olduğu məkan isə 
meyxana mənasını bildirir.  
Bir çox klassik Azərbaycan  şairlərinin  şeirlərində  də  “mey”, “şərab”, “sağər”, 
“meyxana” ifadələri müqəddəs söz kimi işlədilmişdir. Müqəddəs Kərbəla torpağında 
dünyaya göz açan, ömrünün sonuna qədər ona verilən Tanrı payını  İmam Hüseynin 
məqbərəsinə xidmətdə keçirən Füzuli öz cansağlığını, qüvvət xəzinəsini meyxana kün-
cündə bulduğunu iddia edir və bu mübarək mülkün viran qalmamasını Allahdan diləyir: 
 
Füzuli buldu gənci-afiyət meyxanə küncündə, 
Mübarək mülkdür, ol mülk viran olmasın, ya rəbb! 
 
XVII yüzillik aşıq ədəbiyyatının nümayəndəsi aşıq Abbas Tufarqanlı “mey” və “ 
meyxana”nı irfani-işarəsi olan obraz kimi məscid, beytullah ucalığında görür: 
 
Bir məscidə vardım, meyxana gördüm, 
Meyxana içində beytullahı var. 
 
XIX əsr Azərbaycan ədəbiyyatında klassik poeziya ənənələrini yaradıcılıqla davam 
etdirən, incə ruhlu lirik, kəskin ruhlu satirik, ədəbiyyatşünas-təzkirəçi, müqəddəs Nəcəf, 
Şam şəhərlərində 18 il dini təhsil alan Seyid Əzim, Şirvani meyxanəni cənnətə, badəni 
cənnətdə bulağa (kövsər) bənzədir. Minbərdən danışan din xadiminin nəsihətlərini nis-
yə sayan şair sözün mənasını  işarədən başa düşməyi, meyxanalarda səhlənkar  şəraba 
meyil etməməyi tövsiyə edir: 
 
Könül, meyxanə cənnət, badə kövsər, saqidir qılman, 
Gedib vaiz deyən nisyə sözə ümmidvar olma! 
Rümuzi-şeirimin dərk etməmiş mənasını Seyyid, 
Gedib meyxanalarda laübali meyküsar olma! 
 
Gördüyümüz kimi, istər klassiklərin, istərsə də xalq şeiri nümayəndələrinin yaradı-
cılığında mey   ilahi mey, eşq şərabı, Tanrının birliyinə, bəndənin təkamülünə, nicatına 
aparan yol deməkdir. 
 
2.  Mey və meyxana 
 
Bəzi mənbələrdə meyin bir anlamının da söz olduğu göstərilir [1, s. 45]. Tədqiqat-
çılar doktor Həsən Ənvərinin “Fərhəngi feşordeyi soxən” kitabının II cildində meyxanə 

 
Sivilizasiya 
 
193
sözünün məclis, yığıncaq, ariflərin, söz sərraflarının, mürşidlərin toplaşdığı yer mənası-
nı verdiyi üçün bu qənaətə gəlir və meyxananı da söz məclisi kimi qəbul edirlər [1, s. 
4]. Bütün məclislərdə  istər xeyir, istər şər  insanlar sözlə mədh olunur, təriflənir, göylə-
rə qaldırılır, təskinlik verilir, ovundurulur. Meyxana məclislərində də meyxanaçılar me-
yin  sözün qüdrəti ilə insanları məst edirlər. Doktor Seyyid Cəfər Səccadinin “İrfani is-
tilahlar lüğəti”[3] adlı kitabında bununla bağlı deyilir: 
 
Meyə meyl eylədikcə məst olur əqlim, 
Dünyanı dərk edib sirrin duyur əqlim [4, s. 67]. 
 
Təbii ki, burda söhbət içkidən, şərabdan deyil, sözdən gedir, içki, şərab insanı məst 
edir, ancaq o, dünyanı dərk etdirməyə qabil deyil, insan yalnız sözün qüdrəti ilə dünya-
nı dərk edib, sirlərindən agah ola bilər. 
Meyxanalar məzmununa görə  də  rəngarəng olmuşdur. Onlarda xalqın psixologi-
yası, dünyagörüşü, mənəviyyatı, sözə bağlılığı, düşüncə tərzi, milli koloriti, sosial-məi-
şət problemləri və s. əksini tapmışdır. Lakin hər iki vəzndə meyxananın məzmunu öz 
forması ilə tamamlanır, mövzuca hikmətamiz, tənqidi, nəsihətamiz və s. deyimdə olur 
[4, s. 20]. Xalqın hakim dairələrdən narazılığının, güzəranının, sevinc və kədərinin özü-
nəxas yumor, bəzən satirik məqamlarla lakonik, üstüörtülü çatdırılmağı meyxananın 
əsas xüsusiyyətidir. Postsovet məkanında bu janrı xalqın gözündən salmaq üçün onun 
adını içki satılan yer, şərab düşkünlərinin yuvası kimi mənalandırır, meyxanasevərlərin 
bu janrı yaşatmasına mane olur, meyxana deyənləri, meyxananəvisləri şeir-sənət adamı 
deyil, hərzə-hürzə danışan adlandırır, ədəbiyyata yaxın buraxmırdılar. Lakin xalqa mey-
xana qədər doğma, yaxın bir janr yox idi. Kiçik məclislərdə, el şənliklərində, daha çox 
gənclərin toplaşdığı, hökumət adamlarının olmadığı gözdən iraq yerlərdə söz xiridarları 
meyxana deyər, doğma vətənin vəsfi, tarixi hadisə və tanınmış şəxsiyyətlərin fəaliyyəti, 
adət-ənənələr, dövrün çatışmazlıqları, narazılıqlar və sairədən qafiyə tutar, yeri gələndə 
bir-birlərinə sataşıb məzələnərdilər.  
 
3.  Əliağa Vahid və meyxana janrı 
 Meyxananı şeir, bədii söz möcüzəsi adlandıranlar yanılmırlar. Bu möcüzə həm də 
meyxana deyənin yetışdiyi torpaq, onu əhatə edən ədəbi-mühitlə bağlıdır. Müxtəlif böl-
gələrin yetirdikləri insanların  ədəbiyyata, incəsənətə, mədəniyyətə münasibəti bütün 
dövrlərdə müxtəlif olmuşdur. Qarabağ torpağında yetişən xanəndələrin səsi, Qazaxdan 
çıxan aşıq musiqisi, Şirvanda yetişən şairlərin sayı digər bölgələrlə müqayisədə nə qə-
dər fərqlənirsə, Bakı və ətraf kəndlərin söz xiridarlarının bədahətən, sinədəftərlik qabi-
liyyəti bir o qədər əvəzedilməzdir. Sözü sözə calamaq, yoxdan qafiyə yaratmaq, hazır-
cavablıq, deyişmədə bir-birini bağlamaq Bakı şairlərinə fitrən verilən istedaddır. Mey-
xana deyən sinədəftərliklə bərabər, həm də əruzu yaxşı bilməli, musiqi duyumu olmalı, 
lakonik, hədəfə tuşlanmış söz və ifadələrlə qafiyə tutmalı, zəngin lüğət ehtiyatına malik 
olmalıdır. Meyxana demək xüsusilə Abşeron şairlərində xarakterik olub. 
Bu, dərsliyi, nəzəriyyəsi olmayan fitri bir istedaddır ki, Xəzərin suyu, Abşeronun 
xəzri-gilavarı, isti qumu, havası ilə bu torpaqda yaşayanlara keçib. XIX əsrin sonu XX 
əsrin  əvvəllərində daha geniş intişar tapan meyxana janrını klassik qəliblərdən azad 
edib ona yeni biçim, yeni ovqat verən və bu janrda ustad adını qazanan Əliağa Vahid də 
Bakıda dünyaya göz açmış,”rindanə”( 5.5) şeir məclislərində yetişmişdir. 

Bakı Avrasiya Universiteti  
 
194
Biz xərabat əhliyik, meyxanələrdən çıxmışıq, 
Badələr nuş etmişik, peymanələrdən çıxmışıq, 
 
- misraları Vahidin meyxana yaradıcılığının kredosu kimi səslənir. Hələ sağlığında 
əsərləri nəşr olunan, nəinki nəşr olunan, dildən-dilə düşən, əzbərlənən, sevgililərin do-
dağının pıçıltısına çevrilən  şairlərdən olan Vahid dövrün çatışmazlıqlarını qamçılayan 
meyxanaya xüsusi şirinlik, xəlqilik qatıb bu qədim şeiri geniş auditoriyaya çıxarmaqla 
yeni bir ədəbi məktəbin   Vahid meyxana məktəbinin əsasını qoymuşdur.  
Yaşadığı dövrün ab-havasını, yaxşı-pisini, əgər-əskiyini özünəxas, vahidanə deyən 
Əliağa sələfləri Hacı Əli Kərəm, Mirzə Məhəmmməd Hüseynəli, Mirzə Bağır, Atababa 
Hicri, Ağahüsyn Əfsun, Haşım Atakişi ilə xələfləri arasında mənəvi körpü rolunu oyna-
yan bir sənətkar olmuşdur. Bu şairlər sinədəftərliklə yanaşı,  əruzu, klassik poeziyanı, 
qəzəli də dərindən bilmişlər. Əliağa Vahid qəzəli orta əsrlər sehrindən, klassik qəliblər-
dən azad edib ona ana dilinin şirinliyini, xəlqiliyini qatmaqla XX əsrdə Füzuli yadigarı 
kimi məşhurlaşsa da, daha çox bədahətən, məqamında gah yumor, gah satirik notlarla 
dediyi meyxanalarla ümumxalq məhəbbəti və  şöhrətini qazanmış, uşaq, cavan, qoca, 
ziyalı, fəhlə, aqil, cahil, yaşından asılı olmayaraq, hamının ehtiram və hörmət bəslədiyi 
bir şəxs olmuşdur. Tərəddüd etmədən demək olar ki, klassik poeziyada Füzulinin yetir-
məsi sayılan Vahid poeziyada qəzəlləri ilə nə qədər şöhrət qazansa da, onu xalqa sevdi-
rən, tanıdan və xalqın şairi edən meyxanaları olmuşdur.  
Meyxana janrına yüksək qiymət verən Vahid yazırdı: 
 
Saqiya, bir bu deyil nəşəsi peymanəmizin, 
Hələ bundan sonradır ləzzəti meyxanəmizin. 
Biz gərək badeyi-gülgünü həkimanə içək, 
Pozmayaq rövnəqini məclisi-məstanəmizin. 
Ayağın öpməliyik xadimi-meyxanələrin, 
Bəlkə can içrə görək əksini cananəmizin. 
Zülf şövqiylə olar məst bütün aqillər, 
Qalsın idrakinə heyran dili-divanəmizin [6]. 
 
İrfani şeirdə olduğu kimi, Vahid də bütün aqillərin meylə (təbii ki, ilahi mey) məst 
olduğunu, cananın əksini görmək üçün meyxanə xadimlərinin ayağından öpməyi vacib 
bilir.  
Meyin gətirdiyi təblə canlı xalq danışıq dili Vahid meyxanalarının poetik əsasını 
təşkil edir. Bu meyxanalarda xalq yaradıcılığından gen-bol istifadə olunur, ayrı-ayrı 
adamlara – papaqçıdan, sürücüdən, tələbədən, molladan tutmuş vəzifəli şəxslərəcən,   
hadisələrə, proseslərə münasibət elə bildirilirdi ki, heç kim incimirdi. Bu inciməməyin 
bir səbəbi də Vahidin daim kefli olması idi. Poeziyası fitrətən ilahi meylə yoğurulan 
Vahid həyatda da şərab xiridarı idi. İçdiyi şərab onu bir tərəfdən məst edib söz mülkü-
nün padşahı edirdisə, digər tərəfdən çəkinmədən söylədiklərinə görə dövrün qadağa-
larından qoruyurdu. “İçkilidir” deyib məhəl qoymayanları Vahidin zahiri görünüşü al-
dadır, dediyi sözün hikmətinə varmırdılar. 
Sanki mey, meyxana Vahid üçün yaranmışdı, Vahidi də zəmanə bunlar üçün yarat-
mışdı. İçdiyi qırmızı şərabmı ya ağ meymi, ona ilahi sərxoşluq gətirirdi. Sanki təsəvvüf 
fəlsəfəsində olduğu kimi, saqi Allahın məhəbbətini qazanmış layiqli bəndəsinə verəcəyi 

 
Sivilizasiya 
 
195
meyi Vahidə vermişdi, meyin hərfi anlamına Vahid təbindən mey damızdıraraq bu 
janrın ən gözəl və bənzərsiz nümunələrini yaratmışdı.  
 
Ey gözüm, aləmi-insanlığa məhrəmsən əgər, 
Sakit ol, məclisi-məstanədə adəmsən əgər. 
Ürəfa əhli üçün məclisi-mey cənnətdir, 
Qoyma bu bəzmə qədəm, əhli-cəhənnəmsən əgər. 
 
Vahidin qələmindən çıxan hər bir söz, toxunduğu mövzular, ictimai-siyasi hadisə-
lərə münasibəti, adi məişət qayğıları belə xalqın ürəyindən xəbər verir, dilə gətirib deyə 
bilmədiklərini, görüb anlaya bilmədiklərini ona anladırdı. Xalq arasında ona-buna sataş-
maq, məzəlilik etmək, toy və şənliklərdə zarafatla deyilən meyxanalara Vahid ictimai-
siyasi don geydirmiş, mübarizə silahına çevirmişdir. Böyük Vətən müharibəsi illərində 
onun əsgərləri qələbəyə səsləyən, azğın düşmənə nifrət ifadə edən meyxanaları dildən-
dilə gəzirdi: 
 
Baş tutmadı hitlerçilərin hiyləsi, rəngi,  
Gəl indı düşündür bu dəbəng oğlu dəbəngi. 
Bilsin bunu, qoy anlasın Hitler kimi naşı, 
İşğal olunan ölkələrin torpağı, daşı. 
Vulkan kimi bir gün coşacaqdır ona qarşı. 
Ellər bu qanın yerdə qoyarmı qala rəngi? 
Gəl indı düşündür bu dəbəng oğlu dəbəngi. [5, s. 164]  
 
Onun meyxanalarının özəlliyi obrazlılığı, fikir aydınlığı, bədii təsvir vasitələrindən, 
sinonimikadan, danışıq dilindən məqamında istifadə, ekspressivlik və lakonik ifadə tər-
zində idi. Ruhən xalqa bağlı olan Vahidin meyxanalarını həmişəyaşar edən bir xüsusiy-
yət də toxunduğu mövzuların həyatın, günün nəbzi ilə ölümündən illər keçəndən sonra 
da səsləşməsidir. 60-cı illərdə dediyi “Qızdı, ya oğlandı bu?” meyxanasında şair sanki 
üzünü bu gün milli-əxlaqi dəyərlərdən məhrum, avropalaşma adı altında heysiyyətini, 
mənliyini, qürurunu itirən, soyunu-kökünü, əslini- nəslini unudan gənclərə tutub deyir: 
 
Gör necə bir modabaz oğlandı bu, 
Sanmayınız cindi, ya şeytandı bu. 
Qaşları əyri, qara buynuz kimi, 
Bığları qırxıqdı fransız kim, 
Kofta geyib naz eləyən qız kimi, 
Canlar alan qızlara qurbandı bu, 
 Gör necə bir modabaz oğlandı bu. 
Nə işə var meyli, nə elmə barı, 
Müftə yeyib gəzir bağı, bulvarı, 
Bəs kim alır buna pal-paltarı? 
Sənətə, elmə niyə düşmandı bu? 
 Gör necə bir modabaz oğlandı bu. [5, s. 181] 
 
Vahidi vahid edən onun istənilən mövzuda, istənilən qafiyəyə harada gəldi   
zaman, məkan və şəraitdən asılı olmayaraq bədahətən qafiyə deməsi idi. Vahid saatlarla 

Bakı Avrasiya Universiteti  
 
196
usanmadan bir ritmin sədaları altında qafiyəni qafiyəyə calaq edər, heç kimin xətrinə 
dəyməzdi.  Əynində köhnə pencək, başında həsir  şapka, umacağı mükafat məhəbbət 
dolu baxışlar olan Vahidin yorğun, xırıltılı, bir az da xumar səslə dediyi meyxanalarda 
papirosun tüstüsü və  şərabın məstliyi ilə yanaşı,  şəxsi faciəsini, qəlbinin fəryadını 
asanlıqla duymaq olurdu.  
 
Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin