Baki avrasiya universiteti Elmi-nəzəri jurnal


  Avropa İttifaqının təchizatçı ölkələrlə sıx əməkdaşlığı



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə3/27
tarix26.02.2017
ölçüsü4,01 Kb.
#9674
1   2   3   4   5   6   7   8   9   ...   27

2.  Avropa İttifaqının təchizatçı ölkələrlə sıx əməkdaşlığı  
 
Mövcud konyektura Avropa üçün enerji təchizatı  təhlükəsizliyinin təcili olaraq
yenidən köklü şəkildə gözdən keçirilməsini tələb edir. Aİ buna görə də enerji təchizatı 
və enerji marşrutlarının diversifikasiyasına son illərdə böyük sərmayə yatırıb. Aİ 
təchizatçı ölkələrlə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığa əsasən Aİ-nın qaz tələbatının 
yarısından çoxunu, neft tələbatının isə 40% -dən çoxunu təmin edən Rusiya və Norveç 
ilə əlaqələr daxildir. Ancaq eyni zamanda, Avropa İttifaqı təchizat fasilələrinin qarşısını 
almaq üçün təchizat marşrutları sahəsində də ölkələrlə iş aparır [13]. Təchizatın şaxə-
ləndirilməsi məqsədilə yeni tranzit marşrutları layihələrindən biri də Avropaya Xəzər 
dənizi regionunda əhəmiyyətli qaz ehtiyatlarına giriş imkanı verəcək Cənub Qaz 
Dəhlizidir. 
Mərkəzi Asiya və Qafqaz Aİ-nın enerji təchizatının diversifikasiyasına kömək edə 
biləcək qədər neft və qaz da daxil olmaqla təbii ehtiyatlarla zəngindir. Bu potensialı nə-
zərə alaraq, Avropa İttifaqı bu region ölklərinin enerji sektorlarının inkişafında iştirak 
edir. Bu günədək AB-nin Cənubi Qafqaz-Mərkəzi Asiya regionu siyasətində TRASE-
Aİ-nın enerji təhlükəsizliyini gücləndirmək məqsədilə  və yalnız bir təchizatçıdan 
asılı Üzv Dövlətlərin sayının azaldılması istiqamətində bir çox işlər görülmüşdür. Avro-
pa İttifaqı Norveç, Rusiya, Körfəz ölkələri və OPEK kimi özünün əsas enerji təchizatçı-
ları və Braziliya, Çin, Hindistan, Amerika Birləşmiş Ştatları, Afrika və Aralıq dənizi öl-
kələri kimi dünya enerji arenasında mühüm rol oynayan digər ölkələrlə və ya regionlar-
la enerji məsələləri üzrə daimi dialoq qurmuşdur. Aİ sərhədlərinə daha yaxın olan Cə-
nub-Şərqi Avropa, Moldova və Ukraynanın enerji bazarını Aİ-nın enerji, rəqabət və ət-
raf mühit qaydaları əsasında tədricən inteqrasiya etdirmək üçün Enerji İttifaqı Müqavi-
ləsi imzalanmışdır. Xüsusən enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrinin təb-
liği başda olmaqla, enerji, həmçinin, Aİ-nın Avropanın cənubundakı və şərqindəki ölkə-
lər ilə qonşuluq siyasətinin də əsas elementidir. Davamlı surətdə artmaqda olan enerji 
qiymətləri Avropa İttifaqı ölkələrini enerji mənbələri və təchizatı kanallarının diversifi-
kasiyasına sövq edir [10]. 

Bakı Avrasiya Universiteti  
 
18
KA, TASİS, TEMPUS, İNOGEYT (Avropaya dövlətlər arası neft və qaz ixracı) və s. 
bu kimi layihələri mühüm yer tutur. Aİ Azərbaycan, Qazaxıstan, Türkmənistan və Öz-
bəkistan ilə Anlaşma Memorandumları imzalanmışdır. Bu Anlaşma Memorandumları 
bu ölkələrlə enerji sahəsində əməkdaşlığın daha da artırılmasını nəzərdə tutur [14]. 
Xəzər regionundan və Yaxın Şərq bölgələrindən Türkiyə vasitəsilə Avropaya qazın 
gətirilməsi ideyası, 1990-cı ildən etibarən Avropada siyasi müzakirələrin mövzusu ol-
muşdur. Belə bir dəhliz üçün ən çox ehtimal olunan qaz mənbələri Xəzər regionunda 
Azərbaycan və Türkmənistan, İran və İraqın Kürd əraziləridir. Avropa Komissiyası tə-
rəfindən dəstəklənən ilk müzakirələr 2002-ci ildə Nabukko kəməri layihəsi üzrə beş şir-
kət arasında aparılmışdır. Bu çərçivədə Xəzər dənizindən keçərək Azərbaycan, Gürcüs-
tan və Türkiyə vasitəsilə Cənub-Şərqi Avropaya Türkmənistandan 31 milyard kubmetr 
həcmli qaz kəmərinin tikintisi qərarlaşdırılmışdı. 2008-ci ilədək bu Avropa Komissiyası 
tərəfindən İkinci Strateji Enerji İcmalının tərkib hissəsi kimi təsdiq edilən “Cənub dəh-
lizi”nə çevrildi. Ancaq layihə ticari reallıqdan daha çox siyasi iradənin bir ifadəsi olaraq 
qaldı. Türkmənistanla təchizata dair heç bir əsaslı müqavilə əldə edilə bilmədi və Trans-
xəzər boru kəmərinin (TCP) inşasıyla bağlı ümidlər dənizin siyasi və hüquqi statusu ilə 
çıxılmaz vəziyyətə düşdü. Əsasən, iki böyük Xəzəryanı dövlətlər, Rusiya və İran belə 
bir boru kəmərinin inşasında maraqlı deyildilər və buna görə də dənizin statusuna dair 
hüquqi mübahisənin həllinə də maraqları yox idi. Baxmayaraq ki, 2000-ci illərin orta-
larında cənub dəhlizi qazına Avropada tələbatın həmişə olacağı fərz edilmişdi, belə bir 
Transxəzər boru kəmərinin (TCP) reallaşacağı təqdirdə Cənub Qaz Dəhlizi Avro-
paya Türkmənistanın nəhəng qaz ehtiyatlarına girişini təmin edəcək. Türkmənistan ha-
zırda Çinə qarşı əhəmiyyətli ixrac öhdəliklərini yerinə yetirmək üçün hasilatını artırır. 
2013-cü ildə Türkmənistan təxminən 50-55 milyard kubmetr qaz hasil etmişdir (13-18 
milyard kubmetr daxili istehlak və 10 milyard kubmetr Rusiyaya, İrana 7 milyard kub-
metr, Çinə isə 20 milyard kubmetr qaz ixracı daxil olmaqla). Çinə ixracatını 65 milyard 
kubmetrə çatdırmaq üçün Türkmənistan 2016-cı ilədək hasilatı 95-100 milyard kubmet-
rə çatdırmağı hədəfləyir [8]. 
Geniş ehtiyatları və hasilat potensialına baxmayaraq, türkmən qazını Avropaya çat-
dıra biləcək heç bir ixrac marşrutu hələ ki, mövcud deyil və bu marşrutu asanlıqla inşa 
etmək də mümkün deyil. Hal-hazırda üç marşrut ehtimalı mövcuddur:  
1) Mövcud infrastruktur vasitəsilə Rusiya ərazisindən  şimal-qərb istiqamətində 
marşurutdur ki, bu marşrutla idxal olunacaq qaz Avropanın Rusiyadan asılılığını azalt-
mayacaq; 
 
tələb üçün perspektivlər, 2008-2009-cu illər iqtisadi böhranı  və  tənəzzülündən sonra, 
hətta 2020-ci illər üçün belə şübhə altına alındı. Nəticə o oldu ki, 2013-cü ildə Azərbay-
can tərəfinin əsas Cənub Dəhlizi layihəsi, 2019-cu ildə illik 16 milyard kubmetr qaz is-
tehsal etməyə başlayacaq  Şahdəniz yatağının (Şah Dəniz 2) ikinci mərhələsi işə Salı-
nanda, dəhliz üçün heç bir digər təchizat mənbəyi təmin edilməmiş və heç bir açıq-aş-
kar tələbat mənbəyi də müəyyənləşdirilməmişdi. Şahdəniz 2 konsorsium şirkətləri (BP, 
Total, Statoil, ARDNŞ, Lukoil, NICO və TPAO) buna görə  də  cənub dəhlizini aşağı 
formada açmağı seçdilər: Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi; birinci mər-
hələdə illik 16 milyard kubmetr qaz nəql edəcək Trans Anadolu qaz kəmərinin 
(TANAP) tikintisi; daha sonra İtalyaya ildə 10 milyard kubmetr qaz nəql edəcək Trans 
Adriatik Boru Kəmərinin (TAP) tikintisi [8]. 

 
Sivilizasiya 
 
19
 2) Mövcud infrastruktur vasitəsilə cənubdan İran vasitəsilə, sonra isə Türkiyə vasi-
təsilə qərb istiqamətində marşrut İrana qarşı beynəlxalq sanksiyalar artıq ləğv olunduğu 
üçün mümkün görünür. Ancaq bunun üçün, infrastrukturun yenilənməsi və yenidən 
müəyyənləşdirilməsi üçün, Türkmənistandan gələn (ən böyük qaz yataqlarını bu ixrac 
boru kəmərinə birləşdirən) boru kəmərlərinin başa çatdırılması üçün müqavilələr bağ-
lanmalı və digər kommersiya tədbirləri görülməlidir. Ekspertlər bunun ancaq 2020-ci il-
dən sonra mümkün olacağını ehtimal edir;  
3) Trans-Xəzər boru kəməri (TCP) vasitəsilə Azərbaycana, oradan da Gürcüstan və 
Türkiyə vasitəsilə Avropa istiqamətində marşrut isə, Xəzər dənizinin hüquqi statusu 
müəyyənləşdirildiyi və ya ən azından Türkmənistan və Azərbaycan bunu bir maneəyə 
çevirməməyə dair razılığa gəldikləri təqdirdə mümkün olacaq vəbu böyük infrastruktu-
run yaradılması üçün ticarət müqavilələri bağlana bilər [8]. 
Bu marşrutlardan hər hansı birinin açılması yolunda başqa hər hansı bir maneə 
Türkmənistanın öz uzunmüddətli qaz ixracatı siyasətinin nəticəsi ola bilər. Türkmənis-
tan sərhədində qaz satmaq, bütün tranzit risklərini alıcıların almağını tələb edir. Buna 
əsasən işləmək Çinin bacarığı idi ki, ona türkmən qazının əsas alıcısı olmaq üçün imkan 
yaratmışdır. Türkmənistanın az əhalisini və gəlir tələblərini nəzərə aldıqda, bu siyasətin 
yaxın gələcəkdə dəyişdiriləcəyini düşünmək üçün heç bir səbəb yoxdur [8]. 
2007-ci ilin may ayında Krakov şəhərində təşkil olunmuş enerji sammiti bu sahə-
nin təhlükəsizlik məsələlərinin Avropa üçün getdikcə daha qlobal səciyyə daşıdığını, 
mühüm geosiyasi reallıqlarla şərtləndiyini növbəti dəfə təsdiqlədi. Polşa, Azərbaycan, 
Gürcüstan, Litva və Ukrayna prezidentlərinin, eləcə də Qazaxıstanın dövlət nümayən-
dələrinin iştirak etdiyi bu sammitdə enerji sahəsində yeni subregional inteqrasiya mode-
li yaratmağın vacib olduğu vurğulandı. Sammit çərçivəsində müzakirə olunmuş Odes-
sa-Brodı-Qdansk marşrutu Qara dənizə  çıxarılan neftin Baltik dənizi sahilinə çatdırıl-
masını, oradan Avropa və dünya bazarlarına daşınmasını nəzərdə tuturdu. 2007-ci ilin 
oktyabrında Litvanın paytaxtı Vilnüs şəhərində “Vilnüs enerji təhlükəsizliyi konfransı - 
2007: məsul tərəfdaşlar üçün məsul energetika” mövzusunda keçirilən beynəlxalq kon-
fransda iştirak edən dövlətlər Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa 
bazarlarına daşınması üçün milli şirkətlərin iştirakı ilə yeni konsorsiumun - “Sar-
matiya”nın yaradılması barədə razılığa gəlmişdilər. Bu konsorsiumun əsas məqsədi 
Azərbaycan, Gürcüstan, Ukrayna və Polşanın ərazisindən keçməklə, Xəzər dənizindən 
Avropaya və beynəlxalq bazarlara gedən daşınma sistemlərinin reallaşdırılmasını təmin 
etməkdən ibarətdir. Belə bir konsorsiumun yaradılması Avropa Birliyinin enerji təhlü-
kəsizliyi maraqlarına tam cavab verir [18]. 
Digər Orta Asiya qaz yataqları da mövcuddur ki, bunlardan Özbəkistan  əsas qaz 
hasilatçısı (son illərdə illik 50-60 milyard kubmetr), Qazaxıstan isə böyüməkdə olan bir 
hasilatçıdır (son illərdə təxminən illik 12 milyard kubmetr, 2020-ci illərdə bu rəqəmin 
illik 20-25 milyard kubmetrə yüksələcəyi güman edilir). Özbək və Qazax qazının çoxu 
ölkə daxilində istehlak edilir, kiçik miqdarı (illik 7-10 milyard kubmetr) isə Rusiyaya 
ixrac olunur. Hər iki ölkə Çinlə 2013-ci ildə Özbəkistandan başlayan Türkmənistan-Çin 
boru kəməri vasitəsilə ixracı təmin edəcək çərçivə sazişləri və bəzi müqavilələr bağla-
mışdir. Özbəkistan və Qazaxıstanın Rusiyaya ixracatının 2020-ci illərdə azalmağı 
mümkündür, lakin Çindən və daxili bazarlardan bu qaza tələbat olacaq. Özbək və Qa-
zax qazını Avropa bazarına çatdıra biləcək təxmini üç marşrut ehtimalı mövcuddur: 1) 
Qazaxstan qazının Xəzər dənizi boru kəməri vasitəsilə Azərbaycana, oradan da Avro-

Bakı Avrasiya Universiteti  
 
20
paya nəqli. Lakin bunun üçün mövcud həcm cüzidir (Çinə ixracatın minimal səviyyədə 
qalacağını və Rusyaya ixracatın dayandırılacağını fərz etsək, 2020-ci illərdə bəlkə illik 
10 milyard kubmetr) və bu marşrut üzrə Trans-Xəzər keçidi Türkmənistanla olandan 
daha uzun olardı. Buna görə də belə bir plan ən azı Türkmənistan-Azərbaycan boru kə-
məri tamamlananadək əhəmiyyətsiz görünür; 2) Qazax qazının Rusiya vasitəsilə Azər-
baycana və oradan da Avropaya nəqli. Xərcləri və Rusiya qazının nəqli üçün tələbləri 
də diqqətə alsaq, Avropanın enerji təhlükəsizliyi cəhətdən bu plan da əhəmiyyətsiz gö-
rünür; 3) Qazaxıstan və ya Özbəkistan qazının Rusiya vasitəsilə mövcud boru kəmərləri 
şəbəkəsilə Avropaya nəqli. (Bu cür satışlar 1990-cı ildən 2009-cu ilədək Qazprom və 
digər Rusiya şirkətləri tərəfindən aparılmış qaz algı-satqısı ilə  həyata keçirilmişdir). 
Belə bir ticarət coğrafi şərtlərə əsasən Rusiya nəzarəti altında qaldığı üçün Avropanın 
enerji təhlükəsizliyi cəhətdən əhəmiyyətsiz sayılır. 
 
3. Avropa İttifaqının enerji təhlükəsizliyi və Azərbaycan  
Enerji böhranı  təhlükəsi Avropa Birliyini ilk növbədə enerji ilə  təmin edən qon-
şularla uzunmüddətli, konstruktiv və qarşılıqlı faydaya əsaslanan münasibətlər qurmağa 
vadar edir.Avropa Qonşuluq Siyasətinə əsasən, AB-nin qonşu və tərəfdaş ölkələrlə mü-
nasibətlərini yaxın gələcək üçün tənzimləyən başlıca sənəd 3-5 illik dövrləri əhatə edə-
cək fəaliyyət planları olmalıdır. Fəaliyyət planlarında AB ilə qonşu tərəf arasında mü-
nasibətlərin prioritetlərinin müəyyənləşdirilməsi nəzərdə tutulurdu. AQS-yə görə, bu 
prioritetlər siyasi dialoq və islahat, tərəfdaşların tədricən AB-nin daxili bazarında paya 
sahib olmalarına şərait yaradan ticarət və tədbirlərin görülməsi, ədliyyə və daxili işlər, 
enerji, nəqliyyatinformasiya, cəmiyyət, ətraf mühit, tədqiqat, innovasiya və s. ola bilər.  
AB Nazirlər Şurası 25 aprel 2005-ci ildə Azərbaycanla bağlı Fəaliyyət planının ha-
zırlanmasına dair müsbət qərar çıxardı. Müvafiq addımlar Azərbaycan rəhbərliyi tərə-
findən də atıldı, belə ki, ölkəmizin Avropa Birliyi ilə əlaqələrinin daha da gücləndiril-
məsi, onun Azərbaycan üzrə Fəaliyyət planın işlənib hazırlanması və həyata keçirilməsi 
üçün səmərəli və əlaqələndirilmiş işin təmin edilməsi məqsədilə 2005-ci il iyunun 1-də 
Respublika Prezidentinin sərəncamı əsasında Azərbaycanın Avropaya inteqrasiyası üzrə 
Dövlət Komissiyası yaradıldı. Komissiyanın fəaliyyəti öz nəticələrini respublikamızın 
ümumavropa siyasi, iqtisadi və  təhlükəsizlik məkanına qatılması ilə bağlı sahələrdə 
özünü göstərdi.  
Belə ki, növbəti ildə Azərbaycanla AB arasında enerji sahəsində 2 mühüm sənəd 
imzalandı. Birinci sənədin-Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiya-
sının sədri Joze Manuel Barrozu arasında 2006-cı il noyabrın 7-də Brüsseldə Azərbay-
can Respublikası və Avropa Birliyi arasında enerji məsələləri üzrə “Strateji tərəfdaşlıq 
haqqında qarşılıqlı Anlaşma Memorandumu”nun imzalanması həm Azərbaycanın, həm 
də Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə oldu.Sənədin Xəzərin 
enerji daşıyıcılarının nəqli nəticəsində Birliyin enerji təhlükəsizliyinin daha da güclən-
məsinə, regional təhlükəsizlik, eləcə də əməkdaşlıq və ümumiyyətlə, Avro-atlantik mə-
kana inteqrasiyaya, xüsusilə Azərbaycanın böyük neft, qaz ehtiyatları və ölkəmizin gə-
ləcək inkişafı üçün böyük əhəmiyyəti var. 
Enerji məsələləri sahəsində strateji tərəfdaşlığa dair qarşılıqlı anlaşma Memo-
randumu tərəflərarası əməkdaşlığın aşağıdakı sahələrini müəyyənləşdirirdi: 
- Azərbaycan Respublikasının enerji sahəsinin AB-yə inteqrasiyası; 
- Azərbaycan Respublikasındakı bütün enerji dəhlizlərinin təhlil edilməsi və onla-
rın təhlükəsizliyinin öyrənilməsi; 

 
Sivilizasiya 
 
21
- Azərbaycan Respublikasının Avropa Birliyi ölkələri ilə yanacaq enerji kompleks-
lərinin idarəçiliyinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığı; 
- Azərbaycan Respublikası ilə AB ölkələri arasında təcrübə, informasiya və enerji 
bölməsinin idarəçiliyi metodları sahələrində mübadilə [7]. 
“Yol xəritəsi” rolunda çıxış edən Memorandum Azərbaycan Respublikası ilə AB 
arasında energetika sahəsində xüsusi münasibətlərin olduğunu göstərirdi. Onun bir sıra 
müddəaları bu və ya digər dərəcədə fəaliyyət planinda əks olunmuşdu ki, bunlara əsa-
sən Azərbaycanın birləşmiş Avropa ilə enerji sahəsində əməkdaşlığının inkişaf istiqa-
mətləri və perspektivləri müəyyənləşdirilmışdi [3, 2]. 
Qeyd edək ki, Azərbaycan Respublikasının Avropa İttifaqının nəqliyyat və enerji 
sahələrində iştirakı: “Yeni İpək Yolu” adlandırılan Mərkəzi Asiya, Qafqaz və Avropa 
arasında nəqliyyat əlaqələrini inkişaf etdirən TRACECA proqramı və Aİ-nin yeni müs-
təqil dövlətlərə maliyyə  dəstəyi çərçivəsində  həyata keçirilən INOGATE (Avropaya 
dövlətlərarası neft və qazın ixracı) əsas regional təşəbbüslərində gerçəkləşir. 
TRACECA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Brüsseldə 3 may 1993-cü il 
tarixində keçirilmiş 8 təsisçi dövlətin (5 Mərkəzi Asiya və 3 Cənubi Qafqaz ölkələri) ti-
carət və nəqliyyat nazirlərinin Konfransında təsis olunmuşdur. Proqramın məqsədi qeyd 
edilən dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların alternativ nəq-
liyyat yolları vasitəsilə Avropa və dünya bazarlarına çıxış qabiliyyətini yüksəltmək və 
Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə ən tez 
və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir. 
8 sentyabr 1998-ci ildə Bakıda Azərbaycan və Gürcüstan Prezidentlərinin təşəbbü-
sü və  Aİ-nin TRACECA proqramının dəstəyi ilə “Tarixi İpək Yolunun bərpası” adlı 
Beynəlxalq Konfrans keçirilmişdir. 32 ölkə və 12 beynəlxalq təşkilat nümayəndələri bu 
konfransda iştirak etmişlər. Konfransda əldə edilmiş ən mühüm nailiyyət Azərbaycan, 
Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Uk-
rayna, Moldova, Rumıniya və Bolqarıstanın imzaladığı “Avropa-Qafqaz-Asiya Dəhlizi-
nin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş” (Əsas Saziş) və onun 
Texniki Əlavələri olmuşdur. 
1999-cu ilin iyul ayında 15 dövlətin (Azərbaycan Respublikası da daxil olmaqla) 
iştirakı ilə imzalanan dövlətlərarası neft və qaz ixracını  nəzərdə tutan Çərçivə Sazişi 
INOGATE-in hüquqi bünövrəsini təşkil edir. 
 INOGATE  çərçivəsində  həyata keçirilən texniki əməkdaşlığa  əlavə olaraq, Aİ 
zəngin təbii ehtiyatlara və strateji coğrafi əraziyə malik olan Şərqi Avropa, Qafqaz və 
Mərkəzi Asiya ölkələrinin enerji təminatını və tranzit potensialını səmərəli istifadəsinə 
yönəlmiş fəaliyyətində AQS-a daxil olan ölkələr daxil olmaqla bütün maraqlı tərəfdaş-
ların dəstəyi ilə enerji əməkdaşlığı prosesini genişləndirməkdədir. Bu əməkdaşlıq “Bakı 
Prosesi”; təşəbbüsü ilə güclənmişdir. “Bakı Prosesi” (və ya Bakı Təşəbbüsü) 13 noyabr 
2004-cü ildə Bakıda Enerji Nazirliklərinin Konfransında Aİ, Qara Dəniz və Xəzər dəniz 
hövzəsi ölkələri arasında enerji sahəsində əməkdaşlığın gücləndirmək məqsədi daşıyan 
siyasi dialoq şəklində başladılmışdır. 
Şərq Tərəfdaşlığı  (ŞT) təşəbbüsü Aİ Xarici İşlər Nazirlərinin 26 may 2008-ci il 
tarixində Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülmüş-
dür. Şərqi AQS ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan sözügedən 
təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu (Şərq tə-
rəfdaş ölkələri) əhatə edir. 

Bakı Avrasiya Universiteti  
 
22
3 dekabr 2008-ci il tarixində ŞT təşəbbüsü üzrə Məlumat Sənədi və onu müşayiət 
edən İşçi Sənəd AK tərəfindən Avropa Parlamentinə və Aİ-nin dövlət və hökumət ŞT 
Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılma-
sı, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişlən-
dirilməsini nəzərdə tutur. Belə ki, Aİ və hər bir tərəfdaş ölkə arasında daha sıx əlaqələ-
rin yaradılması məqsədilə ikitərəfli format çərçivəsində mövcud Tərəfdaşlıq və Əmək-
daşlıq Sazişləri  əvəzinə yeni, Assosiasiya Sazişlərinin imzalanması, tərəfdaş ölkənin 
Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə onunla dərin və müfəssəl azad 
ticarət zonasının yaradılması, həmçinin vizaların tədricən liberallaşdırılması, tərəfdaş 
ölkələrin və Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə daha dərin əmək-
daşlığın həyata keçirilməsi və s. planlaşdırılır. 
ŞT həmçinin Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərə yeni format əlavə 
etmişdir. Çoxtərəfli format tərəfdaş ölkələr arasında  əlaqələri təşviq edərək, islahatlar 
sahəsində tərəfdaş ölkələrin həyata keçirdikləri tədbirlər üzrə məlumat və təcrübə mü-
badiləsinin və ŞT-nin gələcək inkişafına dair müzakirələrin aparılması üçün forum kimi 
nəzərdə tutulur. Bu format çərçivəsində ŞT-yə daxil olan ölkələrin dövlət və hökumət 
başçılarının hər iki ildən bir görüşünün, hər il Aİ üzv dövlətlərinin və  Şərq tərəfdaş 
ölkələrinin Xarici İşlər Nazirlərinin illik iclasının keçirilməsi nəzərdə tutulur. Əməkdaş-
lığın əsas sahələrinə uyğun olaraq dörd tematik platforma (demokratiya, yaxşı idarəçilik 
və sabitlik; iqtisadi inteqrasiya və  Aİ siyasətlərinə yaxınlaşma; enerji təhlükəsizliyi
insanlar arasında təmaslar) yaradılmışdır [18]. 
2011-ci il yanvarın 13-də Bakıda Prezident İ.ƏliyevləJ.Borrozo arasında birgə enerji 
siyasəti və  əməkdaşlığı sahəsində mühüm əhəmiyyətə malik növbəti üç sənəd imza-
lanmışdı.  İmzalanmış  sənədlərdən “Cənubi Qafqaz dəhlizi haqqında birgə  Bəyannamə” 
regionda nəqliyyat arteriyası infrastrukturunun yaradılmasında ciddi rol oynamışdı [2]. 
İmzalanan sənədlər “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”, AQS və “Şərq tərəfdaşlı-
ğı” çərçivəsində ikitərəfli  əməkdaşlığın inkişaf etdirilməsinə  əsaslanırdı. Bu isə Azər-
baycan Respublikasının enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamə-
tində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. 
Prezident  İ.Əliyev Münhen Təhlükəsizlik Konfransı  çərçivəsində  “Şaxələndirmə 
strategiyaları” mövzusunda “dəyirmi masa”da çıxış edərkən enerji layihələrinin Avro-
panın təhlükəsziliyi baxımından mühüm rol oynadığını bildirmişdir: “Azərbaycan açıq 
dənizə  çıxışı olmayan ölkədir. Buna görə  də istehsalat sahəsində  əsas investisiyaları 
əldə etmək üçün bizə nəqliyyat marşrutları lazım idi. Bunun üçün də 1994-cü ildə, ener-
ji strategiyamızın lap əvvəlində biz neft şirkətlərindən ibarət beynəlxalq konsorsiumdan 
neftin və qazın istehsalı üçün investisiyaları cəlb edə bildik. Biz tarixdə ilk dəfə Xəzər 
dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz boru kəmərlərini inşa etmə-
yə başladıq. Biz artıq bu dəhlizləri tikmişik. On il bundan əvvəl Bakı-Tbilisi-Ceyhan 
neft boru kəməri istismara veriləndə biz artıq Avropanın enerji təhlükəsizliyinin təmini 
istiqamətində mühüm bir addım atmışdıq.  
Bu gün Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 
30-40 faiz təşkil edir. İndi isə dediyimiz kimi, növbə təbii qaza çatıb. 
Böyük “Şahdəniz” yatağı Azərbaycan üçün nəhəng ehtiyatdır. Bu, dünya miqyasın-
da ən böyük qaz yataqlarından biridir. Biz 1996-cı ildən etibarən bp və digər tərəfdaş 
şirkətlərlə bu yatağın işlənməsi üzərində çalışmışıq. Biz artıq Azərbaycan qazını hasil 
və onun regional bazarlara çıxışını təmin etmişik. Bizim qonşularımız olan Gürcüstan, 

 
Sivilizasiya 
 
23
Türkiyə,  İran və Rusiya Azərbaycan qazını alırlar. 2012-ci ildə vacib bir qərar qəbul 
edərək Türkiyə ilə Trans-Anadolu – TANAP qaz boru kəməri haqqında saziş imzaladıq. 
Bu, Avropanın enerji təhlükəsizliyində böyük bir sıçrayış oldu. Çünki bu saziş olmadan 
“Cənub” qaz dəhlizi layihəsi bu gün sadəcə yaxşı bir ideya olaraq qalardı” [7].  
Tədbirdə Avropa Komissiyasının sədri J.Barrozunun Azərbaycan Prezidentinə ün-
vanlıdığı fikirlər maraqlı nümunədir: “Siz bizim birgə enerji təhlükəsizliyimizə töhfə 
verirsiniz. Əminəm ki “Cənub” qaz dəhlizi XXI əsrin layihəsi olacaq. Bu xüsusda layi-
hənin hər mərhələsində Prezident İlham Əliyevin rəhbərlik qabiliyyətini vurğulamaq is-
tərdim. Azərbaycan Avropa Birliyinə heç bir vaxt bu qədər yaxın olmayıb. Onun iqtisa-
diyyatı Avropa bazarları ilə  sıx inteqrasiya olunub və bizim əlaqələrimiz daha geniş, 
təmaslarımız isə daha fəaldır” [7]. 
Avropa Birliyinin təşəbbüsü ilə TRASEKA nəqliyyat koridorunun yaradılması və 
potensialının genişləndirilməsi, Bakı Tiflis Ərzurum qaz kəmərinin açılışı, BTC neft 
kəmərinin fəaliyyətə başlaması, “Bakı  təşəbbüsü” çərçivəsində Transxəzər-Qara dəniz 
enerji koridoru və “Cənub qaz koridoru” layihələrinə start verilməsi enerji resursları və 
tranzit sistemlərinin etibarlılığını artırmaqdadır. “Şərq tərəfdaşlığı” layihəsininnın AB 
tərəfindən reallaşmağa başlaması da müstəsna əhəmiyyətə malikdir. Layihə perspektiv-
də digər mühüm məslələrlə yanaşı, enerji təhlükəsizliyi sahəsində  tədbirlərin həyata 
keçirilməsini və maliyyə yardımlarının çoxaldılmasını nəzərdə tuturdu. 
Hal- hazırda investisiyalarının ümumi həcmi 60 mlrd. dollara yaxın olan müxtəlif 
beynəlxalq  şirkətlər, o cümlədən Avropanın “Açip”, “Bi-Pi”, “Total-Fina”, “Elf-Agi-
ten” və s. kimi transmilli şirkətləri də  Xəzər dənizinin Azərbaycan hissəsində neft və 
qaz yataqlarının işlənməsində fəal iştirak edirlər [3, 23].
 
Göründüyü kimi, Azərbaycan artıq Avropa bazarlarını karbohidrogen ehtiyatları ilə 
təmin edən mühüm enerji – nəqliyyat mərkəzinə çevrilməkdədir. Ümumiyyətlə, Azər-
baycan-AB  əməkdaşlığının son 20 ili əhatəedəndövrünün araşdırılması göstərir ki, 
Azərbaycana qoyulan Avropa kapitalının böyük hissəsi iqtisadiyyatın xammal sahələri-
ni  əhatə edirdi, investisiyalar əsasən neft-qaz komplekslərinə, daha sonra isə tikinti, 
qeyri-neft bölməsi, nəqliyyat, kommunikasiya və s. sahələrə yönəlmişdir [1]. 
Azərbaycanın mövcud qaz ehtiyatları cari hasilat sahələrindəki həcmlərindən, 
Şahdəniz 2 hasilatından və hal-hazırda inkişaf mərhələsində olan digər layihələrdən 
əldə ediləcək mümkün həcmlərdən ibarətdir. Şahdəniz mərhələ birdə (AÇG yatağından 
və digər dəniz və qurudakı yataqlardan kiçik həcmdə  əldə edilən səmt qazı) mövcud 
təbii qaz hasilatı illik 16-17 milyard kubmetrdir. Bu həcm Azərbaycanın daxili istehlakı 
(son illərdə illik təxminən 7 milyard kubmetr) və Rusiyaya (illik 1-2 milyard kubmetr), 
Gürcüstana (illik 1,5 milyard kubmetr), Türkiyəyə (illik 6,3 milyard kubmetr) və kiçik 
həcmdə də İrandan Naxçıvana tədarük edilən qazın qarşılığı olaraq İrana ixracat üçün 
istifadə olunur. Mövcud mənbələrdən hasilatın 2020-ci illərdə  də cari səviyyədə 
qalacağı gözlənilir. Daxili tələbat arta bilər və Rusiyaya ixracat bir miqdar azaldıla 
bilər. Ancaq hər iki halda da, ixrac üçün bu mənbələrdən  əhəmiyyətli dərəcədə  əlavə 
həcmdə hasilat mümkün olmayacaq [8]. 
Şahdəniz Mərhələ 2 layihəsi isə 2018-ci ilin axırlarında hasilata başlayacaq və 
2019-cu ilin axırlarından etibarən Avropaya ixrac ediləcək.  İllik 16 milyard kubmetr 
qazın 6 mlrd kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya satılacaq (o cüm-
lədən hər birinə 1 milyard kubmetr olmaqla Yunanıstan və Bolqarıstandakı ticarət şir-
kətlərinə  və 8 milyard kubmetr İtaliyaya və bitişik mərkəzi bazarlara). Şah Dənizdən 

Bakı Avrasiya Universiteti  
 
24
başqa, 2020-ci illərdə Azərbaycanın qaz hasilatını artıra biləcək Xəzər dənizində bir 
neçə yataqlar və kəşfiyyat perspektivləri mövcuddur. Bu yataqlardan biri olan Abşeron 
yatağı kommersiya əhəmiyyətli yataq elan edilmişdir (ancaq hələ yekun investisiya 
qərarı (FID) mərhələsinə çatmamışdır). Hasilata ilkin mərhələdə illik 3-5 mlrd m³-lə 
2021-ci ildə başlanacağı gözlənilir. İnkişaf etdirilə biləcək digər yataqlar və kəşfiyyat 
perspektivləri də mövcuddur [8]. 
ARDNŞ rəsmiləri 2025-ci ilədək satış qazının hasilatında 40-45 milyard kubmetr 
artım proqnozlaşdırır. Bu həmin tarixədək yeni dəniz layihələrindən illik 9-14 milyard 
kubmetr qazın əldə edilməsini nəzərdə tutur ki, bu isə maksimum səviyyə sayılmalıdır. 
Azərbaycanın daxili bazarında və Gürcüstanda bu qazın bir qisminə  tələbat olacağı 
güman edilir. 2020-ci illərdə illik 3-8 milyard kubmetr əlavə qazın Avropaya ixracı 
mümkün olacağı ehtimal edilir [8].  
Azərbaycan və Mərkəzi Asiyadan qaz ixracatı təxminlərinə nəzər saldıqda görmək 
olar ki, Azərbaycan 2030-cu ilə  qədər Avropaya boru kəməri vasitəsilə qaz ixracatını 
artıracaq yeganə ölkədir və 30 milyard kubmetr hasilat həmin tarixədək mümkün olacaq 
ki, bunun da yalnız yarısı Türkiyəni keçərək Avropanın qalan hissəsinə çatacaq. 
Mərkəzi Asiya qazının ixrac həcmi Çinə ixrac, nisbətən aşağı  səviyyədə sabitləşən 
Rusiyaya ixrac və az səviyyədə daxili regional ticarət səbəbilə artacaqdır. Mərkəzi 
Asiya qazının Türkiyəyə və ya Avropanın qalan hissələrinə ixracı bu vaxt çərçivəsində 
mümkün olmadığı təqdirdə, Avropanın bu mərhələdə Azərbaycan (və bəlkə Orta Şərq) 
qazının Avropaya nəqli üçünbir boru kəməri layihəsini reallaşdırmasının daha doğru 
olacağı təxmin edilir [8]. 
Avropa enerji sisteminin getdikcə artan bütünləşməsi sayəsində enerji daxili baza-
rının tamamlanması istiqamətində  əhəmiyyətli irəliləyiş  əldə etmişdir. Avropa enerji 
intensivliyi baxımından dünyada ən yaxşı göstəricilərdən birinə  və  əsas tərəfdaşlarına 
nisbətən daha balanslı enerji müxtəlifliyinə malikdir. Lakin, əksər hallarda enerji təhlü-
kəsizliyi məsələləri yalnız milli səviyyədə qiymətləndirilir və Üzv Ölkələrin qarşılıqlı 
asılılığı nəzərə alınmır. Təkmilləşdirilmiş enerji təhlükəsizliyinin açarı ilk növbədə işlə-
yən daxili bazara daha çox kollektiv yanaşmada və xüsusilə şəbəkə inkişafının kordina-
siyası və bazarların açılması üçün regional və Avropa səviyyəsində geniş əməkdaşlıqda, 
ikinci növbədə isə  əlaqələndirilmiş xarici fəaliyyətdə yatır. Buna, genişlənmə mexa-
nizmləri vasitəsilə, bu rəhbər prinsiplərə namizəd ölkələr və potensial namizədlər tərə-
findən riayət edilməsinin təmin edilməsi də daxildir [4].Cənub dəhlizinin miqyasının ki-
çildilməsi göstərdi ki, təchizat imkanı, nəqliyyat gücü və tələb proqnozlarının mövcud-
luğu kimi iqtisadi faktorlar həlledici olsa da, onlar 2008-2009 iqtisadi böhranı sonarsın-
da siyasi istəklərdən asılı vəziyyətə düşdü [8].2030-cu ilədək Cənub dəhlizinin mümkün 
genişləndirilməsi üçün təchizat və nəqliyyat potensialının mövcudluğuna, infrastruktu-
run gücləndirilməsi və təchizatçıların diversifikasiyası istiqamətində əldə edilmiş bütün 
nailiyyətlərə baxmayaraq, Aİ-nın xarici enerji sarsıntılarına qarşı həssaslığı davam edir. 
Aİ buna görə də enerji təhlükəsizliyilə bağlı, bu sarsıntılara və enerji təchizatında qısa 
müddətli fasilələrə qarşı dayanıqlı olmağa, uzun müddətdə isə müəyyən yanacaqlardan, 
enerji təchizatçıları və marşrutlarından asılılığın azaldılmasına təşviq edəcək ağır başlı 
bir strategiyanın hazırlanmasını vacib sayır. Milli və  Aİ  səviyyəsində siyasətçilər bu 
asılılığı azaldan alternativləri vətəndaşlar üçün aydınlaşdırmağa çalışırlar [4]. 
Qarşıdakı illərdə enerji Avropa gündəmində yüksək yerlərdə qalmağa davam edə-
cək. Avropa Şurası xüsusilə enerji səmərəliliyini və yerli istehsalı artırmağın vacibliyini 

 
Sivilizasiya 
 
25
vurğulayır. O, həmçinin regional yanaşma əsasında, Avropa enerji bazarının tamamilə 
funksional və birbirilə  əlaqəli hala gətirməyi zəruri hesab edir. Bu isə  Aİ ölkələrinin 
Avropa qaz və elektrik şəbəkələrindən təcridinə son vermək üçün, qaz bazarında şəffaf-
lığın artırılması  və infrastrukturdakı boşluqların aradan qaldırılması ilə reallaşa bilər. 
Vahid Avropa enerji siyasəti gələcəkdə Avropa İttifaqının enerji təchizatının təhlükəsiz-
liyi üçün yeganə davamlı həll yolu olaraq görülür. 
Müasir dövrdə Azərbaycan ümumavropa təhlükəsizlik sisteminə inteqtasiyası Av-
ropa ölkələrinin enerji təchizatında mühüm rol oynamaqdadır. Azərbaycanın diplomatik 
xidmət orqanları rəhbərlərinin V müşavirəsindəki çıхışında Respublika Prеzidеnti İ.Əli-
yеv məhz bu məqamı хüsusi qеyd еtmişdi ki, “Enerji diplomatiyamız - bu da əlbəttə ki, 
çox önəmli məsələdir. Çünki bu gün enerji təhlükəsizliyini ölkələrin milli təhlükəsizli-
yindən ayırmaq mümkün deyildir. Azərbaycan enerji təhlükəsizliyini tam şəkildə təmin 
edib və başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir. Son 
vaxtlar imzalanan sazişlər bizim imkanlarımızı böyük dərəcədə artıracaq və Azərbay-
canı dünya üçün, Avropa üçün daha da önəmli ölkəyə çevirəcəkdir. “Şahdəniz-2”, 
TANAP, TAP layihələri Avropanın  ən böyük infrastruktur layihələridir. Azərbaycan 
liderliyi öz üzərinə götürüb. Bu layihələrin icrası  nəticəsində biz böyük bazara çıxış 
əldə edəcəyik. Avropa məkanı da yeni qaz mənbəyinə  çıxış  əldə edəcəkdir. Yeni qaz 
mənbəyi - ən önəmlisi budur, yeni marşrut yox, yeni qaz mənbəyi. Avropa üçün bu gün 
yeni qaz mənbəyi, sadəcə olaraq, Azərbaycandır” [17]. 
Nəticədə qeyd etmək lazımdır ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol 
oynayan Azərbaycanın, Avropadan da eyni gözləntiləri var. Əslində öz təhlükəsizliyini 
təmin etməyə çalışan və bu sahədə Azərbaycanın  əhəmiyyətini get-gedə aydın dərk 
edən Avropanın Azərbaycanın təhlükəsizliyində  də maraqlı olması onun öz təhlükə-
sizliyi üçün də ekvivalent məna daşıyır. 
Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin