SUMMARY
Arif Alizade
MIGRATION OF GERMANS TO THE SOUTH CAUCASUS AND THEIR ROLE IN
THE HISTORY OF NORTH AZERBAIJAN
The article deals with the Christianity policy of the tzarism. It is noted that much attention
is paid not only to the other Christian people but also to the Germans in South Caucasus. The
role of Germans in the Azerbaijan culture and economy, being physically and morally pressed in
the years of Great Patriotic War their exile from South Caucasus, at the same time from the
Azerbaijan SSR to the middle Asia and other regions, migration of Germans to their native
lands- Germany and other problems are mentioned in the article.
Keywords: emigrant, political terror, colonist, the fifth colony
РЕЗЮМЕ
Ариф Ализаде
ПЕРЕСЕЛЕНИЕ НЕМЦЕВ НА ЮЖНОЙ КАВКАЗ И ИХ РОЛЬ В ИСТОРИИ
СЕВЕРНОГО АЗЕРБАЙДЖАНА
В статье уделяется особое внимание политике царизма в области христианизации
на Южном Кавказе. В этой политике царизм использовал и другие христианские народы,
в том числе, и немцев. Здесь также широко освещаются вопросы, связанные с ролью
немцев в экономической и культурной жизни Азербайджана. Оказавшись под нравствен-
ным натиском, немцы были переселены с Южного Кавказа, в том числе и из Азербай-
джанской ССР, в Среднюю Азию и другие регионы. После распада Советского Союза
многие немцы вернулись на свою родину-Германию.
Ключевые словы: эмигрант, политический террор, колония, пятая калония.
Sivilizasiya
43
Rəna BAXIŞOVA
*
ŞİMALİ AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN
MEMARLIĞI TARİXİNDƏN
Açar sözlər: Azərbaycan, Qarabağ memarlığı, Şuşa, Qarabağ mədəniyyəti, memarlıq
abidələri
Giriş
Türk xalqlarının yaratdıqları, nəsildə-nəslə ötürülən misilsiz sərvəti bəşəriyyətin
mədəniyyət xəzinəsinin zənginləşdirilməsində, eləcə də dünya mədəniyyəti tarixində
xüsusi yer tutur. Tarixi tədqiqatların əsas vəzifələrindən biri xalqın maddi və mənəvi
nailiyyətlərinin öyrənilməsidir. Hər bir xalqın mədəniyyət tarixinin tədqiqi böyük elmi
əhəmiyyət daşıyır. Mədəniyyət tarixinin tədqiqi çox qədim ənənələrə, habelə özünə-
məxsus dəyərlərə malikdir. Dahi Azərbaycan mütəfəkkiri Üzeyir Hacıbəyov “öz varlı-
ğımızı ancaq mədəniyyət ilə izah edə bilərik” fikri ilə türklərin siyasi tarixi kimi mədə-
niyyət tarixinin də qədimliyini və vacibliyini ön plana çəkmişdir. Çünki hər bir xalqın
mədəniyyət tarixi, xüsusən də memarlıq nümunələri onun həm siyasi, həm sosial, həm
iqtisadi, həm də məişət tarixinin bu günə çatmasında önəmli yer tutur.
Azərbaycan xalqının tarixinin unutdurulmasına və tarixi yaddaşının itirilməsinə
xidmət edən iki əsrlik əsarətdən sonra müstəqillik dövründə tariximizin yenidən araş-
dırılması mühüm elmi əhəmiyyət kəsb edir. Bu baxımdan, hər zaman novatorluğu ilə
seçilmiş, nəinki Azərbaycanın, hətta Zaqafqaziyanın mədəniyyət mərkəzinə çevrilmiş
Qarabağ regionunun mədəniyyət tarixini araşdırmaq qarşımızda duran əsas məsələdir.
Hal-hazırda torpaqlarımızın 20%-dən çox hissəsi erməni işğalı altında olduğu bir vaxt-
da bu ərazilərin tarixən onlara məxsus olması, özlərinin də inandığı bu yalanı dünya
ictimaiyyətinə təlqin etmələri XIX əsr - XX əsrin əvvəllərində Şimali Azərbaycanın
Qarabağ bölgəsinin mədəniyyətinin obyektiv surətdə tədqiq olunması məsələsinin ak-
tuallığını daha da artırır, obyektiv surətdə tədqiq olunması zərurəti yaradır.
1. Qarabağ bölgəsinin memarlıq üslubları və memarlıq məktəbi
Azərbaycanın ərazisində müxtəlif təbii-iqlimi şərtlər və arxetektur-tikinti ənənələri
hər bir ərazinin özünəxas memarlıq abidələrinin yaranmasına gətirib çıxarmışdır. Azər-
baycan şəhərləri bir-birini təkrarlamayan və yerli koloriti saxlayan xüsusi arxetektur
cizgilərə və milli boyakarlıq xüsusiyyətlərinə malikdir. (9, s. 96)
XIX əsrdə Qarabağ regionunda ənənəvi memarlıq formaları üstünlük təşkil etmiş,
Avropa memarlığı dərin kök sala bilməmiş, yerli üslublar arasında itib-batmışdı. (3, s.
63) Qarabağ memarlığı əsrin birinci yarısında irihəcmli və monumental dini binalarla
səciyyələnsə də, ikinci yarısında daha çox dini və mədəni-məişət binaları ilə xarakterizə
olunmağa başlayır. XIX əsrin ikinci yarısında kapitalizm münasibətlərinin möhkəmlən-
məsi ilə sənayenin formalaşması arxitektura və şəhərsalma sahəsində də inkişafa səbəb
oldu. Belə ki, bu dövrdə yeni tikinti materiallarının meydana gəlməsi ilə yeni tipli yaşa-
yış evləri, modern arxetektur istiqamət yarandı. XIX-XX əsrin əvvəllərində tarixi mə-
həllələrin yenidən qurulması ilə yanaşı şəhərsalma mədəniyyətində yeni tikililər milli
memarlığımıza dəyər qatdı. (9, s. 4-5) Ərazidəki ictimai və dini tikililər yerli əhalinin
məişət və dini həyat tərzi haqqında geniş məlumat verir. Qarabağın müdafiə memarlığı
*
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, rena-bakhishova@mail.ru
Bakı Avrasiya Universiteti
44
abidələri ərazinin strateji əhəmiyyət kəsb etməsini vurğulayır.
XIX əsrin ortalarında Azərbaycanda yaranan memarlıq məktəbləri arasında Gəncə-
Qarabağ memarlıq məktəbi məscid binalarının interyeri baxımından Azərbaycanın di-
gər bölgələrindəki memarlıq məktəblərindən özünəməxsusluğu ilə fərqlənirdi. Bu mək-
təbin görkəmli nümayəndəsi Kərbəlayi Səfixan Qarabaği memarlıq üsullarında yerli
ənənə və prinsipləri tətbiq etməklə çoxsaylı tarixi memarlıq abidələri yaratmışdır. Me-
marlıq üsullarında yerli ənənə və prinsiplərə axıradək sadiq qalan Kərbəlayi Səfixanın
bizə məlum olan ilk əl işi Bərdədə 1868-ci ildə Şeyx İbrahimin sərdabəsi üzərində inşa
etdiyi İmamzadə kompleksidir. (6, s. 15) Ağdamda məscid (1868-70), Şuşada Aşağı
məscid (1874-75), Yuxarı məscid, yaxud Cümə məscidi (1883) və məhəllə məscidləri,
indiki Füzuli şəhərində Hacı Ələkbər məscidi (1890), həmin rayonun Horadiz (1891-
1908) və Qoçəhmədli (1906) kənd məscidləri Odessada Tatar məscidi (1870-ci illər),
Aşqabadda "Qarabağlılar" məscidi (1880-ci illər) və s. onun adıyla bağlıdır.
Onun inşa etdiyi məscidlər arasında tarixi baxımdan ən qiymətli İbrahim xanın qızı
Gövhər Ağanın vəsaiti hesabına 1874-cü ildə tikilmiş qoşa minarəli, xalq arasında
"Aşağı Gövhər Ağa" adını almış məsciddir. Bu məscidin memarlığının başqa məscid-
lərdən fərqi ondan ibarətdir ki, "Aşağı Gövhər Ağa" məscidinin minarələri baş fasadın
sağ və sol tərəflərində deyil, əksinə, arxa fasadın yan tərəflərində ucaldılmışdır. Minarə-
lərin gövdəsi bütövlükdə "Allah" yazısı ilə bəzənmişdir. (3, s. 63) Şuşаdа şəhərsаlmа
sаhəsində əvəzsiz хidmətləri оlmuş Mеmаr Кərbəlаyi Səfiхаn Qаrаbаği (1788-1910)
XIX əsrin 90-cı illərində Şuşаdа fəаliyyətə bаşlаyаn хəttаtlаr və mеmаrlаr məclisinə
rəhbərliк еtmişdir.
Azərbaycan memarlığında yeni istiqamət yaşayış binalarının da arxitektur qurulu-
şunda ciddi dəyişikliklərə səbəb oldu. XX əsrin əvvəllərində hələ də kasıb əhalinin ya-
şadığı qaradamların, yarımtorpaq evlərin mövcudluğuna baxmayaraq artıq XIX əsrin
ikinci yarısından başlayaraq sənətkarlığın və ticarətin inkişafı nəticəsində şəhərlərdə və
iri yaşayış məntəqələrində sahibinin maddi imkanını əks etdirən feodal adət-ənənələrin-
dən uzaq, eyvanlı, iki hissəli (qonaq qarşılamaq və yaşamaq üçün) yeni tipli arxitektur
görünüşə malik evlər tikilməyə başladı. (8, s. 23)
XVIII əsrdə Qarabağ ərazisində dövrünün siyasi hadisələrinə cavab verə biləcək
mərkəz-şəhər – Pənahabadın (sonradan Pənahabad Şuşa adı ilə əvəz olunur) salınması,
eləcə də şəhərdəki memarlıq abidələrinin inşası və arxetektur tərtibatı Qarabağda
yüksək şəhərsalma mədəniyyətinin göstəricisidir. Şuşa zəngin və yüksək mədəniyyətə
malik şəhər olduğuna görə ərazidəki yaşayış binaları eksteryer baxımından da digər
ərazilərdəki tikililərdən fərqlənir. XIX əsrin ortalarında yalnız Şuşada 1856, XX əsrin
əvvəllərində isə 2983 ev qeydə alınmışdır. (10, s. 103)
İnkişаf еdən Şuşа şəhərində ХIХ yüzillikdə bаşlаmış tiкinti-mеmаrlıq işləri ХХ
yüzilliyin əvvəllərində də dаvаm еtdirilmişdir. Şəhərdə mövcud оlаn və işğaldan əvvəl
dövlət tərəfindən qоrunаn (hal-hazırda bu abidələr erməni vandalları tərəfindən
dağıdılıb) 72 mühüm tаriхi аbidə mеmаr Кərbаlаyi Səfiхаn tərəfindən tiкilmiş, nəqqаş
Кərbаlаyi Сəfərli tərəfindən nəqşlənmiş və rəssаm Ustа Qəmbər tərəfindən gözəl
şəкillərlə bəzədilmişdir. (4, s. 91-92)
2. Qarabağ bölgəsinin memarlıq abidələri
Xanlıq və Çar Rusiyasının işğalında olduğu zaman Qarabağda dini və ictimai abi-
dələr - məscidlər, türbələr, məbədlər, karvansaraylar, qalalar, körpülər, hamamlar, bu-
Sivilizasiya
45
laqlar, yaşayış evləri və digər təyinatlı tikililər inşa edilmişdir: Şuşa şəhərində Pənahəli
xanın dövründə qarğıdan tikilmiş, İbrahimxəlil xanın dövründə 1768-1769-cu illərdə
yenidən inşa edilmiş Yuxarı Gövhərağa məscidi, XVIII əsrə aid Aşağı Gövhərağa məs-
cidi, Mehmandarovların malikanə kompleksində inşa edilmiş məscid, Saatlı məscidi,
Hacı Abbas məscidi, Quyuluq məscidi, Seyidli məscidi, Hacı Yusifli məscidi, Mərdinli
məscidi, Xoca Mərcanlı məscidi, XIX əsrə aid Culfalar məscidi, Köçərli məscidi, Ma-
mayı məscidi, Çuxur məhəllə məscidi, Malıbəyli kəndindəki məscidlər, Ağdam ərazi-
sində XVIII əsrə aid Papravənd və Qiyaslı kəndlərindəki və XIX əsrə aid Ağdam şəhə-
rindəki (1868-ci il) və Boyəhmədli kəndindəki məscidlər (5, s. 47, 49, 117), Cəbrayıl
ərazisində XIX əsrə aid Çələbilər, Daşkəsən, Papi, Məzrə, Süleymanlı kəndlərindəki
məscidlər (11), Füzuli ərazisində Füzuli şəhərindəki XVII-XIX əsrlərə aid Hacı Ələkbər
məscidi, XVII əsrə aid Qarğabazar kəndində, XVIII əsrə aid Qaradağlı, Qoçəhmədli
kəndlərində, XIX əsrə aid Qorqan, Böyük Bəhmənli, Yuxarı Veysəllı, Dədəli, Qacar,
Mərdanlı, Gecəközlü, Aşağı Dilağarda, Bəy Pirəhmədli, Qaraxanbəyli kəndlərindəki,
Horadiz qəsəbəsindəki (1889) məscid, Qoçəhmədli kəndindəki Sərdərli məscidi, Hora-
diz qəsəbəsindəki İmamzadə, Laçın ərazisində Qaraqışlaq kəndindəki XVIII əsrə aid
məscid (1718), Qubadlı ərazisində XVIII əsrə aid Yusifbəyli, Mollalı, Mirlər, Məmər
kəndlərindəki, XIX əsrə aid Dəmirçilər, Dondarlı, Mahrızlı kəndlərindəki, Zəngilan
ərazisində XIX əsrə aid Zəngilan, Malatkeşin, Muşlan, Qırıq Müşlan kəndlərindəki
məscidlər, (1, s. 685, 741-742, 759, 768-769) Bərdə ərazisində XVIII-XIX əsrlərə aid
İbrahim Məscidi, (2, s. 164) XIX əsrə aid Kələntərli Məscidi, Uğurbəyli Məscidi, Şir-
vanlı Məscidi, yuxarı, orta və aşağı Lənbəran məscidləri, XX əsrə aid Cümə Məscidi
(1905), (13) Xocavənd ərazisində XVIII əsrə aid Hadrut qəsəbəsindəki, Domi kəndin-
dəki, XIX əsrə aid Şaqah, Bünyadlı və Qoçbəy kəndlərindəki məbədlər, Laçın ərazisin-
də XIX əsrə aid Sonasar kəndindəki və Ağoğlan çayının sahilində məbədlər (1, s. 678,
684, 686) Qarabağın dini memarlıq inciləri sırasında mühüm yeri tutur.
Şuşa şəhərindəki XIX əsrə aid Heydər türbəsi, XX əsrə aid şair M.P.Vaqifin türbə-
si, Ağdam ərazisində XVIII əsrə aid Papravənd, Maqsudlu kəndlərindəki türbələr, Ağ-
dam şəhərindəki Xanoğlu türbəsi, XIX əsrə aid Ağdam şəhərindəki dörd türbə, o cüm-
lədən Pənah xanın və Uğurlu bəyin türbələri, Ağdam şəhərinin 5 kilometrliyində, Qara-
ağac qəbiristanlığındakı türbə, Füzuli ərazisində XVIII əsrə aid Qarğabazar kəndindəki,
XIX əsrə aid Yuxarı Divanlılar, Seyidəhmədli, Qoçəhmədli kəndlərindəki türbə, Laçın
ərazisində XVIII əsrə aid Zeyvə kəndindəki Şeyx Əhməd və Soltanbaba türbələri, (14)
XVII-XVIII əsrlərə aid Cicimli kəndindəki türbə, XIX əsrə aid Zeyvə kəndindəki üç, o
cümlədən Soltan Baba və Şeyx Əhməd türbələri, Qubadlı ərazisində XVIII əsrə aid
Xocamusaxlı və Boyunəgər kəndlərindəki türbə, (5, s. 47-48, 87, 116-117, 143-144,
152) Bərdə ərazisində XVIII əsrə aid Səkkizguşəli türbə və Bəhmən Mirzə türbəsi, XIX
əsrə aid Qurdlar türbəsi (13) inşa edilmişdir.
Şuşa şəhərindəki XVIII əsrə aid üç karvansaray, o cümlədən Xanlıq Muxtar və
Səfərov qardaşlarının karvansarayları, (5, s. 47-48) XIX əsrin sonunda Məşədi Hüseyn
Mirsəfər oğlu, Hacı Əmiraslan, Hacı Hüseyn, Timçalı Hacı Məhərrəm, Hacı Böyük İs-
kəndər bəy, Ağa Qəhrəman Mirsəyyafa oğlu, Hacı Abbas bəy, Cavad ağa, Gövhər ağa,
Məşədi Şükür Mirsiyab oğlu, XX əsrin əvvəllərində Ağa Qəhrəman Mirsiyab oğlunun
karvansarayı və İkimərtəbəli karvansaray, (10, s. 121) Ağdam ərazisində XVIII əsrə aid
Şahbulaq kəndində karvansaray (1, s. 718) tikilmiş və fəaliyyət göstərmişdir.
İctimai xidmət statusu daşıyan tarixi memarlıq abidələri sırasında hamamlar, bulaq-
Bakı Avrasiya Universiteti
46
lar və kəhrizləri qeyd etmək yerinə düşərdi. Şuşa ərazisində Şuşa şəhərində XVIII əsrə
aid Şirin su hamamı, Malıbəyli kəndində XIX əsrə aid hamam, (1, s. 597-598) Cəbrayıl
ərazisində Cəbrayıl şəhərində XIX əsrə aid Sultan Allahverdi hamamı, (11) Füzuli
ərazisində Füzuli şəhərində XIX əsrə aid hamam, Bərdə ərazisində XVIII əsrə aid
Şirvamlı hamamı (13), Şuşa ərazisində Şuşa şəhərində XVIII əsrə aid “Çöl qala” bulağı,
Meydan Bulağı, Xoca Mərcanlı bulağı, Çuxur məhəllə, Seyidli, Hacı Yusifli və Köçərli
məhəllələrinin hər birində bir bulaq, Zarıslı kəndində Saxsı bulaq, XIX əsrə aid Şuşa şə-
hərində Şor bulaq, Mamayı bulağı, Ağadədəli məhəlləsində bulaq, Şuşa şəhərinin ya-
xınlığında İsa bulağı, Malıbəyli kəndində Novlu bulaq, (5, s. 47-49) Füzuli ərazisində
XIX əsrə aid Horadiz şəhərinin, Qarğabazar, İşıqlı və Xəlafşə kəndlərinin hər birində
bulaq, (1, s. 741) Füzuli ərazisində XIX əsrə aid Saracın kəndində kəhriz, Dədəli kən-
dində Dədəli kəhrizi , Qoçəhmədli kəndində Hacı Bayram və Qalpirəhmədli kəhrizləri,
(12, s. 33) Qubadlı ərazisində XVIII əsrə aid Məmər kəndində Şirin bulaq, Əliquluuşağı
və Dəmirçilər kəndlərinin hər birində bir bulaq, Mahmudlu kəndindəki Mədət bulağı,
(15) Laçın ərazisində XVIII əsrə aid Mirik kəndində Behbudalı bulağı, XIX əsrə aid
Quşçu kəndində Böyükbulaq (1858) və Korcabulaq (1890) (14) tikilib yerli əhalinin
istifadəsinə verilmişdir.
Ərazinin strateji əhəmiyyətini vurğulayan, tarixin qan yaddaşını özündə əks etdirən
ən mühüm memarlıq abidələri qalalardır: Yuxarıda Bayat (1748), Şahbulaq (1749) qala-
ları və Azərbaycanın siyasi tarixində silinməz iz buraxmış Şuşa-Pənahabad qalası haq-
qında məlumat verilib. Ərazinin strateji əhəmiyyətini və keşməkeşli tarixini nəzərə al-
araq araşdırma aparsaq görərik ki, Qarabağ ərazisində çoxsaylı qalalar mövcuddur.
Araşdırma mövzumuz Qarabağ xanlığı və çar Rusiyasının müstəmləkəçiliyi dövrü oldu-
ğundan yalnız bu dövrdə inşa edilmiş qalaları sadalamaqla kifayətlənirik: belə ki, Xoca-
lı ərazisində Əsgəran qəsəbəsində XVIII əsrə aid Əsgəran qalası, (7, s. 5) Laçın ərazi-
sində Quşçu kəndində XIX əsrə aid Qala və Sadınlar qalaçığı, Zəngilan ərazisində Zən-
gilan şəhərində XVIII əsrə aid Tağlı qalası (12, s. 120) inşa edilmişdir.
Xocavənd ərazisində XVIII əsrə aid Tuğ kəndi yaxınlığında körpü, Füzuli ərazisin-
də XVIII əsrə aid Görəzilli kəndində, XIX əsrə aid Füzuli şəhərindəki, İşıqlı, Şıxlı,
Yağvələnd, Saracıq, Qoçəhmədli kəndlərindəki körpülər, Saracıq kəndindəki Alı kör-
püsü, Saracın kəndindəki Kərəm körpüsü, (1, s. 677, 741-742) Qoçəhmədli kəndindəki
Arış körpüsü, Laçın ərazisində XVIII əsrə aid Bəhələ kəndindəki Həkəri çayının üzərin-
də, XIX əsrə aid Əhmədli, Zabux, Seyidlər, Şeytanlı kəndlərinin, Qaraqaş yaylağının
hər birində bir körpü, Pircahan kəndindəki iki körpü, Minkənd kəndindəki Birtağlı kör-
pü və İkitağlı körpü, Zabux kəndindəki Birtağlı körpü, Malxələf kəndindəki Sınıq kör-
pü, Qubadlı ərazisində XVIII əsrə aid Dondarlı kəndindəki Hacı Bədəl körpüsü, XIX
əsrə aid Əliquluuşağı kəndindəki Laləzar körpüsü (1867) və Mahmudlu kəndindəki kör-
pü, Zəngilan ərazisində XIX əsrə aid Hacıalılar kəndindəki körpü (5, s. 87-88, 152,
160) əhalinin və yaddelli tacirlərin gediş-gəlişi və ticarəti üçün əlverişli tarixi memarlıq
abidələri sırasındadır.
Şuşada XVIII əsrə aid Behbudovların, Cabbar Qaryağdıoğlunun, Abdürrəhimbəy
Haqverdiyevin, Firudin bəyin, Mamay bəyin, Mir Möhsin Nəvvabın, Qasım Bəy Zaki-
rin, Tarzən Sadıqcanın, Yusif Vəzir Çəmənzəminlinin, XIX əsrə aid Bülbülün, Firudin
bəy Köçərlinin, Hüsü Hacıyevin, Keçəçi oğlu Məhəmmədin, Məşədi Hüsünün, Nəcəf
Bəy Vəzirovun, Natəvanın, Süleyman Sani Axundovun, Süleyman Vəzirovun, Xanəndə
Seyid Şuşinskinin, Zöhrabbəyovun, Zülfüqar Hacıbəyovun malikanələri, (1, s. 596-600)
Sivilizasiya
47
XVIII əsrə aid Şuşa şəhərində Xan sarayı, Pənah xanın sarayı, Ağabəyim ağanın qalasi,
İbrahim xanın sarayı (Daşaltı kəndi), Ağdam şəhərində Pənah xanın imarəti, Laçının
Hüsülü kəndində Həmzə Sultan Sarayı (1781), XIX əsrə aid Hacı Quluların malikanəsi,
Üzeyir Bəy Hacıbəyovun ev muzeyi, XX əsrə aid Ağdamın Çəmənli kəndində Seyid
Gərəkli Ağanın məqbərəsi (5, s. 47-50, 87, 116) Qarabağda şəhərsalma mədəniyyətinin
nümunələrindəndir.
Nəticə
XVIII-XIX yüzilliklər mədəniyyətimizin təkamülü prosesində bənzərsizliyi ilə
seçilən mərhələdir. Bütövlükdə, bu dövr Qarabağ mədəniyyətinin təkamülü prosesində
elə bir dövrdür ki, həmin dövrdə ənənəvi Şərq memarlığının yüksək keyfiyyətli ənənə-
ləri ilə Qərbdən gələn yeni memarlıq üsul və formalarının tədricən çulğalaşması nəticə-
sində çox orijinal bir memarlıq məktəbi formalaşmış və həmin məktəb nümayəndələri
günümüzə qədər gəlib çatan, təəssüf ki, erməni vandalları tərəfindən bu gün xarabalıq-
lara çevrilərək öz xilaskarlarını gözləyən memarlıq abidələri yaratmışdır.
Tarixi araşdırmalardan bir daha aydın olur ki, Azərbaycan mədəniyyətini ərazinin
aborigen sakinləri olan Azərbaycan türkləri yaratmış və inkişaf etdirmişdir. Əraziyə son-
radan köçürülmüş ermənilər isə bu mədəniyyətdən yararlanmış və onu mənimsəmişlər.
Qaynaqlar:
1. Əhmədov E.İ. Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011), Bakı:
Letterpress”, 2012, 912 s.
2. Hacıyev Q.Ə. Bərdə şəhəri: coğrafi, siyasi və mədəni tarihi, Bakı: UniPrint, 2008, 250 s.
3. Hacıyev Q.Ə. Qarabağın maddi və mənəvi mədəniyyəti, Bakı: Təhsil, 2011, 218 s.
4. Məmmədov N.R. Azərbaycanın Şuşa qəzası 1900-1917-ci illərdə, Bakı: “ADPU-nun
matbaası”, 2005, 188 s.
5. Qarabağ abidələri, Bakı: Günəş-B MMC, 2009, 190 s.
6. Qarabağlı R.S. Memar Kərbəlayi Səfixan Qarabaği. Bakı: “Azərbaycan”, 1995, 80s.
7. Vasif Səmədov, Rövşən Vəlizadə, Leyla Əliyeva: Xocalıya ədalət! (Beynəlxalq erməni
terroruna qarşı yeni strateji model), Üç cilddə. c.I, Bakı: CBS poligraphic production, 2014.
344 s.
8. Дадашев С.A. Архитектура Азербайджана III-XIX века, /С.А.Дадашев, М.А.Усейнов.
М.: Изд-во Академии архитектуры СССР, 1948, 96 с.
9. Фатуллаев-Фигаров Ш.С. Архитектура Азербайджана XIX - начала XX века, Баку:
Шарг-Гарб, 2013, 492 с.
10. Чингиз Каджар. Старая Шуша. Баку: "Şərq-Qərb", 2007, 344 стр.
11. www.cabrail-ih.gov.az/page/11.html
12. www.mct.gov.az/styles/doc/historico-cultural-objects.pdf
13. http://garabagh.net/content_122_az.html
14. http://garabagh.net/content_291_az.html
15. www.qubadli-ih.gov.az/page/16.html
SUMMARY
Rena Bakhishova
FROM HISTORY OF ARCHITECTURE OF GARABAGH REGION
OF NORTHERN AZERBAIJAN
In the nineteenth century traditional architectural forms dominated in Garabagh region.
Bakı Avrasiya Universiteti
48
Though architecture of Garabagh was characterized with large and monumental religious
buildings in the first half of the century, in the second half of the century it starts to be
characterized mostly by religious and cultural and welfare facilities.
In this period, mosques of the Ganja-Garabagh architectural school differed from the
architectural schools in other regions of Azerbaijan in terms of interior.
In the whole, the eighteenth and nineteenth centuries is the unique stage in the process of
evolution of our culture.
Keywords: Azerbaijan, architecture of Garabagh, Shusha, culture of Garabagh, architec-
tural monuments
РЕЗЮМЕ
Рена Бахышова
ИЗ ИСТОРИИ АРХИТЕКТУРЫ ГАРАБАГСКОГО
РЕГИОНА СЕВЕРНОГО АЗЕРБАЙДЖАНА
В архитектуре Гарабагского региона девятнадцатого века доминировали тра-
диционные формы. Если для архитектуры Гарабаха первой половины XIX века были ха-
рактерны крупные и монументальные религиозные здания, то для второй половины это-
го века – здания не только религиозного назначения, но и культурно-бытовые.
В этот период интерьеры мечетей Ганджа-Гарабагской архитектурной школы
выделялись своим своеобразием среди других архитектурных школ Азербайджана.
В целом, период XVIII-XIX веков явился эпохой развития азербайджанской культуры.
Ключевые слова: Азербайджан, архитектура Гарабаха, Шуша, Гарабагская
культура, архитектурные памятники.
Sivilizasiya
49
Cəmalə MİRZƏYEVA
∗
İRAN İSLAM RESPUBLİKASININ İNZİBATİ-ƏRAZİ
BÖLGÜSÜNDƏ GÜNEY AZƏRBAYCAN
Açar sözlər: İran, Güney Azərbaycan, inzibati-ərazi bölgüsü, ostan, şəhristan, Pəhləvi,
Təbriz, Urmiya
Giriş
İranın müasir inzibati-ərazi bölgüsünün əsası Qacarlar sülaləsinin hakimiyyətinin
(1795-1925) son dönəmində, 1906-cı ildə ölkə ərazisinin əyalətlərə bölünməsi ilə qo-
yulmuşdur. Bu bölgüyə əsasən ölkə 12 vilayətə və bu vilayətlərin mərkəzləşdiyi 4 əya-
lətə - Şimal, Cənub, Qərb və Mərkəzi - bölünmüşdür. Azərbaycan (Güney) İranın ən
böyük əyaləti olan Şimal əyalətinin tərkibinə daxil edilmişdi. Mərkəzi Təbriz şəhəri idi.
İranlı müəlliflərdən Məhəmmədrza Hafizniya Məşrutə inqilabından sonra qəbul edilmiş
əyalət və vilayətlərin təşkili haqqında qanuna əsasən aparılan bölgü haqqında yazarkən
əyalətləri belə adlandırır: Azərbaycan, Kirman və Bəlucistan, Fars və Bənader, Xorasan
və Sistan. 12 vilayətin adları isə aşağıdakılardır: Əstərabad, Mazəndaran, Gilan, Zən-
can, Kürdistan, Luristan, Kirmanşahan, Həmədan, İsfəhan, Yəzd, İraq, Xuzestan. (1,
s.391) Bu bölgü Səfəvilər dövründə qəbul edilmiş və sonrakı hakimiyyətlər (Əfşarlar,
Zənd, Qacarlar) zamanı da tətbiq edilmiş əyalət sisteminin əsasında formalaşmışdı.
*
Qacarlar dövründə vəliəhd Təbrizdə oturduğu üçün çox böyük siyasi əhəmiyyətə
malik olub. Şimal əyalətinə hazırda İran İslam Respublikasının ayrı-ayrı inzibati vahid-
ləri olan Həmədan (vilayət), Zəncan (vilayət), Qəzvin, Şərqi Azərbaycan, Qərbi Azər-
baycan, Ərdəbil aid idi. Həmədan və Qəzvin vilayət adlansalar da, Azərbaycan əyalə-
tinə aid idilər. Belə ki, vilayətlər İran yaylasının daxili siyasi-coğrafi vahidi olub, hər
biri bir şəhər və ona tabe olan ətraf ərazilərdən ibarət olurdu. Hər biri mərkəzi höku-
mətə
*
və ya 4 əyalətdən birinə tabe olurdu. Bu bölgüdə əyalətlər vilayətlərdən daha
böyük daxili imkanlara malik idilər. (1, s.391)
Dostları ilə paylaş: |