Pəhləvilər dövründə Güney Azərbaycan İranın inzibati-ərazi bölgüsündə
XX əsrin əvvəllərində vahid əraziyə malik olan Güney Azərbaycan son yüz ildə
müxtəlif bölgələrə parçalanmışdır. Bu zaman Güney Azərbaycanda Ərdəbil, Urmiya,
Üskü, Üşnəviyyə, Əhər, Binab, Astara, Biləsuvar, Təbriz, Culfa, Çəhriq, Xoy, Dehxa-
ran, Dilməqan, Savucbulaq, Sarab, Salmas, Şəbüstər, Sayinqala, Sufyan, Təsuc, Sərəs-
kənd, Qotur, Kukan, Köhnəşəhər, Qırqır, Maku, Mağara, Mərənd, Miyanic, Miyandab,
Nəmin, Neyər, Hero (Xalxal) şəhərləri var idi.
(
2, s.48
)
Bu inzibati-ərazi bölgüsündə son-
ralar müəyyən dəyişikliklər edilmişdir. Qacarlar dövrünə aid ikinci bir bölgüyə əsasən
ölkə 6 əsas əyalətə - Şimal-qərb, Şimal, Şərq, Cənub, Qərb, və İraqi-Əcəm (Mərkəzi)
bölünmüşdü. Bu bölgüdə Azərbaycan (Güney) Şimal-qərb əyalətinə aid edilmişdir.
Azərbaycan (Güney) əyalətinə aid aşağıdakı vilayətlərin adı çəkilir: Ərdəbil (Ərşəq,
∗
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu mcemale@yahoo.com
*
Qeyd olunan hakimiyyətlər dönəmində inzibati sistemin əsas vahidləri bunlar idi: əyalət, vilayət, bölük,
qəsəbə. Əyalət hakim, vilayət vali, bölük naibəlhökumə tərəfindən idarə olunurdu. Bu bölgü Qacarlar
sülaləsinin hakimiyyətinin son dövrlərinə qədər eynilə tətbiq edilmişdir.
*
Məhəmmədrza Hafiziniya Qacarlar dövrünün inzibati-ərazi bölgü sistemindən bəhs edərkən mərkəzi
hakimiyyəti İran deyil, "darül-xəlafe-ye Tehran" adlandırır.
Bakı Avrasiya Universiteti
50
Ucarud, Muğan (Biləsuvar), Nəmin, Neyər, Astara, Meşkin), Urmiya (Mərgəvər, Tər-
gəvər, Ənzəl, Bərdəst, Sumay-Bəradust, Sulduz, Üşnəviyyə), Təbriz (Rudqat (Sufyan),
Ərnəvəq, Gəni, Ənzab (Buraya Təsuc, Şəbüstər, Xamnə, Kuzəkonan, Şərəfxana aid
idi), Sərdrud, İskəndan, Üskü, Mehranrud (buraya Basmınc, Sədadya, Səhəndabad aid
idi), Ucan (Hacıağa), Abbas (Tikmədağ), Bədustan, Xamnerud (Şəhrək), Xoy (Çors,
Kirs, Ovacıq, Çaldıran, Qotur, Maku, Salmas, Dilməqan, Çəhriq, Köhnəşəhər, Xosrova-
bad, Sədiqiyan), Sərab (Şərəbiyan, Bəraquş, Xalxal), Sayinqala və Əfşar vilayəti (Ti-
kantəpə, Yalquzağac, Həştrud (Sərəskənd qəsəbəsi), Qaracadağ vilayəti (Əhər,
Kəleybər, Çələbiyan, Vərgəhan və Dizmar), Marağa (Dehxarqan, Mamaqan, Kukan,
Binab, Əcəbşir), Mərənd (Zunuz, Ələmdar, Qırqır, Culfa), Mokra (Savucbulaq, Lahi-
can, Sərdəşt qəsəbəsi, Miyandab), Miyanic (Türkmənçay, Camalabad).
(
2, s.48)
Qacarlar dövrünün sonu, Pəhləvi dövrünün (1925-1978) əvvəllərində Təbriz mər-
kəz olmaqla Güney Azərbaycan İranın ən böyük əyaləti idi. Qacarlar sülaləsi devrildik-
dən sonra əyalətə idarəçilik vali tərəfindən həyata keçirilirdi. Əyalət hakimliklərə bölü-
nürdü və onlara hakimlər başçılıq edirdilər. Hakimliklər bölüklərə, bölüklər isə öz növ-
bəsində mahallara ayrılırdılar. Mahallar kəndlərdən ibarət idi. Kəndlərə kəndxudalar
başçılıq edirdilər.
(
3, s.61) Bu dövrə aid inzibati-ərazi bölgüsünə Tohid Məlikzadə tərə-
findən çap edilmiş Türkiyə Nizami Ordusu nümayəndəsinin 1927-ci ildə tərtib etdiyi
“İran Azərbaycanı tədqiq raporu” adlı (kitab İranda “Azərbaycan Pəhləvi hakimiyyəti-
nin ilk illərində” adı ilə çap edilmişdir) kitabda rast gəlinir. Burada Güney Azərbaycan-
da XX əsrin 20-ci illərində mövcud olan inzibati-ərazi bölgü sistemi verilmişdir. Bu
mənbəyə görə, Azərbaycan əyaləti 12 vilayətə bölünmüşdü. Bu vilayətlər, onların
bölündüyü bölük və mahallar bunlar idi: Təbriz hakimliyi (mərkəzi Təbriz): Rudqat
(mərkəzi Sufyan), Təsuc, Şəbüstər, Kuzəkonan, Şərəfxana, Basmıc, Səədabad, Mehra-
nərud (Səhəndabad), Ucar (Hacıağa), Tikmədaş, Xanımrud (Şəhrək); Ərdəbil hakimliyi
(mərkəzi Ərdəbil): Ərşələ, Ucarud, Muğan (Biləsuvar), Nəmin, Neyər, Astara, Meşkin
(Unar); Qaradağ hakimliyi (mərkəzi Əhər): Kəleybər, Çələbiyan, Vərkəhan, Dizmar;
Mərənd hakimliyi (mərkəzi Mərənd): Gəlinqaya, Zunuz, Ələmdar, Gərgər, Culfa; Xoy
hakimliyi (mərkəzi Xoy): Çors, Giris, Çaldıran, Qutur; Maku hakimliyi (mərkəzi Maku):
Avacıq (Kilsə kəndi), Şut, Çaypara (Qaraziyaəddin), Ərəblər; Salmas hakimliyi (mərkə-
zi Dilman): Köhnəşəhər, Xosrovabad, Sədəqiyan, Çehriq; Urmu hakimliyi (mərkəzi Ur-
miya): Mərgəvər, Dəşt, Bərdəsur, Sumay, Baradust, Uşnu, Ənzəl, Tərgəvər; Mokra ha-
kimliyi (mərkəzi Savucbulaq): Lahican, Sərdəşt, Miyandab, Rəhmətabad; Marağa ha-
kimliyi (mərkəzi Marağa): Dehxarqan, Məməkan, Gugan, Binab, Əcəbşir; Sayinqala və
Əfşar hakimliyi (mərkəzi Sayinqala): Tikantəpə, Yalquzağac, Həştrud (Sərəskənd); Mi-
yanic hakimliyi (mərkəzi Miyanə və ya Miyanic): Türkmənçay, Camalabad; Sarab ha-
kimliyi (mərkəzi Sarab): Şərəbiyan, Alanbəraquş, Xalxal (Herov).
(
3, s.61-64)
Rza şah Pəhləvi dövründə (1925-1941), 1932-ci ildə Güney Azərbaycan Şərqi və
Qərbi Azərbaycan əyalətlərinə bölündü. Bu bölgüdə Azərbaycan (Güney) ərazisindən
Xoy, Rzaiyyə, Savucbulaq, Şahpur, Maku, Miyandab ayrılaraq yeni təşkil olunmuş
onuncu nahiyyəyə daxil edildi. Bu bölgənin mərkəzi Rzaiyyə oldu. Şərqi Azərbaycana
isə Astara, Dəbil, Boluk-e Səlasə, Təbriz, Culfa, Çəharoymaq, Xalxal, Sərab, Sayinqala,
Qaracadağ, Gərmrud, Mərənd, Marağa daxil idi.
(
2, s.50)
1937-ci ilin noyabr ayında İranın yeni bölgüsü aparılarkən ölkə 6 ostana bölündü.
Onların tarixi adları ləğv olundu. Ostanlar Şimal-qərb, Şimal, Cənub, Mekran, Şərq,
Qərb ostanları adlandırıldı. Azərbaycan (Güney) ərazisi 3-cü və 10-cu bölgə ilə birlikdə
Sivilizasiya
51
Şimal-qərb ostanına aid edildi. Bu ostan 6 şəhristandan (Ərdəbil, Təbriz, Xoy, Rzaiyyə,
Marağa, Mahabad) ibarət idi. Ərdəbil şəhristanına Ərdəbil ətrafı, Ucarud, Muğan, Meş-
kin, Ərşəq, Nəmin, Vəlgic, Astara, Xalxal və onun ətrafı; Təbriz şəhristanına Məvaze-
ye Xan, Ucan, Abbas, Mehranrud, Üskü, Veydəhər, Dehxarqan, Sərdsəhra, Rudqat, Ər-
vənq, Ənzab, Şəha, Mərənd, Kərkər, Yekanat, Bədustan, Xanemrud, Alan Bəraquş,
Əhər, Diklə, Yaft, Əzəndel, Gərmadüz, Meyxan, Ənkut, Meşəpara, Dizmar, Didangəh,
Keyvan-e Kəleybər, Sərab, Gərmrud, Yərvanan, Kələbuz, Kənduvan, Həştrud, Quru-
çay, Gərmxaran, Qoçkanlı; Xoy şəhristanına Xoy, Qotur, Çaybasar, Çaldıran, Avacıq,
Sökmənabad, Maku, Bəycik, Qaraqoyunlu, Çaypara; Rzaiyyə şəhristanına Rzaiyyə
şəhəri və ətrafı, Nazlıçay, Bərgişli çay, Tərgəvər, Mərgəvər, Şapur, Çəhriq, Sumay-e
Bəradust, Üşnəviyyə; Mahabad şəhristanına Mahabad şəhəri və ətrafı, Şəhre Viran,
Qarasu, Sulduz, Köhnə Lahican, Teymur eli, Turcan, Əxtəçi, Sərdəşt və ətrafı, Saqqız
və Banə; Marağa şəhristanına Binacı, Dizəc, Satılmış, Səracı, Qavdul, Miyandab,
Acarlı, Çəhardolu, Şahindej, Tikantəpə, Səfaxana.
(
2, s.52
)
1937-ci ilin dekabrında ostanlara bölgü yenidən aparıldı. Ölkə 10 ostana, 49 şəhris-
tana bölündü. Bu dəfə ostanların adları dəyişdirilərək 1-dən 10-a qədər rəqəmlərlə əvəz
edildi. Bu ostanlar aşağıdakılardan ibarət idi:
1-ci ostan:
Zəncan, Qəzvin, Savə, Soltanabad, Rəşt və Şahsuvar;
2-ci ostan:
Tehran, Qum, Kaşan, Semnan, Sari və Qorqan;
3-cü ostan:
Təbriz və Ərdəbil;
4-cü ostan:
Xoy, Rzaiyyə (Urmiya), Mahabad (Savucbulaq), Marağa və Bicar;
5-ci ostan:
Elam, Şahabad, Kirmanşah, Sənəndəc, Məlayer və Həmədan;
6-cı ostan:
Xorrəmabad, Qolpayeqan, Əhvaz və Xorrəmşəhr;
7-ci ostan:
Bəhbəhan, Şiraz, Buşəhr, Fəsa, Abade və Lar;
8-ci ostan:
Kirman, Bəm, Bəndərabbas, Xaş və Zabel;
9-cu ostan:
Bircənd, Türbət Heydəriyye, Məşhəd, Qoçan, Bocnurd, Günabad və
Səbzəvar;
10-cu ostan: İsfəhan və Yəzd. (1, s.393)
1930-cu illərdə aparılmış bölgülərdən sonra nəticə olaraq, Zəncan Gilan ostanına,
Həmədan isə Kürdüstan ostanına qatıldı. Ərdəbilin Səfarud adlanan bölgəsi 1-ci, yəni
Gilan ostanına aid olan Rəşt şəhristanına birləşdirildi. Azərbaycanın (Güney) qalan əra-
zisi mərkəzi Təbriz olmaqla Şərqi Azərbaycan, o vaxtkı bölgü ilə 3-cü ostan, mərkəzi
Urmiya olmaqla (Qərbi Azərbaycan ostanı) 4-cü ostan arasında bölüşdürüldü.
1938-ci ildə yenidən inzibati bölgü aparıldı. İran ərazisi 7 ostana bölündü. Bu
bölgüdə Zəncan Mərkəzi ostana qatıldı.
1940-cı illərdə (h.q. 1322-ci il) Saqqız bölgəsi Mahabaddan ayrılıb Sənəndəc şəhris-
tanına (5-ci - Kürdüstan ostanı) birləşdirildi. Daha sonra Saqqız ayrıca bir şəhristan elan
olundu, Banə və Sərdəşt Mahabad şəhristanının tabeliyindən çıxarılıb Saqqız şəhristanına
qatıldı. Lakin bir müddət sonra göstərilən ərazilərdən yalnız Sərdəşt yenidən 4-cü ostanın
(Qərbi Azərbaycan) ərazisində yerləşən Mahabad şəhristanının tərkibinə daxil edildi.
1940-cı illərdə daha bir neçə ərazi 4-cü ostandan ayrılıb 5-ci ostanın ərazisinə qatıldı.
H.q.1324-cü ildə 4-cü ostana aid olan Bicar şəhristanı öncə bu ostanın tabeliyindən çıxarıla-
raq birbaşa mərkəzə, h.q.1325-ci ildə isə 5-ci ostana əlavə edildi. Təqribən eyni zamanda
Tikab bölgəsi də 4-cü ostana aid Marağa şəhristanından çıxarılaraq 5-ci ostana, Sənəndəc
şəhristanına verildi. Lakin bir ay sonra yenidən Marağa şəhristanına birləşdirildi.
Bakı Avrasiya Universiteti
52
1950-ci illərdə İranın inzibati ərazi bölgüsü yenidən bir neçə dəfə dəyişdirilərək
əvvəl 11, daha sonra isə 14 ostana bölündü. Güney Azərbaycan ərazisi də bir daha bö-
lündü. Onun tərkibinə daxil olan Astara Gilana, Savə Tehrana qatıldı. Ümumiyyətlə,
Astara şəhəri İranın bütün XX əsr inzibati bölgü tarixi boyu vaxtaşırı olaraq gah Gilan,
gah da Şərqi Azərbaycan ostanına aid edilirdi.
1960-cı ildə İranın inzibati bölgüsündə aparılan dəyişikliklərə görə ostanların
rəqəmlərlə adlandırılması aradan qaldırıldı. 3-cü və 4-cü ostanlar Şərqi Azərbaycan və
Qərbi Azərbaycan ostanları adlandırıldı.
1960-1970-ci illərdə yenidən aparılan inzibati-ərazi bölgülərində İran ərazisi 13
ostana, əvvəl 8, daha sonra isə 11 fərmandarlığa (qubernatorluq) və 151 şəhristana
bölündü. Həmədan və Zəncan əvvəlcə ayrıca fərmandarlıqlar kimi qəbul olundu. Daha
sonra isə (1973-cü il) ayrıca ostanlara çevrildilər. Ərdəbil şəhristanına aid olan Astara
şəhəri də ayrıca şəhristana (1968) çevrildi.
Rza şah dövründə aparılan bölgü siyasəti yalnız iqtisadi siyasət olmayıb, onun əsas
qayəsinin, İranı bir dilli, bir millətli dövlətə çevirmək siyasətinin təzahürü idi. Bu fikri
qeyd olunan inzibati-ərazi bölgü siyasətindən bəhs edən tədqiqatçıların əksəriyyətinin
gəldiyi nəticə hesab etmək olar. Bu siyasətin başlıca nəticələrindən biri də İranda yaşa-
yan qeyri-fars millətlərin adlarını yerlərdən silmək üçün atılan addım idi. Bunu ostanla-
ra bölgü keçirməklə, bu ostanların adlandırılmasında yeridilən siyasətlə bərabər bu
dövrdə yer adlarının dəyişdirilməsi də sübut edir. Bu dəyişikliklərə nümunə olaraq aşa-
ğıdakıları göstərmək olar: Makı yaxınlığında yerləşən Ərəb kəndinin adı dəyişdirilərək
Poldəşt adlandırıldı. Yenə də Makı yaxınlığında (cənub-qərbində) yerləşən Qaraeyni
adlı yaşayış məskəninin adı Siyahçeşme ilə əvəz olundu. Bundan başqa dəmir yolu vağ-
zalları və Urmiya gölü üzərində yerləşən limanların da adlarında dəyişikliklər edildi.
Yam dayanacağı “Peyam” ilə, Hülakü dayanacağı “Hərzənd” ilə, Qaragöz dayanacağı
“Zal” ilə, Dizəc Xəlil dayanacağı “Dizə” ilə, Ağgünbəd limanının adı “Sefidgonbəd”
ilə, Naharxaran limanı isə “Namavəran” ilə əvəz olundu. (2, s.51) Ümumiyyətlə, Pəhlə-
vilər dövründə yalnız Urmiya gölünə aid 101 ad təhrif olunmuşdur. Bundan başqa
Azərbaycan (Güney) ərazisində 465 təhrif olunmuş coğrafi yer adlarının adı müəy-
yənləşdirilmişdir. (2, s.257-260; 4)
Beləliklə, Pəhləvilər dövrünün sonu İranda artıq 22 inzibati vahid: 14 ostan və 8
fərmandarlıq təsis olunmuşdu. (5, s.126)
İran İslam Respublikası dövründə Güney Azərbaycan ərazisi
İran İslam Respublikası elan olunduqdan sonra da inzibati ərazi bölgüsündə
aparılan dəyişikliklər davam etdi. Ölkə əvvəlcə 24, daha sonra isə 28 ostana bölündü.
1990-cı illərin əvvəllərində Güney Azərbaycan ərazisi əsasən Şərqi Azərbaycan
( Ərdəbil, Əhər, Binab, Bostanabad, Təbriz, Xalxal, Sərab, Şəbüstər, Kəleybər, Marağa,
Mərənd, Meşkinşəhr, Muğan, Miyanə, Heris, Həştrud, Biləsuvar, Parsabad), Qərbi
Azərbaycan ( Urmiya, Bukan, Piranşəhr, Tikab, Xoy, Sərdəşt, Salmas, Şahindej, Maku,
Mahabad, Miyandab, Nəqdə), Həmədan ( Təvisərkan, Kəbudərahəng, Məlayer, Nə-
havənd, Həmədan, Əsədabad), Zəncan ( Əbhər, Takestan, Xudabəndə, Zəncan, Qəzvin)
ostanları arasında bölünmüşdür. (6, s.5) 1993-cü ildə Ərdəbil ayrıca ostan elan edildi.
Daha sonra isə Qəzvin Zəncan ostanından ayrılaraq müstəqil əyalət oldu.
İran İslam Respublikası Statistika mərkəzinin 2006-cı ilin hesablamaları üzrə nəşr
etdirdiyi “Ərazinin və əhalinin ümumi hesablanmasına” əsasən demək olar ki, ölkə 30
Sivilizasiya
53
ostan, 336 şəhristan, 889 bəxş, 2400 dehestan, 1012 şəhər, 63904 kiçik yaşayış məskə-
ninə bölünmüşdür. (7, s.24) Bu bölgüdən 6 ostan, bu ostanlara aid edilən 62 şəhristan
Güney Azərbaycanın ərazisinə aid edilir.
Şərqi Azərbaycana 19 şəhristan, 24 bəxş, 58 şəhər, 141 dehestan aid edilir. Ostanı-
nın ərazisi 45663 km
2
-dir. 14 şəhristan, 36 bəxş, 141 dehestan, 57 şəhər, 2731-i daimi
olmaqla 3091 yaşayış məskəni Qərbi Azərbaycan ostanının payına düşür. Ərazisi 37465
km
2
-dir. Ərdəbil ostanına 10 şəhristan, 27 bəxş, 23 şəhər, 69 dəhestan aid olmaqla
17844 km
2
aid edilir. Həmədan ostanı 9 şəhristan və bu şəhristanlara aid olan 25 bəxş,
27şəhər və 73 dəhestandan təşkil olunmuşdur. Ərazisi 19,368 km
2
-dir. Zəncan 21773
km
2
əraziyə malik olub 7 şəhristan, 16 bəxş, 18 şəhər, 46 dehestandan təşkil olunmuş-
dur. Qəzvin 15567 km
2
əraziyə malik olub 5 şəhristan, 19 bəxş, 25 şəhər, 46 dəhestan-
dan təşkil olunmuşdur. (8)
Bundan başqa Güney Azərbaycan ərazisinin əsas hissəsini təşkil edən bu altı ostana
qonşu olan Gilan, Kürdüstan, Fars və s. ostanlara aid edilən bəzi ərazilər elmi-kütləvi
mənbələrdə və ya kütləvi informasiya vasitələrində yayınlanan məqalələrdə azərbay-
canlıların kompakt yaşayış yerləri və Güney Azərbaycanın tarixi əraziləri kimi qeyd
olunur. Güney Azərbaycanda və ümumiyyətlə, İranda yaradılmış tələbə və ziyalı təşki-
latlarının nəşr etdirdikləri bir çox buraxılışlarda Güney Azərbaycan ərazisinə aid edilən
bu və ya başqa bölgələrdən bəhs edilmişdir. Bu kimi ərazilərə Astara, Savə, Bicar, Qər-
və, Şəkərəli, Sonqur kimi vilayətlər daxildir.
2006-2010-cu illərdə İranda ostanlara bölgü yenidən aparılaraq onların sayı otuz
ikiyə çatdırılmışdır. Qərbi Azərbaycan ostanında üç yeni şəhristan - Poldəşt, Çaypara,
Şut yaradılmışdır. Son on illikdə internet səhifələrində və digər kütləvi informasiya va-
sitələrində Xoy, Miyandab, Marağa, mərkəzi Mahabad və ya Bukan olmaqla Kordesta-
ne Mokri ostanları yaradılması təklifləri irəli sürülmüşdür. 2011-ci ildə Xoy şəhəri mər-
kəz olmaqla Xoy-Sərhəd ostanının yaradılması layihəsi nazirlər kabinetinə təqdim olun-
muşdur. İİR-in prezidenti Mahmud Əhmədinejad Xoya etdiyi səfərində əhali qarşısında
qısa bir zamanda nazirlər kabinetinə Xoy-Sərhəd ostanının yaradılması haqda göstəriş
verəcəyi haqqında çıxış etmişdir. (10)
Güney Azərbaycanın ərazisindən bəhs edərkən müxtəlif mənbələrdə təqribən eyni
coğrafi ərazidən bəhs edilir. Bu haqda aparılmış elmi tədqiqatlar azsaylı olsa da Güney
Azərbaycana aid edilən bu va ya başqa ərazilər haqqında məlumatlara rast gəlmək olar.
Ş.Tağıyeva, Ə.Rəhimli və S.Bayramzadənin “Güney Azərbaycan” məlumat kitabında
Güney Azərbaycan ərazisi inzibati bölgü baxımından aşağıdakı kimi təqdim olunur:
1.Şərqi Azərbaycan əyaləti; 2.Qərbi Azərbaycan əyaləti; 3.Ərdəbil əyaləti; 4.Zən-
qan əyaləti; 5.Həmədan əyaləti; 6.Qəzvin əyaləti; 7.Savə mahalı; 8.Astara şəhristanı.
(
11, s.66
)
XX əsrin 20-ci illərindən başlayaraq İranda aparılmış inzibati ərazi bölgüsü prosesini
nəzərə alaraq Güney Azərbaycana aid olan bölgələri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Güney Azərbaycan ərazinə aid edilən əyalətlər (ostanlar): Güney Azərbaycan
ərazisi 6 ostana (Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Qəzvin, Həmədan,
Zəncan) bölünmüşdür.
2. Güney Azərbaycan ərazisinə aid edilən əyalətlərdən kənarda qalan bölgələr
(şəhristanlar): Müxtəlif dövrlərdə Kürdüstan ostanına aid edilən Bicar və Qərvə, Gilan
ostanına aid edilən Astara, Fars ostanına aid edilən Savə mənbələrdə Güney Azərbay-
can ərazisi kimi qeyd olunur.
Bakı Avrasiya Universiteti
54
Nəticə
Beləliklə, İranın tərkibində Azərbaycanın (Güney) inzibati-ərazi bölgüsü tarixindən
aydın olur ki, burada sabit inzibati-ərazi bölgüsü olmamışdır. XX əsrin əvvəllərindən,
Pəhləvilər hakimiyyətinin ilk dövrlərindən başlayaraq Güney Azərbaycan ərazisi kiçik
inzibati ərazi vahidlərinə bölünmüşdür. Mərkəzi hakimiyyət Güney Azərbaycanın tor-
paqlarını müxtəlif inzibati-ərazi vahidləri arasında bölməklə etnik konsolidasiyanın
qarşısını almağa çalışmışdır.
Pəhləvi hakimiyyətinin süqutuna doğru Güney Azərbaycanın ərazisi, əsasən, Şərqi
Azərbaycan, Qərbi Azərbaycan, Həmədan ostanları arasında bölünmüşdü. İİR yaradıldıq-
dan sonra bu ostanların ərazisindən əlavə olaraq üç ostan və daha kiçik inzibati vahidlər
yaradılmışdır. İnzibati bölgü siyasətinin güney azərbaycanlılar üçün necə böyük siyasi
əhəmiyyətə malik olduğunu inqilabdan sonra ana dilindən istifadə ilə birgə, inzibati ərazi
bölgüsündə etnik birliyin nəzərə alınması tələbinin irəli sürülməsi də təsdiq edir.
Qaynaqlar:
1. Məhəmmədreza Hafizniya. Coğrafiyaye siyasi-ye İran. Tehran. Enteşarat-e daneşqah-e
Tehran, 1392.
2. Fateme Fəridi Məcid. Sərqozəşte təqsimate keşvəri-ye İran (ketabe əvvəl əz 1285 ta 1385).
Celde əvvəl. Azərbaycane Şərqi, Azərbaycane Qərbi, Ərdəbil və İsfəhan. Bonyade
İranşenasi, 1388.
3. Azərbaycan dər əvayele doureye Pəhləvi (bər əsase qozareş-e məhrəmaneye sale 1327 be
ərteşe Torkiye). Motərcem doktor T. Məlikzadə Dilməqani. Təbriz: Əxtər, 1387.
4. http: // durnanews.ir
5. Современный Иран. Справочник. Москва: Наука, 1993.
6. Salname-ye amare keşvər 1371. Şomare-ye mosəlsəle nəşriyyate mərkəze amare İran:
1849. Çap dər çapxaneye mərkəze amare İran, 1372.
7. Nətayece təfsili-ye sərşomari-ye omumi-ye nofus-o məskən-1385. Kolle keşvər. Şomare-ye
mosəlsəl-e nəşriyyate Mərkəze Amare İran: 4232. Mərkəze Amare İran, 1387.
8. Ətlase rahnomayi-ye ostanhaye İran. Enteşarat-e sazman-e coğrafiyayi-ye niruha-ye
mosəlləh, 1390.
9. Çənlibel. Sal-e əvvəl. Şomare-ye 3, 1383. Azərbaycan öyrəncilər dərgisi.
Vijename-ye qərb Azərbaycan.
10. http://ata-khoy.blogfa.com
11. Ş.Tağıyeva. Ə.Rəhimli. S.Bayramzadə. Güney Azərbaycan (məlumat kitabı). Bakı: Orxon,
2000.
SUMMARY
Jamala Mirzayeva
THE SOUTH AZERBAIJAN IN THE DIVISION OF ADMINISTRATIVE
TERRITORY OF IRAN ISLAMIC REPUBLIC
Contemporary administrative-territorial division of Iran was founded at the last period of
Kacars dynasty’s rule. In that time South Azerbaijan was a seperated territory with completed
administrative structure, and had a certain freedom in internal rule. By the coming of Pahlavi’s
dynasty to the trown the South Azerbaijan province lost its entirety and was seperated to a
number of adminstrative units.
Nowdays, the administrative division of the territory in Iran is still on process and creation
of new units in the South Azerbaijan is still taking place.
Sivilizasiya
55
Key words: Iran, South Azerbaijan, administrative-territorial division, Iran, shahristan
Pahlavi, Tabriz, Urmia
РЕЗЮМЕ
Джамаля Мирзоева
ЮЖНЫЙ АЗЕРБАЙДЖАН В АДМИНИСТРАТИВНО ТЕРРИТОРИАЛЬНОМ
ДЕЛЕНИИ ИРАНСКОЙ ИСЛАМСКОЙ РЕСПУБЛИКИ
Начало административно-территориального разделения современного Ирана было
положено в последний период правления династии Каджаров. В те времена Южный
Азербайджан обладал в полной мере административным правом и юридически опреде-
ленной политической самостоятельностью.
С приходом к власти династии Пехлеви провинция Южный Азербайджан потеряла
свою целостность и была разделена на несколько административных единиц. В наше
время процесс административно-территориального разделения в Иране все еще продол-
жается и на территории Южного Азербайджана образуются новые административ-
ные единицы.
Ключевые слова: Иран, Южный Азербайджан, административно-территориаль-
ное деление, Иран, шахристан, Пехлеви, Тебриз, Урмия
Bakı Avrasiya Universiteti
56
Həlimə KAZIMOVA
∗
XOCALI SOYQIRIMININ TÖRƏDİLMƏSİNDƏ RUSİYA FEDERASİYASININ
366-CI ALAYININ İŞTİRAKI RUSİYA TARİXŞÜNASLIĞINDA
Açar sözlər: Xocalı soyqırımı, ermənilər, separatizm, Rusiya tarixşünaslığı, 366-cı alay
Giriş
Azərbaycanı 200 ilə yaxın bir dövr ərzində öz əsarəti altında saxlayan Rusiya im-
periyasının maraqları hər zaman digər maraqlardan daha üstün olub. 1920-ci ildən
1991-ci ilə kimi istilaçılıq rejimi altında olan azərbaycanlıların siyasi, sosial, iqtisadi,
məişət, ərazi və digər hüquq və azadlıqları əlindən alınmışdı. 1980-ci illərin axırların-
dan dünyada həmçinin SSRİ-də baş verən siyasi iqtisadi proseslər nəticəsində illərlə öz
qarşısına qoyduğu prioritet məsələləri doğrultmayan sosializm sistemi iflasa uğradı.
SSRİ süqut etdikdən sonra milli dövlət quruculuğu dövrünə qədəm qoyan Azərbaycan
Respublikasının vəziyyəti, həm götürdüyü xarici siyasi kurs, həm də 1988-ci ildən baş-
layan erməni təcavüzü nəticəsində xeyli ağırlaşmışdı. Onu da qeyd etmək lazımdır ki,
milli azadlıq hərəkatının gücləndiyi ərəfədə Azərbaycan Respublikasının Dağlıq Qar-
bağ bölgəsində Moskvanın və erməni lobbisinin təhriki ilə ərazilərimizin işğal edilməsi
istiqamətində fəaliyyət planı işə düşdü. Azərbaycan torpaqları hesabına dövlət yaradan
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü heç bir zaman dayanmamış, düşünül-
müş şəkildə ənənəvi xarakter almışdır. Beynəlxalq güclərdən hərbi və siyasi dəstək alan
erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarına əsassız ərazi iddiaları nəticəsin-
də Dağlıq Qarabağ və onun ətrafındakı ərazilər işğala məruz qaldı. Belə bir əlverişli ta-
rixi fürsəti dəyərləndirən ermənilər yenicə müstəqil dövlət qurmuş Azərbaycan Respub-
likasına qarşı elan edilməmiş müharibəyə başladılar.
1. Ermənilərin Xocalıya hücumu
Beynəlxalq güclərdən hərbi və siyasi dəstək alan erməni silahlı birləşmələrinin
Azərbaycan torpaqlarına əsassız ərazi iddiaları nəticəsində Dağlıq Qarabağ və onun
ətrafındakı ərazilər işğala məruz qaldı. İşğala məruz qalmış növbəti ərazilərimizdən biri
Xocalı idi. Xocalı faciəsinə qədər ermənilər Dağlıq Qarabağda bir sıra kütləvi qətllər
törətmiş olsalar da, dünyada “insan hüquqlarını” qoruyan beynəlxalq təşkilatların təzyi-
qi ilə qarşılaşmamış, əksinə həmin virtual güclərin müxtəlif istiqamətlərdə “seyrçi
mövqe”ni müşahidə edərək daha da aqressivləşərək, bəşəri cinayətlər törətməkdə ma-
raqlı olmuşlar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş insanlı-
ğa qarşı törədilən hərbi cinayətin qəddarlıq səviyyəsi XX əsrin sonlarında bəşəri dəyər-
lərin məhvinə aparan bir soyqırım aktıdır. Birləşmiş hərbi qüvvələrin silahsız vətəndaş-
lara qarşı törədilmiş bu cinayəti nəticəsində rəsmi məlumatlara əsasən 613 nəfər qətlə
yetirilmiş, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür, 25 uşaq hər iki vali-
deyinin itirmiş, 130 uşaq hər iki valideynindən birini itirmiş, 8 ailə isə tamamilə məhv
edilmişdi. (4, s. 20) Rus müəlliflərinin əksəriyyəti Xocalıda dinc əhalinin başına gətiri-
lən vəhşiliklər barədə ya ümumiyyətlə danışmır, biganə yanaşır, yada dezinformasiya
yayırlar. Faktlara laqeyd yanaşan tədqiqatçılarla yanaşı, sayı çox az olmasına bax-
mayaraq soyqırımı olduğu kim elmi kütləvi nəşrlər vasitəsi ilə ictimaiyyətə çatdıran
∗
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu halima.kazimova.77@mail.ru
Sivilizasiya
57
müəlliflər də var. Onlardan biri Yuri Pompeyevdir. Sankt-Peterburqda yaşayan milliy-
yətcə rus olan rus yazıçısı Y. Pompeyev “Qarabağ qan girdabında” adlı əsərində Qara-
bağ uğrunda müharibənin başlanması və genişlənməsindən, minlərlə insanın həyatına
son qoymuş bu hadisələrdə erməni millətçilərinin rolu və məqsədindən bəhs edərək ya-
zırdı: Ermənilər və onların havadarlarının Qarabağı qan girdabına salmalarının bir məq-
sədi var imiş. Azərbaycanlıları Ermənistan və Stepanakertdən (Xankəndindən) qovmaq,
Bakıda vəziyyətin sabitliyini pozmaq, 120 km-lik sərhəd boyunca yandırılmış ərazidə
torpaq sahəsi yaratmaq. Ermənistana lazım idi ki, 1991-ci ilin yazında müharibəni
yenidən şiddətləndirsin, il ərzində Qarabağın bütün ərazisini işğal etsin, Şuşa və Laçını
işğal etdikdən sonra 1992-ci ilin mayında onu Ermənistan ərazilərinə birləşdirsin. (6, s.
199) Yuxarıda verdiyimiz müəllifin fikirləri bizə onu deməyə imkan verir ki, o təkcə
Xocalı deyil, Qarabağ müharibəsi zamanı baş verən proseslərin içində olduğundan mə-
lumatları və hadisələri faktlara dayanaraq tədqiq edib. Müəllifin Dağlıq Qarabağla bağlı
1992-ci ildə Bakıda nəşr edilmiş “Qarabağın qan girdabı” və 2010-cu ildə Moskvada
çap olunmuş “Qarabağ gündəliyi” adlı kitablarında bu hadisələr geniş əks olunub.
Müəllifin təqdiredici araşdırmalarından biri Azərbaycana elan edilməmiş müharibədə
Ermənistanın hərbi potensialının Rusiyaya arxalanması və ondan böyük dəstək alması
faktıdır. Yuri Pompeyevin tədqiqatları göstərir ki, 1990 cı il 20 yanvarda Bakıda törədi-
lən qırğın ərəfəsində mərkəzdə Azərbaycana qarşı olan siyasət eyni ilə Xocalı soyqırı-
mında da təkrarlandı. Müəllif, 1992-ci il 26 yanvarda radio, televiziya və mətbuatda
Azərbaycan əleyhinə təzyiqlər haqqında Boris Yeltsin və Ruslan Xaspoladova teleqram
vasitəsilə məlumat vermişdi. Pompeyevin Azərbaycana qarşı aparılan siyasətini dayan-
dırmaq məqsədi ilə etdiyi vasitəçiliyi heç bir nəticə verməmişdi. Müəllif qeyd edir, Xo-
calı faciəsi bütün dünyanı silkələdi. Butros Qali, Sayrus Vens, Türkiyənin rəhbərliyi,
İran, hətta Ceyms Beyker və Corc Buş və bir sıra rəhbərlər, Xocalıda ölənlərə görə öz
narahatçılıklarını və etirazlarını bildirdilər. Ancaq o zamankı Rusiya prezidenti Boris
Yeltsin və bu siyasətin təsiri altında olan o vaxtkı Azərbaycan prezidenti Ayaz Mütəli-
bov öldürülən sülhsevər insanlar üçün başsağlığı belə vermədi. (5, s. 117) Müəllif
“Komsomolskaya Pravdaya istinadən qeyd edir ki, sirr deyil ki, siyasət çirkabdır. Lakin
heç bir siyasətçi və jurnalistə o haqq verilməyib ki, ölmüş insanların ruhunu təhqir edib
onlara istehza ilə yanaşsınlar. (5, s. 118) Bütün bunlar hələ Rusiyanın KİV-nin həmçi-
nin Bakıdakı Kreml manqurtlarının 1990-cı il Bakıda M.S.Qorbaçovun əmri ilə törədi-
lən Qanlı yanvar hadisələrində öldürülən azərbaycanlıların özlərinin günahkar olması
ilə bağlı yaydıkları yalan kompaniyalarına bənzəyir. Olan hadisələr beynəlxalq ictimai
nəzərləri ermənilərin üzərindən yayındıraraq başqa istiqamətə yönəltmək üçün birləş-
miş rus-erməni birliklərinin iyrənc və qəddar planlarının bir hissəsi olaraq, daim xalqı-
mızın torpaqlarının işğalı və böyük itkiləri bahası ilə nəticələnib.
2. Xocalı soyqırımında 366-cı rus alayının rolu
Dağlıq Qarabağda ermənilərin apardıqları hərbi əməliyyatlarda onlara Sovet impe-
riyasının ağır hərbi silahlarından və canlı qüvvələrindən edilən dəstək indiyə kimi rus-
erməni toplumu tərəfindən inkar edilir. Lakin bunlara baxmayaraq aparılan tədqiqatlar
nəticəsində ortaya çıxan faktlar bunun əksini söyləyir. 366-cı alayın hərbi qüvvələrin-
dən yararlanan ermənilər Qarabağ müharibəsində azərbaycanlıları öz vətənlərindən çı-
xardaraq onların ərazilərini işğal etmişdilər. Onu da qeyd edim ki, bu polk 1985-ci ildə
Xankəndində yerləşdirilib. Bu alayda ştat üzrə 1800 hərbi qulluqçu, 100-ə yaxın hərbi
Bakı Avrasiya Universiteti
58
texnika var idi. (1, s. 12) Bu alayın sərəncamında olan ağır texnika vasitəsi ilə nəinki,
Xocalı həm də Şuşa vaxtaşırı top və mərmi hücumuna məruz qalırdı.
S.İ.Çernyavski “Novıy put Azerbaydjana” adlı kitabında Xocalının həmçinin azər-
baycanlıların məskunlaşdığı son məntəqələrin işğalı zamanı, əslində ora genişmiqyaslı
hərbi əməliyyatların qarşısını almaq məqsədi ilə göndərilmiş 366-cı alayın bölünmüş
hissələrindən də istifadə edilməsini qeyd edir. (7, s 75) Lakin 366-cı alayın tərkibində
edilən dəyişikliklər, dinc əhaliyə qarşı edilən təcavüz və qətliamlar və faktların bunları
təsdiqləməsi alayın təyinatı üzrə deyil başqa qanunsuz məqsədlərdə iştirak etdiyini bir
daha sübut edir. Hadisələrin nəticəsini bildikləri halda bir çox müəlliflər Azərbaycanın
işğal olunmuş əraziləri haqda məlumat verəndə Xocalının adını ümumiyyətlə çəkmirlər.
Çox təəssüf ki, xalqımızın böyük faciələrindən biri olan Xocalı faciəsində ermənilərin
bu qəddarlığına laqeyd baxan rus dilli tədqiqatçıların sayı daha çoxdur. Bu tədqiqatçılar
ermənilərin tarix boyu xislətinə bələd olduqları halda onların cinayətlərini ört-basdır
etməyə çalışırlar.
Oleq Kuznetsov “Qarabağ münaqişəsinin "mifləri" haqqında həqiqət” və ”XX əsr-
də transmilli erməni terrorçuluğunun tarixi“ sərlövhəli kitablarında digər rus müəlliflə-
rindən irəli gedərək Dağlıq Qarabağ münaqişəsinin bəzi qaranlıq məqamlarını “aç-
mağa” çalışmışdır. Ermənilər 1992-ci il 25-26 fevralda silahlı erməni terror birlikləri
olan “Arabo”, “Aramo“ və Müstəqil Dövlətlər Birliyinin birləşmiş silahlı qüvvələrinin “
Vətənpərvər dəstə” adlanan 23-cü diviziya qvardiyasının 366-cı mota atıcı alayının üzv-
lərinin köməklikləri ilə Xocalıda olan sadə müsəlman əhaliyə qarşı hücumda iştirak et-
mişdilər. (3, s. 65) Müəllif bu hücum aktı zamanı Azərbaycanın ərazi bütövlüyünü po-
zulmasını, burada soyqırıma məruz qalan əhalinin sayı haqqında, eyni zamanda erməni
terror birlikləri, erməni separat qrupların özbaşınalığı haqqında obyektiv məlumat verir.
Lakin bəzi məsələlərdəki fikirləri ilə razılaşmaq olmaz. Birinci Kuznetsov 23-cü qvar-
diyanın 366-cı alayının Rusiya Federasiyasına deyil MDB-nin birləşmiş silahlı qüvvələ-
rinə aid olduğunu ciddi cəhdlə vurğulayır. (3, s. 65-66) İkinci bu alayın Xocalıda ermə-
nilərlə birlikdə törətdiyi aktı qiyam kimi qiymətləndirərək, sanki bu alayın qanunsuz-
luqlarını ört-basdır etməyə çalışır. SSRİ süqut etdikdən sonra onun qanuni varisi olan
RF həmin zaman bu soyqırımda iştirak edənləri cinayət məsuliyyətinə cəlb etməmişdi.
Müəllif bunu hadisənin SSRİ-nin parçalandığı bir dövrdə olduğu üçün, 366-cı alayın
komandanlığının və baş zabitlərinin cinayət məsuliyyətinə cəlb olunması üçün Rusiya
Federasiyasının heç bir ciddi cəhd göstərməməsini hüquqi cəhətdən buna səlahiyyəti ol-
madığından irəli gəldiyini deyir. (3, s. 65) Kuznetsovun bu mülahizələrindən bu nəticə-
yə gəlirik ki, Rusiya de yuri olmasa da, de fakto Dağlıq Qarabağ bölgəsində rus qvardi-
yalarının Azərbaycan qanuna zidd hərbi fəaliyyətinə görə birbaşa məsuliyyət daşıyır.
1992-ci ilin martında bu cinayəti gizləmək üçün MDB-nin birləşmiş silahlı qüvvələri bu
alayı buraxaraq, zabit, gizir və əsgərləri xidmətdən uzaqlaşdırıldı. Rusiya Zaqafqaziya-
ya ermənilərin köçürülməsindən sonra burada olan hadisələrə tam nəzarəti ələ almaq
üçün ermənilərdən istifadə etmişdilər. Öz növbəsində də ermənilərin Azərbaycanda at-
dıqları istənilən adım ilk növbədə Rusiya ilə müzakirə olunurdu.
Viktor Qavrilov və Natalya Şepovanın birgə müəllifliyi ilə 2009-cu ildə Moskvada
çap olunmuş “Keçmiş sovet məkanında qeyri ənənəvi müharibələr Cənubi Qafqaz” adlı
kitabında Cənubi Qafqazdakı digər müharibə ocaqları ilə yanşı Dağlıq Qarabağ müna-
qişəsinə də yer verilmişdir. Müəlliflər Xocalıda baş verən hadisələri Dağlıq Qarabağ
münaqişəsinin ən qanlı faciəsi hesab edir. Lakin burada Dağlıq Qarabağla bağlı fikirlərə
Sivilizasiya
59
nəzər yetirəndə müəlliflərin qərəzli və erməniyönümlü fikirlərini görürük. Belə ki,
müəllif, Xocalının yerləşdiyi yeri, burda yerli özünüidarə batalyonlarını və buradakı
hərbi silahlar olması haqda məlumatları yazaraq ermənilərin burda faciə törətməsinə
dolayısı yolla haqq verir. Xocalı şahidlərinin məlumatlarına əsasən Xocalıya hücumda
366-cı hərbi alayın qüvvələri iştirak ediblər. Digər məlumatlara görə burda ancaq alay
ekipajının hərbi maşınları iştirak edirdi. Qanuna əsasən Zaqafqaziya bölgəsinin hərbi
komissarlığı yerlərdə hərbi qarşudurmanı dayandırmaq üçün burda olan alaylara səla-
hiyyət vermişdir. (2, s. 371) Onu qeyd edim ki bu kitabda Xocalının əhalisinin azərbay-
canlılardan ibarət olduğu, Dağlıq Qarabağda yeganə aeroportun yerləşdiyi və OMON
hərbi qüvvələrin nəzarətində olduğu haqqında məlumat verilir. Buradan ortaya belə bir
sual çıxır, Azərbaycan ərazilərinə elan olunmamış müharibəni erməni birləşmələri
başladıqları halda, Ermənistan və Qarabağdakı Azərbaycan əhalisi təcavüzə və hücuma
məruz qaldığı vaxt bu birləşmələr niyə erməni hərbi qüvvələrinin hücumlarının qarşısı-
nı almırdılar. Lakin Dağlıq Qarabağda 366-cı alay azərbaycanlıların əleyhinə hərbi ge-
dişatlar edirdi. Əksinə bir çox elmi-ictimai ədəbiyyatda bu hallara laqeyd və biganə ya-
naşılsa da, 366-cı alayın istər canlı qüvvəsi istərsə də hərbi köməyindən nəinki Xocalı
soyqırımında hətta digər ərazilərə hücumlarda da lazımınca istifadə edildiyi təsdiq olu-
nub. Onlar Xocalı soyqırımının səbəbkarları haqqında çox səhih və laqeyd reaksiya ver-
mişdilər. Dağlıq Qarabağda hər tərəfdən mühasirəyə alınmış vəziyyətdə olan Xocalıda
yerləşən hərbi qüvvələrin, erməni qüvvələri tərəfdən atışmalarına qarşı azərbaycanlıla-
rın həmlələrin sanki səbəbsiz olduğunu canlandırmağa çalışırdılar. Viktor Qavrilov və
Natalya Şepova bir çox erməni himayəçiləri kimi faktlara göz yumaraq bu hadisələrdə
günahı azərbaycanlıların üstünə ataraq nəinki Xocalı soyqırımı haqqında, münaqişəsi-
nin sonrakı mərhələləri haqqında fikirlərində də digər müəlliflərin şablon fikirlərinə
üstünlük verərək, dərin tədqiqat aparmaq istəyində olmayıblar.
Nəticə
Rus tarixşünaslığında Dağlıq Qarabağ münaqişəsinin ən gərgin və acınacaqlı mərhə-
ləsi olan Xocalı soyqırımı haqqındakı aparılan təhlillər, əksər hallarda məlumatlara ob-
yektiv yanaşılmaması ilə diqqət çəkir. Biz Qarabağın digər şəhərlərinə hücumlarda oldu-
ğu kimi Xocalıya edilən hücumda da hərbi, siyasi, maddi və mənəvi cəhətdən dəstəkçi
tərəfin Rusiya olduğunu bir daha yazılan tədqiqat işlərində şahidi olduq. Hazırda Azər-
baycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün danışıqlar və təbliğatlar aparıl-
maqdadır. Xocalıya ədalət devizi altında indiyə kimi, dünyaya təhrif olunmuş şəklidə
çatdırılan Xocalı və Dağlıq Qarabağ gerçəklikləri yeni istiqamət almışdır. Erməni lobbisi
dünyadakı ictimai rəyi özlərinin xeyrinə dəyişdirmək istəsələr də Azərbaycan torpaqları-
nın işğalı bir milyona yaxın məcburi köçkünün öz doğma vətənlərindən qovulması və bu
müharibədə azərbaycanlıların həddən artıq zərər çəkməsi faktı dünyaya bəllidir.
Qaynaqlar:
1. Sultanov Z. Xocalı faciəsi. Bakı: “İşık”, 1993, 54 s.
2. Гаврилов В., Шепова Н. Нетрадиционные война на постсоветском простран-
стве.Южный Кавказ. Москва: “Центр стратегических и политических исследований ”,
2009, 416 с.
3. Кузнетсов О.Ю. История транснационального армянского терроризма в ХХ столетии.
Москва: “Şarq Qarb”, 2015, 412 с.
4. Мамедова Х. Xоджалы: Шехиды и Шахиды. Бaку: Дом сказки, 2005, 248 с.
Bakı Avrasiya Universiteti
60
5. Помпеев Ю. Карабахский дневник. Москва: Канон+РООИ " Реабилитация", 2010, 416 с.
6. Помпеев Ю. Кровавый омут Карабаха. Баку: ” Азербайджан”, 1992, 208 с.
7. Чернявский С. Новый путь Азербайджана. Москва: “АзерМедиа: Книга и бизнес”,
2002, 352 c.
SUMMARY
Halima Kazumova
366th REGIMENT OF THE RUSSIAN FEDERATION'S
PARTICIPATION IN THE COMMISSION OF THE TRAGEDY
OF THE RUSSIAN HISTORIOGRAPHY
Armenians groundless territorial claims of Azerbaijan's territories began the collapse of
the Soviet empire during the 80th century. The Nagorno-Karabakh conflict and Khojaly
genocide is the worst part of the 366th regiment of the Russian preconceived ideas about the
role of Russian authors are frequently based on ambiguous. The studies conclude that the
Russian scientific literature and its most tragic stage of Nagorno-Karabakh, the Khojaly
genocide, the vast majority of the information was one-sided in favor of the Armenians.
Keywords: Khojaly genocide, the Armenians, separatism, in Russian historiography, 366th
regiment.
РЕЗЮМЕ
Халима Кязимова
УЧАСТИЕ 366-ГО МОТОСТРЕЛКОГО ПОЛКА РОССИЙСКОЙ ФЕДЕРАЦИИ В
СОБЫТИЯХ ХОДЖАЛИНСКОЙ РЕЗНИ В МАТЕРИАЛАХ
РОССИЙСКОЙ ИСТОРИОГРАФИИ
В 80-ых годах XX века армяне, воспользовавшись распадом Советской империи,
начали выдвигать свои необоснованные территориальные притязания на азербайджан-
ские земли. Мнения российских авторов о Карабахском конфликте и одной из самых ужа-
сающих страниц его истории – Ходжалинской резне – неоднозначны и основываются на
тенденциозных суждениях. В результате проведённых исследований мы приходим к та-
кому выводу, что большая часть событий, связанных с конфликтом в Нагорном Караба-
хе и самым трагичным этапом этого конфликта – Ходжалинской резнёй, освещается в
русскоязычной научной и популярной литературе в пользу армянской стороны.
Ключевые слова: Ходжалинский геноцид, армяне, сепаратизм, история России,
366-й полк.
Sivilizasiya
61
Gülər QAFQAZLI
*
XVIII YÜZİLLİKDƏ MARAĞANIN SOSİAL-İQTİSADİ TARİXİNİN
ÖYRƏNİLMƏSİNDƏ OSMANLI MÜFƏSSƏL DƏFTƏRİ
BİR MƏNBƏ KİMİ
Açar sözlər: Azərbaycan, Marağa, Soyuqbulaq, Osmanlı imperiyası, müfəssəl dəftər, vergi
XVI əsrdən etibarən Orta Şərqdə ən qüdrətli dövlətlərdən biri olmuş Azərbaycan
Səfəvilər dövləti XVIII əsrin əvvəllərində yavaş-yavaş öz qüdrətini itirməyə başlamış,
xarici təcavüz, daxili ziddiyyətlərin kəskinləşməsi nəticəsində tənəzzülə uğramış, siya-
si-iqtisadi və hərbi gücünü itirmiş və ərazilərini idarə etməz hala gətirib çıxarmışdı.
Zəngin təbii ehtiyatlara malik olan, Avropanı Asiya ilə birləşdirən mühüm ticarət
və hərbi yollarının üzərində yerləşən Səfəvi dövlətinin ərazisi daim qonşu dövlətləri
özünə cəlb etmişdir. Hərbi cəhətdən öz gücünü getdikcə möhkəmlədən Rusiya imperi-
yası və apardığı bir çox müharibələrə baxmayaraq, hərbi-siyasi qüdrətini qoruyub saxla-
mağı bacarmış Osmanlı imperiyası yaranmış fürsətdən məharətlə istifadə etdilər. XVIII
əsrin əvvəllərində ilk növbədə əfqanların təcavüzü, daha sonra bu dövlətlərin müdaxilə-
si nəticəsində Səfəvi dövlətinin torpaqlarının böyük bir hissəsi Osmanlı və Rusiya im-
periyaları arasında bölüşdürüldü. 1725-ci il İstanbul müqaviləsinə əsasən, İrəvan, Nax-
çıvan, Qazax, Gəncə, Qarabağ, Təbriz, Ərdəbil, Urmiya, Salmas, Xoy, Marağa və digər
Azərbaycan əraziləri Osmanlı imperiyasının tərkibinə keçdi.
Altı əsr mövcud olmuş Osmanlı imperiyası öz dövrü üçün ən mükəmməl və güclü
mərkəziyyətçi üsul-idarə sistemini yaratmışdı. Osmanlı imperiyası üçün bu sistemin
dayağı hesab edilən vergi toplanmasına xüsusi diqqət ayrılmış və bütün bunlar vergi
dəftərlərində öz əksini tapmışdı. Belə ki, fəth edilmiş yeni torpaqlarda ilk növbədə Os-
manlı idarə qaydalarına uyğun olaraq ərazi bölgüsü aparılmış, onlar əyalət, liva (san-
caq) və nahiyələrə bölünmüş, bu ərazilərdə əhalinin və vergi obyektlərinin ümumi siya-
hıya alınması (“təhriri”) həyata keçirilmişdi. Osmanlı vergi sisteminin tətbiqi öz əksini
vergi və maliyyə məmurları tərəfindən tərtib edilən iki növ dəftərlərdə - “icmal” və
“müfəssəl” dəftərlərdə tapırdı. İcmal dəftərlərdə dövlətin hərbi xidmət əvəzində sipahi-
lərə verdiyi torpaq sahələri və ya digər gəlir gətirən obyektlər olan “dirliklərin” sipahi-
lər arasında bölüşdürülməsi və paylanması qaydası göstərilirdi. Müfəssəl dəftərlərdə isə
müvafiq inzibati vahidin daxili bölgüsü və sərhədləri, o ərazidə mövcud olan yaşayış
yerlərinin (şəhər, qəsəbə, kənd) adları, vergi ödəyən əhalinin adbaad sayı, mülkiyyət
statusu və dini tərkibi, vergilərin növ və miqdarı, digər vacib məlumatlar qeyd edilirdi.
Beləliklə, müfəssəl dəftər hər hansı bir inzibati vahid ərazisində vergi toplamaq üçün
əsas sənəd hesab olunurdu. Bu dəftərlər iki nüsxədə tərtib olunaraq İstanbula baş dəftər-
xanaya göndərilirdi və burada sultanın tuğrası ilə təsdiqlənən həmin nüsxələr dövlətin
rəsmi sənədinə çevrilirdi.
Müxtəlif dövrlərdə Osmanlı imperiyasının tərkibinə daxil olan Balkanlardan Yaxın
Şərqə qədər geniş ərazilərə aid vergi dəftərlərinin araşdırılıb nəşr edilməsinə ilk dəfə
Türkiyədə başlansa da, sonralar bu iş Macarıstan, Yuqoslaviya, Albaniya, Bolqarıstan,
Yunanıstan, Gürcüstan, İsrail, Suriya, İordaniya və digər ölkələrin mütəxəssisləri tərə-
findən də davam etdirilmişdir. Onlar ayrı-ayrı vergi dəftərlərini və ya onların müəyyən
hissələrini tədqiq və nəşr etdirməyə nail olmuşlar. Bu baxımdan Ö.L.Barkan, L.Fekete,
H.İnalcık, R.Anhegger, S.Cikiya, G.Kaldy-Nagy, H.W.Lowry, V.Mutafçiyeva, D.Ho-
ward və başqalarının əməyini xüsusilə qeyd etmək lazımdır.
Bakı Avrasiya Universiteti
62
Hələ ötən əsrin 60-cı illərində Bernard Lewis, Vladimir Minorski kimi bəzi tanın-
mış Qərb şərqşünasları Osmanlı dəftərlərinin öyrənilməsinin Azərbaycanın sosial-iq-
tisadi tarixi üçün çox mühüm mənbələr olduğunu qeyd etmişlər. Lakin müxtəlif səbəb-
lərdən uzun illər boyu bu növ sənədlər tarixçilərimizin diqqətindən kənarda qalmış və
elmi dövriyyəyə daxil edilməmişdir. Nəhayət, ötən əsrin 90-cı illərində akademik
Z.M.Bünyadov tarixi Azərbaycan ərazilərinə aid olan bəzi vergi dəftərlərinin mikro-
filmlərini əldə etməyə müvəffəq olmuş və bununla da AMEA Şərqşünaslıq İnstitutunda
sistematik Osmanlı araşdırmalarının əsasını qoymuşdur. Beləliklə də Osmanlı idarəçili-
yi dövründə Azərbaycan ərazilərində mövcud olmuş inzibati-ərazi bölgüsü, iqtisadi və-
ziyyət, əhalinin etnik-dini tərkibi və demoqrafik proseslərin təhlili türkologiyada və
Azərbaycan tarixşünaslığında ilk dəfə tədqiqat obyektinə çevrilmişdir.
Ötən müddət ərzində Z.M.Bünyadov və H.M.Məmmədovun birgə hazırladıqları
“İrəvan əyalətinin icmal dəftəri” (1) və “Naxçıvan sancağının müfəssəl dəftəri” (2),
H.M.Məmmədovun hazırladığı “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” (3),
Ş.M.Mustafayevin hazırladığı “Tiflis əyalətinin müfəssəl dəftəri (Borçalı və Qazax)”
(4), “Lori vilayətinin icmal dəftəri” (5) və E.Arıklının hazırladığı “Ərdəbil əyalətinin
müfəssəl dəftəri” (6) tərcümə və müvafiq şərhlərlə birlikdə nəşr edilmişdir. Hazırda bu
nəşrlər orta əsrlər tariximizlə bağlı elmi araşdırmalarda, eləcə də regionun tarixi ilə bağ-
lı mübahisələrdə çox istinad edilən mənbələr sırasındadır. Lakin hələ heç tədqiq olun-
mamış və işıq üzü görməmiş bir sıra dəftərlər (Təbriz, Urmiya, Marağa, Xalxal, Xoy,
Həmədan, Salmas və s.) də mövcuddur ki, onların transliterasiyası, tərcüməsi və nəşri
Azərbaycanın sosial-iqtisadi tarixinin öyrənilməsində fövqəladə əhəmiyyət kəsb edir.
Belə ki, bu dəftərlərin hamısını bütövlükdə öyrənmədən tariximizin həmin dövrünün
tam təsvirini vermək qeyri-mümkündür.
1728-ci ildə Osmanlı məmurları tərəfindən Marağa bölgəsinin də müfəssəl dəftəri
tamamlanmış və bu sənəddə Marağa livasının (sancağının) inzibati quruluşu, sosial-
iqtisadi və demoqrafik vəziyyəti, əhalinin dini tərkibi, kənd təsərrüfatı, şəhərləri,
əhalinin məşğuliyyəti haqqında dolğun məlumat verilmişdir. Dəftərin orijinalı İstanbul
Başbakanlık Arxivində TT saylı 909 nömrəsi altında saxlanmaqdadır və iki hissədən
ibarətdir. Birinci hissədə Marağa livası və onun tərkibində olan nahiyələrin adları göstə-
rilir. Marağa livasının tərkibinə Benacu, Səracu, Bokan, Kavdul maa′ Miyandab (yəni,
Kavdul ilə Miyandab birlikdə), Əcri, Leylan və Əkərnu nahiyələri daxildir (7, s.1).
İkinci hissədə Soyuqbulaq (indiki Mahabad) livası kimi qeyd olunan Soyuqbulaq livası-
nın tərkibinə Şəhri-viran, Dərbaz, Yalıtimur, Kilas, Mirabad, Tərkeş, Telyuş, Alan (təd-
qiq olunan dəftərdə nahiyənin adı bu şəkildədir), Nurcan, Axtaçı, Lacan, Suldus, Qıp-
çaq tabe-i Suldus (yəni, Suldusun tabeliyində olan Qıpçaq) nahiyələri daxildir. Dəftərin
fihrist hissəsində “nəfs-i Marağa”, yəni Marağa şəhərinin özü və şəhərin tabeliyində
olan kəndlərin adları qeyd olunduğu müqətaaları göstərilmiş və dəftərin ikinci hissəsi
də eyni qayda üzrə tərtib edilmişdir. Anonim katib tərəfindən yazılan müfəssəl dəftərin
həcmi 528 səhifədən ibarətdir və o, siyaqət xətti ilə yazıya alınmışdır. Burada biz Mara-
ğa şəhəri ilə Soyuqbulaq şəhərlərini müfəssəl dəftərin məlumatları əsasında müqayisə-
sini göstərəcəyik.
Bütün müfəssəl dəftərlərin tərtib qaydasına uyğun olaraq, bu müfəssəl dəftərdə də
ilk növbədə Marağa şəhərində yaşayan vergi ödəyicilərinin adları, atalarının adları,
statusları göstərilməklə hansı məhəllədə yaşadığı qeyd edilmişdir. Bu tərtibat qaydası
müfəssəl dəftərin sonunadək davam etdirilmiş və aşağıdakı kimi yazılmışdır:
Sivilizasiya
63
Müfəssəl dəftərdəki düzülüş Oxunuş qaydası
1. Əliverdi
1. Əliverdi
2. vələd-i
2. oğlu
3. Allahverdi
3.
Allahverdinin
4. bennak
4.
bennak
Yuxarıda göstərdiyimiz qayda ilə bir sətirdə beş adamın adı yazılmışdır. Marağa
livasının müfəssəl dəftərində əkin üçün torpağı olan evlilər “çift”, “nim”, “bennak”,
torpağı olmayan evlilər “caba”, subaylar isə “mücərrəd” sözü ilə fərqləndirilmişdir. Bu
sözlər nümunədə göstərildiyi kimi adı siyahıya salınmış adamın adının altında qeyd
edilmişdir. Əgər adı müfəssəl dəftərə düşmüş subayın atası vəfat etmişsə və onun sağ
olan əmisinin adı dəftərə salnmışdırsa, həmin subay üçün onun atasının adı deyil, “onun
qardaşı oğlu” (“biradər-i o” və ya “biradərzadə-i o”) kimi göstərimişdir.
Ərdəbil livasının müfəssəl dəftərində adı siyahıya salınmış adamın peşəsi onun adı-
nın üstündə qeyd edilmişsə, lakin Marağa livasının müfəssəl dəftərində adamın peşəsi
onun adının qarşısında yazılmışdır.
Müfəssəl dəftərin tərtibat qaydasına uyğun olaraq, adlar siyahısı bitdikdən sonra
“hasil” deyilən və maddələr üzrə illik ödənəcək verginin həcmini göstərən bölümə yer
ayrılmışdır. Bu bölümdən məlum olur ki, Osmanlılar dənli bitkilərdən buğda, arpa, darı,
kətan toxumu, yulaf, gənəgərçək, küncüt, mərcimək və noxud üçün beşdə bir (“xüms”),
texniki bitkilərdən pambıq, çəltik, bağ və bostanlar, pətək və meyvələr üçün onda bir
(“üşr”) vergisi toplamış, “kile” (25kq) və “kantar” (56kq) çəki vahidindən istifadə et-
mişdilər. Alınan verginin istər nağd, istərsə də natural şəkildə ödənməsindən asılı olma-
yaraq onun qarşısında ağça ilə miqdarı göstərilmişdir.
Onu da qeyd etmək lazımdır ki, xalqı, ordunu və ya əgər aclıq baş verərsə, rəiyyəti
təmin etmək üçün dənli bitkilərin yetişdirilməsinə, xüsusilə də buğda, arpa becərilməsi-
nə Osmanlı dövləti xüsusi diqqət ayırmışdır (8, s.218). Demək olar ki, Marağa və So-
yuqbulaq livalarının hər bir nahiyəsində becərilən buğda, arpa, darı kimi dənli bitkilərin
həcmi İstanbul kilesi ilə hesablanmışdır (9, s.41-42; 3, s.572).
Bununla yanaşı, sənəddə Marağanın və Soyuqbulağın sənətkarlıq və ticarət
mərkəzi olmasını göstərən dabbaqxana, sabunxana kimi emalatxanalar və onlardan alı-
nan vergilər haqqında ayrıca məlumat verilmişdir. Burada həmçinin, tikinti işlərinin
aparılmasında orta əsrlərə məxsus olan və xammal kimi istifadə edilən çayır bitkisi,
onun Marağa livasının Kavdul və Miyandab nahiyələrində, Soyuqbulaq livasının Şəhr-i
viran, Lacan, Suldus, Qıpçak nahiyələrində becərilməsi və bitkidən xəzinəyə daxil olan
verginin miqdarı hesablanaraq göstərilmişdir.
Yuxarıda adları sadalanan vergilərdən əlavə, müfəssəl dəftərdə “rəsm” adı ilə
dəyirman, ağıl, qışlaq, yaylaq, otlaq, gəlinlik kimivergilərin ağça ilə alınması miqdarı
və qaydası qeyd edilmişdir. “Rəsm-i qışlaq”, “rəsm-i yaylaq” kimi vergilər kənardan bir
sipahinin torpağına qışlamağa və ya yaylamağa gələn sürüdən alınan vergi formasıdır
(10, v.6a, 6b). Lakin livalarda mövcud olan xırda buynuzlu heyvanlar üçün isə “adət-i
ağnam” maddəsi ilə vergi alınmış və bu verginin miqdarı hər iki qoyun və ya keçiyə bir
ağça kimi hesablanmışdır.
Bu vergilərlə bərabər Osmanlı üsuli-idarə sisteminə uyğun şəkildə, miqdarı ağça ilə
təyin edilmiş dəştibani və torpaq tapusu, bad-i hava, işlənmiş günah və törədilmiş
cinayət üçün vergi növlərinin adları da müfəssəl dəftərdə mövcuddur.
Beləliklə, hər bir vergisi dəqiqliyinə qədər hesablanan müfəssəl dəftər XVIII yüzil-
liyin ilk yarısında Azərbaycanın Marağa və Soyuqbulaq bölgəsinin sosial-iqtisadi tarixi-
Bakı Avrasiya Universiteti
64
nin araşdırılması üçün ən önəmli və informativ qaynaqlardan biridir və bu mənbənin
tədqiqi tarixçünaslığımızın qarşısında duran ən önəmli məsələlərdən birini təşkil edir.
Qaynaqlar:
1. İrəvan əyalətinin icmal dəftəri. Bakı, “Elm”, 1996.
2. Naxçıvan sancağının müfəssəl dəftəri. Bakı, “Sabah”, 1997.
3. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı. “Şuşa”, 2000.
4. Tiflis əyalətinin müfəssəl dəftəri (Borçalı-Qazax). Bakı, “Pedaqogika”, 2001.
5. Lori vilayətinin icmal dəftəri. Bakı, “Nurlan”, 2004.
6. Ərdəbil livasının müfəssəl dəftəri. Bakı, “Nurlan” 2004.
7. “Defter-i müfessel liva-i Marağa”, İstanbul, Başbakanlık Osmanlı Arşivi,Tapu Tahrir
defteri № 909.
8. İnalcık H. Devlet-i ′Aliyye Osmanlı İmparatorluğu üzerine araştırmalar-I klasik dönem
(1302-1606) siyasal, kurumsal ve ekonomik gelişim. İstanbul, “Türkiye iş bankası
yayımları”, 2014.
9. Hinz W. Islamische Masse und Gewichte umgerechnet ins metrische system. Leiden,
E.J.Brill, 1955.
10. İbrail kanunnamesi, vərəq 6a, 6b.
SUMMURY
Gular Qafqazli
THE OTTOMAN’S COMPREHENSIVE REGISTER AS RESOURSE OF STUDING THE
SOCIO-ECONOMICAL HISTORY OF MARAGHA AT THE
BEGGINNNIG OF 18TH CENTURY
The article reflects socio-economical situation of Maragha and Soyukbulak which were
included to the territory of the Ottoman Empire at the beggining of 18th century (1725-1728).
Here it tells about structure of the comprehensive register which was compeled in accordance
with the adminstrative system of the Ottoman Empire, taxes which were included to this special
financial register and show situation in Maragha and Soyukbulak for that years. Present article
shows an importance of research ofthis comprehensive register for Azerbaijan’s historiography.
Key words: Azerbaijan, Maragha, Soyukbulak, the Ottoman Empire, comprehensive register,
tax
РЕЗЮМЕ
Гюляр Кафказлы
ОСМАНСКИЙ ПРОСТРАННЫЙ РЕЕСТР КАК ИСТОЧНИК ДЛЯ ИЗУЧЕНИЯ
СОЦИАЛЬНО-ЭКОНОМИЧЕСКОГО ПОЛОЖЕНИЯ В МАРАГЕ И СОЮГБУЛАГ В
НАЧАЛЕ 18-ГО ВЕКА
Статья отражает социально-экономическое положение в санджаках Марага и
Союгбулаг, которые входили в территорию Османской империи в начале 18-го века
(1725-1728 гг.). Здесь говорится о структуре пространного реестра, который был сос-
тавлен в соответствии с Османской системой управления, налогах,чьи названия упоми-
наются в специальных финансовых тетрадях. Данная статья отражаетположение в
Мараге и Союкбулаке того времени, и рассказывает о важности пространного тетради
для изучения Азербайджанской историографии.
Ключевые слова: Азербайджан, Марага, Союгбулаг, Османская империя, прос-
транный реестр, налоги
Sivilizasiya
65
Нармина АМИРБЕКОВА
*
ИСПОЛЬЗОВАНИЕ АРТИЛЛЕРИИ В АЗЕРБАЙДЖАНСКИХ
ВОЙСКАХ В КОНЦЕ ХVШ - НАЧАЛЕ Х1Х ВЕКОВ
Ключевые слова: артиллерия, азербайджанские войска, конец XVIII- начала XIX в.
В современной историографии военного дела принято термином «вооруже-
ние» обозначать «оружие» и «военную технику». В свою очередь термином «ору-
жие» обозначаются личные (индивидуальные) средства поражения и средства за-
щиты. Термином «военная техника» обозначаются коллективные средства веде-
ния боя.
Одновременно оружие, то есть личные средства ведения боя, принято разде-
лять на огнестрельное и холодное (последнее в свою очередь делится на наступа-
тельное и оборонительное). В исследовании осуществляется попытка рассмотреть
вооружение войск Азербайджанских ханствогнестрельным оружием. Однако,
ввиду того, что единственным видом военной техники рассматриваемого периода
была артиллерия, то и для удобства изучения артиллерия нами рассматривается в
структуре огнестрельного оружия.
Как показывают многочисленные письменные, иллюстративные и материаль-
ные источники, на вооружении азербайджанских воинов конца ХVШ - начала
ХIХ веков имелось и огнестрельное оружие. Сведения источников позволяют не
только зафиксировать факт применения этого оружия, но и определить его типы,
разновидности, представить тактико-технические характеристики, а также выя-
вить особенности применения огнестрельного оружия.
В зависимости от целей и способа применения, артиллерийские орудия
ХVШ-ХIХ вв. делятся на полевые, осадные и крепостные. Однако, как показыва-
ет проведённое нами исследование, в Азербайджане была предпринята попытка,
создать и использовать единый универсальный тип орудия. Образцы этого уни-
кального орудия сохранились в Музее Истории Азербайджана, что позволяет в
деталях изучить их.
В первую очередь вызывает интерес стальное орудие, закреплённое на вилке
(инв. № 123). Стальной ствол орудия общей длиной 31 см условно можно разде-
лить на три части, используя общепринятую систему классификации и описания
образцов огнестрельного орудия [9, с.84-87]: казённую часть (4 см), вертлюжную
Dostları ilə paylaş: |