Kublaşdırma Bu, tədqiqat metodlarından biri olub mövzunun hərtərəfli öyrənilməsinəə şərait yaradır. Kublaşdırma vasitəsilə şagird mövzunu təsvir və müqayisə etməyə, əlaqələndirməyə, təhlilə, tətbiq və mübahisəyə yönəldir. Bu zaman şagirdin tənqidi və məntiqi təfəkkürü inkişaf edir, mövzuya hərtərəfli baxışı, qiymətləndirmə bacarığı, əməkdaşlıq vərdişləri formalaşır. Bu metod müəllimə imkan verir ki, mövzunu, vəziyyəti ətraflı tədqiq etsin, şagirdlərin mürəkkəb və inteqrativ yanaşmalarına şərait yaratsın.
1.Kub düzəldilir.
2.kubun hər üzünə verilən altı göstərişdən biri yazılır. (Bu barədə interaktiv iş vərəqləri haqqında verilmiş əlavələrdə yazılıb)
3.Müzakirə olunacaq mövzu müəyyən edilir.
4.Sinif 6 qrupa bölünür və hər qrupa mövzu üzrə bir göstəriş verilir.
5.Şagirdlər təlimatlandırılır.
6.Şagirdlər təsvir, müqayisə, əlaqələndirmə, təhlil, tətbiq, mübahisə edirlər.