64
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2011
UOT 94 (479. 24)
ХIХ ƏSRİN SONU – ХХ ƏSRİN ƏVVƏLLƏRİNDƏ ŞİMALİ
AZƏRBAYCANDA SAHİBKAR KƏNDİNDƏ ƏMTƏƏ - KAPİTALİST
MÜNASİBƏTLƏRİNİN İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
F.E.BAXŞƏLİYEV
Bakı Dövlət Universiteti
baxsaliebfazil@yahoo.com
XIX əsrin sonu – XX əsrin əvvəllərində sahibkar kəndində əmtəə kapitalist münasibətlə-
rinin yaranması, kənd yerlərinin əvvəlki qapalılıq vəziyyətinin tədricən aradan qalxması
kəndin simasında yeni şəhərlərin yaranması və kənd təsərrüfatı istehsalının get-gedə sənaye-
əmtəə xarakteri alması, böyük malikanələrdə istehsal prosesinin tamamilə yeni forma və
məzmun kəsb etməsi, bütövlükdə kənd təsərrüfatı istehsalının iqtisadiyyatda xüsusi çəkisinin
və gəlirlərin dəfələrlə artması demək idi. XX əsrin əvvəllərinə qədər sahibkarların böyük bir
hissəsi sahibkar kəndlilərin torpaqsız və ya aztorpaqlı vəziyyətindən istifadə edərək, əksər
vaxtlarda öz torpaq və təsərrüfatlarının idarə edilməsindən kənarda qalırdılar. Sahibkar
kəndinin əmtəə-kapitalist münasibətlərinin inkişafı prosesində yeri artdıqca bu proses bir sıra
yeni, özünəməxsus cəhətlər kəsb etməyə başlayırdı.
Açar sözlər: Azərbaycan, kapitalist, inkişaf, kənd, Şimal
XIX əsrin sonu – XX əsrin əvvəllərində sahibkar kəndində əmtəə kapita-
list münasibətlərinin yaranması kənd yerlərinin əvvəlki qapalılıq vəziyyətinin
tədricən aradan qalxması kəndin simasında yeni şəhərlərin yaranması və kənd
təsərrüfatı istehsalının get-gedə sənaye-əmtəə xarakteri alması, böyük malika-
nələrdə istehsal prosesinin tamamilə yeni forma və məzmun kəsb etməsi, bü-
tövlükdə kənd təsərrüfatı istehsalının iqtisadiyyatda xüsusi çəkisini və buradan
gəlirlərin dəfələrlə artması demək idi. XX əsrin əvvəlləri əmtəə kapitalist mü-
nasibətlərinin inkişafının daha da sürətlənməsi əkinə yararlı torpaq sahəsinin
genişlənməsi, kənd təsərrüfatı istehsalının bütün sahələri üzrə, ilk növbədə
taxılçılıq və digər ənənəvi sahələrdə məhsuldarlığın daha da artması müşahidə
edilirdi.
Bütün bunlarla bərabər Azərbaycan sahibkar kəndinin əmtəə-kapitalist
münasibətlərinin inkişafı prosesində yeri artdıqca bu proses bir sıra yeni,
özünə məxsus cəhətlər kəsb etməyə başlayırdı (24, 167).
Belə xüsusiyyətlərdən biri mülkədar və bəylərə məxsus torpaq və təsər-
rüfatlarda təsərrüfatların müstəqil şəkildə idarə edilməsi idi. Dоğrudur, bu pro-
65
ses Kəndli Əsasnaməsinin qəbulundan sonra başlayıb, sonrakı iki on ildə bir
qədər sürətlənsə də, hər halda Azərbaycan sahibkar kəndində ümumi nisbətdə
çoz cüzi bir hissə təşkil edirdi. XX əsrin əvvəllərinə qədər sahibkarların böyük
bir hissəsi sahibkar kəndlilərin torpaqsız və ya aztorpaqlı vəziyyətindən istifa-
də edərək, əksər vaxtlarda öz torpaq və təsərrüfatlarının birbaşa idarə edilmə-
sindən kənarda qalırdılar. Artıq XIX əsrin 90-cı illərinin sonlarında bu sahədə
vəziyyət dəyişir. Ayrı-ayrı qəzalarda, o cümlədən Cavanşir, Ərəş, Yelizavet-
pol, Quba və digər qəzalarda öz təsərrüfatlarını müstəqil idarə edən bəy və
mülkədarların sayı birdən-birə sürətlə artmağa başlayır. Məsələn, Ərəş qəza-
sında 63 mülkədar malikanəsindən 32-i, Cavanşir qəzasında 76-dan 69-u müs-
təqil təsərrüfat fəaliyyətilə məşğul idilər (31, 38-45). Doğrudur, digər qəzalar-
da bu nisbət bir qədər bəzilərində xeyli aşağı idi. Lakin XX əsrin əvvəllərində
belə istehsal fəaliyyəti ilə məşğul olan mülkədar və bəy təsərrüfatlarının sayı
olduqca artır.
Sahibkar təsərrüfatlarının müstəqil fəaliyyətinin nəticələri kimi, ilk növ-
bədə bu təsərrüfatlar daxilində istehsal edilən kənd təsərrüfatı məhsullarının
həcminin xeyli artması xüsusi qeyd edilməlidir. Məsələn, 1913-cü il məlumat-
larına görə Bakı quberniyası üzrə mülkədar və bəy təsərrüfatlarına məxsus
62210 desyatin sahədə 3272082 pud buğda, Yelizavetpol quberniyasında isə
83303 desyatində 4316340 pud buğda yetişdirilmişdi. Naxçıvan qəzası və
Zaqatala dairəsinin nəticələrini də bura əlavə etsək, müstəqil təsərrüfat fəaliy-
yəti ilə məşğul olan bəy və mülkədar təsərrüfatlarında 151572 desyatində
7918429 pud buğda toplandığı məlum olur (13, vv. 63-65). Ayrı-ayrı qəzalar
bu baxımdan digərlərini xeyli geridə qoyurdular. Bakı quberniyasında Cavad
qəzasında 16000 desyatin sahədə buğda yetişdirilməsi ilə sərbəst şəkildə
məşğul olan sahibkarlar 1362000 pud, Quba qəzasında 16320 desyatində
781000 pud məhsul əldə etmişdilər. Yelizavetpol quberniyasında 14100 desya-
tin sahədə 603250 pud, Şuşa qəzasında 19150 desyatində 848000 pud və
Qazax qəzasında 12765 desyatində 1136000 pud buğda məhsulu (14, vv. 67-
75) yetişdirilmişdi. Bəy və mülkədar torpaqlarında bu qədər çox əmtəəlik
məhsulun yetişdirilməsi bunlarda yalnız məhsulu əməkdən geniş istifadə et-
mək əsasında mümkün olmuşdu.
XX əsrin əvvəllərində sahibkar təsərrüfatlarında get-gedə daha çox satı-
lıb əmtəə istehsalı xarakteri olan digər taxıl və ya dənli bitki məhsulu düyü idi.
Düyü və ya çəltik istehsalı sahəsində öndə gedən qəzalardan biri olan Qubada
67 torpaq sahəsinin 1000 desyatindən çox idi. Bunun içərisində 3 mülkədarın
təsərrüfatı ümumi sahənin yarıdan çoxunu əhatə edirdi (32, 38-59).
Yenə həmin dövrdə Cavanşir qəzasında mülkədar təsərrüfatlarında çəltik
əkini sahəsi 2750 desyatindən çox idi və onların arasında Camallinskilərin,
Sarıcalinskilərin, Ağalarovların, Nurubəyovların, Xurşud Banu Natəvanın va-
rislərinin, Adıgözəlovların və digərlərinin plantasiyalarının sahəsi daha böyük
idi (32, 42-63).
XX əsrin əvvəllərində mülkədar və bəylərin təsərrüfatlarında öz fəaliy-
66
yətlərini daha çox əmtəə istehsalı və burjua-kapitalist təsərrüfatı tipində qur-
mağa yönəlmiş sahələrdən biri də üzümçülük və bağçılıq idi (23, 26).
Quba, Nuxa, Cavanşir, Qazax, Yelizavetpol, Şuşa və digər qəzalarda yüz
desyatinlərlə meyvə bağları və üzümlük sahələri olan mülkədar və bəylərin
muzdlu əməkdən istifadə etmək yolu ilə hər desyatin sahədən yüz manatlarla
gəlir əldə etməsi haqqında çoxlu faktlar gətirmək olar. Təkcə Quba qəzasında
XX əsrin əvvəllərində 198 iri torpaq sahibinin 670 meyvə bağları və 165
desyatin üzümlük sahəsi qeydə alınmışdı (1, v.119-120).
XX əsrin əvvəllərində Azərbaycan sahibkar kəndində mülkədar və bəylə-
rin öz təsərrüfatlarını daha çox müstəqil şəkildə idarə etməyə üstünlük verdiyi
digər bir sahə üzümçülük idi. 1916-cı il məlumatlarına görə Bakı quberniya-
sında 14870 üzümçülük təsərrüfatında 5-10 desyatin və daha çox üzümlük
sahəsi olan sahibkarların təsərrüfat fəaliyyəti əsl burjua-kapitalist malikanəsini
xatırladırdı (2, в.103). Belə təsərrüfatlarda muzdlu əməkdən geniş şəkildə
istifadə edən sahibkarlar məhsulun yığılması, imkan emalı, şərab çəkilməsi,
hazır məhsulun satılması kimi bütün prosesləri son dərəcə dəqiqliklə və
vaxtında icra edən vahid təsərrüfat mexanizmi yarada bilmişdilər.
XX əsrin əvvəllərində Rusiya toxuculuq sənayesinin xammala olan tələ-
batının dəfələrlə artması sırf texniki-sənaye bitkisi sayılan pambıqçılıq təsərrü-
fatlarında mülkədar və bəylərin müstəqil idarəçilik dərəcəsini xeyli artırmışdı.
XIX əsrin sonları ilə müqayisədə bəzi qəzalarda mülkədarlar və digər mül-
kiyyətçi şəxslərin təsərrüfatlarında pambıq əkini sahələrinin sürətli artımı hiss
olunurdu (19, v.21-30).
Ərəş qəzasında yerli mülkədarlar Rzaqulubəy Lütfəlibəyov, Sultanovlar,
Gəncinsevlər və digərləri öz malikanələri daxilində kənd təsərrüfatı fəaliyyəti
ilə yanaşı ticarət-sənaye xarakterli fəaliyyət məqsədilə pambıqtəmizləmə za-
vodları tikmiş, kəndlilərindən və digər sahibkarlardan hazır pambıq məhsulu-
nun alınması üçün məntəqələr, böyük həcmdə məhsul saxlaya bilən anbarlar,
digər tikililər inşa etmişdilər (18, v.8).
Eyni sözləri Cavanşir qəzasındakı bəy və mülkədarların təsərrüfat fəaliy-
yəti haqqında da söyləmək olar. Belə ki, mülkədarlardan Qasım bəy Vəziro-
vun, Cəmil bəy Cəmillinin, Nurubəyovların, Həsənbəyovların və digərlərinin
təsərrüfatlarının pambıq əkini sahələrinin bir neçə dəfə artması müşahidə edilr-
di və bu digər ənənə əkin sahələrinin – taxıl, çəltik və s. əkinlərinin azaldılma-
sı, bağ sahələrinin qırılması, yeni mülklərin satın alınması, dövlət torpaqlarının
icarəyə götürülməsi və s. yollarla baş verirdi (21, v.86). Bütövlükdə qəzada
1913-cü ildə qeydə alınmış 12,5 min desyatin pambıq əkini sahəsinin böyük bir
hissəsi bəy və mülkədar təsərrüfatları daxilində idi və onların sahiblərinin ək-
səriyyəti bu və ya digər təsərrüfat sahələrini müstəqil idarə edirdilər (25, 127).
Şuşa qəzasında da Hüseyn ağa Cavanşirin, Fərrux bəy Vəzirovun, Yeli-
zavetpol qəzasında İsrafil bəy Bağırbəyovun, Böyükağa bəy Şəmkirlinin sahə-
si yüzlərlə, bəzən minlərlə desyatin olan pambıq sahələri öz sahiblərinin nəza-
rəti altında idarə edilir, burada mütərəqqi aqrotexniki üsullar, mükəmməl kənd
67
təsərrüfatı alətləri və maşınlar, yüksək sortlu pambıq toxumu və s. istifadə
edilirdi (25, 129).
1913-cü il məlumatlarına görə Azərbaycanda yetişdirilmiş ümumi pam-
bıq məhsulunun təxminən 28%-i sahibkar kəndinin payına düşürdü və burada
iri mülkədar-bəy pambıqçılıq təsərrüfatları əhəmiyyətli dərəcədə böyük idi
(14, vv.21-30).
Azərbaycan kəndində kənd təsərrüfatı istehsalının ikinci əhəmiyyətli və
gəlirli sahəsi hesab edilən maldarlıqda bəy və mülkədarların, habelə digər
mülkiyyətçi şəxsləri öz təsərrüfatlarının müstəqil şəkildə idarəetmə imkanları
daha geniş idi. XX əsrin əvvəllərində bəy və mülkədar təsərrüfatlarında yüzlərlə
qaramal və minlərlə qoyun saxlanılması və bu sürülərin ilbəil genişlənməsi
müşahidə edilirdi. Məsələn, Qazax qəzasında Nəsib bəy Sultanovun, Məmməd
Tağı İsgəndərbəyovun, Əhməd ağa Sultanovun və başqalarının 1000 başdan çox
olan qoyun sürüləri var idi.yelizavetpol qəzasında isə bütün qoyun sürülərinin
80%-dən çoxu sahibkar təsərrüfatlarının payına düşürdü (30, 76-83).
Bəy və mülkədarların öz təsərrüfatlarını müstəqil şəkildə idarə etmələri
halları ilə kənd təsərrüfatı istehsalının digər sahələrində də – ipəkçilikdə, biyan
kökü istehsalı, tütünçülükdə – rastlaşılırdı. Bunların hamısı üçün ümumi cəhət,
XX əsrin əvvəllərində yeni təsərrüfatçılıq formalarının öz torpaqlarını qoruyub
saxlaya bilən, yeni bazar şərtlərinə və tələbatına uyğunlaşaraq fəaliyyətini
davam etdirən mülkədar və bəylərin təsərrüfatlarının ilbəil daha çox hissəsini
əhatə etməsi idi.
XX əsrin əvvəllərində sahibkar kəndində əmtəə-kapitalist münasibətləri-
nin inkişaf prosesində diqqəti cəlb edən başqa bir cəhət mülkədar və sahibkar-
ların öz təsərrüfatlarında kənd təsərrüfatı məhsullarından bazarda baha çox tə-
ləbat hiss edilən və daha çox gəlir gətirən sahələri ilə, yaxud onların bir neçəsi
ilə eyni vaxtda məşğul olmasıdır.
Məsələn, biz işin əvvəlki paraqraflarında Forer qardaşları şirkətinin
üzümçülük və şərabçılıq sahəsində fəaliyyəti haqqında bəhs etmişik. Əslində
bu fəaliyyət növü firmanın ən çox gəlir əldə etdiyi sahə idi. Firma eyni vaxtda
geniş miqyasda, əkinçilik, ipəkçilik və maldarlıq təsərrüfatları şəbəkəsi yarat-
mışdı. Firmanın iri maldarlıq təsərrüfatlarında yüzlərlə baş qaramal, minlərlə
baş qoyunsaxlanılır, maldarlıq məhsulları, ət, süd, yun və s. satış üçün müxtə-
lif bazarlara aparılırdı (3, v. 846).
1902-ci ildə Yelizavetpol qəzasında «Qaraçanax» adlanan 1150 desya-
tinlik torpaq mülkü satın alan A.Plemyannikov adlı sahibkar burada qısa müd-
dətdə ən çox üzümlük, taxıl əkini,pambıqçılıq, maldarlıq və digər kənd təsər-
rüfatı istehsalı sahələrilə məşğul idi. Təsərrüfatda o dövr üçün ən mükəmməl
formada ildə 30-40 min vedrə şərab məhsulları istehsal edilir və 70 min manat
gəlir götürülürdü. 30 min gəlir isə təsərrüfatın digər sahələrindən əldə edilirdi
və beləliklə, malikanə bir ildə 100 min manatdan çox gəlir gətirirdi. Hətta
1911-ci ildə təsərrüfatın gəliri 1,2 – 1,4 dəfə arası artmışdı (20, vv.1-43).
Yelizavetpol quberniyasının eyni adlı və Şuşa qəzalarında Bakı neft sə-
68
nayeçiləri N.Arafelov və Q.Arafelov XIX əsrin sonu – XX əsrin əvvəllərində
müxtəlif illərdə satın aldıqları torpaq mülklərində eyni vaxtda taxılçılıq, üzüm-
çülük və maldarlıq sahələrilə məşğul idilər. Onların hər birinin təsərrüfatında
illik gəlir orta hesabla 30-50 min arasında olurdu (20, v.46).
XX əsrin əvvəllərində ticarət-sənaye əsasları ilə fəaliyyət göstərən mül-
kədar təsərrüfatların yüksək gəlirliyi digər peşə sahibi olan, əvvəllər kənd tə-
sərrüfatı fəaliyyətilə məşğul olmayan insanların da diqqətini cəlb edirdi. Məsə-
lən, ixtisasca dağ mühəndisi olan F.B.Vəzirov 1900-cü ildə Qarabağ xanla-
rının varislərindən Hindarx və Qaraqoyunlu kəndlərində müvafiq olaraq 15
min və 1250 desyatin torpaq mülkü satın alaraq, həm gəlirli bitkilərin yetişdi-
rilməsi, həm də maldarlıqla məşğul olmağa başlamışdı (4, v.183). Təsərrüfatda
ən çox pambıq yetişdirilsə də, taxılçılıq, bağçılıq və s. sahələrlə də məşğul
olurdular. Təsərrüfatda ən mükəmməl qurğularla təmin edilmiş pambıq təmiz-
ləmə zavodu da fəaliyyət göstərirdi. Təsərrüfat hər il orta hesabla 70-80 min
manat arası gəlir əldə edirdi (26, 11).
Görkəmli Azərbaycan xeyriyyəçisi və milyonçusu H.Z.Tağıyevin «Yev-
lax mülkü» adlı malikanəsində də XX əsrin əvvəllərində bazarın tələbatına uy-
ğun olaraq müxtəlif əmtəəlik məhsulların istehsalı təşkil edilmişdi. Təxminən
5500 desyatin sahədə üzüm, çəltik, buğda, arpa, pambıq və s. məhsulların
becərilməsi zamanı muzdlu əməkdən istifadə edilirdi. Bütövlükdə «Yevlax
mülkü» malikanəsi öz sahibinə hər il orta hesabla 20 min manat mənfəət gəti-
rirdi (5, v.139).
Kənd təsərrüfatı istehsalının bir çox sahələri ilə eyni vaxtda məşğul ol-
maq baxımından fərqlənən və ilbəil öz gəlirlərini artırmağa nail olaraq uğurlu
fəallıq göstərən sahibkar təsərrüfatları içərisində Aqriyevlər qardaşlarının fir-
ması da qeyd edilmişdir.
XIX əsrin 60-cı illərindən Şamaxı qəzasının Mədrəs kəndində kiçik
üzümlük sahəsi olan firma sonrakı onillikdə fəaliyyətini genişləndirmiş, şərab-
çəkmə zavodu inşa etdirmişdi və XIX əsrin sonu – XX əsrin ilk illərində illik
gəlirini orta hesabla 250-300 min manata çatdırmışdı (6, v.4-5). XV əsrin ilk
on ilində istehsal və ticarət fəaliyyətini genişləndirən firma artıq 1700 desyatin
sahədə üzüm, 400 desyatin sahədə taxıl, 150 desyatin sahədə pambıq əkini ilə
məşğul idi. Firmanın müxtəlif qəzalarda 6 şərab, konyak, spirt və digər məhsul
istehsal edən zavodu, 1 su nasosları stansiyası, müxtəlif şəhərlərdə, hətta Azər-
baycandan kənarda, satış mağazaları və anbarları var idi. 1916-cı ildə firmanın
gəlirləri 1,5 – 2 milyon manata qədər yüksəlməsi (7, v.183) firmanın uğurlu
fəaliyyətini sübut edirdi.
Mülkədar və sahibkarların XX əsrin əvvəllərində öz təsərrüfatlarında və
ya sonradan satın aldıqları mülklərdə gəlirin təsərrüfat fəaliyyəti ilə məşğul
olmalarına başqa bir misal neft sənayeçisi L.M.De-Burun adı ilə bağlıdır. XIX
əsrin sonu – XX əsrin ilk illərində Quba qəzasında ümumi sahəsi 10 min
desyatindən çox olan bir neçə malikanəni satın alan bu sahibkar sonrakı illərdə
eyni vaxtda üzümçülük və şərabçılıq, bağçılıq, taxılçılıq, maldarlıq və digər
69
kənd təsərrüfatı istehsalı sahələrilə məşğul olmağa başladı (27, 14). Qəzanın
hansı kəndində olmasından asılı olmayaraq sahibkarın təsərrüfatında əkinçilik,
maldarlıq, üzümçülük və şərabçılıq, habelə bağçılıq – bostançılıq sahələrində
fəaliyyət üçün bütün qurğular, kənd təsərrüfatı alətləri və maşınları istifadə
edilirdi. Tikililər, zavodlar fəaliyyət göstərirdi.
Eyni sözləri XX əsrin ilk on ilində müxtəlif qəzalarda böyük həcmli tor-
paq sahələrinə malik olan və ya bunları satın almış İsa bəy Hacınskiyə, Süley-
man bəy və Kərim bəy Hacınski qardaşlarına, A.Dadaşova, B.Bəylərova,
A.Aşurbəyova və bir çox digərlərinə də aid etmək olar (8, v.2).
Beləliklə, biz XX əsrin əvvəllərində Azərbaycan sahibkar kəndində əm-
təə istehsalının qabarıq xüsusiyyətlərindən biri kimi, mülkədar, bəy və digər
sahibkarların öz mülklərində kənd təsərrüfatı istehsalının müxtəlif sahələrində
eyni vaxtda uğurlu fəaliyyəti və çoxlu əmtəəlik məhsul istehsal edərək öz
gəlirlərini xeyli artırmalarından bəhs etdik. Nəzərə almalıyıq ki, burada biz
yalnız bu növdən olan iri miqyaslı təsərrüfatlardan danışdıq. Azərbaycan
sahibkar kəndində bu növ fəaliyyətlə məşğul olan 10 minlərlə sahibkar təsər-
rüfatları var idi və onlar da bəhs olunan dövrdə təsərrüfatların miqyasından və
çoxsahəliliyindən asılı olaraq müxtəlif səviyyədə uğurlu fəaliyyət göstərirdilər.
Yaxud digər cəhət, bizim təsdiq etdiyimiz təsərrüfatların uğurlu fəaliyyəti,
yüksək gəlirlər əldə etməsi heç də bütün sahibkar təsərrüfatlarına aid deyildi.
Biz deyərdik ki, xırda və orta sahibkarların mühüm bir hissəsi, iri mülkədar və
sahibkarların isə müəyyən qrupu yeni əmtəə-kapitalist münasibətlərinin inkişafı
tələblərinə uyğunlaşmayaraq, belə desək, zamanla ayaqlaşmayaraq, öz təsərrüfat
fəaliyyətlərini təsərrüfatçılığın yeni qaydaları əsasında qura bilməyərək, ya
torpaqlarını girov qoyur, borca düşür, ya da onları sataraq müflisləşirdilər.
Xırda və orta miqyaslı mülklərin müflisləşərək satılması bəlkə də XX
əsrin əvvəllərində mülkədar-sahibkar təsərrüfatlarının yeni təsərrüfatçılıq və
bazar münasibətləri ilə ayaqlaşmayaraq başqa çıxış yolu tapmaları adi bir təsir
bağışlayırdısa, lakin iri miqyaslı mülkədar malikanə torpaqlarının satılması,
özü də bu torpaqların əksər vaxtlar qeyri müsəlman ticarət-sənaye dairələrinin
nümayəndələrinin əlinə keçməsi Azərbaycan sahibkar kəndində mülkiyyətçilər
təbəqəsinin sosial bazasının xeyli dəyişməsinə gətirib çıxarırdı. Məsələn,
1904-cü ildə Qarabağ xanlarının varislərinə məxsus Xan Qərvənd kəndində 15
min desyatin (26, 11) sahə, Şuşa qəzasında Muradbəyli və Ağdam kəndlərində
Soromonov qardaşları və Xublarov qardaşları firmaları yerli mülkədar və
bəylərin yüz və minlərlə desyatin torpaq mülklərini satın almışdılar (9, v.39-
40). 1900-cü ildə Cavad qəzasında «Şahvəlilər» adlı 1000 desyatindən çox
mülk Xublarov qardaşları tərəfindən satın alınmışdı (15, v.395).
Şuşa qəzasında yenə Qarabağ xanlarının varislərindən 18 min desyatinə
yaxın mülk torpaqlarının satın alınması haqqında da məlumat var (10, v.9-10).
Azərbaycan milyonçusu və xeyriyyəçi H.Z.Tağıyevin cələ XIX əsrin
sonunda «Yevlax mülkü» adlı sahəni aldığından bəhs etmişdik. H.Z.Tağıyevin
1915-ci ildə bu mülkün yaxınlığında yeni torpaq sahələrini almaq üçün 500
70
min manat xərcləmişdi (11, v.17-18).
Daha sonra ixtisasca aqronom olan A.Stepanov 1904-cü ildə Cavad qə-
zasında bir qrup yerli bəydən təxminən 2100 desyatin mülkü 120 min manata
satın almışdı (12, v.22). Quba qəzasında Bakıxanovlar və bir qrup digər mül-
kədarlar ardıcıl işləyən bir neçə il 10 min desyatinə yaxın mülklərini Bakıdan
olan neft sənayeçilərinə satmağa məcbur olmuşdular (33, 22).
Bu siyahını sonsuz dərəcədə uzatmaq olardı. Lakin bir məsələ məlum idi
ki, XX əsrin əvvəllərində belə alqı-satqılar, illərlə geniş torpaq mülklərinə sahib
olan azərbaycanlı mülkədar və bəylərin böyük bir hissəsi yeni əmtəə-kapitalist
münasibətlərinin yarandığı və gücləndiyi şəraitdə ya torpaqlarını satır, ya
banklara girov qoyur, bəzi hallarda isə hətta bunlardan məhrum olurdular.
Ümumiyyətlə, XX əsrin əvvəllərində sahibkar kəndində əmtəə istehsal
prosesində bank kredit təşkilatların rolu Kəndli Əsasnaməsindən qəbulundan
sonra dəfələrlə artmış və bu iş yeni formalarda özünü aydın büruzə verirdi.
Proses ümumiyyətlə, sahibkar kəndində əmtəə-kapitalist münasibətlərinin ya-
ranması və inkişafı gedişində zəruri olaraq başlasa da, lakin əsrin sonunadək o
qədər də böyük vüsət almayıb, olsa da son dərəcə bəsit formalarda özünü bü-
ruzə verirdi.
Xüsusilə də XX əsrin əvvəllərində yeni təsərrüfatçılıq fəaliyyətinə keçid
üçün, öz fəaliyyətlərini yeni əmtəə-kapitalist münasibətlərinin tələblərinə
uyğunlaşdırmaq üçün həm sahibkar kəndlilərinə, həm də bəy, mülkədar sahib-
lərinə nağd pul vəsaiti əldə edilməsi olduqca zəruri idi. 1906-cı ildə Yelizavet-
pol quberniyasında, 1907-ci ildə Bakı quberniyasında ilk kiçik kredit təşkilat-
ları yarandı. Bütövlükdə Azərbaycanda 1914-cü ildə 129 xırda kredit təşkilatı
fəaliyyət göstərirdi və bunların 68-i kənd təsərrüfatı sahəsinə xidmət edirdi
(16, v.57). Lakin bunlara baxmayaraq Azərbaycan da kəndli təsərrüfatlarının
45-50% bu təşkilatların xidmətlərindən yararlana bilirdi.
XX əsrin ilk illərindən başlayaraq bank-kredit təşkilatlarına kredit almaq
məqsədilə müraciət edən mülkədar və bəy təsərrüfatlarının sayı artmaqda idi.
Rusiya Dövlət Bankının Azərbaycan quberniyalarında yerli filiallarının hələlik
açılmadığı bir şəraitdə azərbaycanın sahibkarları bu bankın daha geniş maliyyə
imkanları olan Tiflis bölməsinin xidmətindən istifadə edirdilər (22, v.34).
Məsələn, 1910-cu ildə Tiflis bölməsi Yelizavetpol quberniyasından olan 126
mülkədara 764 min manat məbləğində veksel kağızları üzrə kredit ayırmışdı
(28, 6). 1912-ci ildə yenə həmin bölmədən artıq 200 sahibkar kənd təsərrüfatı
fəaliyyətinin müxtəlif sahələri üçün kredit almağa nail olmuşdu (29, 96).
Yelizavetpol qəzasından olan mülkədarlar B.Ağasıbəyov bu bölmədən
1908-ci ildə pambıqçılıq təsərrüfatının genişləndirilməsi məqsədilə 25 min
manat, Adil xan Ziyadxanov 1911-ci ildə öz təsərrüfatının müxtəlif sahələrinə
sərf edilməsi məqsədilə 10 min manat, 1905-ci ildə Xilxilli kəndindən olan
Həmid bəy və Mehrəli bəy Zülqədərovlar yeni eyni məqsədlə müvafiq olaraq
12 min və 10 min manat, İsrafilbəyov qardaşları 1910-cu ildə taxılçılıq və
pambıqçılıq təsərrüfatlarının genişləndirilməsi və mükəmməl yeni əmək
71
alətlərinin gətirilməsi üçün 5 min manat, Şirin bəy Şaxmalıyev 1909-cu ildə
müxtəlif yenidənqurma işləri, taxılbiçən və taxıldöyən qurğular alman üçün 5
min manat, Dəllər kəndindən Süleyman bəy Şəmkirli taxılçılıq və pambıq
əkini, habelə, pambıq təmizləmə qurğuları almaq üçün 1910-cu ildə 5 min
manat kredit almışdı (17, v.30). Göründüyü kimi, ayrılmış kreditlərin məbləği
o qədər də yüksək deyildi. Çünki bu kreditlər sahiblər mülklərinin girov
qoyulması əvəzində yox, sadəcə veksel-borc kağızları əsasında verilmişdi.
ƏDƏBİYYAT
1. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi(АРДТА). f.43, siy.23, iş 156.
2. АРДТА. f.287, siy.1, iş 9
3. АРДТА. f.416, siy.1, iş 75
4. АРДТА. f.187, siy.1, iş 184
5. АРДТА. f.583, siy.1, iş 115
6. АРДТА. f.119, siy.1, iş 2
7. АРДТА. f.43, siy.1, iş 189
8. АРДТА. f.43, siy.23, iş 157
9. АРДТА. f.170, siy.1, iş 494
10. АРДТА. f.170, siy.1, iş 404
11. АРДТА. f.187, siy.1, iş 404
12. АРДТА. f.170, siy.1, iş 2
13. Государственный исторический архив России в Санкт-Петербурге (ГИА РФ). ф.573,
оп.25, д.64.
14. ГИА РФ. ф.573, оп.25, д.64
15. ГИА РФ. ф.587, оп.52, д.976
16. ГИА РФ. ф.587, оп.52, д.592
17. ГИА РФ. ф.587, оп.56, д.1159
18. ГИА РФ. ф.398, оп.75, д.419
19. ГИА РФ. ф.573, оп.75, д.313
20. ГИА РФ. ф.1033, оп.1, д.6469
21. ГИА РФ. ф.587, оп.25, д.65
22. ГИА РФ. ф.587, оп.25, д.66
23. T.T.Vəliyev. XX əsr Azərbaycan tarixi. I cild. Bakı: Təhsil, 2009, 560 s.
24. Гасанов Г.Н. Из истории Североазербайджанской деревни в конце XIX – начале XX
вв. Баку: Тахсил, 2007, 224с.
25. Исмаилов М.А. Сельское хозяйство Азербайджана в начале XX века. Баку: Элм, 1960 , 127 с.
26. Кавказское хозяйство.1913 г. №5
27. Кавказское хозяйство.1914 г. № 6
28. Кавказское хозяйство.1913 г. №23
29. Ежегодник России на 1914 г., раздель ХII.
30. Предварительные итоги Всероссийской сельскохозяйственной переписи. 1916 г.
Кавказ. Тип. Стат. Управ. Петроград. 1917 г., вып.2.
31. Сборник статических данных о землевладении и способах хозяйства в пяти губер-
ниях Закавказского края. прил.5., Типография М.Шарадзе. Тифлис, 1899, 841 с.
32. Сборник сведений по культуре ценных растений на Кавказе. Тип. КСХО. Тифлис
1900 г., вып.5, 536 c.
33. Экономический вестник. 1924 г. №3
72
ОСОБЕННОСТИ ТОВАРНО-КАПИТАЛИСТИЧЕСКОГО ПРОИЗВОДСТВА
ВО ВЛАДЕЛЬЧЕСКОЙ ДЕРЕВНЕ СЕВЕРНОГО АЗЕРБАЙДЖАНА
В КОНЦЕ ХIХ
− В НАЧАЛЕ ХХ ВЕКОВ
Ф.Э.БАХШАЛИЕВ
РЕЗЮМЕ
В статье подробно излагается все изменения в области товарного – капиталисти-
ческого производства во владельческой деревне Северного Азербайджана. Указывается,
что не только помещики и беки, но и их крестьяне на своих хозяйствах стали произво-
дить различные товары все больше и больше. Помещики Северного Азербайджана, пос-
тепенно лишившиеся прежних рабочих рук, отдавали свои земли в аренду разным ли-
цам или сами стали вести свое хозяйство по новым капиталистическим правилам.
Происходил процесс продажи и закладывание помещичьих земель в банках. Иногда
помещики и беки прибегали к использованию наемного труда в своих хозяйствах.
Ключевые слова: Азербайджан, капиталист, развитие, деревня, Север
DEVELOPMENT PECULIARITIES OF COMMODITY-CAPITALIST RELATIONS
IN THE VILLAGES OF NORTHERN AZERBAIJAN
LATE IN ХIХ – EARLY IN ХХ CENTURIES
F.E.BAKHSHALIYEV
SUMMARY
The article studies features of capitalist production in the possessory village of
Northern Azerbaijan late in XIX- early in XX centuries. The article investigates the changes in
the commodity - capitalist production in the possessory villages of Northern Azerbaijan. It’s
indicated that not only the landlords and bays, but also their peasants on their farms produced
more and more different products. Landowners of North Azerbaijan gradually lost their former
lands, gave their lands for rent or to different people, and began to conduct their farms under
new capitalist rules. The process of selling and bonding of estates in the banks was realized.
Sometimes landlords and bays resorted to the use of hired labor on their farms.
Key words: Azerbaijan, capitalist, development, village, Northern
Dostları ilə paylaş: |