Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası



Yüklə 300,89 Kb.
Pdf görüntüsü
tarix07.01.2017
ölçüsü300,89 Kb.
#4953

 

111


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3 

 

 

        Sosial-siyasi elmlər seriyası 

  2009 

 

 



 

EKOLOJİ TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ AZƏRBAYCAN 

RESPUBLİKASININ İKİTƏRƏFLİ BEYNƏLXALQ-HÜQUQİ ƏMƏKDAŞLIQ 

MÜNASİBƏTLƏRİNİN FORMALAŞMASI VƏ İNKİŞAF MEYLLƏRİ 

 

A.A.MƏHƏRRƏMOV 

Bakı Dövlət Universiteti 

amagerramov@hotmail.com  

 

Məqalədə ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının ikitərəfli beynəlxalq--

hüquqi əməkdaşlıq münasibətlərinin formalaşması və inkişaf meylləri beynəlxalq praktika əsasında 

geniş  təhlil edilir. Xüsusi olaraq qeyd edilir ki, ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Res-

publikasının ikitərəfli əməkdaşlığının daha səmərəli həyata keçirilməsi məqsədilə xarici dövlətlərin 

müvafiq sferada müəyyən təcrübəsinin öyrənilməsi də məqsədəuyğun hesab olunur. Belə qənaətə 

gəlinir ki, ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının digər dövlətlərlə qarşılıqlı 

əməkdaşlığında universal və regional beynəlxalq-hüquqi sənədlərlə yanaşı, ikitərəfli müqavilələrin 

də böyük rolu vardır. Məhz belə ikitərəfli müqavilə və razılaşmalar dövlətlərin ekoloji təhlükəsizlik, 

eləcə  də bütövlükdə  ətraf mühitin mühafizəsinin konkret istiqamətləri üzrə mühüm əhəmiyyətə 

malikdir. Həmin müqavilələrdə tərəflərin hüquq və vəzifələrinin daha konkret müəyyənləşdirilməsi 

tendensiyası özünü aydın şəkildə büruzə verir.  

Bundan başqa, məqalədə  ətraf mühitin mühafizəsi, xüsusilə ekoloji təhlükəsizliyin 

təmini sferasında Azərbaycan Respublikası və Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin 

mühüm əhəmiyyəti təhlil olunur.  

 

Hazırda dünyanın heç bir ölkəsi ekoloji təhlükəsizlik, o cümlədən ətraf mühitin 



mühafizəsi problemlərini təklikdə  həll etmək iqtidarında deyildir. Bu məqsədlə 

Azərbaycan Respublikası (AR) üçün ətraf mühitin mühafizəsi sahəsində digər ölkələr 

və  təşkilatlarla razılaşmaların və sazişlərin imzalanması, beynəlxalq konvensiyalara 

qoşulması olduqca vacibdir. Ekoloji təhlükəsizlik sahəsində AR-in ikitərəfli  əmək-

daşlığının daha səmərəli həyata keçirilməsi məqsədilə xarici dövlətlərin müvafiq 

sferada müəyyən təcrübəsinin öyrənilməsi də məqsədəuyğun hesab olunur.  

Bütövlükdə, ekoloji təhlükəsizlik sferasında ikitərəfli əməkdaşlıq münasibətləri-

nin Azərbaycan Respublikası praktikasında daha da genişləndirilməsi dövlətimiz qar-

şısında mühüm vəzifə kimi dayanır. Hal-hazırki dövrə qədər belə əməkdaşlıq münasi-

bətlərinin formalaşması istiqamətində  də mühüm fəaliyyət həyata keçirilmişdir. 

Məsələn, 4 aprel 2003-cü ildə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Kanada-

nın Dövlət İdarəçilik İnstitutu arasında Xəzər Hövzəsində İstilik Effekti Yaradan Qaz-

ların tullantılarının azaldılması üzrə 2002-2005-ci illər Tədris Proqramına dair Anlaş-

ma Memorandumu, 8 dekabr 2004-cü ildə BMT-nin İqlim dəyişmələri üzrə  Çərçivə 

Konvensiyasının Kioto Protokolunun həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqın-

da AR Hökuməti və Danimarka Krallığı Hökuməti arasında Anlaşma Memorandumu

22 sentyabr 2003-cü ildə Azərbaycanda  Ətraf Mühitə dair İctimai Məlumat 

Mərkəzinin yaradılması üzrə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ATƏT-in 

Bakı Nümayəndəliyi arasında  Əməkdaşlıq Sazişi, 13 oktyabr 2004-cü ildə AR 

Ekologiya və  Təbii Sərvətlər Nazirliyi ilə Ümumdünya Təbiəti Mühafizə Fondu 



 

112


(WWF) arasında AR ərazisində təbiəti mühafizə sahəsində əməkdaşlıq haqqında An-

laşma Memorandumu, 13 noyabr 2004-cü ildə AR Ekologiya və Təbii Sərvətlər Na-

zirliyi ilə Dünya Vəhşi Təbiəti Fondu arasında Təbiətin mühafizəsinə dair Anlaşma 

Memorandumu imzalanmış, həmçinin AR Hökuməti ilə digər beynəlxalq təşkilatlar 

arasında  ətraf mühitin mühafizəsi sahəsində  və onun ayrı-ayrı konkret istiqamətləri 

üzrə  əməkdaşlığa dair Saziş layihələri hazırlanaraq imzalanması üçün dövlətdaxili 

prosedurlar həyata keçirilmişdir. 

Bundan başqa AR-in köçəri heyvan növlərinin qorunması üzrə Bonn Kon-

vensiyası, Avropada yarasaların qorunması Protokolu, Afrika-Avrasiya köçəri su quş-

larının qorunması Sazişinə qoşulması  və Ümumdünya Təbiəti Mühafizə  Təşkilatına 

(İUCN) üzv olması üçün Ekologiya və  Təbii Sərvətlər Nazirliyində müvafiq işlər 

aparılır. BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Sənaye 

İnkişafı Təşkilatı (UNIDO), TACİS, Dünya Bankı, Qlobal Ekologiya Fondu, Avropa 

Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı ilə əməkdaşlığa dair danışıqlar 

aparılır və artıq bu istiqamətdə bir sıra nailiyyətlər əldə edilmişdir. 

Eyni zamanda, AR bir sıra beynəlxalq layihələrin həyata keçirilməsində iştirak 

edir və bununla bağlı artıq bir neçə saziş və razılaşmalar imzalanmışdır: 

1. 1 dekabr 1998-ci il tarixli AR və Beynəlxalq İnkişaf Assosiasiyası arasında 

Ətraf mühitin mühafizəsi üçün təxirəsalınmaz investisiya layihəsi üzrə Yaponiya 

Hökumətinin Qrantı haqqında Məktub-Saziş, 25 noyabr 2002-ci ildə AR Hökuməti ilə 

Beynəlxalq İnkişaf Assosiasiyası arasında Kənd rayonlarında ətraf mühitin qorunması 

layihəsinin hazırlanması üzrə Yaponiya qrantı üzrə Məktub-Saziş və AR Hökuməti ilə 

Beynəlxalq Yenidənqurma və  İnkişaf Bankı arasında Qlobal Ekoloji Fondun qrantı 

üzrə Məktub-Saziş (Kənd Ətraf Mühit Layihəsi); 

2. 25 oktyabr 2004-cü il tarixli AR Ekologiya və  Təbii Sərvətlər Nazirliyi ilə 

Almaniya Maliyyə  Əməkdaşlığı  təşkilatı (Kreditanştalt für Wideraufbau – KfW, 

Frankfurt am Main) arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proq-

ramının hazırlanması üzrə Anlaşma Memorandumu, müvafiq Proqram çərçivəsində 

Samur-Yalama Milli Parkının yaradılması layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi 

və həmin Müqaviləyə dair Xüsusi Razılaşma (1, 610-623); 

3. 13 may 2005-ci il tarixli AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə BMT-

nin Sənaye İnkişafı Təşkilatı (UNİDO) arasında Davamlı üzvi çirkləndiricilər barədə 

Stokholm Konvensiyasının yerinə yetirilməsi üzrə ilkin fəaliyyəti asanlaşdırmaq üçün 

sürətləndirilmiş mümkünləşdirici tədbirlərlə  əlaqədar xidmətlərin göstərilməsi üzrə 

Müqavilə. 

Hidrometeorologiya sahəsində AR Ümumdünya Meteorologiya Təşkilatı ilə 

əməkdaşlıq əlaqələri qurur. Regionda Türkiyə, Özbəkistan, Qazaxıstan respublikaları 

ilə hidrometeorologiya sahəsində ikitərəfli qarşılıqlı  əməkdaşlıq proqramları möv-

cuddur. Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Hidrometeorologiya Şu-

rasının (DHMŞ) işində  də AR fəal iştirak edir. Ekologiya və  Təbii Sərvətlər Nazir-

liyinin Milli Hidrometeorologiya Departamenti Cənubi Qafqazda su ehtiyatlarının 

idarə olunması ilə bağlı bir sıra regional layihələrdə  iştirak edir. Asiya İnkişaf Ban-

kının krediti ilə yerinə yetirilən «AR-də Daşqın zərərlərinin aradan qaldırılması 

layihəsi»ndə  nəzərdə tutulmuş hidrometeorologiya komponenti də qabaqcadan 

xəbərdarlıq sisteminin inkişafına kömək edəcəkdir. 

Beləliklə, göstərilən saziş  və layihələrə müvafiq olaraq hazırda AR-də  həyata 

keçirilən ekoloji layihələr qismində aşağıdakıları qeyd etmək olar: 

- AR Ekologiya və  Təbii Sərvətlər Nazirliyi ilə Kanadanın Dövlət  İdarəçilik 



 

113


İnstitutu arasında Xəzər Hövzəsində  İstilik Effekti Yaradan Qazların tullantılarının 

azaldılması üzrə 2002-2005-ci illər Tədris Proqramı; 

- «İstilik effekti yaradan qazların inventarlaşdırılmasının keyfiyyətinin təkmil-

ləşdirilməsi üçün potensialın yaradılması» Regional Layihəsi; 

- «Qafqaz ölkələri və Moldovada qlobal iqlim dəyişmələri üzrə öhdəliklərin 

yerinə yetirilməsində Texniki Dəstək» Layihəsi; 

- «Qlobal ekoloji problemlərin həlli məqsədilə imkanların artırılması üçün milli 

tələbatların qiymətləndirilməsi» Layihəsi; 

- BMT-nin Ətraf Mühit Proqramı (YUNEP) tərəfindən maliyyələşdirilən «Milli 

Biotəhlükəsizlik» Layihəsi; 

- «Azərbaycanın Hirkan meşələrinin Ümumdünya Mədəni və  Təbii  İrs 

Siyahısına salınması» Layihəsi; 

- «Çayların birgə idarə olunması» Layihəsi; 

- «Cənubi Qafqazda su ehtiyatlarının idarə edilməsi» Layihəsi; 

- «Cənubi Qafqaz çaylarının monitorinqi» Layihəsi; 

- «Kür çayı hövzəsində qəza vəziyyətinin xəbərdarlıq edilməsi üçün tədbirlərin 

hazırlanması və tətbiq edilməsi» Layihəsi; 

- «Kür-Araz çayı hövzəsinin suyunun sərhədlərarası pisləşməsinin azaldılması» 

Layihəsi; 

- «AR-də  Ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət Planı  və ekoloji 

siyasətin həyata keçirilməsinə yardım» layihəsi – TACIS (Xəzər Ekoloji Proqramı 

çərçivəsində UNEP-lə birgə); 

- «Orxus Konvensiyasının və Azərbaycanın ekologiya sahəsində qəbul edilmiş 

milli qanunvericiliyinin ictimaiyyətə çatdırılması məqsədilə çap materiallarının hazır-

lanması və yayılması» Layihəsi; 

- «Xəzər regionunda transsərhəd kontekstdə Ətraf mühitə təsirin qiymətləndiril-

məsi üzrə Metodiki vəsait layihəsinin təkmilləşdirilməsi» Layihəsi; 

- Kür çayının ekoloji təhlükəsizliyi üzrə  həyata keçirilən layihələr: A kompo-

nenti – Xıllı «Nərə» Balıqartırma Zavodunun tikintisi Layihəsi; B komponenti – 

«Sahələrin civə çirklənməsindən təmizlənməsi və  təhlükəli tullantıların basdırılması 

üçün xüsusi Poliqonun tikintisi» Layihəsi; C komponenti – «Sahələrin neft çirklənmə-

sindən təmizlənməsi» Layihəsi; D komponenti – «Ekoloji idarəetmə sisteminin 

təkmilləşdirilməsi» Layihəsi; 

- «İctimai Məsləhətləşmələr və Dialoqlar» Layihəsi; 

- «Yeni funksiya və vasitələrin treyninqi» Layihəsi; 

- «Təhlükəli tullantıların idarə olunması sisteminin yaradılmasına texniki 

yardım» Layihəsi; 

- «Kənd yerlərində ətraf mühitin mühafizəsi» Layihəsi; 

- «Gözlənilməz Neft Yayılmaları üzrə Azərbaycan Milli Planının  İnkişafına 

Yardım» Layihəsi; 

- «Kür çayının mənsəbinin açılması» Layihəsi; 

- «BMT-nin İqlim Dəyişmələri üzrə  Çərçivə Konvensiyasına Azərbaycanın 

İkinci Milli Məlumatı» Layihəsi; 

- «AR-də davamlı üzvü çirkləndiricilər üzrə  tədbirlərin həyata keçirilməsi» 

Layihəsi; 

- «Avropa Şurasının Zümrüd Şəbəkəsi» Pilot Layihəsi; 

- «Samur-Yalama Milli Parkının yaradılması» Layihəsi; 

- «Torpaqların davamlı idarə olunması məqsədilə imkanların yaradılması» Layihəsi; 



 

114


- NATO-nun dəstəyi ilə  həyata keçiriləcək «Xəzər dənizi ekosisteminin 

çoxsahəli analizi» Layihəsi; 

- «Ekoloji qiymətləndirilmə, ətraf mühitin idarə olunması» Planı; 

- «Məcburi köçkünlərin Sosial İnkişaf Fondunun (MKSIF) yaradılması» 

Layihəsi; 

- «Kənd təsərrüfatının inkişafı və kreditləşməsi» Layihəsi; 

- «Kənd təsərrüfatının İnkişafı və kreditləşməsi» Layihəsi II; 

- «Məhkəmə sisteminin modernləşdirilməsi» Layihəsi; 

- «Azərbaycanda Quş Qripi Layihəsi üçün Ətraf mühitin idarə edilməsi 

Planının» Xülasəsi; 

- «Azərbaycanda Quş Qripi Layihəsi üçün Ətraf Mühitin idarə edilməsi» Planı (9). 

Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində AR-in ikitərəfli 

əməkdaşlığının daha geniş kompleksi Avropa İttifaqı (Aİ) ilə  həyata keçirilir. Bu 

əməkdaşlıq, ilk növbədə, birgə layihələrin həyata keçirilməsi ilə  şərtlənir. Aİ-nin 

Xəzər Ekoloji Proqramı  çərçivəsində  Xəzərin balıq təsərrüfatının davamlı idarə 

olunması Layihəsi bu baxımdan xüsusilə qeyd edilə bilər (7, 1-2). 

Lakin AR-in Aİ ilə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində 

ikitərəfli  əməkdaşlığında  ən mühüm rol oynayan sənəd AR ilə  Aİ  və onun üzv-

dövlətləri arasında 22 aprel 1996-cı ildə imzalanmış və 22 iyun 1999-cu ildə qüvvəyə 

minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişidir (TƏS). Belə ki, bu Saziş tərəflər arasında 

ticarət, investisiyaların qoyuluşu və təşviqi, Aİ və AR arasında transsərhəd xidmətləri

əqli mülkiyyət hüquqları, kapital qoyuluşu və onun sərbəst dövriyyəsinin təmin edil-

məsi və digər sahələrdə  əməkdaşlığın  əsasını qoymuşdur. Sazişin 43-cü maddəsinin 

ikinci bəndinə əsasən qanunvericiliyin uyğunlaşdırılması prosesinin gömrük qanunve-

riciliyi, hüquqi şəxslər haqqında qanunvericilik, bank qanunvericiliyi, hüquqi şəxslərin 

hesabları  və onların cəlb olunduğu vergilər,  əqli mülkiyyət, iş yerlərində  işçilərin 

mühafizəsi, maliyyə xidmətləri haqqında qanunvericilik, rəqabət qaydaları, dövlət sa-

tınalmaları, insanların sağlamlığının qorunması, heyvanların və bitkilərin mühafizəsi, 

ətraf mühitin mühafizəsi, təbii ehtiyatların istismarı  və onlardan istifadə haqqında 

qanunvericilik, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericilik, dolayı 

vergilər, texniki qayda və standartlar, nüvə energetikası haqqında qanunvericilik və 

nəqliyyat haqqında qanunvericilik sahələrində həyata keçirilməsi zəruridir. 

Avropa iqtisadi məkanına daxil olan dövlətlərlə bir çox prioritet sahələrdə üst-üstə 

düşən qanunvericilik AR-ə Aİ ölkələri ilə daha yaxın iqtisadi tərəfdaşlıq həyata keçirməyə 

və TƏS-in 43-cü maddəsinə əsasən ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə 

üzrə aşağıdakı sahələr üzrə xüsusi məqsədlərə nail olmağa imkan verə bilər: 

-

 

ətraf mühitin lazımi səviyyədə mühafizəsi; 



-

 

AR-də olan bütün radiasiya mənbələrinin öyrənilməsi üçün onların tənzim-



ləyici nəzarətə verilməsi; 

-

 



radiasiya mənbələrinin tənzimləyici nəzarətdən yayınması halının müəyyən 

olunduğu və ya bu haqda məlumatın mövcud olduğu təqdirdə, müvafiq cavab 

tədbirinin görülməsi; 

-

 



qəza hallarının təsirinin azaldılması istiqamətində planlaşdırmanın aparılması; 

-

 



ionlaşan radiasiyanın bütün növlərinin və  mənbələrinin təhlükəsiz idarə 

olunması; 

-

 

təhlükəli radiasiyaya məruz qalmış insanların sayını  və bu insanların hər 



birinin təsirə  məruz qalma müddətini məhdudlaşdırmaq vasitəsilə  təhlükəli radiasiya 

riskinə məruz qalmanın mümkün qədər real olan aşağı səviyyəyə salınması; 



 

115


-

 

beynəlxalq ekoloji təhlükəsizlik tədbirləri sisteminin tətbiq olunması; 



-

 

təbii ehtiyatlardan rasional və səmərəli istifadə olunması; 



-

 

ekoloji təhlükəsizlik sahəsində ehtiyat və preventiv tədbirlərlə bağlı prinsip-



lərin yerinə yetirilməsi; 

-

 



sosial idarəetmə prinsiplərinin həyata keçirilməsi; 

-

 



ətraf mühit problemlərinin dövlətin ətraf mühitin mühafizəsi ilə bağlı olmayan 

digər siyasətlərinə inteqrasiya olunması prinsipinin tətbiq edilməsi. 

TƏS-in həyata keçirilməsi məqsədilə AR qanunvericiliyinin Aİ qanunveri-

ciliyinə uyğunlaşdırılması üzrə Dövlət Proqramı qaydalarının müəyyən olunması, 

müvafiq qurumlar arasında fəaliyyət tərzinin müəyyənləşdirilməsi və beləliklə, AR 

iqtisadiyyatının dünya bazarına inteqrasiya olunmasının dəstəklənməsi vasitəsilə 

qanunvericiliyin uyğunlaşdırılması prosesinin sürətləndirilməsini qarşıya məqsəd kimi 

qoyur. Bu mövqe nəticədə qanunvericiliyin uyğunlaşdırılmasına müfəssəl və ardıcıl 

yanaşma müəyyən edir və bütün mexanizmlərin səmərəliliyini artırır. Eyni zamanda 

Tədbirlər Planı ilə  əhatə olunmuş sektorlarda hüquqi və institusional islahatların 

həyata keçirilməsi AR-ə idxalatçı  və ixracatçı qismində beynəlxalq bazara çıxmaq, 

effektiv rəqabət və istehlakçıların hüquqlarının qorunması konsepsiyasına uyğun 

olaraq birbaşa investisiyaları  təşviq etmək imkanı verir. Planının icrası qanun-

vericiliyin tədricən uyğunlaşdırılmasının həyata keçirilməsini təmin etmək məqsədilə 

müxtəlif dövlət qurumları arasında qanunvericilik və dövlət siyasətinin müəyyən-

ləşdirməsi istiqamətində  fəaliyyətin  əlaqələndirilməsi üçün əsas yaradır. Həmçinin 

Proqramın həyata keçirilməsi prosesində Avropa Birliyinin yeni üzv-dövlətlərinin 

təcrübəsinin nəzərə alınması məqsədəuyğun hesab edilir. Bu prosesin səmərəliliyinin 

artırılması üçün müvafiq dövlət orqanlarının TƏS-in icrasına yardım göstərən 

tərəfdaşlarla fəal  əməkdaşlıq etməsi, maraqlı  tərəflərlə  təcrübə mübadiləsini həyata 

keçirməsi və onlardan lazımi tövsiyələrin alınması tələb olunur. 

AR qanunvericiliyinin uyğunlaşdırılması üzrə siyasət milli hüquq sisteminin 

islahatlarının tərkib hissəsidir və qanunvericilik aktlarının tərtibində, yüksək ixtisaslı 

mütəxəssislərin hazırlığında, AR-də qanunvericiliyin uyğunlaşdırılması prosesinə 

institusional, elmi, təhsil, hüquqi, texniki və maliyyə  dəstəyinin göstərilməsi üçün 

müvafiq şəraitin yaradılmasında ifadə olunmaqla və Aİ-nin tələblərini nəzərə almaqla 

«vahid normayaradıcılığı» yanaşmasını qarşıya məqsəd qoyur. AR qanunvericiliyinin 

Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə Dövlət Proqramı  həm TƏS-in müd-

dəalarının, həm də  Fəaliyyət Planında nəzərdə tutulmuş  məqsədləri  əks etdirən təd-

birlərin görülməsini təmin edəcək. TƏS-in 43-cü Maddəsinə  əsasən AR öz qanun-

vericiliyinin Birliyin qanunvericiliyinə uyğun qanunvericilik olmasına səy göstərmə-

lidir. Qanunların uyğunlaşdırılması xüsusi olaraq, 43-cü maddənin 2-ci bəndində 

göstərilən bütün sektorları  əhatə etməlidir. Buna görə  də, Aİ  çərçivəsində  qəbul 

olunmuş bir sıra tövsiyələr AR qanunvericiliyinin Aİ-nin ətraf mühitin mühafizəsinə, 

təbii ehtiyatların istismarına və onlardan istifadəyə dair qaydaları ilə uyğunlaşma 

prosesinə yardım göstərmək baxımından faydalı ola bilər.  

İndi isə AR-in xarici dövlətlərlə ikitərəfli əməkdaşlığını nəzərdə tutan ayrı-ayrı 

sazişlərin mətnlərinə müraciət etməklə bu münasibətləri diqqətlə nəzərdən keçirək.  

Ətraf mühitin mühafizəsi sahəsində AR Hökuməti və Türkiyə Respublikası 

Hökuməti arasında 9 iyul 2004-cü il tarixli Razılaşmaya əsasən Tərəflər arasında ətraf 

mühit üzrə  əməkdaşlığın  əsas sahələri kimi bunlar müəyyən olunmuşdur: təbiətin 

mühafizəsi; xüsusi mühafizə olunan ərazilərin idarə olunması; bioloji müxtəlifliyin 

qorunması; ətraf mühit sahəsində Azərbaycan və Türkiyənin üzv olduqları beynəlxalq 


 

116


konvensiyaların həyata keçirilməsi; Xəzər dənizi və Qara dənizin  ətraf mühitinin 

qorunması; ətraf mühitə təsirin qiymətləndirilməsi; tullantıların idarə olunması; iqlim 

dəyişmələri; meteorologiya fəaliyyəti; meşələrin idarə olunması  və meşəsalma və s. 

Bu sahələr üzrə  əməkdaşlığın isə birgə elmi-texniki araşdırmalar (proqramlar), 

əməkdaşlıq layihələrinin hazırlanması, tədqiqat, inkişaf fəaliyyətləri və  ətraf mühit 

üzrə  ən yaxşı idarəçilik təcrübələri üzrə elmi-texniki məlumatlar və  sənədlər müba-

diləsi,  ən yaxşı  ətraf mühit texnologiyalarının mübadiləsi, səlahiyyətli  şəxslərin, 

mütəxəssislərin, tədqiqatçıların və qeyri-hökumət təşkilatları nümayəndələrinin 

mübadiləsi, təhsil proqramlarının, iclasların, konfransların və simpoziumların təşkili 

şəklində aparılması müəyyən edilmişdir. Sazişin qüvvəyə minməsindən sonra hər bir 

Tərəf bu Saziş  çərçivəsində  əməkdaşlıq fəaliyyətlərinin idarə edilməsinə cavabdeh 

Milli Əlaqələndirici təyin etməlidir. Onların əsas vəzifəsi əməkdaşlıq istiqamətlərinin 

dəqiq hazırlanmasını əhatə edən illik işçi proqramlarının hazırlanmasından ibarətdir. 

Ətraf mühitin mühafizəsi və monitorinqi sahəsində AR və Gürcüstan Respublikası 

arasında 2005-ci il tarixli Qarşılıqlı Əməkdaşlıq Sazişi Tərəflər arasında ətraf mühit üzrə 

əməkdaşlığın  əsas sahələri kimi bunları  nəzərdə tutur: mühafizə olunan ərazilərin idarə 

olunması; bioloji müxtəlifliyin qorunması;  ətraf mühitə  təsirin qiymətləndirilməsi; 

tullantıların, xüsusilə də təhlükəli tullantıların idarə olunması; radioaktiv tullantıların idarə 

olunması; transsərhəd çayların radioaktivliyinin öyrənilməsi; iqlim dəyişmələri; meşələrin 

idarə olunması  və meşəsalma və  s.  AR  və Gürcüstan Respublikası arasında müvafiq 

sahələr üzrə  əməkdaşlığın həyata keçirilmə formaları da AR-in bu sahədə Türkiyə 

Respublikası ilə bağladığı Razılaşmada nəzərdə tutulan formalarla eynilik təşkil edir. 

Daha sonra, 7 sentyabr 2006-cı il tarixli AR Hökuməti ilə Ukrayna Hökuməti 

arasında  Ətraf təbii mühitin mühafizəsi sahəsində  əməkdaşlığa dair Sazişə  əsasən 

Tərəflər arasında  ətraf mühit üzrə  əməkdaşlığın  əsas sahələri kimi bunlar müəyyən 

olunmuşdur: təbiətin mühafizəsi; bioloji müxtəlifliyin qorunması  və ondan səmərəli 

istifadə; canlı su ehtiyatlarının idarə olunması  və tarazlaşdırılmış istifadəsi, ovçuluq 

təsərrüfatının idarə olunması; dəniz mühitinin mühafizəsi üzrə  təcrübə mübadiləsi; 

ətraf təbii mühitə  təsirin qiymətləndirilməsi; tullantıların, o cümlədən təhlükəli 

tullantıların idarə olunması; transsərhəd çaylar vasitəsilə radioaktiv çirklənmənin 

nəqlinin öyrənilməsi; atmosfer havasının mühafizəsi və iqlim dəyişmələrinin nəti-

cələrinin azaldılması; meşələrin idarə olunması; meşəsalma və Tərəflərin birgə maraq 

obyekti olan digər sahələr.  

AR Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında  Ətraf mühitin 

mühafizəsi sahəsində əməkdaşlığa dair 22 fevral 2007-ci il tarixli Saziş ətraf mühitin 

mühafizəsi üzrə  Tərəflərin  əməkdaşlığının bu sahələrini müəyyən edir: xüsusi mü-

hafizə olunan ərazilərin idarə olunması; bioloji müxtəlifliyin qorunması; ətraf mühitə 

təsirin qiymətləndirilməsi, transsərhəd kontekstinin daxil edilməsi; tullantıların (o 

cümlədən təhlükəli tullantıların) idarə olunması; qanunvericilik və digər normativ 

aktların işlənib hazırlanması  və  tətbiq edilməsi; atmosfer havası, o cümlədən ozon 

təbəqəsinin qorunması, qlobal iqlim dəyişmələrinin və uzaq məsafələrdə havanın 

transsərhəd çirklənməsinin qarşısının alınması; meşələrin idarə olunması; mineral 

ehtiyatlarının idarə edilməsi, o cümlədən yeraltı  sərvətlərin tədqiqatı, kəşfiyyatı  və 

istismarı; ətraf mühit sahəsində elmi tədqiqatlar və monitorinq və digər sahələr. 

2 may 2007-ci il tarixli AR Hökuməti və Belarus Respublikası Hökuməti arasında 

Bitki karantini və mühafizəsi sahəsində  əməkdaşlıq haqqında Saziş (1, 566-574) isə 

ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın artıq konkret sahəsini nəzərdə tutur. 

Belə ki, Sazişə əsasən tərəflər ixrac və idxal olunan və ya tranzit daşınan karantin al-



 

117


tında olan materiallarla karantin zərərverici orqanizmlərinin AR və ya Belarus Res-

publikası ərazisinə keçməsinin qarşısını almalıdırlar. Bu məqsədlə Tərəflərdən birinin 

ərazisinə digər Tərəfin  ərazisindən idxal edilən karantin altında olan materialın hər 

yük partiyası üçün ixrac edən ölkənin bitki karantini və mühafizəsi xidməti tərəfindən 

verilmiş fitosanitar sertifikatları müəyyən olunur. Bu sertifikat karantin altında olan 

materialların idxal edən Tərəfin fitosanitar normalarına cavab verməsini təsdiq edir. 

Göstərilən ikitərəfli saziş  və razılaşmalarla yanaşı, 19 iyul 2004-cü ildə AR 

Ekologiya və  Təbii Sərvətlər Nazirliyi ilə Özbəkistan Respublikasının Nazirlər Ka-

bineti yanında Hidrometeorologiya Baş  İdarəsi arasında Elmi-texniki əməkdaşlıq 

haqqında Saziş, 5 avqust 2004-cü ildə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə 

İran  İslam Respublikasının  Ətraf Mühit Departamenti arasında Anlaşma Memo-

randumu, 7 may 2007-ci ildə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Misir Ərəb 

Respublikasının Misir Mineral Ehtiyatlar Qurumu arasında Texniki əməkdaşlığa dair 

Protokol, 4 oktyabr 2007-ci ildə AFR-in Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə 

Təhlükəsizliyi üzrə Federal Nazirliyi ilə AR Ekologiya və  Təbii Sərvətlər Nazirliyi 

arasında Təmiz inkişaf mexanizmi layihələrinin həyata keçirilməsi üzrə  əməkdaşlığa 

dair Anlaşma Memorandumu, həmçinin AR Hökuməti ilə AFR, Yaponiya, Ukrayna, 

Misir, Çexiya hökumətləri arasında ətraf mühitin mühafizəsi sahəsində və onun ayrı-

ayrı konkret istiqamətləri üzrə əməkdaşlığa dair Sazişlər imzalanmışdır. 

Beləliklə, son olaraq qeyd edə bilərik ki, ekoloji təhlükəsizlik sahəsində AR-in 

digər dövlətlərlə qarşılıqlı  əməkdaşlığında universal və regional beynəlxalq-hüquqi 

sənədlərlə yanaşı, ikitərəfli müqavilələrin də böyük rolu vardır. Məhz belə ikitərəfli 

müqavilə  və razılaşmalar dövlətlərin ekoloji təhlükəsizlik, eləcə  də bütövlükdə  ətraf 

mühitin mühafizəsinin konkret istiqamətləri üzrə mühüm əhəmiyyətə malikdir. Təhlil 

olunan müqavilələrdə tərəflərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsi tendensi-

yası özünü daha aydın  şəkildə biruzə verir. Belə ki, dövlətlərin  ətraf mühitin müha-

fizəsi, o cümlədən ekoloji təhlükəsizlik üzrə hər hansı hüquqlar həyata keçirməsi onun 

vəzifələrinin icrası ilə birbaşa şərtlənir. Bu isə beynəlxalq hüququn ius cogens norması 

olan beynəlxalq  əməkdaşlıq prinsipindən və beynəlxalq hüququn ümumtanınmış 

normalarından irəli gələrək ikitərəfli səviyyədə meydana çıxan münasibətlərin 

səmərəli şəkildə tənzimlənməsinə gətitrib çıxarır.  

Ekoloji təhlükəsizliklə bağlı ikitərəfli müqavilələr bütövlükdə beynəlxalq-

hüquqi tənzimetməyə çox ciddi şəkildə  təsir göstərir. Belə ki, universal beynəlxalq 

müqavilələrlə tənzimlənən münasibətlər ümumi xarakterli məsələləri əhatə etdiyindən 

həmin sənədlərdə  təsbit olumuş normaların mövcud problem üzrə bütün məsələlərin 

tənzimlənməsi qeyri-mümkündür (1, 256; 2, 165-166). 

Bundan başqa, ətraf mühitin mühafizəsi, xüsusilə ekoloji təhlükəsizliyin təmini 

sferasında Azərbaycan Respublikası  və Avropa İttifaqı arasında ikitərəfli münasibət-

lərin xarakteri daha mühüm əhəmiyyət kəsb edir. Belə ki, 1996-cı il tarixli Azərbaycan 

Respublikası  və Avropa İttifaqı arasında  Əməkdaşlıq və  Tərəfdaşlıq Sazişindən irəli 

gələrək Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması  məqsədilə Azərbaycan 

Respublikası qanunvericiliyi ilə  tənzimlənən  ətraf mühitin mühafizəsinin bir sıra 

mühüm komponentləri (suyun, o cumlədən içməli suyun mühafizəsi, atmosfer 

havasının mühafizəsi, tullantıların idarə olunması, kimyəvi maddələr, sənaye riskləri 

və biotexnologiya) ilə bağlı müddəaların gələcəkdə təkmilləşdirilməsi zamanı Avropa 

İttifaqı çərçivəsində qəbul edilmiş tövsiyə və direktivlərin nəzərə alınması zəruridir. 

 

ƏDƏBİYYAT 


 

118


1.

 

Əliyev Ə.İ. Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri: 



Dərslik. Bakı: Bakı Universiteti, 2007, 484 s. 

2.

 



Hüseynov L.H. Beynəlxalq hüquq. Bakı: 2008, 350 s. 

3.

 



Azərbaycan Respublikasının ekologiya qanunvericiliyi (normativ-hüquqi aktlar toplusu). I 

cild. Bakı: Qanun, 2006, 840 s. 

4.

 

Hüseynov S., Sarıyev R. Ekologiyanın fəlsəfi və hüquqi məsələləri. Bakı: Təknur, 2007, 454 s. 



5.

 

Yusifov E.F., Təhməzov B.H. Ətraf mühit, iqtisadiyyat, həyat. Bakı: EL-Alliance, 2004, 378 s.



 

6.

 



Авраменко И.М. Международное экологическое право. М.: Проспект, 2005 580 с. 

7.

 



Дикань  В.Л.,  Дейнека  А.Г.  Основы  экологии  и  природопользования.  Учебное 

пособие. Харьков: ООО Олант, 2002, 560 с. 

8.

 

Ерофеев Б.В. Экологическое право России. Изд. 20-е, перераб, и доп. М.: Проспект 



2007, 540 с. 

9.

 



Каспийская  Экологическая  Программа  Европейского  Союза:  Устойчивое  управле-

ние  рыбным  хозяйством  Каспия.  Отчет  о  проделанной  работе  № 2. Март-сентябрь 

2005, 278 с. 

10.


 

www.e-qanun.az 

11.

 

http://www.eco.gov.az/b-layihe.php 



12.

 

www.mnr.gov.ru



 

 

ФОРМИРОВАНИЕ И ТЕНДЕНЦИИ РАЗВИТИЯ ДВУСТОРОННИХ  



МЕЖДУНАРОДНО-ПРАВОВЫХ ОТНОШЕНИЙ СОТРУДНИЧЕСТВА  

АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ В ОБЛАСТИ  

ЭКОЛОГИЧЕСКОЙ БЕЗОПАСНОСТИ 

 

А.А.МАГЕРРАМОВ 

 

РЕЗЮМЕ 

 

В статье формирование и тенденции развития двусторонних международно-право-



вых отношений сотрудничества Азербайджанской Республики в области экологической 

безопасности  анализируются  на  основе  международной  практики.  В  этих  целях 

считается  целесообразным  изучение  соответствующей  практики  зарубежных  стран  в 

данной  сфере.  Делается  вывод,  что  во  взаимном  сотрудничестве  Азербайджанской 

Республики  с  другими  странами,  наряду  с  универсальными  и  региональными  меж-

дународно-правовыми  документами,  важную  роль  играют  также  двусторонние  дого-

воры,  в  которых  часто  регламентированы  права  и  обязанности  сторон.  Кроме  того,  в 

статье  исследуется  важная  роль  двусторонних  отношений  между  Азербайджанской 

Республикой и Европейским Союзом по охране окружающей среды и в сфере обеспечении 

экологической безопасности. 

 

 

 

FORMATION AND DEVELOPMENT TENDENCIES OF BILATERAL 

INTERNATIONAL LEGAL COOPERATION RELATIONS OF THE AZERBAIJAN 

REPUBLIC IN THE SPHERE OF ECOLOGICAL SAFETY  

 

A.A.MAHARRAMOV 

 

SUMMARY 

 

The article analyzes formation and development tendencies of bilateral international legal 

cooperation relations of the Azerbaijan Republic in the sphere of ecological safety in accordance 

with international practice. For this purpose, it’s expedient to study bilateral cooperation of foreign 



 

119


states in the sphere of ecological safety. It’s concluded that in mutual cooperation of the Azerbaijan 

Republic with other countries, alongwith universal and regional international legal documents, 

bilateral contracts which regulate rights and duties of the parties are of great significance. Besides, 

the important character of mutual relations between the Azerbaijan Republic and the European 

Union on the protection of environment and in the sphere of maintenance of ecological safety is 

elucidated in the article. 



 

 

Yüklə 300,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin