33
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Sosial-siyasi elmlər seriyası
2010
ŞƏXSİN SAĞLAM ƏTRAF MÜHİTDƏ YAŞAMAQ HÜQUQUNUN
POZULMASI NƏTİCƏSINDƏ ONA DƏYMİŞ ZİYANIN ÖDƏNİLMƏSİ
A.S.TALIBOV
Bakı Dövlət Universiteti
azad_talibov@mail.ru
Təqdim olunan məqalə müasir dünyada ən çox müzakirə edilən ətraf təbii mühitin
çirkləndirilməsinin insan orqanizminə vurduğu ziyanın qüvvədə olan qanunvericilikdə və məh-
kəmə təcrübəsində hesablanılmasının mövcud qaydaları və onun inkişafının bəzi perspek-
tivlərinə həsr edilmişdir. Müəllifin fikrinə görə, bu sahədə hər bir şəxsin onun ekoloji maraq-
larının həyata keçirilməsi ilə əlaqədar olan hüquqları və şəxsin pozulmuş və ya pozulmaqda
davam edən ekoloji maraqlarının müdafiəsinə yönələn hüquqları vardır. Məqalədə daha geniş
yer şəxsin sağlam ətraf mühitdən istifadə hüququnun pozulması nəticəsində ona dəymiş maddi
və mənəvi ziyanın kompensasiyası məsələlərinə verilmişdir.
Ətraf mühitin insanın təsiri nəticəsində nə dərəcədə dəyişilməsi və bunun
nəticəsində insanın da digər canlılarla birgə üzləşə biləcəyi problemlər qlobal səviy-
yədə ən çox müzakirə olunan mövzulardandır. Ərazisində yaşadığımız Bakı şəhərinin
ekoloji vəziyyətinin beynəlxalq miqyasda nə dərəcədə olması çoxdan sirr deyil. Mə-
sələn, dunyanın ən məşhur jurnallarından sayılan “Forbes” jurnalının 2008-ci ildə
verdiyi məlumata əsasən, Bakı şəhəri Yer kürəsinin ən çirkli şəhəri kimi qeyd olun-
muşdur. Əlavə etmək lazımdır ki, Bakı, Moskva və Alma-Ata şəhərləri istisna olmaq-
la digər keçmiş sovet məkanı şəhərləri bu siyahıya düşməmişlər. Avropanın da heç bir
şəhəri bu siyahıda yoxdur (1).
Blacksmith Institutunun (ABŞ) apardığı tədqiqatların nəticələrinə görə Sumqa-
yıt şəhəri də oradakı sənaye komlekslərinin fəaliyyəti nəticəsində dünyanın ən çirkli
şəhərlərindən birinə çevrilmişdir (2). Dünyada son illər həmçinin ekoloji cəhətdən ən
təmiz və ən çirkli ölkələrin də siyahıları tutulur. Məsələn Blacksmith İnstitutunun
2007-ci ildə dərc etdiyi tədqiqatlara görə dünyanın ekoloji cəhətdən ən çirkli ölkə-
lərinin siyahısına Azərbaycan, Çin, Hindistan, Peru, Rusiya, Ukrayna və Zambiya
daxil edilmişdir (3). Yel və Kolumbiya Universitetlərinin( ABŞ) ekspertlərinin apar-
dıqları tədqiqatların nəticəsinə əsasən ekoloji göstəricilərə görə dünyanın ən təmiz
ölkələri: İsveçrə, İsveç, Norveç, Finlyandiya, Kosta Rika, Avstriya, Yeni Zelandiya,
Latviya, Kolumbiya, Fransa, İslandiya, Kanada və s.-dir (4).
Yuxarıda göstərilən statistik məlumatlar şəxsin sağlam ətraf mühitdə yaşamaq
hüququnun Azərbaycan vətəndaşları üçün nə dərəcədə əhəmiyyətli olmasını sübut
edir. Azərbaycan Respublikası Konstitutsiaysının 39-cu maddəsi sağlam ətraf mühit-
də yaşamaq hüququ adlanır. Qeyd olunan normaya ğörə, hər kəsin sağlam ətraf mü-
hitdə yaşamaq hüququ vardır. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat
toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurul-
34
muş zərərin əvəzini almaq hüququ vardır (5).
Hər bir şəxs ətraf mühitlə təmasda olması prossesində bir sıra hüquqlara malik
olur ki, bunların da həm Beynəlxalq əhəmiyyətli Konvensiyalarda, həm də müxtəlif
dövlətlərin milli qanunvericiliyində öz əksini tapmış olur. Zənnimizcə, qeyd olunan
hüquqa aid olan bütün hüquqları 2 növdə fəqləndirmək olar: şəxsin ekoloji ma-
raqlarının həyata keçirilməsi ilə əlaqədar olan hüquqlar və şəxsin pozulmuş və ya
pozulmaqda davam edən ekoloji maraqlarının müdafiəsinə yönələn hüquqlar. Şəxsin
ekoloji maraqlarının həyata keçirilməsi ilə əlaqədar olan hüquqlara aşağıdakı
hüquqları aid etmək olar:
1) şəxsin onun sağlamlığı və həyatı üçün əlverişli olan ətraf təbii mühitdən
istifadə etmək hüququnu;
2) şəxsin müəyyən edilmiş qaydada ətraf mühiti dəyişdirmək hüququnu ;
3) şəxsin ətraf mühitin vəziyyəti barədə informasiya almaq hüququnu.
Şəxsin ekoloji maraqlarının həyata keçirilməsi ilə əlaqədar olan hüquqlarla
yanaşı həmçinin şəxsin pozulmuş və ya pozulmaqda davam edən ekoloji maraqlarının
müdafiəsinə yönələn hüquqları da vardır. Belə hüquqlara aiddir:
1) dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən ətraf təbii mühitin
çirkləndirilməsinə yönələn konkret fəaliyyət növünə və ya müntəzəm olaraq davam
edən bu cür hərəkətlərə son qoymağı tələb etmək;
2) ətraf təbii mühitin çirkləndirilməsi nəticəsində ona dəymiş maddi ziyanın
əvəzinin ödənilməsini tələb etmək;
3) ətraf təbii mühitin çirkləndirilməsi
II
ə əlaqədar ona dəymiş mənəvi
(psixoloji) ziyanın kompensasiyasını tələb etmək hüququ.
Sırf mülki hüquq nöqteyi-nəzərindən yuxarıda sadalanan üç hüquq mülki
hüquqların müdafiə vasitələrinə aid edilir. Lakin bizim məqsədimiz şəxsin ətraf təbii
mühitlə təmasda olma prosesində malik olub həyata keçirə biləcəyi bütün səlahiy-
yətləri bir-bir nəzərdən keçirməkdir. Bu səbəbdən də biz mülki hüquqların mümkün
olan müdafiə vasitələrini də subyektiv hüququn məzmununda nəzərdən keçiririk.
Beləliklə, qeyd etdiyimiz səlahiyyətlərdən (hüquqlardan) biri də dövlət orqan-
larından, hüquqi və fiziki şəxslərdən ətraf təbii mühitin çirkləndirilməsinə yönələn
konkret fəaliyyət növünə və ya müntəzəm olaraq davam edən bu cür hərəkətlərə son
qoymağı tələb etmək hüququdur. Azərbaycan Respublikasının “Ətraf mühitin mühafi-
zəsi haqqında” 8 iyun 1999-cu il tarixli Qanunun 6-cı maddəsində göstərildiyi kimi,
fiziki şəxslər ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyəti orqanlarına və təş-
kilatlarına müraciət etmək, həmçinin ictimai ekoloji ekspertiza haqqında təkliflər
vermək hüququna malikdirlər (6).
Məlumdur ki, müasir dövrdə ətraf mühitin mühafizəsi sahəsində bir sıra ictimai
birliklər də fəaliyyət göstərirlər. Göstərilən təşkilatların da məhz bu sahədə geniş hü-
quqları vardır. “Ətraf mühitin mühafizəsi haqqında” 8 iyun 1999-cu il tarixli Qa-
nunun 7-cı maddəsinin 6 və 7-ci bəndlərinə əsasən, ictimai birliklər inzibati və
məhkəmə qaydasında ekoloji cəhətdən zərərli müəssisələrin, tikililərin və qurğuların
yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi, o cümlədən ətraf
mühitə və insanların sağlamlığına mənfi təsir göstərən təsərrüfat fəaliyyətinin məh-
dudlaşdırılması, müvəqqəti və daimi dayandırılmasını tələb etmək hüququna, həm-
çinin təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb
edilməsi barədə məsələlər qaldırmaq hüququna malikdirlər.
Əfsuslar olsun ki, Azərbaycan Respublikasında şəxsin sağlam ətraf mühitdə
35
yaşamaq hüququnun pozulması nəticəsində ona dəymiş ziyanın ödənilməsi ilə əla-
qədar məhkəmə təcrübəsi hələ də yoxdur. Zənnimizcə, bunun əsas səbəblərindən biri
insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun nədən ibarət olmasını kifayət
qədər dərk etməmələri və bu hüququn pozulduğu halda onların hansı müdafiə
vasitələrindən istifadə edə bilməsi imkanlarını bilməmələrindədir. Baxmayaraq ki,
Azərbaycan Respublikası “Ətraf mühitə dair informasiya aşkarlığı, ictimaiyyətın bu
sahədə qərarlar qəbul olunmasında iştirakı və ədalət mühakiməsinin aşkarlığı barədə”
25 iyun 1998-ci il tarixli Aarxus Konvensiyasına 1999-cu ildən qoşulmuşdur, lakin bu
sahədə problemlər yenə də qalır. Göstərilən Konvensiyanın 1-ci maddəsinə əsasən:
“İndiki və gələcək nəslin nümayəndəsi olan hər bir insanın, onun sağlamlığı üçün
əlverişli olan ətraf mühitdə yaşamaq hüququnun müdafiəsinin təmin edilməsi üçün
konvensiyanın iştirakçıları olan tərəflər bu konvensiyanın şərtlərinə uyğun olaraq,
ətraf mühitə dair informasiyanın aşkarlığına, ictimaiyyətin bu sahədə qərarlar qəbul
olunmasında iştirakına və bu sahədə ədalət mühakiməsinin aşkarlığı barədə təminat
verirlər” (7). Çində adı gedən Konvensiyanın şərtlərinin cəmiyyətdə çox geniş tətbiqi
nəinki onların məhkəmə təcrübələrindən məlumdur, bu həmçinin əhali təbəqələrinin
ekoloji problemlərlə əlaqədar kifayət qədər məlumatlandırılması və ictimaiyyətin bu
sahədə qərarlar qəbul olunmasında bizim ictimaiyyətdan fərqli olaraq daha aktiv
olmasında da özünü biruzə verir. Məsələn, “
T
Gansu Economic Daily” 2007-ci ildən
etibarən “Əhalinin ekoloji hüquqlarının müdafiəsi” bölməsini yaratmış və hər həftə
vətəndaşların ekoloji hüquqlarının müdafiəsi ilə əlaqədar Çinin məhkəmə təcrübə-
sinin materiallarını müvafiq hüquqi kommentariyalarla birgə dərc edir
T
(8).
Şəxs sağlam ətraf mühitdə yaşamaq hüququnun pozulması nəticəsində ona
dəymiş ziyanın ödənilməsini tələb edə bilər. Bu kimi məhkəmə işlərində ətraf mühitə
təhlükəli təsir edən fəaliyətlə məşğul olan həm hüquqi şəxslər, həm də fiziki şəxslər
cavabdeh ola bilərlər. Göstərilən hüququn təmin edilməsi 2 müxtəlif formada: qeyri-
yurisdiksiya formasında, yəni könüllü formada, həmçinin yurisdiksiya formasında,
yəni məhkəmə qaydasında təmin edilə bilər. Fiziki şəxsə dəymiş maddi zərər həm real
zərər, həm də əldən çıxmış fayda formasında olur. Bu halda real zərər - zərər çəkən
şəxsin müalicəsinə, dava-dərmanına və s. çəkilən xərclərdə əks oluna bilər. Daha də-
qiq desək, Mülki Məcəllənin 1118-ci maddəsinin 1-ci bəndində göstərildiyi kimi,
şəxsin sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müa-
licəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının
qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə,
başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçə-
kənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq
hüququnun olmadığı müəyyənləşdirilsin. Əldən çıxmış faydanın müəyyən olunması
Mülki qanunvericilikdə istifadə olunan “itirilmiş qazancın” hesablanılması qaydasına
əsaslanır. Mülki Məcəllənin 1119-cu maddəsində göstərildiyi kimi, zərərçəkənin itir-
diyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlam-
lığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki
orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər
zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək
qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəl-
məlidir. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində,
həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənil-
məsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Zərərçəkənin orta aylıq qa-
36
zancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gə-
lirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək
zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazancı (gəliri) sağ-
lamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi
məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır (9).
Şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququnun pozulması nəticəsində ona
dəymiş ziyan yalnız maddı ziyan formasında deyil, həmçinin qeyri-maddi ( mənəvi)
ziyan formasında da biruzə verə bilər. Bu halda belə ziyanla üzləşmiş şəxs mənəvi
ziyanın kompensasiyasını tələb etmək hüququna malik olur. Bəzi müəlliflər qeyd
edirlər ki, şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququnun pozulması nəticəsində
onun sağlamlığına ziyan dəyərsə, o, yalnız mənəvi ziyanın kompensasiyasını tələb
edə bilər və bu onun yeganə imkanı ola bilər (10, 11). Zənnimizcə, bu fikirlə razılaş-
maq qəti olmaz. Çünki şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququnun pozulması
nəticəsində onun sağlamlığına həm maddı ziyan, həm də qeyri-maddi (mənəvi) ziyan
dəyə bilər. Bəzən bunlardan hər ikisi, bəzən də yalnız biri məhkəmədə iddia
predmetini təşkil edə bilər. Bu kimi məhkəmə işlərində maddi ziyanın kompensa-
siyasından fərqli olaraq, mənəvi ziyanın kompensasiyası qanunvericilik səviyyəsində
həll olunmamış bir sıra problemlərlə üzləşir. Bu sahədə mövcud olan əsas problem,
qüvvədə olan milli qanunvericilikdə mənəvi ziyanın anlayışının verilməməsindədir.
İkinci problem isə mənəvi ziyanın kompensasiyası ilə əlaqədar olan işlərdə
məhkəmələr tərəfindən rəhbər tutulmalı əsas meyarlar barədə mülki və digər hüquq
sahələrində konkret normaların olmamasındadır. Baxmayaraq ki, Azərbaycan məhkə-
mələri son 10-15 il ərzində mənəvi ziyanın kompensasiyası ilə əlaqədar işləri həll
etməklə müəyyən təcrübə qazanmışlar. Ancaq yenə də bir sıra hallarda mənəvi ziya-
nın kompensasiyası barədə məhkəmə qərarı yalnız hakimin fərdi qənaətlərinə əsasla-
nır. Zənnimizcə, ümumi hüquq sisteminin qüvvədə olduğu ABŞ, Böyük Britaniyadan
fərqli olaraq, məhkəmə presedentlərinin tətbiq olunmadığı bir dövlətdə bu müsbət
nəticələr verə bilməz. Qeyd olunan dövlətlərdə məhkəmələrin bu sahədə yüz ildən
artıq təcrübəsi vardır. Bütün məhkəmə presedentləri isə sonrakı oxşar presedentlərin
həllində tətbiq olunmaq üçün mənbə rolunu oynayır. Bundan əlavə, Azərbaycan
qanunvericisi bilavasitə bu sahəni tənzimləyən qanunlarda mənəvi ziyanın kompen-
sasiyasını göstərmir. Məsələn, Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizə-
si haqqında” 8 iyun 1999-cu il tarixli Qanunun XIII fəslində birbaşa mənəvi ziyanın
kompensasiyası nəzərdə tutulmamışdır. Mənəvi ziyanın kompensasiyası barədə nor-
manı yalnız Azərbaycan Respublikasının “Ətraf mühitə dair informasiya almaq
haqqında” 12 mart 2002-ci il tarixli Qanunun 11-ci maddəsinin 2-ci bəndi nəzərdə
tutulmuşdur. Həmin normaya əsasən, ətraf mühitə dair qeyri-dəqiq və ya əsassız
imtina cavabı alanlar onlara dəyən maddi və mənəvi zərərin ödənilməsini tələb etmək
hüququna malikdirlər. Bu normanın həmin sahədəki təcrübədə və qanunvericilikdə nə
qədər əhəmiyyətli olmasını dərk etmək çətin deyil. Bununla belə bu norma, gös-
tərilən sahədəki məhkəmə təcrübəsi üçün kifayət olmayıb yalnız ətraf mühitə dair
qeyri-dəqiq informasıyanın verilməsi və ya bu cür informasiyanı verməkdən imtina-
nın nəticəsində dəymiş mənəvi ziyanın kompensasiyası hallarında tətbiq edilə bilər.
Zənnimizcə, Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” 8
iyun 1999-cu il tarixli Qanununun 79-cu maddəsinin 5-ci bəndinə aşağıdakı redaksi-
yada cümlə əlavə edilməlidir: ”Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin
pozulması ilə əlaqədar vətəndaşlara dəymiş mənəvi ziyan məhkəmənin qərarına əsa-
37
sən kompensasiya olunmalıdır. Kompensasiya məbləği müəyyən olunarkən Mülki
qanunvericilik normaları və bu xarakterdən olan məhkəmə təcrübəsi nəzərə alın-
malıdır”.
Belə məhkəmə mübahisələrində həm maddi, həm də mənəvi ziyanın kompen-
sasiyası üçün aşağıdakı şərtlərin olması vacibdir: hüquqazidd əməl, ziyan və ya zərər
vurulması, ziyanvuranın hüquqazidd əməli ilə zərərçəkən şəxsin üzləşdiyi maddi və
ya mənəvi ziyan arasında səbəbli əlaqə, ziyan vuran şəxsin təqsiri.
Ukrayna müəllifi S. V. Vasilyev qeyd edir ki, bu kimi məhkəmə işlərində insan
orqanizmində yaranan bəzi spesifik xəstəliklərə dair səbəbli əlaqəni müəyyən etmək
üçün aşağıdakı problemləri həll etmək lazımdır: xəstəlik törədən və ya sağlamlığı
başqa cür pozan ziyanlı əşyanı və onun təsirinin tibbi aspektlərini; onun insan or-
qanizminə daxil olmasının mümkün olan yollarını və anını; bu əşyanın hər hansı
emissiya mənbəyinə məxsusluğunu müəyyət etmək lazımdır (11). Bəzən bu kimi
məhkəmə işlərində konkret ərazidə yerləşən müəyyən obyektlərin fəaliyyətinin
məsələn, müəssisələrin insan orqanizmi və onun sağlamlığı üçün nə dərəcədə təhlükə
kəsb etməsi faktı ilə yaxın ərazidə yaşayan insanların sağlamlığında yaranan bəzi
xroniki xəstəliklər və ya digər mənfi nəticələr arasında səbəbli əlaqənin olması faktını
sübuta yetirmək çox çətin olur. Bunun sübuta yetirilməsi, Rusiya müəllifi M.İ.Va-
silyevanın qeyd etdiyi kimi, xüsusən insan sağlamlığına vurulmuş ekoloji ziyanın
zaman nöqteyi-nəzərdən uzanması hallarında daha da çətinləşir (12). Məlumdur ki,
ekoloji problemlərin mənfi nəticələri bir qayda olaraq, insan orqanizmində tədricən,
yəni müəyyən vaxtdan sonra biruzə verir. Bu kimi problemlər bəzən ekoloji prob-
lemin baş verdiyi vaxt yetkin yaşında olan insanların səhhətində deyil, böyüməkdə
olan və ya konkret ekoloji problemin baş verməsindən sonra doğulmuş insanların
səhhətində biruzə verə bilər. On ildir ki geridə qoyduğumuz XX əsr bəşər tarixində
bir sıra müsbət yenilikləri ilə yanaşı, həmçinin bəzi neqativ hadisələri ilə də yadda
qalmışdır. Bu, xüsüsən insanın ətraf mühiti, insanların həyat və sağlamlığını və
ekosistemin digər növlərini həm məqsədyönlü şəkildə, bəzən isə ağılasığmaz şəkildə
sarsıtması halları ilə müşayiət olunmuşdur. Məsələn, Yaponiyanın Hirosima və
Naqasaki şəhərlərinin 1945-ci ilin avqustun 6-ı və 9-u nüvə silahı ilə bombardman
edilməsi, o cümlədən Ukraynanın Çernobıl şəhərində 1986-cı ilin aprelin 26-da atom
elektrik stansiyasında partlayışın baş verməsi bu misallara aiddir. Yaponiyanın
Hirosima və Naqasaki şəhərlərinin 1945-ci ilin avqustun 6-ı və 9-u (2 gün ərzində)
nüvə silahı ilə bombardman edilməsi nəticəsində 170 000-dən çox əhali həlak olmuş,
hadisədən bir neçə ay sonra isə həmin hadisə zamanı təhlükəli zonada yaşamış və sağ
qalmış əhalidə qızdırma, xroniki yorğunluq, diareya, saçların tökülməsi, depressiya,
daimi ürək bulantıları və s. sindromlar aşkar olunmuşdu. Sonralar həkimlər bu
sindromları “şüalanma xəstəliyinin” və ya “ciddi şüa sindromu”nun əlamətlərinə aid
edilmişdir. Tədqiqatçıların qənaətlərinə görə, göstərilən xəstəlik öz növbəsində insan
orqanizminin müxtəlif cür viruslara qarşı mübarizə qabiliyyətini kəskin zəiflədir.
Həmin hadisələrdən 50 il keçəndən sonra da Naqasaki şəhərində sağ qalanlar arasında
məhz şüalanmanın təsiri nəticəsində leykemiya xəstəliyinin xüsusilə genişlənməsi
məlum olmuşdur. Bu xəstəliyin həmin hadisələrin baş verdiyi zaman daha çox gənc
olmuş şəxslər arasında yayılması faktı da sübuta yetirilmişdi (13).
Eyni faktlar Ukraynada da aşkar edilmişdir. İsrail və Ukrayna alimlərinin
keçirdiyi birgə tədqiqat əsasında məlum olmuşdur ki, Çernobıl qəzasının nəticələrinin
aradan qaldırılmasında iştirak etmiş şəxslərin ailələrində sonradan doğulmuş uşaq-
38
larda bəzi genetik mutasiya problemləri yaranmış, hansı ki, onların barmaqlarında
əlavə naxışların yaranmasında da biruzə verir (14).
Əgər ətraf mühitə ziyan vuran obyekt mülki qanunvericiliklə müəyyən edilmiş
yüksək təhlükə mənbəyinə aid edilə bilərsə, onda təqsir ziyan vuran şəxsin mülki
hüquqi məsuliyyətə cəlb olunması üçün heç bir əhəmiyyət kəsb etmir. Yəni bu halda
təqsirsiz delikt məsuliyyəti yaranır.
T
ƏDƏBİYYAT
1.
T
Tiffany M. Luck “The world’s dirties cities” -http://www. forbes. com/2008/02/26/ pollu-
tion-baku-oil-logistics-cx_tl_0226dirtycities.html.
2.
THT
http://www.blacksmithinstitute.org/wwpp2007/final
TH
report 2007.pdf.
3.
T
Pollution- http://en.wikipedia.org/wiki/Pollution
4.
T
Top 20 World’s cleanest countries.- http:// iipalbanjary.net/net/top-20worlds-cleanestcountries/
5.
T
Azərbaycan Respublikasının Konstitutsiyası. Bakı: Hüquq ədəbiyyatı, 2002, 709.
6.
T
Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” 8 iyun 1999-cu il
tarixli Qanunu
7.
T
http://www.unece.org/env/pp/documents/cep43e.pdf
8.
T
Cases of Citizens Defending Environmental Rights: Tianjin Company Sued for Water
Pollution Damages Filed Under
H
CLAPV Cases
H
By
H
Greenlaw
H
· April 15, 2009-http:
//www. Greenlaw.orq.cn/blog/p=956.
9.
T
Azərbaycan Respublikasının Mülki Məcəlləsi.Bakı. Digesta, 2000
10.
T
И.П.Манкевич Право граждан на блогоприятную окружающую среду (гражданско-
правовой аспект). Автореферат диссертации на соискание ученой степени канди-
дата юридических наук. Cпециальность 12.00.03 – Гражданское право; Предприни-
мательское право; Семейное право; Международное частное право / Белорусской
государственный Экономичесий университет. Минск: 2002, 18 с.
11.
T
С.В.Васильев “
HT
Д
TH
оказывание и доказательства
HT
в делах о возмещении вреда
TH
HT
причи-
ненного здоровью граждан
TH
неблагоприятным
HT
воздействием природной среды
TH
в
гражданском процессе
HT
Украины
TH
”-
HT
Государство и право
TH
-2000, № 10, с.79-84.
12.
T
М.И.Васильева “Правовые проблемы возмещения вреда
HT
причиняемого здо-
ровью
TH
HT
граждан
TH
HT
неблагоприятным воздействием окружающ
T
ей
T
сред
TH
е”-
HT
Государство
и право
TH
-2008, № 10, с.26-36.
13.
T
Lindsey Anhalt”The atomic bomb-A study of aftermath, December 2000-http: //
artsci.wustl.edu/~copeland/ atomicbomb. html
14.
T
H.Sh.Weinberg and others “High mutation rate in Chernobyl children”-The Royal
Society. Doi10.1998/rspb.2001.1650
T
ВОЗМЕЩЕНИЯ ВРЕДА
HT
ПРИЧИНЯЕМОГО ЗДОРОВЬЮ
TH
HT
ГРАЖДАН
TH
В
T
СЛЕДСТВИИ
T
HT
НАРУШЕНИЯ ПРАВА ЖИТЬ В БЛАГОПРИЯТНОЙ
ОКРУЖАЮЩЕЙ СРЕДЕ
TH
T
А.С.ТАЛЫБОВ
T
РЕЗЮМЕ
HT
Д
THHT
анная статья
TH
HT
посвящена
TH
HT
H
одной из наиболее обсуждаемых вопросов относи-
тельно
TH
T
возмещени
T
я
T
вреда
TH
HT
причиненного здоровью граждан
TH
неблагоприятным
HT
воздей-
ствием природной среды
TH
и
T
перспективам
T
его
T
развития
HTT
в действующем законодательстве
и судебной практике
TH
. П
T
о мнению
T
автора,
HT
каждое лицо
TH
HT
владеет
TH
права
T
ми
T
связанными с
осуществлением экологических интересов, и права
T
ми
T
связанными с защитой нарушен-
39
ных экологических прав. В статье большое место уделяется вопроса
T
м к
T
омпенсации
морального вреда и возмещении материального ущерба
HT
причиненного здоровью граж-
дан
TH
неблагоприятным
HT
воздействием природной среды
TH
.
COMPENSATION FOR THE HARM CAUSED TO THE HEALTH OF CITIZENS
AS A RESULT OF VIOLATION OF THE RIGHT TO LIVE IN THE SUPPORTIVE
ENVIRONMENT
A.S.TALIBOV
SUMMARY
This article deals with one of the most debated issues concerning compensation for the
harm caused to the health of citizens from the impact of the environment and its prospects for
development in the existing legislation and judicial practice. The author believes that every
person has rights associated with the implementation of environmental interests, and rights
related to the protection of violated environmental rights. The paper focuses on the illustration
of non-pecuniary damage and pecuniary damage to the health of citizens from the impact of
the environment.
Dostları ilə paylaş: |