29
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elml
ər seriyası
2013
UOT 398:801.6; 398:82.0; 801.8
SMOMPK MƏCMUƏSİNDƏ AZƏRBAYCAN XALQ ƏFSANƏ VƏ
RƏVAYƏTLƏRİNİN YERİ
L.F.
ƏLƏKBƏROVA
Bakı Dovlet Universiteti
l-alekperova70@mail.ru
M
əqalədə SMOMPK məcmuəsinin müxtəlif buraxılışlarında çap olunmuş Azərbaycan
əfsanə və rəvayətləri geniş təhlil süzgəcindən keçirilir. Müəllif SMOMPK məcmuəsinin II
buraxılışında Nuh peyğəmbər, Hal anası, Nəxşi-Nərgiz və Kəg bulaqları, Xudi-Divan ağacı,
Əshabi-Kəhf və s. ilə bağlı nəşr olunmuş əfsanə və rəvayətlər haqqında ətraflı məlumat verir.
“Əshabi-Kəhf dağı haqqında” əfsanəsindən danışılarkən V.Basilov, Q.Snesaryov və başqa
aliml
ərin bu mövzuda apardıqları araşdırmalarına istinad edilir. Müəllif SMOMPK məcmuə-
sinin VII buraxılışında Nohur gölü, Pəri-qala, yəni Tamara qalası, yalançı pirlər və onların
sahibl
əri haqqında əfsanə və rəvayətlərə toxunursa, həmin məcmuənin XIII buraxılışında Bakı
şəhərində yazıya alınmış tarixi və dini şəxsiyyətlər haqqında olan əfsanə və rəvayətləri
h
ərtərəfli araşdırır. Həmin buraxılışlarda müxtəlif əfsanə və rəvayətləri ermənilərin özünün-
kül
əşdirməyə cəhd etməsi açıq-aşkar görünür. Məqalənin müəllifi həmin saxtakarlıq faktlarını
v
ə onların obyektiv və subyektiv səbəblərini göstərir.
Açar sözl
ər: SMOMPK, əfsanə, rəvayət, İlan-dağ, Əshabi-kəhf, tarixi şəxsiyyətlər, dini
şəxsiyyətlər
SMOMPK m
əcmuəsi Azərbaycan folklorunun müxtəlif bölgələrindən
toplanıb sistemli şəkildə həm doğma dildə, orijinalda, həm də ruscaya tərcümə
olunaraq çap edildiyi ilk m
ənbədir. 1881-1926-cı illərdə nəşr olunan həmin
toplunun bir çox buraxılışlarında xeyli sayda Azərbaycan əfsanə və rəvayətləri
yer almışdır. Həmin əfsanə və rəvayətlərin məzmunu müxtəlifdir.
İlk öncə II buraxılışda «Naxçıvan şəhəri və Naxçıvan qəzası» adlı məqa-
l
ədə Nuh peyğəmbərlə bağlı əfsanələrə rast gəlirik [12, 109-117]. Etnoqrafik
s
əpkidə yazılan bu məqalədə İncil və Tövratdan bir neçə əfsanə nümunəsi
verilir. Burada Nuhun Naxçıvana gəlməsi, onun gəmisinin İlan-dağa dəyməsi
v
ə s. təsvir olunur. Belə deyilir ki, guya gəmi Ağrıdağda dayanan zaman Nuh
peyğəmbərin gözü bir quru yer görür və dərhal onun dilindən «erevume» yəni
«görünür» sözü çıxır [12, 109-118]. Və o vaxtdan həmin yerin adı «erevume»
qa
lmışdı. Sonradan bu ad İrəvan şəhərinə verildi. Naxçıvan şəhərinin adı isə
«birinci köç yeri» v
ə ya «birinci məskən» kimi izah olunur. Bundan sonra bir
30
q
ədər Nuh və onun ailəsi haqqında məlumat verilir, Arkurı kəndinin yaxınlı-
ğında onun üzüm bağlarının salınması haqqında bəhs edilir. Hətta vəfat etdik-
d
ən sonra Nuhun və onun ailəsinin məzarlarının ibadətgahlara, müqəddəs yer-
l
ərə, xalqın inanc yerlərinə çevrilməsi vurğulanır. Həmin yerlərdə olan tarixi
abid
ələrdən, məscid və qalalardan danışarkən bir qədər tarixə nəzər Salınır.
Lakin çox t
əəssüf ki, bu tarixi faktlar, hətta Nuh peyğəmbər və onun ailəsi belə
burada erm
əniləşdirilir. Bu kimi ağ yalanların, saxtakarlıqların irəlidə biz hələ
çox şahidi olacağıq.
H
əmin buraxılışda çap olunmuş ikinci rəvayət vəba və suçiçəyi xəstəlik-
l
əri haqqında inanc-rəvayətdir. Qeyd etmək istərdik ki, tədqiq etdiymiz məc-
mu
ədə çox vaxt inanclar, onları əmələ gətirən rəvayətlərlə birgə verilmişdir. Bu
s
əbəbdən bunları birgə nəzərdən keçirmək daha məqsədəuyğundur. Beləliklə,
x
əstəliklər haqda bəhs edən rəvayətdə vəba gənc qız, suçiçəyi isə gənc oğlan
kimi t
əsvir olunur. Lakin hər ikisi mələklərə bənzər fövqəlqüvvədirlər [12, 41-
42]. V
əba-qız ev-ev gəzib insanların alın yazısını oxuyur («Alın yazısı» anlamı
ətək yazısında həm azərbaycanca, həm də ermənicə izah olunur). Alın yazısını
oxuyan v
əba kiminsə əcəlinin çatdığını öyrəndikdə həmin adama çubuq vurur.
O adam x
əstələnib ölür. O evdə ki, heç kəsin əcəli çatmayıb, kimsə xəstələnsə
d
ə ölməyəcək. Suçiçəyi isə gəzərək xəstəlik toxumunu səpir. Oğlan qiyafəsində
olan bu m
əxluqa Tanrı artıq toxum vermir, ona görə də, insan ömründə yalnız
bir d
əfə həmin xəstəliyə tutulur.
Üçüncü r
əvayət «Yaxalanmış şeytan Barkants-tev haqqında rəvayət»
adlanır. Burada Azərbaycan xalqı içərisində geniş yayılmış Hal anası haqqında-
kı rəvayətlər cəmləşdirilmişdir [12, 42-44]. Deyilir ki, şeytan insan qiyafəsində
olur, ad
ətən su altında, dəyirman çarxının altında yaşayır. Bir gün Azərbaycan
vilay
ətində Salmast obasında yaşayan Barik adlı şəxs qız qiyafəsində olan bir
şeytanı tutub evinə gətirir. Qadın-şeytanlar Barikin arvadını öz məclislərinə
aparırlar. Bir dəfə həmin Barik atların tərkini qırlayıb çölə buraxır. Atlar evə
qayıdanda birinin tərkinə qız-şeytan yapışıb qalır. Qızın boğazına dəmir halqa
keçirirl
ər. Həmin gündən o, evdə xidmətçi olur. Lakin bir gün ev yiyəsinin
anası qızı yuyundurarkən qız-şeytan hiylə işlədir. Xahiş edir ki, halqanı bir az
boşaltsınlar. Halqa aralanan kimi qız dərhal yox olur. Gördüyümüz kimi, bu
r
əvayəti ermənilər bizdən mənimsəyiblər. Hal anasının qırlanmış atın tərkinə
yapışması, ona sonradan dəmir iynə keçirilərək evdə saxlanması, hiylə ilə
d
əmirdən və eləcə də evdə nökər yerinə işlədilməkdən yaxa qurtarması haqda
vaxtil
ə akademik V.A.Qordlevski geniş bəhs etmişdir [9, 312-315].
Daha bir r
əvayət Nəxşi-Nərgiz və Kəg bulaqları haqqındadır. Artıq
adından bilinir ki, bu Azərbaycan folkloru nümunələrindəndir. «Nəxşi-Nərgiz»
Az
ərbaycan toponimidir. Bizcə, «Kəg» isə «Kəgriz», yəni «kəhriz» deməkdir.
Çünki SMOMPK-da tez-tez «k
əqriz» sözü işlədilir. Həmin bulaqların adı
erm
ənicə «qızdırma bulağı» kimi izah edilir. Daha sonra göstərilir ki, həmin sular
N
əxşi-Nərgiz kəndi yaxınlığında Sirab-çayın yanındakı dərədədir. Bizcə, həmin
çay şöhrəti xarici ölkələrdə məlum olan, gündəlik məişətimizdə müalicə vasi-
31
t
əsi kimi istifadə edilən «Sirab» bulağıdır. Bunu da ermənilər özününküləşdir-
m
əyə cəhd ediblər. Burada bu bulaqların müalicəvi keyfiyyətlərindən danışılır
[12, 44-16]. K
əg bulağının adını bir vaxtlar Konstantinopoldan (indiki İstanbul
–
L.Ə.) «Ermənistana» qaçıb gələn, nahaq öldürülən xristian qızın adı ilə
bağlayırlar. Hətta bulağa yaxın yerləşən Gəl Cərəcür və Kəg kəndlərinin adla-
rının türkcə olmasına baxmayaraq, bütün toponimlər ermənisayağı izah olunur.
Beşinci rəvayət Xudi-Divan ağacı haqqındadır [12, 46-47]. Naxçıvan
şəhərinə yaxın Hacıvar kəndinin yaxınlığında iki qarağac var – biri digərinin
oğludur. «Xudi-Divan» Tanrı divanı kimi izah olunur. Burada müsəlman qəbi-
ris
tanlığı yerləşir. Buradan odun aparan xəstələnər. Ziyarətə gələn insanlar,
h
ətta heyvan sürüləri belə sətəlcəm xəstəliyindən qurtula bilər.
Altıncı rəvayətdə ilanlardan danışılır. Deyilir ki, xalq ilanlar haqqında
çoxlu
əfsanə və rəvayətlər yaratmışdır [12, 47-49]. Bir neçə inanc nümunəsi
g
ətirilir. Məsələn, Ağrıdağda yaşayan ilanlar şahının başında olduqca bahalı bir
tac var. H
ər kəs şahı gördükdə qadın alt paltarını onun başına atsa, o, tacını
h
əmin paltarların altında qoyub gedəcək. Bir gün ilanlar şahı arabası ilə öz vi-
lay
ətlərini gəzərək İlan-dağa rast gəlmişdir. Arabanın çarxları od saçırdı, həmin
od-alovun gücünd
ən İlan-dağ haçalanmışdır. İlan-dağ haçalanaraq ilanlar
şahına yol vermişdir. Toplayıcı qeyd edir ki, ona görə də, İlan dağ indiyədək
iki
başlıdır. Eyni zamanda ətək yazısında həmin toplayıcı bir ritorik sual verə-
r
ək ilan dağın vulkanik mənşəli olduğu fikrini söyləyir [12, 48].
Daha sonra bel
ə bir inanc deyilir ki, guya xüsusi ovsunçular ilanları
k
əndbəkənd, oba-oba gəzdirərək məcbur edirlər ki, insanın əlini və ya burnunu
dişləsin ki, bir daha ömrü boyu həmin adama ilan toxunmasın, toxunsa da bir
x
ələl yetirməsin. Totem olan ilan bir çox Azərbaycan folkloru nümunələrində
müxt
əlif funksiyalarda çıxış edir [10, 180-184].
«Naxçıvan qəzasında yazıya alınan xalq rəvayətləri» adı növbəti fəsildə
bir-
birinin ardınca 3 kiçik əfsanə verilmişdir. Həmin əfsanələr İlan dağı haq-
qındadır. Birinci əfsanənin məzmununu yuxarıda təsvir etmişdik. İkinci rəva-
y
ət Nuh peyğəmbərlə bağlıdır. Daşqın zamanı Nuhun gəmisi bu dağa dəymiş-
dir. Dağ haçalanmışdır, gəmi isə ciddi şəkildə zədələnmişdir [12, 107-108].
Nuh peyğəmbər bundan qəzəblənərək həmin dağa lənətlər demişdir və o vaxt-
dan burada çoxlu ilan, k
ərtənkələ və digər sürünən heyvanlar yaşayır. Üçüncü
r
əvayətdə deyilir ki, daşqın zamanı Nuh peyğəmbərin gəmisi İlan dağa də-
y
ərkən, peyğəmbər kinayə ilə demişdir: «İnanın ki, bu da dağdır!». Yəni xırda
olmasına baxmayaraq bu dağ da maneə ola bilmişdir. Toplayıcı burada qeyd
edir ki, q
ədim xəritələrdə İlan dağı «İnan dağı» adı ilə işarə olunurdu [12, 108].
Az
ərbaycan haqqında rus yazıçılarının xatirələrini oxuculara çatdıran prof.
M.Sadıqov qeyd edir ki, A.S.Qriboyedov Naxçıvana səyahət etmişdir. Vaxtilə
orada yerl
əşən Abbas-Abad qalasına qalxıb ətrafı, Araz çayını, İlan dağını seyr
etmi
şdir. Bununla əlaqədar M.Sadıqov İlan dağının müxtəlif adlarının oldu-
ğunu göstərir. Məsələn: «Pompey qayası», «İlan dağı», «İnan dağ», «Eylan
dağ» (yəni – «Dayan dağ!». Rəvayətə görə, Nuh peyğəmbər gecə vaxtı gə-
32
misind
ə üzərkən bir qaya ilə toqquşur və «Dayan dağ!» söyləyir – M.S.).
H
əmçinin M.Sadıqov yazır ki, vaxtilə baron Avqust fon-Hakstqauzen «Za-
qafqaziya diyarı» əsərində ilanın sonradan məkrli bir qıza çevrilməsi əfsanəsini
yazıya alaraq nəşr etdirmişdir. Eləcə də rəvayət olunur ki, guya İlan dağda
Makedoniyalı İsgəndər yaşayır, ona da arvadlarının tilsimlənmiş ilanları
n
əzarət edirlər. Qriboyedov isə bütün bu rəvayətlərlə tanış olmuş və İlan dağı,
onun adının mənşəyi ilə bağlı olan xalq arasında geniş yayılmış Azərbaycan
əfsanəsini üstün tutmuşdur [11, 75-77].
«Əshabi-Kəhf dağı haqqında əfsanə» də bu buraxılışda çap olunmuşdur.
M
ətnin əvvəlində bu dağın yerləşdiyi yer işarə olunur, adının mənası açıqlanır.
Sonra is
ə nəql olunur ki, qədim zamanlarda Naxçıvanda Dağyunus adlı padşah
var idi. Bir gün o özünü n
əinki hökmdar, hətta Tanrı da elan edir. Rəiyyət
etiraz ed
ə bilmədiyi halda, padşahın yaxın adamlarından olan Temlixa 5 nəfər-
l
ə birgə şəhəri tərk etmək qərarına gəlir. Yolda bu adamlar bir çobana rast
g
əlib, onu da özləri ilə aparırlar. Yol da yorulan həmin 7 nəfər bir dağa gəlib
ça
tırlar, dağdakı mağaraya girib orada istirahət etmək istəyirlər. Həmin zaman
göyd
ən yerə bir mələk enir və mağaraya yığışanları bərk yuxuya verir. Mağara-
da
kılar yatan zaman tək mələk yox, mələklər ordusu onların yuxusunu qoruyur.
H
ətta padşah Dağyanus qaçaqlar haqda xəbər tutub arxalarınca qoşun göndərir.
Lakin m
ələklər qoşunu mağaraya buraxmırlar. Padşah dərhal özünü Allah yox,
adi öl
əri elan edir. Mağarada yuxulayan Temlixa və 6 nəfərin isə müqəddəs
şəxs olduğunu anlayır. Mağaranın ağzına daş yığdırır ki, onlar rahat yatsınlar
[12, 109-117]. Temlixa v
əl yoldaşları mağarada 309 il yatırlar. Nəhayət bir gün
güclü tufan qopur v
ə mağarada yatanları oyadır. Temlixa mağaradan çıxıb
ətrafa baxır və heç yeri tanımır. Şəhərə azuqə dalınca gedərkən isə öz dövründə
işlənən üzərində Dağ Yanus padşahın şəkli olan əskinası verir. Temlixanı
d
ərhal tutub padşahın yanına, sonra isə vaxtilə yaşadığı yerə aparırlar. Yeni
padşah ətrafındakı adamları ilə birgə mağaraya tərəf gəlir. Həmin zamanlarda
Naxçıvanda həm müsəlman, həm də xristian padşahı varmış. Hər iki padşah
mağaranın girişində gözləyirlər. Temlixa və 6 yoldaşı edam edilməkdən qorxub
Allaha yalvarırlar ki, onları əbədi yuxuya aparsın. Duaları qəbul olunur. Pad-
şahlar içəri girib heç kəsi tapmayanda başa düşürlər ki, mağarada gizlənənlər
müq
əddəs şəxslər imiş, qeybə çəkiliblər. Hər iki hökmdar orada məbədgah
tikdirm
ək fikrinə gəlir. Lakin müsəlman padşahı xristian padşahını qabaqlayıb
orada m
əscid tikdirir. O gündən başlayaraq zəmanəmizə qədər Əshabi-Kəhf
müs
əlmanların ziyarətgahına çevrilir. Həmin Ziyarətgahın adı Qurani-Kərimdə
h
əkk olunub [3, 2-4]. Minillik tarixi olan Naxçıvanda zəngin və hərtərəfli
m
ədəniyyətin qorunub saxlanmışdır. Qeyd etdiyimiz kimi bu əfsanədə deyilir
ki, o zamanlar Naxçıvanda iki hökmdar – müsəlman və xristian hökmdarı pad-
şahlıq edirdilər.
Müs
əlman və xristian dinlərində ölüb-dirilən müqəddəs şəxs kultunun iz-
l
ərini araşdıran rus tədqiqatçısı V.N.Basilovun fikrincə, çoxəsrlik tarixi olan
islam v
ə xaçpərəstlik sıx qonşuluqda olaraq daim bir-biri ilə əlaqəli idilər. Ona
33
gör
ə, hər iki dində eyni surətlərə, motivlərə, süjetlərə rast gəlirik. Tunis və bir
sıra digər ölkələrdə məzarları ibadətgahlara çevrilmiş müqəddəs «mağara
adam
ları» (əshab əl-kəhf) haqqında bir çox müsəlman əfsanələri vardır. Bun-
ların başlanğıcını V.N.Basilov xristian dinində görür [8, 119].
Əshabi-Kəhf fenomeni, Dağ Yanus, Temlixa və onun yoldaşları haqqın-
da
əfsanə və rəvayətlər digər tədqiqatçının – Q.P.Snesaryovun da maraq
obyekt
i olmuşdur. Dağ Yanusun şəxsiyyətini araşdırarkən o, Orta Asiyada bir
çox şəhər və kəndlər gəzmiş, ağsaqqalların dilindən eşitdiklərini araşdırmışdır.
Alim bu fikr
ə gəlmişdir ki, haqqında bəhs etdiyimiz əfsanədəki padşah real
tarixi şəxsiyyət – 201-251-ci illərdə yaşamış Roma imperatoru Kay Messiy
Kviat idi [16, 149]. Rus t
ədqiqatçısının bu mülahizəsi belə fikrə gətirib çıxarır
ki, padşah Dağ Yanusla bağlı ola bilsin ki, Azərbaycan xalqının yaddaşında bir
çox folklor nümun
ələri yaranıb yaşamışdır. Prof. V.Ə.Hacıyev qeyd edir ki,
Gür
cüstan Respublikası Ş.Rustaveli adına Ədəbiyyat İnstitutunun folklor arxi-
vind
ə bir çox Azərbaycan nağıl, əfsanə və rəvayətləri var. «Vermədi Məhbud,
n
ə etsin Mahmud», «İkinci arvad», «Xıdır İlyası görmək istəyirəm» nağılları,
«Sul
tan Murad haqqında» rəvayət, 10-a qədər Molla Nəsrəddin lətifəsi ilə ya-
na
şı «Padşah Tağyanoz nağılı» da burada saxlanmaqdadır [4,35]. Bu nümunə-
l
ərin maraqlı cəhətlərindən biri də orijinalla yanaşı gürcü dilində tərcüməsinin
verilm
əsidir. Çox guman ki, bu nağılın baş qəhrəmanı da yuxarıda qeyd edilən
tarixi şəxsiyyət idi.
Əshabi-Kəhf haqqında əfsanədə diqqəti çəkən cəhəti Temlixa və onun
yoldaşlarının mağarada qeybə çıxmasıdır. Azərbaycanda daha iki belə dağ var
– Qonaqk
ənddə Həzrət Baba dağı, Xızıda isə Beş barmaq dağı. Rəvayət olunur
ki, n
ə vaxtsa burada da müqəddəslər daşlaşaraq qeybə çəkiliblər. Qədim
zamanlardan bu yerl
ər ziyarətgaha çevrilmişdir [7, 211-212]. Digər tərəfdən
mağarada gizlənən şəxslər 300 ildən artıq yuxuya getmişdir. İslam dinində
daha bir müq
əddəs – Üzeyir peyğəmbər 100 illik yuxuya getmişdir. O, Musa
əleyhissalamın qardaşı Harunun (ə) nəslindən hesab edilir [3, 48-53]. O, Babil
hökm
darının İsraili qılıncdan keçirdiyi zaman Tövratı gizlədib qoruya bilmiş-
dir, h
ətta onu əzbər bilmişdir. Artıq 40 yaşına çatanda Allah Təala tərəfindən
ölüm yuxusuna tutulmuş, 100 il sonra dirildilmişdir. Üzeyr (ə) eyni zamanda
sufiliyi k
əşf edən peyğəmbər sayılır. Üzeyr peyğəmbərə olan məhəbbətə görə
y
əhudilər onu küfrən Allahın oğlu adlandırmışlar [5, 227]. Lakin buna baxma-
yaraq, Müq
əddəs Kitabımızda adı zikr olunan hər bir peyğəmbərimizin şərəfi
v
ə məqamı əziz tutulur.
SMOMPK m
əcmuəsinin II buraxılışında sonuncu rəvayət «Xəsis Qara
Çör
ək və Yezid təpəsi haqqında rəvayət»dir. Burada Naxçıvan şəhərinin cə-
nub-
şərqində Nuh peyğəmbərin məzarı yanında yerləşən bir təpə haqqında bir-
birind
ən fərqli rəvayətlər verilir. Birincisində deyilir ki, bir zamanlar burada bir
varlı, xəsis erməni vardı. Xəsisliyindən yalnız qara çörəklə qidalanan bu ermə-
ninin
adı elə qara çörək qalmışdı. Qocalıq və xəstəlik evinin astanasını haq-
layanda o öz var-dövl
əti haqqında fikirləşməyə başladı. Ölüm ayağında keşiş
34
onun
yığdığı var-dövlətini hara və nəyə xərcləməyi vəsiyyət edəcəyini soruş-
duqda Qara çör
ək keşişi qovur. Molla çağırır. O, Qara çörəyə vəd edir ki,
varidatını qəbrə qoyacaqlar. Beləliklə, Qara çörəyi müsəlman adəti ilə dəfn
edirl
ər. Bir neçə gün keçdikdən sonra şəhərdə, bazarda bir varianta görə ağ
k
əfəndə qorxunc bir eymənmə, digər varianta görə isə qorxunc at peyda olub
camaata hücum
edirmiş. Şəhər əhli fikirləşir ki, o, mal-dövlətinə görə dinini
qurban g
ətirmiş Qara çörəyin ruhudur, onu məhv etmək lazımdır. Beləliklə
şəhər əhli bir qaranlıq gecədə həmin qarabasma məzardan qalxanda onu daşa
basıb məhv edirlər. O zamanlardan hər bir şəxs oradan ötərkən bir neçə daş at-
malıdır [12, 117-119]. Ermənilər hətta burada da müsəlmanlara öz münasi-
b
ətini bildirmişlər. İkinci rəvayət isə islam dini ilə bağlıdır. Orada Yezidin
n
əslindən olan bir şəxsin dəfn olunduğu göstərilir. Şiə müsəlmanların ziyarətə
yola
düşməzdən əvvəl oraya lənətlər deyərək bir neçə daş atması da iddia
olunur. Fikrimizc
ə bu, islam dinində müxtəlif məzhəb tərəfdarları arasında
münaqişə yaratmaqdan savayı heç bir şey deyil [12, 119].
Üçüncü r
əvayətə görə bu təpə bir vaxtlar əxlaqsız həyat tərzi keçirən, ona
gör
ə də diri-diri basdırılan qızın məzarıdır. Hər kəs oradan keçsə bir daş
atmalıdır [12, 119-120].
VII
buraxılışda R.Əfəndiyev tərəfindən Nohur gölü haqqında əfsanə çap
edilmişdir [13, 172]. Lakin əfsanənin məzmunu xalqımızın mənəvi-əxlaqi
d
əyərlərimizə ziddir. Buna görə də, biz onun üzərində dayanmırıq.
Bu
buraxılışda Zaqatala dairəsində yerləşən Pəri-qala, yəni Tamara qalası
haqqında da məlumat var. Yusif Qalacovun qələminə məxsus bu yazıda gözəl
şahzadə Tamara haqda bəhs edilir. Ona müxtəlif ölkələrin padşahları elçi gön-
d
ərsələr də, Tamara ərə getmək istəmirdi. Tamaranın gözəlliyi haqqında hətta
İran hökmdarı Şah Abbas da eşitmişdi. O, mütləq gözəl çariçanı görməyi qə-
rara
almışdı. Hiylə işlədib, qalayçının köməkçisi qismində Tamaranın yaşadığı
q
əsrə gələn Şah Abbas çariçanın gözəlliyinə valeh olur, ona vurulur. Bundan
sonra
Şah Abbas Tamaranın qəsrinə doğru böyük qoşun yeridir. Vuruş
ba
şlanır, Tamaranın qoşunu məğlub olur. Bunu görən çariça Tamara kilsənin
başına çıxıb özünü oradan atır. O vaxtdan qız məğlubedilməzliyinin təcəssümü
olan bu q
əsr «Pəri-qala» adlanır [13, 96-97].
B
əzən el içində müqəddəs yer, ziyarətgah kimi tanınan həqiqi pirlərlə
yanaşı yalançı pirlər də olurdu. Yalnız xalqı talamaq məqsədini güdən bu
pirl
ərin sahibləri çox keçmədən ifşa olunur. Məcmuənin səhifələrində belə
pirl
ər haqda da söhbət açılır. Birincisi «Müqəddəs kuzə» adlanır. Burada bəhs
olunur ki, bir vaxtlar
Şamaxıda Hüseyn və Pirqulu qardaşları var idi. Hüseyn
x
əstə idi, müəyyən müddətdən bir onu əsmə tuturdu. O, şəhərdən qaçır, bir
neç
ə gün haradasa gəzir, sonra isə sağlam, lakin bikef və rəngi qaçmış halda
qayıdırdı. Onlar Bakıdan neft gətirib satırdılar. Bir zaman qardaşların ticarəti
dayanmışdı. Bir gün qardaşlar dəvə karvanı ilə gətirilən nefti boşaldanda böyük
qardaşı yenidən əsmə tutur, əlindəki kuzəni yerə atıb şəhərdən qaçır. Neft
kuz
əsi özü-özündən daşmağa başlayır. Yoldan keçən bir neçə nəfər bunu
35
gör
ərkən elə bilirlər ki, bu təzə peyda olmuş pirdir və kuzə onun gücünə dolur.
Qardaşlar xeyli müddət hiylə işlədib camaatın başını aldadaraq varlanırlar.
Lakin sonra hökum
ət nümayəndələri bundan xəbər tutur, fırıldaqçılar ifşa
olunurlar [13, 138-139].
İkinci rəvayət «Pirin qəbri» adlanır. Burada nəql olunur ki, bir gün bir
k
əndli qışlaqdan yaylağa köçərkən yolda onun iti xəstələnib ölür. İtin sahibi
onu
basdırıb həmin yerə söyüd budağı sancır. Yaz keçib gedir, payızda camaat
qışlağa köç edəndə görür ki, budaq yazda yağan yağışların təsirindən böyüyüb
olub iri
ağac. Ətraf kəndlərin sakinləri də bunu yeni «pir» bilib burada qurban-
lar k
əsir, nəzirlər paylayır. Ölən itin sahibi vəziyyətə aydınlıq gətirmək istəyən-
d
ə oraya yığışanlar onu xəncərlə doğrayıb öldürürlər. Zaman ötdükdən sonra
is
ə bu «pir» də öz əhəmiyyətini itirir [13, 139- 140].
IX
buraxılışda bir rəvayət çap olunmuşdur. «Rus gerbində ikibaşlı
qartalın təsviri haqda tatar rəvayəti» Lənkəran qəzasının Təngərud kəndində
Q
ərib xanın oğlu Əsəd tərəfindən deyilmiş və ZMS–in II sinif müdavimi
Surkov t
ərəfindən yazıya alınıb çap olunmuşdur. Burada nəql olunur ki, ruslar
v
ə fransızlar arasında gedən 1812-ci il Vətən savaşı zamanı fransızlar hücuma
keçib
rusları məğlub edirdilər. Bunu görən çar özü orduya başçılıq etməyi
q
ərara alır. Bu zaman rus ordusunun üzərində ikibaşlı qartal görünür. Ruslar
hücuma keçirl
ər, fransızlar isə döyüşü tərk edirlər. O vaxtdan etibarən ikibaşlı
qartal daim rus gerbind
ə təsvir olunur [14, 113].
XIII
buraxılışda Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Tatev
k
əndi təsvir olunmuşdur. Bu məqalədə orada yaşayan ermənilərin peşə məşğu-
liyy
əti, adət-ənənələrindən bəhs edilir, yenə də çoxlu sayda folklor nümunə-
l
ərimizə rast gəlirik. Bunlardan biri «İsgəndərin buynuzu» adlı rəvayətdir [15,
121-123]. Bu
buraxılışda bizim rəvayət və əfsanələr erməni nağılları, rəvayət
v
ə əfsanələri kimi təqdim edilmişdir. «Div-arx» adlı əfsanə bir qədər Ni-
zaminin «F
ərhad və Şirin» poeması ilə səsləşir. Lakin burada bir yox, iki gənc
göz
əl bir qızın məhəbbətini qazanmaq üçün arx qazırlar. Xan qızı güclü olan
g
ənci sevir, digər gənc isə varlı olur. Varlı gəncin xəyanətinə görə xan qızının
sevgilisi intihar edir, sonra is
ə xan qızı ölür. Varlı gənc xan qızı ilə sevgilisini
ayıran qarının şərəfinə körpü inşa etdirir, adını «Qarı körpü» qoyur [15, 75-79].
XIII
buraxılışda Bakı şəhərində yazıya alınmış əfsanə və rəvayətlər çap
edilmişdir. Bu folklor nümunələri erməni A.Babalyants Baxış Bəhramov və
Sedrap Saruxanovun dilind
ən yazıya alınmışdır [15, 157]. Birinci əfsanədə
İbrahim peyğəmbərin Kəbəni tikdirməyindən və sonra orada ərəblərin düzdür-
düyü bütl
əri balta ilə sındırmasından danışılır. Bunu görəndə əhalinin tələbi ilə
padşah əmr edir ki, İbrahim peyğəmbəri tonqalda yandırsınlar. Lakin alov
yuxarı qalxdıqca yığılmış camaatın gözünə gözəl bir bağ görünür. Həmin bağın
içind
ə İbrahim peyğəmbər gəzişirdi. Padşahın qızı Sara İbrahim peyğəmbərin
yanına getmək arzusunda idi. Alovun içindən hamar yol açılır. Sara bağın
içind
ə İbrahim peyğəmbərlə gəzərkən bildirir ki, onun arvadı olmaq istəyir.
İbrahim peyğəmbər qızın atasının yanına yollanır ki, o, bütpərəstlikdən əl çək-
36
sin, t
ək bir Allaha itaət etsin. Padşah razılaşmasa da, İbrahim peyğəmbərin
edamına xitam verir (15, 156-158). Haqqında bəhs etdiyimiz əfsanə və rəva-
y
ətlərin hamısı tarixi və dini şəxsiyyətlər haqqındadır. Beləliklə, növbəti tarixi
r
əvayət Süleyman peyğəmbər haqqındadır. Burada Süleyman peyğəmbərlə
qarışqanın söhbətindən danışılır. Qarışqa deyir ki, sən şahsan və aqilsən, mən
is
ə sənin əlinin üstündə oturmuşam. Səni qəzəbləndirəni cəzalandırırsan, mən
is
ə hər şeyə dözürəm. Nəhayət, sən bir saat işlədikdə iki saat dincəlirsən, mən
is
ə dincəlmək bilmirəm. Ona görə də, mən səndən ucayam [15, 158].
XIII
buraxılışda Azərbaycan hökmdarı Şah Abbas haqqında 2 rəvayət
verilmişdir. Bu rəvayətlər Bakı şəhərində yazıya alınmışdır. Şah Abbasla bağlı
nağılların və rəvayətlərin toplanıb çap edilməsi SMOMPK məcmuəsindın
başlayaraq bu günədək davam etməkdədir. «Şah Abbasın arvadı», (İlk dəfə
n
əşr olunan nağıllarımız. Toplayıb və tərtib edəni Füzuli Bayat) [6] və «Bu
yurd
bayquşa qalmaz» (Toplayanı və tərtib edənlər V.Nəbioğlu, M.Qaradaşlı,
Ə.Əsgər) [1] adlı kitablar buna misal ola bilər. Azərbaycan nağıllarının
regional öz
əlliklərindən söhbət açan f.e.n. O.Əliyev Şirvanda yayılmış «Üç
qapı», «Baftaçı Şah Abbas», «Şah Abbasla keçəl» və s. nağılları nəzərdən keçi-
rir. T
ədqiqatçı bu qənaətə gəlir ki, Şah Abbasın adı ilə bağlı nağıllarda hər
hansı tarixdən, tarixi hadisələrdən danışılmır. Sadəcə olaraq nağıl süjetinə bir
vasit
ə kimi Şah Abbas və onun vəziri daxil edilir. Süjet dəmirçinin, mollanın,
kor
oğlanın əhvalatı ilə bağlı motivlərin əlavə edilməsilə davam etdirilir. Bu
vasit
ədən–kontaminasiya üsulundan istifadə edən nağılçı səxavətli, səbrli
olmağı, öz ruzusuna qane olub tamahkarlıq etməməyi cəlbedici bir şəkildə
nağıl edir. Belə təmtəraqlı təhkiyə üsulu Şirvan nağılçılığı üçün səciyyəvidir.
Nağılçı Şah Abbasın adından söylədiklərinin daha çox maraq doğurması,
yayılması üçün istifadə edir. İkinci tərəfdən isə Şah Abbasla bağlı nağılların
bel
ə geniş yayılmasının başlıca səbəblərindən birinin də ənənə ilə bağlı olduğu-
nu göst
ərmək olar. Bu nağılda sənət öyrənməyin, ağılın şahlıqdan daha üstün
olduğu ideyası təbliğ olunur [2, 130-131]. Alimin bu fikrini biz araşdırdığımız
əfsanə və rəvayətlərə tamamilə şamil edə bilərik.
M
əcmuənin XIII buraxılışında daha sonra Süleyman Peyğəmbər haqqın-
da 3
əfsanə çap edilmişdir. Birincisində taledən qaçmağın mümkün olmadığın-
dan, ikincisind
ə bir vaxtlar Süleyman peyğəmbərin yəhudiləri düz yola
g
ətirməsindən, üçüncüsündə isə peyğəmbərin müdrikliyi sayəsində cinlərdən
qurtulmasından bəhs olunur [15, 330-333]. Azərbaycanda folklorşünaslığın
t
əşəkkül tapdığı və inkişaf etdiyi dövrdə Süleyman peyğəmbər haqqında əfsanə
v
ə rəvayətlər ciddi marağa səbəb olmuşdur (А.И.Багрий. К вопросу о путях
распространения легенд о Соломоне Мудром. изв. Вост. отделения АГУ
им. В.И.Ленина. т. IV, 1926) [17, 57].
SMOMPK m
əcmuəsinin Azərbaycan əfsanə və rəvayətlərlə yanaşı milli
s
ərvətimiz olan xalq mərasimləri, uşaq folkloru, nağıl, lətifə, tapmaca, atalar
sözü v
ə məsəlləri, oyun və tamaşalarının çapında xidməti əvəzsizdir və onun
daha d
ərin tədqiq olunması milli folklorşünaslığımız üçün zəruridir.
37
ƏDƏBİYYAT
1.
Bu yurd bayquşa qalmaz / Toplayıb tərtib edənlər V.Nəbioğlu, M.Qaradaşlı, Ə.Əsgər. Bakı:
Yazıçı, 1995, 240 s.
2.
Əliyev O.S. Azərbaycan nağıllarının regional özəllikləri // Dədə Qorqud (Elmi-ədəbi toplu).
Bakı: 2002, II (3), s.129-139
3.
Əshabi-Kəhf. Məsləhətçi Hacı Sabir Həsənli, Bakı: Nəhəcir MMC. 2004, 71 s.
4.
Hacıyev V.Ə. Folklorumuzun üfüqləri. Bakı: Yazıçı, 1991, 148 s.
5.
Qabusnam
ə. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1963, 243 s.
6.
Şah Abbasın arvadı. / Toplayanı F.Bayat. Bakı: Yazıçı, 1996, 244 s.
7.
Алекперов А.К. Исследования по археологии и этнографии Азербайджана. Баку: АН
Азерб. ССР, 1960, 310 с.
8.
Басилов В.Н. Следы культа умирающего и воскресающего божества в христианской и
мусульманской агиологии // Фольклор и историческая этнография. М.: Наука, 1983, 261 с.
9.
Гордлевский В.А. Избранные сочинения: В 4-x т. T III том. М.: Восточная литература,
1962, 587 с.
10.
Набиев А.М. Взаимосвязи азербайджанского и узбекского фольклора. Баку: Язычы,
1986, 288 с.
11.
Садыхов М.З. Русские писатели об Азербайджане. Баку: Гянджлик, 1970, 164 с.
12.
СМОМПК, II выпуск, Тифлис, 1881
13.
СМОМПК, VI выпуск, Тифлис, 1888
14.
СМОМПК, IX выпуск, Тифлис, 1890
15.
СМОМПК, XIII выпуск, Тифлис, 1892
16.
Снесарев Г.П. Загадка Даку-Юнуса // Советская этнография, 1978, №5. М.: Наука, 200 с.
17.
Эфендиев П.Ш. История азербайджанской фольклористики: Автореферат на соискание
ученой степени доктора филологических наук. Баку, 1973, 118 с.
МЕСТО АЗЕРБАЙДЖАНСКИХ ЛЕГЕНД И ПРЕДАНИЙ
В СБОРНИКЕ СМОМПК
Л.Ф.АЛЕКПЕРОВА
РЕЗЮМЕ
В данной статье глубоко анализируются азербайджанские легенды и предания,
опубликованные в различных выпусках сборника СМОМПК. Автор статьи дает подроб-
ные сведения о преданиях и легендах, связанных с пророком Ноем, явлении Ал-анасы,
родниками Нахши-Наргиз и Кяг, деревом Худи-Диван, пещерой Асхаби-Кахф и т.д.
Анализируя легенду «О пещере Асхаби-Кахф», автор статьи ссылается на исследования
В.Басилова, Г.Снесарева и других ученых. Также здесь подвергаются исследованию на-
шедшие отражение в VII выпуске сборника легенды об озере Ноур, крепости Пери-
гала, то есть о крепости Тамары, о лжепирах (мнимых местах поклонения) и их хозяевах,
наряду с ними исследуются записанные в Баку легенды об исторических личностях,
которые были опубликованы в XIII выпуске. Во многих выпусках СМОМПКа явно вид-
ны попытки армян фальсифицировать и присвоить наши легенды и предания. Автор на-
стоящей статьи указывает факты этих фальсификаций, а также их объективные и субъ-
ективные причины.
Ключевые слова: СМОМПК, легенды, предания, Илан-даг, Асхаби-Кахф, исто-
рические личности, религиозные личности
38
THE PLACE OF THE AZERBAIJANI MYTHS
AND LEGENDS IN THE SMOMPK COLLECTION
L.F.ALAKBAROVA
SUMMARY
The paper analyzes the Azerbaijani legends and stories published in various editions of
the collection SMOMPK. The author gives detailed information about the legends and tradi-
tions associated with the prophet Noah, the phenomenon of Al-Anasy, springs Nahshi-Nargis
and Kyag, tree-hudi-Divan, cave As’habi-Kahf, etc. Analyzing the legend "On cave As’habi -
Kahf", the author refers to the researches of V.Basilov, G.Snesarev and other scientists. The
author studies the legends reflected in the VII edition of the collection about the Nour lake,
Peri-Gala fortress, that is the fortress of Tamara, a wrong-dinning (imaginary places of wor-
ship) and their hosts and investigates legends recorded in Baku about historical figures who
were published in the XIII edition. Armenian attempts to falsify and own our legends are clear-
ly visible in many SMOMPK editions. Many SMOMPK editions include the Armenian at-
tempts to falsify and appropriate our legends. The author marks these falsification facts, as well
as their objective and subjective reasons.
Key words: SMOMPK, legends, traditions, Ilan-dagh, As’habi-Kahf, historical figures,
religious persons
Dostları ilə paylaş: |