belə rəngarəng, geniş işlənmə arealına malikdir. Bu sözlər yalnız adlandırma
adlarının bədii ədəbiyyatda istifadəsi də yalnız obrazın adlandırılması deyil,
bu münasibət adlarda da bu və ya digər şəkildə ifadəsini tapır. Folklorda şəxs
adlarının işlədilməsi məqsədli xarakter daşıyır. Ona görə də şəxs adlarının
özünü göstərir.
şəklində işlədilməsidir. Müxtəlif sintaktik füqurlardan, o cümlədən sintaktik
təkrarlardan istifadə poetik əsərlər üçün, xüsusilə şeir üçün xarakterik hal olsa
da (1, 350), “nəsr dilinin üslubi-poetik imkanlarının genişlənməsində müəyyən
rola malikdir” (2, 123). Təkrar “həm nəsr, həm poeziyada rəngarəng üslubi
məqsədlərlə əlaqədar işə cəlb edilir, lakin fərqli tələbatlarla əlaqədar” (3, 115).
Belə ki, nəsr dilində təkrar daha çox obrazın dilində verilir.
Qeyd edək ki, təkrar bədii əsərdə mətn çərçivəsində komponentlərin
bağlanma vasitəsi kimi də iştirak edir (4, 9). Bu zaman onlar anafora, epifora,
anadiplosis və simploka kimi koheziya məqsədi daşıyır. Bu barədə ayrıca
tədqiqat işi vardır (5). Lakin bizi maraqlandıran koheziya faktı yox, üslubi
məqsədə xidmət edən təkrarlardır.
Sözsüz ki, hər bir təkrarı uğurlu hesab etmək olmaz. Dilçilikdə “təkrir”
deyilən poetik füqurdan istifadə edilir. “Təkrir, lüzumsuz təkrardan fərqli
olaraq, bədii əsəri mənaca daha da genişləndirir, onun dilini və üslubunu daha
da qüvvətləndirir” (6,245). Şəxs adlarının təkrarlanaraq işlədilməsi müxtəlif
üslubi məqsədlər izləyir. Xalq danışıq dili üçün elliptiklik, lakonik ifadə for-
ması əsasdır. Təbii ki, folklor dili xalq danışıq dili əsasındadır və burada da
yığcam ifadə formasına geniş yer verilir. Hər hansı söz və ya ifadənin təkrar
edilməsi də zərurətdən irəli gələ bilir. “Bədii ədəbiyyatda belə ifadələr qüvvət-
li emosiya yaratmaq məqsədilə geniş miqyasda işlədilir (7, 60). Bu zaman
həmin təkrir bədii priyom kimi çıxış edir (8, 197). Bədii priyoma çevrilən
təkririn məqsəd müxtəlifliyi təkrarın xarakterinə də öz təsirini göstərir və bu
halda müxtəlif qrammatik formalardan istifadə olunur.
1) Şəxs adları müraciət, çağırış məqamında işlənir və bu zaman onların
iki dəfə, yaxud daha çox təkrarlanması müxtəlif məqsədlər daşıyır. Bir halda
nida ilə, ya da onsuz işlənən şəxs adı xitab funksiyasında təkrar edilir və bu
təkrarda məqsəd ad sahibinin edilən müraciəti dəqiq eşitməsidir. Məs.: – Ay
Dona xanım! Ay Dona xanım! Muştuluğumu ver, gəlmişəm səni atanın toyuna
çağıram (“Koroğlu”).
Bu tip təkrarların bəzən birincisində nida olmur, lakin ikincidə çağırış
nidası iştirak edir. Bu zaman ikinci dəfə təkrarlanma yalnız çağırış məzmunu-
na malik olmur, habelə emosional vəziyyəti əks etdirir. Məs.: – Hatəm kişi qış-
qırdı: – Vəli, ay Vəli! (“Tənbəl oğul”). Bu misaldakı müəllif sözündə “qışqır-
dı” sözünün verilməsi müraciət edilən şəxs adındakı emosional münasibəti
göstərən faktlardandır.
Bəzən şəxs adının müraciət kimi təkrarlanması əslində müraciət məzmu-
nuna malik olmur, daha doğrusu, müraciətə münasibəti ifadə edir. Verdiyimiz
sonuncu misalın davamı belədir: Vəli deyinə-deyinə içəri girdi: – Hə, nədi,
Dostları ilə paylaş: