Vətənimdir, vətənimdir, vətənim!
Bu tip təkrarlarda bəzən “ki” ədatı işlənir, bu isə emosional çaları qüv-
vətləndirməyə xidmət edir. Onlarda əvvəlkilərdən müəyyən qədər fərqli hallar
olur. Əvvəla, bu zaman təkrarın sayı ikidən artıq ola bilmir, çünki “ki” ədatı
iki təkrarlanan söz, ifadə arasında məzmun əlaqəsini də qüvvətləndirir. İkin-
cisi, sonuncu təkrarda şəxs sonluğunun işlədilməsi də fakültütivdir: işlədilə də
bilər, işlədilməyə də. Məs.: Tüpdağıdan gözünü sildi, baxdı ki, yox, Eyvazdı ki,
Eyvaz (“Koroğlu); Qarı gördü, gələn Əhməddi ki, Əhməddi (“Küp qarısı”).
Təsdiq məqsədilə yaradılan təkrarların bəziləri daha çox informativ
funksiyaya malik olur. Bu zaman təkrarlanan hər bir şəxs adı ayrı-ayrı sintak-
tik mühitdə mövcud olur, daha doğrusu, bu təkrar ifadələrin hər biri aid olduq-
ları digər cümlə üzvləri ilə birlikdə işlənir. Məs.: Dünən Koroğlu idim, bu gün
çodar oldum, indi yenə Koroğluyam (“Koroğlu”).
Məlumdur ki, təkrarlar cümlədə xüsusi informasiya daşıyıcısı olmur;
onlar fikrin daha emosional, ekspressiv verilməsinə xidmət edir. Lakin veril-
miş sonuncu misalda bu təkrar yalnız emosionallıq formalaşdırmaq üçün deyil,
habelə yeni informasiyanın verilməsi üçündür. Düzdür, təkrarlanan “Koroğlu”
sözü yeni bir məna, yaxud fikir ifadə etmir, lakin aid olduğu sözlə birləşərək,
yeni fikrin, informasiyanın ifadəsini formalaşdırır. Yəni ikinci dəfə həmin
sintaktik mühitdə “Koroğlu” sözünün işlədilməməsi mümkünsüzdür.
Təkrarlar habelə cümlədə həmcins üzv olmur, çünki həmcins üzvlərin
özü də cümlədə informativ yükə malikdir, yeni mənanın, fikrin daşıyıcısıdır.
Lakin verdiyimiz misalda tıkrar həmcins üzv hesab edilməlidir. Bunun əsas
səbəbini əvvəlki abzasda açıqladıq. Digər səbəbi isə odur ki, təkrarın arasında
başqa ifadə həmcins üzv öz tabe komponenti ilə işlənmişdir. Təbii ki, burada
aktuallıq baxımından üç komponent vardır, lakin onların tabesizlik əlaqəsi ilə
eyni mübtəda ilə əlaqələnməsi bu konstruksiyanın mürəkkəb cümlə deyil,
həmcins üzvlü sadə cümlə olmasını təmin edir.
Təsdiq məqsədi üçün işlədilən təkrarların elələri də var ki, burada emo-
sional münasibət məqsəd kimi izlənilmir; bunlardan biri cümlənin xitabı,
digəri isə cümlə üçün informativ yükə malik cümlə üzvü olur. Əslində hər iki
təkrarda adın şəxs üçün təsdiqedicilik funksiyası vardır. Belə ki, şəxsə hər
hansı adla müraciət, xitab onun həmin ada malik olduğunu bilib qəbul etmək
və nümayiş etdirməkdir. İkinci dəfə xüsusi olaraq həmin fikrin informativ
şəkildə təsdiqi də məhz bu adın vasitəsilə həyata keçirilir. Məs.: Koroğlu, biz
sənin Koroğlu olduğunu bilirik (“Koroğlu”).
3) Şəxs adı cümlə üzvü kimi işlədilir və müxtəlif vəziyyətlərdə təkrar
8
edilir ki, bu zaman hər bir təkrar cümlə üçün informativ yük daşıyır və biri
digərini tamamlayır. Məs.: Bir də deyirlər ki, Koroğlunun belə bir xasiyyəti
var idi ki, düşmən əlinə keçəndə Koroğlu olduğunu heç boynuna almazdı
(“Koroğlu”). Bu cümlədə adın təkrarına yol verməmək üçün onu başqa forma
və leksik tərkibdə də işlətmək olar, lakin bu zaman orada nəzərdə tutulmuş
fikir tam aydınlığı ilə üzə çıxmaz. Bu tip təkrarlar “sərbəst və ya qaydasız tək-
rarlar” adlanır (10,131).
Bu məzmunlu konstruksiyaların elələri də var ki, təkrar ad müxtəlif
cümlə üzvü funksiyasında çıxış edir, lakin həmin halda ikinci təkrar işlədilmə-
yə də bilər. Bu cümlələrdə ikinci təkrar təyinedici sözlə birlikdə olur. Məs.:
Dostları ilə paylaş: |