Yusif əvvəlki Yusif deyildi (“İmam”); Dərviş bir tilsim oxudu, Qaraqaş oldu
həmişəki Qaraqaş (“Qaraqaşın nağılı”). Bu cümlələrin birincisində təkrarlanan
ikinci “Yusif” sözünü, yaxud sonrakı cümlədə təkrarlanan ikinci “Qaraqaş”
sözünü ellipsisə uğratmaq olar: Yusif əvvəlki deyildi; dərviş bir tilsim oxudu,
Qaraqaş oldu həmişəki.
Qeyd edək ki, bu tipdən olan təkrarlarda bəzən ikinci komponent məz-
munca qeyri-müəyyən olan təyinlə yanaşı, konkret, müəyyənləşdirici təyin iş-
lədilir ki, onlara dəqiqləşdirici təkrar deyilir (11, 321). Məs.: Arvad gördü ki,
Pirim əvvəlki arvadağız Pirim deyil, bir az o yan, bir az bu yan eləsə, qabırğa-
larını qıracaq (“Ovçu Pirim”).
Dilin ən böyük tendensiyalarından olan qənaət nəticəsində yaranan
sonuncu forma, təbii ki qrammatik-semantik baxımdan daha məqbuldur və di-
lin inkişaf istiqamətlərindən birini təşkil edir. Hətta qənaətin şifahi nitq üçün
daha məqbul olduğunu düşündükdə folklor dilində elliptik formanın əsas oldu-
ğunu da qəbul etməliyik. Lakin nağıldan verdiyimiz cümlədə geniş formanın
işlədilməsi birbaşa funksional-üslubi məqsəd daşıyır; daha doğrusu, bu cümlə-
də diqqət mərkəzinə çəkilən məhz Yusifdir. Hətta “konkret leksik-semantik
məzmuna malik olan və həmin mətn üçün bu baxımdan əhəmiyyətli olan “əv-
vəlki” təyini işlədilməyə, yaxud müqayisə bildirən “sanki, elə bil ki” modal
sözü ilə əvəzlənə bilər.
Qeyd edək ki, təkrar edilən şəxs adının təyinlərlə işlədilməsi onları səciy-
yələndirən xüsusiyyətlərdəndir. Bu təyinlər isə müxtəlif üslubi-funksional
vəzifələr daşıyır. Bunların bəzilərində təyin yalnız informativ funksiyaya ma-
lik olur və əvvəldə dediyimiz kimi, hətta ikinci təkrar olmadan təyin onu əvəz-
ləyə bilir. Məs.: Nigar elə, doğrudan da Koroğluya layiq Nigar olmuşdu (“Ko-
roğlu”). Burada da “Koroğluya layiq” təyini informativ yük daşıyıb cümlədəki
fikir üçün əhəmiyyətli olsa da, əsas məqsəd Nigarın təsdiqi olduğundan bu
sözün ikinci təkrarı tələb olunur.
Mətndə eyni adın təyinedici sözlə işlədilməsi həmişə emosional-ekspres-
siv məqsədə xidmət etmir. Bu halda adın bir mətn çərçivəsində təkrar olunma-
sı hətta xüsusi məqsəd daşımır, yeni informasiyanın verilməsinə vasitəçi olur.
Məs.: O gündən Nuşirəvan şah ədalətini gücləndirir, oyudu ki, ona Nuşirəvan
adil dedilər.
9
Bəzən təkrarın təyinedici üzvünü ellipsisə uğratmaq olmur, daha doğru-
su, bu halda təkrarla onun təyinedici üzvü semantik və qrammatik cəhətdən elə
qovuşur ki, onların birini digərindən ayırmaq, deməli hansısa birini ellipsisə
uğratmaq mümkün olmur. Belə hallarda təyinedici üzv hətta təkrarın ikinci
komponenti ilə parçalanmayan təyini söz birləçməsi şəklində çıxış edir. Məs.:
Kürdoğlu cavan, təcrübəsiz, Koroğlu yüz ilin Koroğlusu! (“Koroğlu”).
Elə konstruksiyalar var ki, onlar tabeli mürəkkəb cümlə formasında olur
və təkrar olunan şəxs adının hər biri mürəkkəb cümlənin ayrı-ayrı komponent-
lərində işlənir: yəni təkrarın biri baş, digəri budaq cümlədə olur ki, bu da
onların emosionallıqdan daha çox, informativliyə xidmət etməsini şərtləndirir.
Məs.: Eyvaz, oğul, əgər sən, doğrudan da, Eyvazsansa, bəs Bayaziddən ağla-
ya-ağlaya gətirib dəfn elədiyimiz Eyvaz kimdi? (“Koroğlu”).
Bu cümlədə “Eyvaz” adının hətta üç dəfə təkrarlanması faktı vardır.
Birincidən sonrakı iki təkrar ad eynidir, hətta eyni düşünülmüş adama aiddir,
həqiqətdə isə onların ünvanlandığı şəxslər başqa-başqadır. Ona görə də, bu
təkrarda informativlik əsasdır.
4) Bəzən şəxs adının təkrarı həmin şəxsin mühüm olan xüsusiyyətlərini
sadalamaq üçün bir vasitə rolunu oynayır. Bu zaman şəxs adı ayrılıqda və “nə”
ədatı ilə təkrarlanır, lakin bu ədatın daxili potensiyasında suallıq məzmunu
olduğundan təkrar özündən sonra izahedici, cavab xarakterli ifadələrin, hətta
cümlənin gəlməsini şərtləndirir. Məs.: Amma Eyvaz nə Eyvaz... ərəb atın üs-
Dostları ilə paylaş: |