Baltik xalqları Baltik xalqlar və ya Baltlar


-ci ilin may-iyun hadisələri



Yüklə 126,98 Kb.
səhifə17/31
tarix02.01.2022
ölçüsü126,98 Kb.
#42494
1   ...   13   14   15   16   17   18   19   20   ...   31
imtahan

1968-ci ilin may-iyun hadisələri

60-cı illərin sonlarından etibarən V respublikanın böhranı başladı. Bu böhranın yaranmasının bir sıra səbəbləri var idi. 60-ci illərdə Fransa iqtisadiyyatının müvəffəqiyyətlə inkişaf etməsinə və əhalinin həyat səviyyəsinin yaxşılaşmasına baxmayaraq, 1965 və 1967-ci illərdə keçirilən seçkilər ölkədə narazılığın artmaqda olduğunu göstərdi. De Qollun hakimiyyətə gelməsi ilə xalq kütlələrində yaranan ümidlər özünü doğrultmadı. De Qollun avtoritar idarəçilik metodu əhalinin xoşuna gəlmirdi. Onlar avtoritarizmi rədd edirdilər. Fəhlə və qulluqçular əmək haqqının artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edir, kəndlilər isə öz gəlirlərinin dövlət tərəfindən qorunmasına nail olmaq istəyirdilər. Mühəndis texniki işçilər idarəetmə işlərinə kifayət qədər cəlb etdilməmələrindən narazı idilər. Əhalinin kütləvi təbəqəsinə çevrilən tələbələr daha fəal çıxış edirdilər. 1968-ci il üçün tələbələr 600 min nəfərə çatmışdı. Bu da müharibədən sonrakı ilk illərdən 5 dəfə çox idi. Tələbələr arasında orta təbəqələr və fəhlələr içərisindən çıxanlar xeyli artmışdı. Demokratik əhval-ruhiyyəli tələbələr köhnəlmiş təhsil sistemindən narazı idilər.

Bu dövrdə tələbələrin yalnız 15%-i dövlət təqaüdü alırdı. Mürəkkəb imtahan sistemi birinci kursa daxil olan tələbələrin 70-80%-nə təhsilərini başa vurmağa imkan vermirdi. Tələbələr təhsil sisteminin əsaslı surətdə yenidən qurulmasını, təhsilə ayrılan təxsisatların artırılmasını və təqaüdlərinin çoxaldılmasını tələb edirdilər. Bütün bunların nəticəsində qısa müddətdə ölkədə sabitlik pozuldu. Hiddətlənən xalq küçələrə çıxdı. Polislə toqquşmalar baş verdi. Mayın 7-də Parisdə 3 mindən çox tələbə yaralandı və həbs edildi. Hökumətin cəza tədbirlərinə əl atması əks təsir yaratdı. Xalqın digər təbəqələrinin tələbələrlə həmrəyliyi gücləndi. Həmkarlar ittifaqları dövlətin əmək münasibətlərinə müdaxilə etməsindən narazı idi. 1968-ci ilin may-iyun aylarında ölkədə siyasi böhran yetişdi. 1968-ci il üçün inflyasiyanın və qiymətlərin artması ümumi narazılığa səbəb oldu. Şarl de Qoll rejiminə qarşı kütləvi çıxışlar başladı. Ölkəni 10 milyon nəfərdən çox adamın iştirak etdiyi ümumi tətil bürüdü. 1969-cu il aprelin 22-də Şarl de Qollun təklifi ilə Fransanın yeni regional bölgüsünə və senatın islahatına dair
referendum keçirildi. Şarl de Qoll qanun layihəsi bayənilməyəcəyi təqdirdə istefaya gedəcəyini bildirdi. Referendumda iştirak edənlərin 52,41 %-i qanun layihəsinin əleyhinə səs verdi. Həmin gün Şarl de Qoll istefaya getdiyini bəyan etdi. Bundan sonra o, bir daha siyasi fəaliyyətlə məşğul olmadı.


Yüklə 126,98 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin