Krit-Miken Mədəniyyəti
Öz inkişaf tarixində Qədim Yunan mədəniyyəti bir neçə mərhələdən keçib. Bunlardan birincisi Krit-Miken mədəniyyətidir. Yunan ərazisindəki qədim sivilizasiya tədqiqatçılar tərəfindən Krit-Miken mədəniyyəti adını almışdır. Bu ad Krit adaları və materik Yunanıstanı ərazisindəki Miken şəhəri ilə əlaqədardır.
B.e.ə. III və II minilliklər çərçivəsində Krit həyatı saraylar ətrafında cəmlənmişdi. Arxeoloqlar tərəfindən tapılan bütün saray kompleksləri siyasi, iqtisadi və dini həyatın mahiyyətindən xəbər verir. Belə mərkəzlərdən
dördünün – Knoss, Fest, Malliya, Kato Zakropun adını çəkmək olar. Əvvəllər bunlar müstəqil dövlət olsalar da, sonralar Knossun tabeçiliyi altında birləşdilər. Krit saray kompleksləri içərisində Labirint adlı saray tədqiqatçılar tərəfindən daha dərindən öyrənilmişdir. O, Knoss şəhərində yerləşirdi. Sarayın belə adlandırılması, onun daxilindəki müxtəlif təyinatlı otaqların bir neçə (2-4) səviyyələrdə yerləşdirilməsi ilə bağlı idi.
Simmetriyanın olmaması bütün Krit memarlıq nümunələrində olduğu kimi, bu sarayda da təzahür tapmışdır. Sarayların birinci mərtəbəsində tacqoyma zalı, amfiteatr və digər otaqlar nəzərdə tutulurdu. Daxili pillələr mərtəbələri birləşdirərək böyük eyvanlarla əhatələnirdi. Burada sənətkarlıq emalatxanaları, digər təsərrüfat xarakterli otaqlar yerləşmişdi. Bu cür tikililərdə planlaşdırmanın hər hansı bir sistemini təsəvvür etmək mümkün deyil. Dövrün ən məşhur memarı əfsanəvi Dedal idi.
Knoss sarayı divarları gözəl freskalarla bəzədilirdi. Bu təsvirlər bu gün bizlərə qədim kritlilərin həyat və məişəti, mədəniyyəti, dini mərasimləri haqqında zəngin məlumatlar verir. Freska süjetlərindən belə bir nəticə əldə etmək olar ki, kritlilər təbiətə məftun insanlar idi. Peyzaj rəngkarlığının əsas mövzusunu dəniz, balıq ovu, delfin təsvirləri, kolluq və aslan, öküz, keçi rəsmləri təşkil edir. Bütövlükdə götürdükdə Kritin təsviri sənəti son dərəcə dinamik və rəngarəngdir.
Krit rəssamları insan fiqurlarının təsvirinə Misir kanonları ruhunda yanaşırdılar: insanın ayaq və sifəti yandan, gözləri tamaşaçıya zillənmiş şəkildə təsvir olunurdu. Təbiətin təsviri o qədər realist ruhda idi ki, insan
təsvirləri bu rəsmlərə bütövlük, dolğunluq bəxş edirdi. Krit həyatında din əhəmiyyətli dərəcədə böyük rol oynayırdı. Lakin burada xüsusi məbədlər və kahin kastaları yox idi. Əvvəldən Kritdə çar hakimiyyətinin xüsusi
forması olan teokratiya mühüm yer tuturdu. Bu hakimiyyətdə kübar və ruhani hakimiyyət bir adamın üzərinə düşürdü. Çar sarayı universal funksiyaları yerinə yetirirdi, o eyni zamanda həm dini, inzibati, həm də təsərrüfat mərkəzi idi. B.e.ə. XVI əsr və XV əsrin I yarısında Knoss (və ya Minoy) mədəniyyətinin çiçəklənmə dövrü b.e.ə. XV əsrin axırlarında tənəzzülə uğramağa başlayır. Bu çağlarda Miken (və ya axey) mədəniyyəti çiçəklənməyə başlayır. Kritdə olduğu kimi, Miken mədəniyyətində də əsas mərkəzlər saraylar idi. Bunlardan ən əhəmiyyətlilərini arxeoloqlar Miken, Tirinfe, Pilos, Afinada tapmışlar. Krit saraylarından fərqli olaraq Miken tikililərində simmetriya, otaq və zalların yerləşdirilməsinin dəqiq sistemi mövcud idi. Tikilidə mərkəzi hissəni Meqaron – iri mərkəzi zal tuturdu. Bütün axey sarayları möhkəm bərkidilərək, əsil qüllələri xatırladırdı. Məsələn, Tirinfe şəhərindəki sarayın xarici divarlarının hər biri 12 tondan ibarət iri əhəng daşlarından tikilir, divarın eni 4,5 m, hündürlüyü 7,5 m olurdu. Sonralar burada yaşayan yunanlar möhtəşəmliyinə görə bu tikililəri sikloplar adlandırırdılar. Axey saraylarının divarları da freskalarla bəzədilirdi. Lakin bunlarda döyüş səhnələrinin təsvirləri başlıca yer tuturdu. Rəsmlər aslanların ov edilməsi, atları yəhərləyən döyüşçülərin təsvirlərini də əks etdirirdi. Mikenlilər təsviri sənətdə kompozisiyalarda statikliyin nümayişinə başlıca yer verirdilər. Kritin yerini tutan Miken mədəniyyəti öz təsirini Egey ərazisinin hüdudlarından uzaqlarda da göstərə bilmişdir. Onun izlərini Kiçik Asiya, Kipr, İtaliya, hətta Misirdə də tapmaq mümkündür.
101. Yunanlar
Yunanlar (yun. Έλληνες - ellines) - Cənub-Şərqi Avropada etnos.
Ümumi sayı 14-19 milyon nəfərdir. Əsasən Yunanıstanda və Kiprdə yaşayırlar. Əksəriyyət yunan dilini ana dili sayır. Aralıq dəniz yanı ölkələrdə, həmçinin Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada və Avstraliyada böyük yunan icmaları mövcuddur. Yunanların əksəriyəti məşriqi məsihiliyə etiqad edir, lakin aralarında müsəlmanlar və aləmi məsihilər də var.
Yazıları
Yunanlılar Finikiya əlifbasını qəbul etməzdən əvvəl Girit və Kipr kimi iki növ yazı mövcud idi. Bununla birlikdə, hər iki növ də zamanla dəyişdirildi, qəbul edildi və dəyişdirildi (samitləri ifadə edən bir sıra hərflərin fonetik mənası səsli səslərə dəyişdirildi) Finikiya yazısı ilə. Vahid Yunan əlifbası olduqca gec ortaya çıxdı - uzun müddət bir neçə əlifba var idi - İon (İonya), Afina (Attica), Argos (Argolis), Korint. Makedoniyalı Lagid qəbiləsi Misir hökmdarları sülaləsinə çevrildikdən sonra Yunan yazıları Kopt yazılarının təməlini atan Misirin rəsmi yazı sisteminə çevrildi. Koine, Xristian Kilsəsinin rəsmi dilinə çevrildiyi üçün, Yunan əlifbası Xristian Kilsəsinin rəsmi yazısı oldu. Xristianlığı Qotlar və Slavlar qəbul etdikdən sonra, Yunan yazıları Qotlar, Bolqarlar, Serblər, Ruslar kilsələrinin rəsmi ssenarisi oldu və Gotik yazısı, Kiril və Qlagolitiklərin əsasını qoydu.
Din
Dünyanın başqa xalqları kimi, yunanlar da təbiət hadisələrinin səbəbini bilmir, ondan qorxurdular. Onlar ilahları insan cildində və insanlar kimi təsvir edirdilər. Belə ki, ilahların cinsiyyəti var idi (ilah və ilahələr), onlar insanlar kimi sevir, nifrət edir, inciyir, döyüşür, qorxur, ehtiraslanırdılar. Hətta ilah və ilahələrin arasında insanlarda olduğu kimi iş bölgüsü də var idi. Təbiəti tanrılar və ilahələr idarə edirlər.
Rəvayətə görə, baş tanrı Zevs, Poseydon və Aid dünyanı öz aralarında bölüşdürmüşlər. Zevs yer və göyün, Poseydon dənizin, Aid isə yeraltı padşahlığın tanrısı idi. Zevsin iradəsi ilə şimşək çaxır, yağış yağırdı. Apollon işıq və incəsənət tanrısı idi. Günəş tanrısı Helios qızıl arabası ilə səfərə çıxanda gün başlanır. Münbitlik tanrısı Demetra idi. Onun qızı Persefonanı Aid oğurlayır. Onu anasının yanına buraxmır. Demetra kədərlənir. Hər şey solur, təbiət təravətini itirir. Zevs Aiddən xahiş edir ki, Persefonanı bir neçə ay anasının yanına buraxsın. Qız anasının yanına gələndə yaz gəlir, yeraltı dünyaya gedəndə anası kədərləndiyinə görə qış gəlir. "Demetra və Persefona" əfsanəsi də buradan yaranmışdı.
Yunanlar meşə tanrılarını satirlər, bulaq tanrılarını nimfalar adlandırırdılar. Yunanlarda əkinçilik, maldarlıq, ovçuluq, sənətkarlıq və.s. sahələr yarandıqca onları himayə edən tanrılar da yaradılırdı. Dionis şərabçılıq, Hefest dəmirçilik, Hermes ticarət tanrısı idi. Afina müdriklik və müharibə tanrısı idi.
Yunanlar belə güman edirdilər ki, tanrılar ən yüksək dağ olan Olimpdə yaşayırlar. Onları Olimp tanrıları adlandırırdılar. Prometey insan azadlığı uğrunda mübarizə aparırdı. Tanrılar odun, sənətin sirlərini insanlardan gizlədirdilər. Prometey isə insanlara ağıl, idrak vermiş, insanlara hesab, sənət öyrətmişdir. Zevsin əmri ilə Hefest Prometeyi Qafqaz dağlarında yalçın qayaya zəncirləyir. Zevsin göndərdiyi qartal onun ciyərinin bir hissəsini hər gün qoparır. Hər gün ciyər bərpa olunur. Prometey bu dəhşətə dözür, amma Zevslə barışmır. Buradan da "Prometey" əfsanəsi yaranmışdır.
Elm
Qədim yunanlar onlara qədər şərqdə yaranmış elmi mənimsədilər, təbiət üzərində müşahidələr apardılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII-VI əsrlərdə Milet şəhəri və Egey dənizinin şərqində yerləşən İoniya vilayətindəki şəhərlər elm mərkəzlərinə çevrildi. İoniya alimləri təbiət hadisələrini izah etməyə, onların səbəblərini öyrənməyə çalışır, dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
E.ə. V əsrdə yunan elminin mərkəzi Afina idi. Burada Demo krit (e.ə. 460-370) İoniya alimlərinin işini davam etdirdi. O, belə bir fikir söyləmişdir ki, bütün dünya ən xırda zərrəciklərdən atomlardan ibarətdir. Demokrit insanlarda ruhun ölməzliyini inkar edirdi. O, dinin yaranmasının səbəbini insanların təbiət hadisələri qarşısında aciz qalmaları və qorxusu ilə izah edirdi. Demokrit materialist olduğuna görə onu cəzalandırmaq istəyirdilər. Demokritin ardıcılı Hippokrat (e.ə. 460-377) idi. Onun fikrincə, həkim xəstənin bədənində xəstəliyə qarşı müqaviməti artırmalıdır. Onun tibb elminin inkişafında böyük xidməti olmuşdur. Həkimin mənəvi davranış normaları olan "Hippokrat andı"onun adı ilə bağlıdır.
Aristotel (e.ə. 384-322) qeyri-adi biliyə malik alim idi. İsgəndərin müəllimi olmuşdu. Şərqdə Aristotelə Ərəstun deyirlər.O, bütün bilikləri ayrı-ayn sahələrə böldü, elmlərə ad verdi: botanika yunanca "bitki", fizika-"təbiət", poIitika-"dövlət" sözlərindən götürülmüşdür. Buna görə də ona birinci müəllim deyirlər. Aristotel hesab edirdi ki, Yer kürə şəklindədir, dünyanın mərkəzində yerləşir, Günəş və ulduzlar isə onun ətrafında fırlanır.
Yunanıstanda tarix elminin əsası e.ə. V əsrdə qoyulmuşdur. Həmin dövrdə yunan tarixçisi Herodot (e.ə. təqribən 490-425) "Tarix" əsərini yazmış, Plateya vuruşmasına qədər olan dövr haqqında məlumat vermişdi. Bu kitab Yunanıstan, Ön Asiya və Misirin, o cümlədən, Azərbaycanın tarixini öyrənmək üçün qiymətli mənbədir. Bu əsərdə İran-yunan müharibəsində iştirak edən bütün xalqlar haqqında tarixi, etnoqrafik materiallar şərh olunmuşdu. Midiya əfsanələrini ilk dəfə Herodot yazıya almışdır. Kitabda Azərbaycan ərazisində yaşayan xalqlar barədə maraqlı faktlar var. Siseron onu "tarixin atası" adlandırmışdı.
Dostları ilə paylaş: |