Baltik xalqları Baltik xalqlar və ya Baltlar



Yüklə 126,98 Kb.
səhifə8/31
tarix02.01.2022
ölçüsü126,98 Kb.
#42494
1   ...   4   5   6   7   8   9   10   11   ...   31
imtahan

Xarici əlaqələrin tarixi


Britaniyanın 1600-cü ildən bu yana xarici əlaqələri Avropa qitəsində heç bir dövlətin nəzarəti ələ keçirməsinə imkan verməməyə və güc balansına nail olmağa yönəlib. Əsas düşməni isə Yüzillik müharibədən başlayaraq Napoleonun məğlub edilməsinədək güclü orduya malik olan Fransa olub.1775-1783-cü illər Amerika İstiqlaliyyət müharibəsi zamanı müstəmləkə əleyhinə üsyanalar istisna olmaqla, Britaniya bir çox digər müharibələrdə uğur qazanıb.Onun üstün diplomatik strategiyası sayəsində Prussiya kimi müttəfiq ordu qüvvələri maliyyələşdirildi. Britaniya təhlükəsizlik barəsində hərbi-dəniz qüvvələrinə arxanalırdı və bütün dünyada şəxsi heyəti ilə birgə açıq dənizdə güclü donanma saxlamağa nail olub. Britaniyanın sahib olduğu böyük Britaniya İmperiyası 1920-40-cı illərdə ərazi baxımından daha da böyüdü, daha sonra 1970-ci ilədək müstəmləkələrə müstəqillik verildikcə imperiya ərazisi azalmağa başladı. 1900-cü ildən başlayaraq Britaniya Birləşmiş Ştatlarla dostluq əlaqələrini inkişaf etdirməklə və 1902-ci ildə Yaponiya ilə hərbi müttəfiqlik aktını imzalamaqla özünün təcrid etmə siyasətinə son qoydu. Daha əhəmiyyətli hadisə isə 1904-cü ildə Fransa, 1907-ci ildə Rusiya ilə Antanta hərbi-siyasi blokunun təsis edilməsi və bununla da 1914-1918-ci illər birinci dünya müharibəsində vuruşan anti-alman ittifaqının yaradılması oldu.1945-ci ildən sonra Britaniya ardıcıl olaraq özünün digər ölkələr üzərindəki öhdəçiliyini azaltdı. Demək olar ki, bütün müstəmləkələr müstəqil oldu. Britaniyanın fövqəldövlət statusuna son qoyan 1956-cı il Süveyş böhranındakı biabırçı məğlubiyyəti onun Orta Şərqdəki maraq dairəsini də azaltdı. Bununla belə Britaniya NATO hərbi ittifaqında Fransa və Almaniya kimi əzəli düşmənləri və Amerika Birləşmiş Ştatları ilə yaxın hərbi əlaqələr yaratdı. İllərlə davam edən müzakirə və etirazlardan sonra Britaniya 1973-cü ildə indi Avropa İttifaqı kimi tanınan Avropa İqtisadi Birliyinə qoşuldu. Ancaq bu ittifaq Britaniyanı maliyyə baxımından birləşdirmədi, avrodan imtina edərək funtsterlinqi saxladı və bununla 2011-ci il Avropa İttifaqı ölkələrinin maliyyə böhranından qismən kənarda qaldı. Birləşmiş Krallığın başlanğıcını Britaniya İmperiyasından alan Millətlər Birliyinə daxil olan dövlətlərlə müxtəlif səpkili əlaqələri mövcuddur. 

Kraliça 2-ci Elizabet 53 üzv dövlətdən 16-sının və digər federativ dövlətlərin başçısıdır. Kraliçanı dövlət başçısı kimi qəbul edən dövlətlər krallıq dövlətləri adlanır. Zaman ötdükcə bəzi dövlətlər müxtəlif səbəblərdən bu birlikdən kənarlaşdırılıb. Zimbabve prezidentin avtoritar idarəçiliyi səbəbindən uzaqlaşdırılıb, Pakistan da bu aqibətlə üzləşsə də, daha sonra yenidən birliyə daxil olub. Əgər həmin ölkələr demokratik respublika quruluşuna keçsələr, onlar yenə də bu birliyin üzvü olmaq hüququna malik olacaqlar. Birləşmiş Krallığın Avropa İttifaqına üzv dövlətlərlə iqtisadı əlaqələrə cəlb olunmasından öncə Malaziya kimi birlik dövlətləri Birləşmiş Krallıqla ticarətdə ixrac rüsumunun olmamasından istifadə edirdilər. Birləşmiş Krallıq bir zamanlar Afrika qitəsinin bir çox ölkəsində aparıcı müstəmləkə dövləti idi. Hal-hazırda isə Birləşmiş Krallıq Millətlər Birliyinin əsas üzvü kimi özünün xarici siyasəti vasitəsilə Afrikaya təsir göstərməyə çalışır. Hazırda Birləşmiş Krallıq Zimbabve ilə insan hüquqlarının pozulması barəsində mübahisədədir. Toni Bleyr Afrika komissiyasını təsis etdi və zəngin ölkələrdən inkişafda olan ölkələrə borclarını ödəmək barədə tələblərini dayandırmağı təkid etdi. Birləşmiş Krallığın inkişaf etmiş dövlətlərlə mədəni, sosial, siyasi əlaqələri, birlik hərəkatının dəstəklədiyi və inteqrasiya, əməkdaşlığa çağıran ticarət əlaqələri də güclüdür.

II Elizabetin İctimai fəaliyyəti

II Elizabet nadir hallarda müsahibə verdiyindən onun şəxsi hissləri haqqında məlumat azdır. Konstitusiyalı monarx olmasına baxmayaraq o siyası mövqeyini heç vaxt bildirmir. Hiss edilir ki, o vəzifə borcuna çox məsuliyyətlə yanaşır.Elizabet 600-dən çox xeyriyyə cəmiyyətinin hamisidir[138].

Anqlikan kilsəsinin başçısı olmasına baxmayaraq, o, xristian kilsəsinə və xüsusilə də Şotlandiya kilsəsinə hörmətlə yanaşır. O, dinlərarası dialoqa çox diqqətlə yanaşır, digər dinlərin rəhbərləri ilə görüşür, Xristian və Yəhudilər Şurasının hamilərindən biridir. Özünün illik Yeni İl təbrikində o şəxsi dini hisslərini xüsusi qeyd edir. 2000-ci ilin Milad bayramında o deyirdi:



"Bir çoxlarımız üçün bizim əqidəmiz böyük əhəmiyyət daşıyır. Mənim üçün İsa peyğəmbərin təlimi həyatımı qurduğum çərçivələri müəyyənləşdirməyə kömək edir. Bizim üçün çətin günlərdə İsa peyğəmbərin sözləri və nümunəsi böyük kömək olurdu".

1950-ci illərdə Elizabetin hakimiyyətinin ilk illərində o gənc, yaraşıqlı bir qadın kimi qəbul edilirdi.Ağır muharibədən sonrakı dövr ümüd, tərəqqi və yaraların sağalması dövrü idi və "Elizabet dövrü" adlandırılırdı.

1957-ci ildə lord Altrinxam kraliçanın məktəb illərində quru xasiyyətli olduğunu iddia etdi. 1960-cı illərin axırında kral ailəsi sənədli filmi və şahzadə Çarlz haqqında televiziya filmləri vasitəsi ilə kral ailəsi haqqında cəmiyyətdə xoş təəssürat yaratmağa başladılar. Onun gümüş yubileyində kütlə ona valeh idi, ancaq 1980-ci illərdə Elizabetin övladları mətbuatın güclü tənqidinə məruz qaldı. 1990-cı illərdə Elizabetin məşhurluğu ən aşağı həddə çatdı. İctimaiyyətin təzyiqi altında o tarixdə birinci dəfə monarx kimi vergi ödəməyə başladı. Şahzadə Diananın ölümü dövründə məşhurluq azalsa da, sonradan bərpa olundu. 2006-cı və 2007-ci illərdə keçirilən rəy sorğuları Elizabetin yüksək nüfuzunun olduğunu göstərdi. Həmçinin, 1999-cu ildə Avstraliyada, 2008-ci ildə Tuvaluda, 2009-cu ildə Sent-Vinsent və Qrenadində keçirilən referendumda yerli əhalinin əksəriyyəti Britaniya taxt-tacından asılılığın ləğvinin əleyhinə çıxdı.

İstirahətinin əsas maraq dairəsi atlar və itlərlə olmaqdır. O, saya palto geyməyi və başına dekorativ şlyapalar qoymağı xoşlayır. Bu geyim onu kütlə içərisində həmişə fərqləndirir.

16. Fin-Uqor xalqları qrupları


Yüklə 126,98 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin