Baltik xalqları Baltik xalqlar və ya Baltlar



Yüklə 126,98 Kb.
səhifə10/31
tarix02.01.2022
ölçüsü126,98 Kb.
#42494
1   ...   6   7   8   9   10   11   12   13   ...   31
imtahan

Fin-uqor xalqları - Baltik regionu, Şimali Asiya və Ortadunay düzənliyində yaşayan fin-uqor dilli xaqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xaqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi.

Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, Finlandiya və Estoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır.

RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşa və erzyanlar - Mordoviya). Xantılar və mansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir.

Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.



Macarlar — Ural xalqları fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. Macarıstan Respublikasının əsas əhalisidir.

Yüklə 126,98 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin