Baltik xalqları Baltik xalqlar və ya Baltlar


L.Sapatero hökuməti (2004-2008-ci illər)



Yüklə 126,98 Kb.
səhifə31/31
tarix02.01.2022
ölçüsü126,98 Kb.
#42494
1   ...   23   24   25   26   27   28   29   30   31
imtahan

L.Sapatero hökuməti (2004-2008-ci illər)


2004-cü ilin martın 14-də İspaniyada parlament seçkilərində İSFR qələbə qazandı. Onun lideri Luis Rodriqes Sapatero hökumət təşkil etdi. Bu Frankodan sonra beşinci baş nazir idi. 2007-ci ilin sonunda İspaniya Aİ-də iqtisadi artım sürətinə, yeni iş yerlərinin miqdarına, mədaxilinə və məxaricin müsbət balansına, sosial təminat fondunun artımına görə (4%-dən artıq) birinci yeri tuturdu. İqtisadi artım əsasən tikintilər hesabına idi. İspaniyada Fransa, Böyük Britaniya və Almaniya birlikdə götürüldükdə daha çox, yəni tələb olunandan 2 dəfə çox bu dövrdə mənzil tikilmişdi. Lakin 2008-ci ildən iqtisadiyyatda enmə başladı. İpoteka böhranı bu ölkəyə də təsir göstərdi. Böhran tikintidə fəhlələrin sayının 40% ixtisar edilməsinə səbəb oldu. Avropanın digər ölkələri ilə müqayisədə ən çox işsiz İspaniyada (9%) idi. Sapateronun sosialist hökuməti mərkəzin muxtar vilayətlərlə münasibətini yaxşılaşdırdı. Kataloniya və Bask ölkəsi geniş hüquqlar aldı. Kender probleminin həlli reallaşdı. Sapatero hökumətinin tərkibinin yarısı qadınlar idi.

2007-ci ilin martında kişilərin və qadınların bərabərliyi haqqında, ailə zorakılığına, boşanma prosesinin sürətləndirilməsinə, homoseksual nikaha icazə verilməsinə dair qanunlar qəbul edildi.

2004-2008-ci illərdə minimum əmək haqqı, minimum pensiya və təqaüd alan tələbələrin sayı artırıldı. Katolik dini məktəblərində məcburi təhsil təxirə salındı. Yüz minlərlə gizli yaşayan mühacirin kütləvi leqallaşması haqqında qərar verildi. Onlar ölkə əhalisinin 11%-ni təşkil edirdilər. Hökumət ETA təşkilatı ilə danışıqlar apardı ki, silahı yerə qoysalar, onlarla dialoqa girəcək. Lakin danışıqlar uğursuz oldu. Çünki 2006-cı ilin dekabrında onlar hökumətin şərtinə əməl etməyərək yenə terror törətdilər. Ümumiyyətlə, fəaliyyət göstərdiyi 40 il ərzində 800 adam ETA-nın terror aktının qurbanı olmuşdu.

Sosialist hökuməti İspaniyanın İraqa qoşun göndərməsini səhv addım hesab etdi və 2004-cü ilin iyununa 30-dək İraqdan qoşunların çıxarılmasına nail oldu.

İspaniya Almaniya və Fransa ilə münasibətləri daha da yaxşılaşdırdı. 2005-ci ilin fevralında Avropa Konstitusiyasının qəbulunda daha fəal iştirak etdi. İspaniya Aİ-yə yeni üzvlər qəbul edilməsini, Şengen və avro zonasının genişlənməsini dəstəklədi. Bununla belə, İspaniya Kosovanın dövlət müstəqilliyini tanımadı.

2008-ci ilin martın 9-da keçirilən növbəti parlament seçkilərində yenə də İSFR qalib gəldi və Sapateronun başçılığı altında hökumət təşkil edildi. Hökumətin 17 üzvündən 9-u qadın idi. Sapatero hökuməti iqtisadiyyatı stimullaşdırmaq üçün vergi ilə əlaqədar keçirilən tədbirlərin köməyi ilə 18 mlrd. avro ayırdı. Dövlət bölməsində iş yerlərinin 30% ixtisarı, aparıcı məmurların əmək haqlarının dondurulması barədə qərarlar qəbul edildi. Hökumət sosial xərcləri ixtisar etmədən 2008-2009-cu illərdə büdcədən dövlət xərclərinin 250 milyon avro ixtisar ediləcəyini elan etdi.

119. M,Tetçerin xarici siyasəti



İkinci hakimiyyətində Tetçer iki mühüm xarici siyasət uğuruna imza atdı:

  • 1984-cü ildə Çinə səfər zamanı Deng Şiaoping və Sino-Birləşmiş Krallıq Bəyannaməsi imzaladı. Buna görə, Çin Hong Kong "Xüsusi İdarə Region" statusunu verəcək, 1 iyun, 1997-ci ildə rəhbərliyi ələ aldıqdan sonra belə "vahid ölkə, iki sistem" prinsipi əsasında 50 il daha iqtisadi vəziyyətini dəyişdirə bilməzdi.

  • 1979-cu ilin noyabrında Dublində toplaşan Avropa Şurasında Tetçer Birləşmiş Krallığın Avropa İqtisadi Birliyinə verdiklərinin aldıqlarından çox daha olduğunu iddia etmişdi. Sammitdə "İcmadan və ya başqa hər hansı birindən pul istəmirik. Sadəcə olaraq öz pulumuzu geri istəyirik" demişdi.[49] Tetçerin iddiaları qəbul edildi və 1984-cü ilin iyun ayında Fontainebleau sammitində AİB Böyük Britaniyanın və onun gəlirlərini illik ödənişlər arasındakı fərqlərin 66% -ni geri qaytarmağı qəbul etdi. Bu saziş hələ də qüvvədədir və Avropa Birliyi üzvləri arasında vaxtaşırı mübahisələrə səbəb olmuşdur

Yüklə 126,98 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin