Baltik xalqları Baltik xalqlar və ya Baltlar


Jak Şirakın hakimiyyəti illərində xarici siyasət



Yüklə 126,98 Kb.
səhifə24/31
tarix02.01.2022
ölçüsü126,98 Kb.
#42494
1   ...   20   21   22   23   24   25   26   27   ...   31
imtahan

Jak Şirakın hakimiyyəti illərində xarici siyasət

Şirak dövlətin xarici siyasətini bir neçə istiqamətdə həyata keçirməyə başladı. Hökumətin xarici siyasətinde Avropa Ittifaqı ilə əməkdaşlığa xüsusi yer verilirdi. Fransa bu birlikdə fəal iştirak etməyə və üstünlük qazanmağa çalışırdı. Fransa Avropa İttifaqının fəal üzvü olaraq qalırdı. 1999-cu il yanvarın 1-dən Fransada və Avropa Ittifaqının digər ölkələrində Avropa valyutası avro dövriyyəyə daxil oldu, Xarici siyasətin mühüm istiqamətlərindən biri NATO və ABŞ-la əməkdaşlıq idi. Fransız hökuməti Yaxın və Orta Şərq-də, Balkanlarda, Cənubi Qafqazda münaqişələrin nizama salınmasında ABŞ-la fəal əməkdaşlıq edirdi. 1999-cu ilin mart-iyun aylarında Fransa NATO-nun Serbiyaya qarşı Kosovoda həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak etdi. 2001 ci il 11 sentyabrda ABŞ-da terror hadisələrindən sonra Fransa beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak etməyə başladı. 2002-ci ilin aprel-may aylarında Fransada prezident seçkiləri keçirildi. İkinci turda rəqiblər Milli Cebhonin lideri Le Pen və Jak Şirak oldular. Jak Şirak yenidən qələbə qazandı.

121. Slavyanlar

Səqləblər ya da Slavyanlar — Avropada ən böyük etnodilli icma.

VI əsrdə slavyanlar Mərkəzi və Şərqi Avropada yaşayırdılar. Onlar üç qrupa bölünürdü:


  • Şərq (ruslar, beloruslar, ukraynalılar)

  • Cənub(serblər, xorvatlar, boşnaklar, monteneqrolular, makedonlar, slovenlər, bolqarlar)

  • Qərb (çexlər, polyaklar, slovaklar)

Slavyanların əsas məşğuliyyəti əkinçilik idi. Onların IX əsrə qədər yazıları olmamışdır. VI əsrdə slavyanlarda hələ dövlət yox idi, icma halında yaşayırdılar. Bütün işləri xalq yığıncağı həll edirdi. Onlar almanlar və ərəblər kimi ibtidai icma quruluşundan birbaşa feodalizmə keçmişdilər. Feodalizmə keçidlə IX-X əsrlərdə slavyanların ilk dövləti yarandı. 882-ci ildə şərq slavyanlarının Kiyev dövləti yarandı. X əsrin əvvəllərində Çexiya, X əsrdə Polşa dövləti yarandı.


Yüklə 126,98 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin