Jak Şirakın hakimiyyəti illərində xarici siyasət
Şirak dövlətin xarici siyasətini bir neçə istiqamətdə həyata keçirməyə başladı. Hökumətin xarici siyasətinde Avropa Ittifaqı ilə əməkdaşlığa xüsusi yer verilirdi. Fransa bu birlikdə fəal iştirak etməyə və üstünlük qazanmağa çalışırdı. Fransa Avropa İttifaqının fəal üzvü olaraq qalırdı. 1999-cu il yanvarın 1-dən Fransada və Avropa Ittifaqının digər ölkələrində Avropa valyutası avro dövriyyəyə daxil oldu, Xarici siyasətin mühüm istiqamətlərindən biri NATO və ABŞ-la əməkdaşlıq idi. Fransız hökuməti Yaxın və Orta Şərq-də, Balkanlarda, Cənubi Qafqazda münaqişələrin nizama salınmasında ABŞ-la fəal əməkdaşlıq edirdi. 1999-cu ilin mart-iyun aylarında Fransa NATO-nun Serbiyaya qarşı Kosovoda həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak etdi. 2001 ci il 11 sentyabrda ABŞ-da terror hadisələrindən sonra Fransa beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak etməyə başladı. 2002-ci ilin aprel-may aylarında Fransada prezident seçkiləri keçirildi. İkinci turda rəqiblər Milli Cebhonin lideri Le Pen və Jak Şirak oldular. Jak Şirak yenidən qələbə qazandı.
Dostları ilə paylaş: |