Baltik xalqları Baltik xalqlar və ya Baltlar


J.Pompidunun hakimiyyəti illərində xarici siyasət



Yüklə 126,98 Kb.
səhifə23/31
tarix02.01.2022
ölçüsü126,98 Kb.
#42494
1   ...   19   20   21   22   23   24   25   26   ...   31
imtahan

J.Pompidunun hakimiyyəti illərində xarici siyasət

Pompidu hakimiyyətə gələn kimi dövlətin xarici siyasətində bəzi düzəlişlər edərək geniş fəaliyyətə başladı. Onun hakimiyyəti illərində Fransanın xarici siyasəti bir neçə istiqamətdə həyata keçirilirdi. Xarici siyasətin üstün istiqaməti Avropada gedən inteqrasiya proseslərində Fransanın iştirakının fəallaşdırılması oldu. Şarl de Qolldan fərqli olaraq Pompidu ölkənin Avropa inteqrasiya proseslərində iştirakına Fransanın beynəlxalq mövqelərini gücləndirməklə bərabər daxildə sosial-siyasi və hüquqi sistemin təkmilləşdirilməsində vasitə kimi baxırdı. Buna görə də 1969-cu ildə Pompidu Avropada inteqrasiya proseslərinin dərinləşdirilməsi, genişləndirilməsi və başa çatdırılması təklifilə çıxış etdi. Pompidunun xarici siyasətinin ikinci mühüm istiqaməti ABŞ və NATO ilə qarşılıqlı münasibətləri gücləndirməkdən ibarət idi. Pompidu Şarl de Qolldan fərqli olaraq ABŞ və NATO ilə münasibətləri xeyli yaxşılaşdıraraq bu təşkilatla əlaqələrin genişləndirilməsinə xüsusi fikir verirdi. 1974-cü ilde Pompidunun təklifilə NATO üzvü olan dövlətlər “Yeni Atlantika xartiyası»nı imzaladılar. Xartiyaya görə, NATO-nun fealiyyetinde kollegiallıq prinsipi genişləndirildi. Bundan sonra Fransa NATO ilə siyasi əməkdaşlığını gücləndirdi. Pompidunun hakimiyyəti illərində xarici siyasətin istiqamətlərindən biri də sosialist ölkələrilə münasibətlər idi. Fransız hökuməti bu ölkələrlə də qarşılıqlı münasibətlərini yaxşılaşdırdı. İqtisadi ve humanitar sahələrdə əməkdaşlıq genişləndirildi. 1970-1971-ci illərdə Fransa ve SSRİ rəhbərlərinin yüksək səviyyədə qarşılıqlı səfərləri oldu.

Pompidu SSRİ ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetiririrdi. 1970-ci ilin oktyabrında Pompidu SSRİ-yə səfər etdi. Sefer zamanı Fransa ile Sovet İttifaqı arasında siyasi məsləhətləşmələrin genişləndirilməsi və dərinləşdirilməsi haqqında protokol imzalandı. 1995-ci ilde Fransada prezident seçkiləri keçirildi. Respublikanı Müdafiə Birliyi Partiyasından Jak Şirak namizədliyini irəli sürdü. Həmin partiyadan Eduard Balladyur da prezidentliyə öz namizədliyini irəli sürdü. Seçkilərə Fransa Sosialist Partiyasının nümayəndəsi Leonel Jospen də qoşuldu. 1995-ci ilin aprel ayında keçirilən birinci turda rəqiblərin heç biri qələbə qazanmadı. İkinci tura Jak Şirak və Leonel Jospen çıxdı. Lakin ikinci turda Jak Şirak qələbə çaldı. San Jak Şirak daxili siyasətdə sosial dövlət siyasətini davam etdirərək, büdcə kəsirini aradan qaldırmaqdan ötrü sosial proqramlara ayrılan təxsisatları azaltdı və vergi siyasətində dəyişiklik etdi.


Yüklə 126,98 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin