Baltik xalqları Baltik xalqlar və ya Baltlar



Yüklə 126,98 Kb.
səhifə12/31
tarix02.01.2022
ölçüsü126,98 Kb.
#42494
1   ...   8   9   10   11   12   13   14   15   ...   31
imtahan

Etnik tərkib


Macarların tərkibində bir neçə öz mədəniyyətlərinin bəzi xüsusiyyətlərini indiyədək saxlamış etnoqrafik qrup mövcuddur. Budapeştin şərqində və cənub-şərqində Yasşaq, Kişkunşaq və Nadkunşaq kimi tarixi ərazilərdə kuman və yaslar kimi etnoqrafik qruplar yaşayırlar. Kumanlar – monqolların əsarətindən canlarını qurtararaq XIII əsrdə Macarıstana pənah gətirmişlər. Onlarla birlikdə Macarıstana osetinlərə yaxın millət olan yaslar da köçüb gəlmişlər.

Digər etnoqrafik qrup isə hayduklardırlar. Bu ad altında Habsburqlarla müharibə aparmaq üçün feodallar tərəfindən toplanmış müxtəli əhali qrupları nəzərdə tutulur. Həyat tərzlərinə görə hayduklar rus kazaklarını xatırladırdılar.

Macarıstanın etnik qrupları arasında, həmçinin palotsları, matyoları və rabakezləri qeyd etmək olar.

Macarların dövlət dili olan macar dili lüğət tərkibinə görə uqorların dilinə yaxındır.



İsveç dilində "Finland" — "finlər ölkəsi" deməkdir.

Finlandiyalılar təxminən bölgəyə 2000 il əvvəl çatmağa başlayan Baltik bölgəsindən gələn mühacirlər ilə buz çağından sonra bölgəyə köçən əsl yerlilərin qarışığından gəlir. Dil baxımından isə, estonlar və macarlar ilə birlikdə finlər də fin-uqor dil ailəsinə mənsubdur. Əhalinin 93,4%-ni finlər, 5,7%-ni isveçlilər, 0,12%-ni qaraçılar, 0,4%-ni ruslar, 0,2%-ni saamlar təşkil edir.

Mordvaların adları ilk dəfə VI əsr mənbəyində çəkilir. Mordvalarana dili Mordva dili olan Fin-uqor xalqlarından biri, Fin-uqor xalqlarının Fin-perm qrupunun Fin-volqa yarımqrupuna daxildirlər, əsasən Rusiyada yaşayırlar. Rusiya FR-nın dövlət statistikasının federal xidmətinin 2010-cu il Ümumrusiya əhali siyahıyaalınmasının yekunlarına dair məlumatına əsasən Rusiya FR-da yaşayan mordvaların ümumi sayı 744,237 nəfərdir. Onların tərkibində hesablanmış mordvaların subetnik qrupları olan:



Erzyanların sayı: 57,008 nəfər olmuşdur.

Mokşaların sayı: 4,767 nəfər olmuşdur.




Yüklə 126,98 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin