Bank əməliyyatlarının mahiyyəti, əməliyyat təsnifi, gəlirləri və xərcləri


Qeyri-ənənavi bank xidmətlərin gəliri



Yüklə 27,61 Kb.
səhifə6/11
tarix10.05.2022
ölçüsü27,61 Kb.
#56969
1   2   3   4   5   6   7   8   9   10   11
muhazire05 (1)

Qeyri-ənənavi bank xidmətlərin gəliri lizinq, məlumat, məsləhətləşmə, valyuta dövriyyəsi (dəyişkən), müştəriləriyə bank tədrisi xidmətlərindən toplanmış mədaxildir. Lizinq əməliyyatlarının gəlirinə lizinq ödənişləri, faiz ödəncləri və xidmətlərə dair mükafat daxildir.

Bank əmlakının reallaşması üzrə birdəfəlik sazişlər ilə əlaqddar olan gözlənilməyən gəlirlər. Bu cür mədaxil balans qiymətləri üzərində bazar qiymətlərinin artımı nəticəsində əmələ gəlir. Əks təqdirdə əməliyyatlar məsrəflər ilə sıx bağlı olur. Bu da bankın bilavasitə itkilərinə səbəb olur. Beləliklə, kommersiya banklarının gəlirinin hər bir növünü quruluşuna əsasən 3 qrupa bölmək mümkündür:

  • faiz gəliri;

  • bankın xidmətləri nəticəsində komission ödəmələrdən əldə olunan gəlir;

  • digər növ gəlirlər (buraya bazarda baş verən möhtəkir əməliyyatlardan əldə olunan gəlir, satılmış əmlakın balans və bazar qiymətləri arasındakı fərq, qiymətli kağızların və digər aktivlərin yenidən qiymətləndirilməsi, alınmış cərimələr, şikayətlər aiddir).

Sadalanan xidmət növləri üzrə gəlirlər banka ödəmələrdəki yubanmaları, bank risklərini ört-bastır edir, və mənfəətini yaradır. Gəlirin digər xüsusiyyətlərindən biri onun dəyərlilik xassəsidir. Bank bazarında qiymətlər tələb və təklifin təsiri nəticəsində müəyyənləşir. Bununla bərabər gəlirin hər bir növü spesefik cəhətləri ilə fərqlənir.

Kredit faizi dəyərin müvəqqəti istifadəsinin özünəməxsus qiymətidir. Kredit faizi növlərinin təsnifatı kreditin növlərinə, (kommersiya faizi, bank və istehsal faizi) kredit idarələrinin növlərinə (milli bankın qeydiyyat faizi, bank və lombard faizi), kreditin müddətinə (qısamüddətli kreditlər və ya pul vəsaiti bazarının tarifi, uzunmüddətli kreditlər və ya istiqraz vərəqələrinin tarifi), kreditlərin növlərinə (overdraft üzrə dövriyyə vəsaitləri vasitəsilə kredit faizləri, buraya veksellərin uçotuna, məqsədli kreditlərə dair faizlər də aiddir), əməliyyatların növlərinə (kre­ditlər, banklararası kreditlər, depozitlər üzrə faizlər), köçürmə üsullarına (sadə və mürəkkəb, adi və dəqiq köçürmələr) əsaslanır.

Növündən asılı olmayaraq razılaşdırılmış kredit faizi kommersiya bankları üçün zəruri olan kredit ehtiyatları və marjaların qiymətləri əsasında müəyyən olunur. Bu zaman kredit ehtiyatlarının qiyməti real surətdə nəzərə alınır. Ehtiyatların real qiymətinin bazar qiymətləri normasından kənara çıxması zəruri ehtiyatlarının təsiri nəticəsində baş verir. Bank üçün faiz marjasının kifayət qədər olması ümumi bank vəsait ödənişinin yubanmalarının qarşısını alır və mədaxili artırır. Bundan başqa, razılaşdırılmış faiz inflyasiyannın və bank təhlükəsinin artım dərəcəsini nəzərə almalıdır.



Komissiya - bank əməliyyatları xidmətlərinin mükafatlandınlmasının adıdır. O, latınca «comissio» sözündən əmələ gəlmişdir ki, bu da tərcümədə «tapşırıq» deməkdir. Onun miqyasının müəyyənləşdirilməsinə xidmətlərin maya dəyəri və zəruri mənfəət daxildir. Lakin təklif və tələbdən asılı olaraq komissiya (mükafat tarifi) maya dəyərindən yüksək və ya aşağı ola bilər. Xidmətlərin maya dəyərinə və onun bazar qiymətləri normasından kənara çıxmasına daimi nəzarət olunmalıdır. Bunun əsasında xidmətlərin inkişafının istiqamətləndirilməsi və xidmətlərin maya dəyərinin azaldılmasına dair tədbirləri haqqında məsələlər öz həllini tapır.


Yüklə 27,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin