Kommersiya bankının gəlir və məsrəflərinin qiymətləndirilməsinin əsas üsulları kimi qeyd etdiyimiz kimi, gəlir və məsrəflərin nisbi səviyyəsini xarakterizə edən maliyyə əmsallarının hesablanmasını da daxil etməklə struktur təhlil, gəlir və məsrəflərin dinamikliyinin təhlili təşkil edir. Üsulların vəhdəti bankın gəlir və məsrəflərinin kəmiyyət və keyfiyyət baxımından qiymət verməyə icazə verir.
Bank gəlirlərinin struktur təhlilinin məqsədi isə gəlir mənbələrinin sabitliyinin qiymətləndirilməsi və gələcəkdə qorunması üçün onların əsas növlərinin aşkar olunmasından ibarət olur. Təhlil ötən illər ərzində əldə olunan faktiki məlumatların əsasında aparılır. Xarici ölkələrin təcrübəsində minimum üç il uzun müddət kimi qəbul olunur.
Birinci qrupa təbiətcə sabit olan bank xidmətlərinə görə komissiya şəklində çıxış edən fazili və ya faizsiz gəlir, yəni əməliyyat gəlirləri aid olur. İkinci qrupa bazarda həyata keçirilən əməliyyatlardan əldə olunan gəlirlər, yəni möhtəkir gəlirlər, eləcə də aktivlərin yenidən qiymətləndirilməsindən əldə olunan gəlirlər və birdəfəlik xarakterli nəzərdə tutulmayan gəlirlər aid olur. Digər birdəfəlik gəlirlər qeyri - sabit olur. Bankın ümumi gəlirlərinin artım tempinin və məbləğinin, vəsaitlərin daxil olmasının bu ikinci qrupu tərəfindən təyin olunması arzuolunmazdır.
Bank məsrəflərinin struktur təhlili onların növlərinin, artım templərinin və amillərinin aşkar olunması üçün həyata keçirilir.