Mühafizə fəaliyyəti bank əməliyyatlarına uyğun olan trast (etibarlı) və agent xidmətlərinə əsaslanır. Fəaliyyətin bu növü müştərinin əmlakının idarə edilməsinə və bu əmlak ilə bilavasitə bağlı olan tapşırıqlar üzrə ayrı-ayrı konkret əməliyyatların icrasına görə bankın gəlir mənbəyidir. Məsələn: trast müqaviləsi əsasında bank müştərinin pul vəsaitinin hesablarda yerləşdirilməsi və müştərini müəyyən gəlirlə təmin etmək vəzifəsini öhdəsinə götürür. Trast əməliyyatları zamanı müqavilənin şərtlərinə uyğun olaraq müştərinin gəliri bankın mədaxilindən az da ola bilər. Deməli, agent əməliyyatlarından fərqli olaraq trast xidmətlərinə görə komissiya daha yüksək göstəricilərə malik olur. Bu xüsusiyyət trast xidmətləri müqabilində komissiyon mükafatın quruluş tərkibini müəyyən edir. Buraya əmlakın idarə olunmasına dair qiyməti təyin edilmiş mükafat və iş fəaliyyətinin nəticəsinə görə mükafatlandırma daxildir.