Gəlir mənbəyi müəyyən qədər sabit və qeyri-sabit növlərə bölünür. Müəyyən qədər sabit gəlir mənbəyinə bank xidmətlərinin faizli və faizsiz mədaxilini aid edirlər. Qeyri-sabit gəlir mənbəyinə isə qiymətli kağızların ikinci bazarında qabaqcadan nəzərə alınmayan əməliyyatlar vasitəsilə əldə olunmuş mədaxil daxildir. Müasir şəraitdə bir çox banklar qeyri-sabit gəlir mənbəyinə valyuta əməliyyatlarının mədaxilini də aid edirlər. Bankın inkişafının arzu olunan cərəyanı (istiqaməti) sabit gəlir mənbəyinin artımı, mədaxilin artımına qeyri-sabit gəlir mənbəyinin təsir etməməsidir.
Kommersiya banklarının xərclərini qeydiyyat üsulları və növlərinə görə təsnif etmək mümkündür.