Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə112/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   108   109   110   111   112   113   114   115   ...   538
Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn]: 

pyeslər /A.N.Ostrovski; 

rus dilindən tərc. 

ed. Y.Əzimzadə, 

Ə.Məmmədxanlı, 

R.Təhmasib.- Bakı: Şərq-

Qərb, 2006.- 312 s.


84

90 

illiyi

Nəcəfqulu İsmayılov 

1923 -1990 

MART

Nəcəfqulu  Əbdülrəhim oğlu  İsma-

yılov 1923-cü il mart ayının 15-də 

Bakıda anadan olmuşdur. 1940-cı ildə 

Azərbaycan Dövlət Rəssamlıq Texni-

kumunu bitirmişdir. 

İlk yadda qalan əsərləri ilə artıq 

1940-cı ildən etibarən sənətə  gələn 

N.İsmayılov daima sənət yolların-

da axtarışda olmuş, novatorluğu ilə 

seçilmişdir. Yaradıcılığının ilk illəri 

müharibə dövrünə təsadüf etdiyindən, 

dövrünün digər rəssam həmkarları 

kimi müharibə mövzusuna həsr edil-

miş tablolar yaratmışdır. “Ana”, “Həzi 

Aslanov”, “A.Quliyev” portretləri bu 

qəbildəndir.

Xalq rəssamı,  Əməkdar incəsənət 

xadimi Nəcəfqulu İsmaylov çoxşaxəli 

yaradıcılıq diapazonuna malik bir 

rəssam olmuşdur. Poeziyaya vurğun-

luğundan neçə-neçə görkəmli  şair və 

ədibin portretini özünəməxsus yüksək 

sənətkarlıqla yaratmışdır.  İ.Nəsimi, 

M.Füzuli, Nizami Gəncəvi, M.Ə.Sabir, 

Səməd Vurğun... və daha  bir çox 

klassiklərin portretləri Nəcəfqulu fır-

çasının məhsuludur.

Rəngkar, portret ustası, qrafik, kari-

katuraçı kimi yaddaşlara həkk olunmuş 

görkəmli sənətkar, dostluq şarjları, 

barelyeflər, qalvanika, qalvanoplastika 

sahəsində də özünü sınamışdır.

Nəcəfqulu  İsmayılovun qrafika 

sahəsindəki fəaliyyəti də  təqdirəla-

yiqdir. Onun C.Məmmədquluzadənin 

məşhur “Ölülər”  əsərinin personajla-

rını  əks etdirən qrafik illüstrasiyaları 

- Qurbanəlibəy, Usta Zeynal, M.Ə. Sa-

birin “Hophopnamə”sinə çəkdiyi dörd 

illüstrasiya, “Köhnə Bakı” qrafik albo-

mu, “Köhnə Bakının tipləri”, “Sabir 

və onun tipləri” qrafik illüstrasiyaları 

və başqalarını qeyd etmək olar. Tuş və 

quaşla işlənmiş bu qrafik illüstrasiyalar 

rəssamın bədii yaradıcılığını dəfələrlə 

nümayiş etdirmişdir. 

Daim axtarışda olan rəssam Nəcəf-

qulu  İsmayılov Azərbaycan milli 

mədəniyyətinə, bu mədəniyyətin at-

ributlarından olan milli geyimlərə 

xüsusi qayğı və diqqətlə yanaşmış və 

“Azərbaycan geyimləri (tiplər)” jurna-

lını yaratmışdır.

1963-cü ildə  Əməkdar incəsənət 

xadimi adına layiq görülmüşdür.

Əsərləri ADR, Kanada, Livan və s. 

ölkələrdəki sovet sərgilərində nümayiş 

etdirilmişdir. 

Görkəmli rəssam 1990-cı ildə vəfat 

etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin