Ə d ə b i y y a t
Qazıyev Şamil Həsən oğlu [Mətn] //Naxçıvan Ensiklopediyası.- Bakı, 2002.- S.269.
Шамил Казиев [Каталог].- Баку, 1978.
8
Vinsent Villem van Qoq 1853-cü il mart ayının
30-da Hollandiyanın Breda şəhəri yaxınlığındakı
Qrut-Zundert məntəqəsində anadan olmuşdur.
1880-ci ildən başlayaraq, təsviri incəsənətlə
məşğul olmağa başlamışdır. Brüssel (1880-1881)
və Antverpendə (1885-1886) rəssamlıq akademi-
yalarında təhsil almışdır.
Van Qoq sənətinə XIX əsrin 1880-ci illərindən
başlayaraq diqqət göstərilir. İlk əsərlərində tünd
rənglərə, kəskin keçidlərə, “qəmgin” mövzulara
rast gəlinir. (“Kəndli qadın” 1885 (Kröller-Müller
Dövlət Muzeyi), “Otterlo”; “Kartof yeyənlər”,
1885 (V.van Qoq fondu, Amsterdam)
XX əsrin əvvəllərində Paris (1901-1905), Ams-
terdam (1905), Köln (1912), Nyu-York (1913) və
Berlində (1914) sərgiləri təşkil olunmuşdur. Məhz
bu sərgilər Van Qoqun dahiliyinin hamı tərəfindən
qəbul edilməsinə səbəb olmuşdur.
Ümumilikdə, Van Qoq həyatı boyu 2000-dən ar-
tıq şəkil, eləcə də 3000-ə yaxın rəsmin müəllifidir
ki, onlardan ən məşhurları həyatının son iki ilini
əhatə etmişdir.
Görkəmli rəssam 1890-cı il iyul ayının 29-da
intihar etmişdir.
Dostları ilə paylaş: |