Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə117/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   113   114   115   116   117   118   119   120   ...   538
Ə d ə b i y y a t

Fatma Muxtarova [Mətn] 

//Qadınlar Azərbaycanın 

musiqi həyatında: Women 

in Azerbaijans Music /red., 

tərt. A.Bayramova.- Bakı, 

2004. - S.10.11.

Kuroçkina, S. Aktrisa 

haqqında povest [Mətn] 

/S.Kuroçkina; tərc. ed. 

T.Vəliyev; red. İ.Dağlar; 

Azərbaycan Respublikası 

Mədəniyyət və Turizm Na-

zirliyi.- Bakı: “E.L.” NPŞ 

MMC, 2007.- 148 s.

Muxtarova Fatma Səttar 

qızı [Mətn] //Üzeyir 

Hacıbəyli ensiklopediyası.-

Bakı, 2008.-S.158.

Rəhimli, İ. Fatma Muxta-

rova  [Mətn] //İ.Rəhimli 

Azərbaycan teatr tarixi.-

Bakı, 2005. – S.275.

İ n t e r n e t d ə

www. adam.az

www. files.preslib.az

www.musigi-dunya.az


88

Teatr.Kino

100 

illiyi

Əliağa Ağayev 

1913-1983      

MART

Əliağa  İsmayıl oğlu Ağayev 1913-

cü il mart ayının 22-də Bakı  şəhərində 

doğulmuşdur. 1930-cu ildə yeddinci 

sinfi bitirərək Paris kommunası adına 

Gəmi Təmiri Zavodu nəzdindəki sənət 

məktəbində oxumuşdur.  İki il sonra 

oranı bitirərək zavodda gəmi çilingəri 

işləmişdir. Bəm və şirin zümzüməli səslə 

işdə  də dodaqaltı oxuyan Əliağa zavo-

dun dram dərnəyinə yazılmışdır. İlk rolu 

Mirzə Fətəli Axundzadənin “Hacı Qara” 

komediyasında Hacı Qara olmuşdur.

Aktyor 1936-cı ildə  Fəhlə  Uşaqlar 

Teatrının (indiki Gənc Tamaşaçılar Te-

atrı (GTT) kollektivinə daxil olmuşdur. 

Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Ver-

nin “Kapitan Qrantın uşaqları” dramının 

tamaşasında Dik rolunda çıxmışdır. 

Müxtəlif çeşidli rolları, xüsusən “O 

olmasın, bu olsun” bədii  filmindəki 

Məşədi  İbad obrazı ilə respublikadan 

kənarda da şöhrətlənən  Əliağa Ağayev 

1961-ci ilin payızında Akademik Milli 

Dram Teatrının kollektivinə qəbul olun-

muşdur. Bu teatrda ilk orijinal rolu Şıxəli 

Qurbanovun “Əcəb işə düşdük” kome-

diyasında Abış Surxayeviç obrazıdır.

 İyirmi iki il Akademik teatrda işləyən 

sənətkar bu səhnədə Vasin (“Tan-

ya”, A.Arbuzov), Allanəzər (“Kimdir 

müqəssir?”, H.Muxtarov), Qulaməli, Alı-

şov, Nağı (“Közərən ocaqlar”, “Kəndçi 

qızı” və “Yaxşı adam”, M.İbrahimov), 

Birinci məzarçı, Stefano (“Hamlet” və 

“Fırtına”, V.Şekspir), Pişta Orbek (“Fü-

sunkar qız”, M.Dyarfaş), Keşiş Bazi-

lo (“Bu qadın mənimdir”, R.Juniyor),  

Anatoli Novoseltsov (“Sevgi... sevgi...”, 

E.Braginski və E.Ryazanov), Rüstəm 

Zaloviç, Ağadayı (“Kölgələr pıçıldaşır” 

və “Mənziliniz mübarək!”, S.Dağlı), 

Səfər (“Söz yarası”, Q.Rəsulov), Sərxan 

(“Görünməmiş toy”, A.Arkanov və 

Q.Qorin), Tosun (“Səyavuş”, H.Cavid), 

Nəsir bəy, Aslan, Bərbərzadə, Kərəmov, 

(“Küləklər”, “Yalan”, “Xoşbəxtlər” və 

“Toy”, S.Rəhman), Vəzir (“Karıxmış Sul-

tan”, Taufiq əl Hakimi), Hacı Əbdüləzim 

(“Dəli yığıncağı”, C.Məmmədquluzadə), 

Mirzə Səməndər, Babakişi (“Almaz” və 

“Sevil”, C.Cabbarlı),  İbiş  İbişli (“Ada-

mın adamı”, Anar)... rollarında çıxış et-

mişdir.  Əliağa Ağayev kinoda Məşədi 

İbaddan  əlavə Xan (“Sehrli xalat”), 

Şıxəli (“Görüş”) kimi irihəcmli rollarla 

yanaşı, “Əhməd haradadır?” (Kassir), 

“Qanun naminə” (“Mehman”, Anbar-

dar), “Bir məhəlləli iki oğlan” (Feyzi), 

“İstintaq davam edir” (Kişi) və digər 

filmlərdə yaddaqalan epizodik surətlərdə 

çəkilmişdir. Televiziyanın fondunda akt-

yorun iştirak etdiyi tamaşaların və sati-

rik səhnəciklərin lentləri saxlanır. 

O, 1943-cü ildə “Respublikanın 

Əməkdar artisti”, 1954-cü ildə “Xalq ar-

tisti” fəxri adları ilə təltif olunmuşdur. 

Ə.Ağayev 1983-cü il noyabr ayı-

nın 3-də  pərəstişkarları  və dostları ilə 

süfrə arxasında lətifə söyləyib güldüyü 

yerdəcə gözlərini həyata əbədi qapamış-

dır.



Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin