87
Musiqi.Opera.Balet
Fatma Muxtarova
1893-1972
120
illiyi
Opera müğənnisi
MART
26
Fatma Səttar qızı Muxtarova 1893-
cü il mart ayının 26-da Cənubi
Azərbaycanın Urmi (Urmiya) şəhərində
doğulmuşdur. Uşaq yaşlarında ailəsi
Rusiyaya köçmüşdür. Əvvəlcə Ros-
tovda yaşamış və bir neçə ildən sonra
Peterburqda məskunlaşmışlar.
Saratov Konservatoriyasının pro-
fessoru M.Y.Medvedyevin köməyi
ilə 1914-cü ildə Saratov Konserva-
toriyasını bitirdikdən sonra Moskva-
ya köçmüş, F.İ.Şalyapinin vasitəsilə
S.İ.Ziminin opera teatrına dəvət oluna-
raq 1917-ci ilədək burada oxumuşdur.
Vətəndaş müharibəsi illərində Fat-
ma Muxtarova təbliğat-konsert briqa-
dalarına qoşulmuş, Qırmızı ordunun
döyüş bölgələrində konsertlər vermiş-
dir. İstənilən dinləyici auditoriyası üçün
çevik və dəyişkən repertuarla çıxış
etməyi böyük məharətlə bacaran gənc
müğənni 1920-ci ildən Kazan, Leninq-
rad, Kiyev, Xarkov, Odessa, Tbilisi və
s. şəhərlərin opera teatrlarında oxu-
muşdur. Həmin teatrlarda əsasən Qərbi
Avropa və rus klassik sənətkarlarının
əsas sevgili partiyalarının füsünkar
ifaçısı kimi şöhrətlənmişdir. Buna görə
də, onu vaxtaşırı bir teatrdan digərinə
dəvət edirdilər.
Sənətin kamillik zirvəsinə çatan,
vokal ifaçılığının ən zərif və emosional
incəliklərini mənimsəyən Fatma xanım
həm yaşının, həm də sənətkarlığının
müdrik çağında, 1938-ci ildə Bakıya
dəvət almışdı. Həmin ildən 1953-cü
ilə qədər Mirzə Fətəli Axundzadə adı-
na Azərbaycan Dövlət Opera və Balet
Teatrının solisti olmuşdur.
Görkəmli opera solistinin yaradıcı-
lığının zirvəsi Karmen partiyası sayılır.
Müğənni bu partiyanı müxtəlif teatr-
larda zəfərlə ifa etmişdir. Fatma Mux-
tarovanın karmenin ifasında əldə etdiyi
nailiyyət dünyanın ən qüdrətli ifaçı-
larının həmin partiyada qazandıqları
qələbələrlə bir cərgədə dəyərləndirilir.
O, bu partiyanı həm Azərbaycan, həm
də rus dillərində oxumuşdur.
Fatma Muxtarova müxtəlif opera
teatrlarının səhnəsində klassik ifaçılar-
dan Fyodor Şalyapin, Bülbül, Sergey
Lemeşev ilə birgə çıxış etmişdir.
1938-1953-cü illərdə M.F.Axundov
adına Azərbaycan Dövlət Opera və
Balet Teatrının, Tiflis opera teatrının
səhnəsində qazandığı nailiyyətlərə,
milli opera sənətimizin tərəqqisindəki
böyük xidmətlərinə görə vokal ustası,
opera solisti 1936-cı ildə “Gürcüstan
Respublikasının Əməkdar artisti”
və 1940-cı il fevral ayının 23-də
“Azərbaycan Respublikasının Xalq
artisti” fəxri adları ilə “Qırmızı Əmək
Bayrağı” və “Şərəf nişanı” ordenləri
ilə təltif edilmişdir.
Fatma xanım Səttar qızı Muxtarova
1972-ci il oktyabr ayının 19-da Bakıda
vəfat etmiş və İkinci Fəxri Xiyabanda
dəfn olunmuşdur.
Dostları ilə paylaş: