86
MART
80
illiyi
Müğənni
Rübabə Muradova
1933-1983
22
Rübabə Xəlil qızı Muradova
1933-cü il mart ayının 22-də Cənubi
Azərbaycanın
Ərdəbil
şəhərində
anadan olmuşdur. Ailənin ilk öv-
lad payı olan Rübabə Ərdəbil Qız-
lar məktəbində təhsil almışdır. Atası
Pişəvəri hərəkatının ən fəal üzvlərindən
olmuşdur. 1946-cı ildə siyasi müha-
cir ailəsi olaraq doğma torpaqlarını
tərk etmək məcburiyyətində qalmış,
əvvəl Astarada, sonralar isə Salyanda
məskunlaşmışdılar.
Rübabə Muradova Salyanda orta
məktəbdə təhsilini davam etdirmiş,
elə məktəbdə də onun məlahətli səsini
aşkarlamışdılar. Bundan sonra Rübabə
musiqi dərnəklərindən birinə üzv ol-
muşdu. Dərnəkdə Qulu Əsgərovla tanış
olan Rübabə, tamaşalarda, tədbirlərdə
çıxış etməyə başlamışdı.
Dram Teatrının aktyorları Salyan-
da qastrol səfərində olarkən “Vaqif”
dramının nümayişi zamanı Xuraman
obrazını oynayan aktrisa xəstələndiyi
üçün bu rolu Rübabə oynamalı olur.
Bu zaman onun 16 yaşı var idi. Ələsgər
Ələkbərov ona Bakıya gəlməyi
məsləhət görür.
Rübabə Muradova 1950-ci ildə
Bakıya gəlir və Asəf Zeynallı adı-
na Bakı Musiqi Məktəbinin muğam
şöbəsində təhsil almağa başlayır. 1955-
ci ildə A.Zeynallı adına Bakı Musiqi
Məktəbini (S.Şuşinskinin sinfini) bi-
tirir. Güclü, təsirli və müxtəlif çalarlı
səsə, original ifaçılıq üslubuna malik
müğənnini Həqiqət Rzayeva, Gülxar
Həsənova kimi sənətkarlar Leyli rolu-
na hazırlaşdırmağa başlayırlar.
Rübabə Muradova 1954-cü ildən
Azərbaycan Dövlət Opera və Ba-
let Teatrının solisti olmuş, səhnədə
bir-birindən gözəl rollar yaratmış-
dır. Leyli (Üzeyir Hacıbəyli – “Leyli
və Məcnun”), Əsli (Üzeyir Hacıbəyli
– “Əsli və Kərəm”), Şahsənəm (Z.
Hacıbəyli – “Aşıq Qərib”), Sənəm
(Ş.Axundova – “Gəlin qayası”) və
başqa partiyalar ifa etmişdir. Muğam,
təsnif və xalq mahnılarının mahir ifa-
çısı olmuşdur. Onun ifa etdiyi “Qara
gilə”, “Heydər babaya salam” bu gün
də dillər əzbəridir. Filarmoniyada anş-
laqla keçən konsertləri indi də çoxla-
rının xatirindədir. Misilsiz lent yazıları
Qızıl fondda qorunur.
1971-ci ildə “Azərbaycanın Xalq ar-
tisti” fəxri adına layiq görülmüş, “Şərəf
nişanı” ordeni ilə təltif edilmişdir.
Həyatının son anına qədər vətən
nisgili Rübabə xanımın ürəyindən
getməmiş, 13 yaşında ayrıldığı torpa-
ğına bircə dəfə ayaq basmaq arzusu
ürəyində qalmışdır. Doğulub böyü-
düyü Ərdəbili, evini yenidən görmək
xoşbəxtliyi ona nəsib olmamışdır. Bu
nisgildən ağır xəstəliyə düçar olmuş,
yataq xəstəsinə çevrilmişdi.
Rübabə Muradova 1983-cü il avqust
ayının 30-da Bakıda vəfat etmiş, Yasa-
mal qəbiristanlığında dəfn edilmişdir.
Dostları ilə paylaş: