82
Dünya ədəbiyyatı
100
illiyi
Sergey Mixalkov
1913-2009
MART
Sergey Vladimiroviç Mixalkov
1913-cü il mart ayının 13-də Moskva-
da anadan olmuşdur.
Uşaqlar üçün canlı, maraqlı dildə
yazdığı şeirlərində (“Styopa dayı”,
“Bəs sizdə nə var?” və s.) və pyeslərində
(“Qırmızı qalstuk” 1946, “Qiymətli
oğlan” 1971) vətənə məhəbbət, nəcib
mənəvi-əxlaqi keyfiyyətlər aşılanır.
Böyük Vətən müharibəsi illərində
hərbi müxbir kimi oçerk, hekayə, sa-
tirik şeir və felyetonlar yazmışdır. Mi-
xalkovun aktual mövzulu təmsilləri
məşhurdur. Böyüklər üçün
yazdığı
“İlya Qolovin” (1950) pyesi, “Ovçu”
(1956), “Vəhşilər” (1958), “Özünə
abidə...” (1959), “Xərçənglər”, (1960)
satirik komediyaları əhali arasında bö-
yük rəğbət qazanmışdır. Onun gənc
nəslin tərbiyəsindən bəhs edən “Hər
şey uşaqlıqdan başlanır” (1968), “Za-
manın əlamətləri” (1976) adlı kitab-
ları vardır. Əsərləri bir çox dillərə, o
cümlədən Azərbaycan dilinə tərcümə
edilmişdir. “Xərçənglər”, “Qiymətli
oğlan” pyesləri Azərbaycan səhnəsində
tamaşaya qoyulmuşdur.
S.V.Mixalkov SSRİ Yazıçılar İttifa-
qı İdarə Heyətinin katibi, RSFSR Ya-
zıçılar İttifaqı İdarə Heyətinin sədri,
1962-ci ildən “Fitil” satirik jurnalının
baş redaktoru vəzifələrində çalışmış-
dır.
1973-cü ildə Sosialist Əməyi
Qəhrəmanı adı almış, 3 dəfə Lenin or-
deni, Oktyabr İnqilabı ordeni, 3 başqa
orden və medallarla təltif olunmuşdur.
Mixalkov 1971-ci ildən SSRİ Pedaqoji
EA-nın həqiqi üzvü olmuşdur.
Sergey Mixalkov SSRİ-nin, eləcə
də müstəqil Rusiyanın himninin
müəllifidir. Daha çox uşaq şeirlərinin
müəllifi kimi tanınan şair populyar
kino və cizgi filmlərinə də ssenarilər
yazmışdır.
Sergey Mixalkov təxminən 20 il
ərzində RSFSR Yazıçılar Birliyinə
rəhbərlik etmişdir. RSFSR və SSRİ Ali
Sovetinin deputatı olmuşdur.
Sovet ədəbiyyatının klassiki Sergey
Mixalkov 2009-cu il avqust ayının 27-
də 96 yaşında vəfat etmişdir.
Dostları ilə paylaş: