Teqvim2013. pdf


Şairə Ə d ə b i y y a t



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə107/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   103   104   105   106   107   108   109   110   ...   538
30

Şairə

Ə d ə b i y y a t

Bağışla, Vətən bağışla 

[Mətn] /F.Hacıyeva; red. 

Elmira Fərruxzadə.- Bakı: 

Adiloğlu, 2004 .- 218 s.

Qaytaram tanrı sevgisin... 

[Mətn] /F.Hacıyeva; red.: 

E.Fərruxzadə, M.Əsədov; 

rəssam Y.Əsədov, S.Nağı.- 

Bakı: Adiloğlu, 2006.-254 s. 

Hu Mevlam, hu... [Mətn]: 

[şeirlər] /F.Hacıyeva; 

red. N.Şahbazova; rəssam 

S.Nağı.- Bakı: Adiloğlu, 

2010.- 287, [1] s.

Məhərrəmli, Q. Rumıni-

yada Azərbaycanı tanı-

yır və sevirlər [Mətn]: 

F.Hacıyevanın tərcüməsində 

nəşr edilən kitab haqqında 

/Q.Məhərrəmli //Respubli-

ka.- 2001.- 11 avqust.

“Mən Mövlanə aşiqiyəm” 

[Mətn]: F.Hacıyeva ilə 

müsahibə /müsah. apardı 

N.İsfəndiyarqızı //Kaspi.- 

2012.- 9-11 iyun.- S.15.

İ n t e r n e t d ə

www. anl.az


81

Folklor

120 

illiyi

MART

8

Şəmşir Qurban oğlu Qocayev 1893-

cü il mart ayının 15-də Yelizavetpol 

quberniyasının Cavanşir qəzasının 

(indiki Kəlbəcər rayonu) Dəmirçidam 

kəndində doğulmuşdur. İlk tərbiyəçisi 

və ustadı atası  Aşıq Qurban və  Aşıq 

Ələsgər olmuşdur. 

1907-ci ildə ailəsi Ağdaban kəndinə 

köçmüş  və o, burada 1910-1914-cü 

illərdə çobanlıq etmişdir.

1914-cü ildə saz sənəti aləminə 

gəlmiş, müstəqil aşıqlığa başlamışdır. 

1920-ci ildə Qamışlı kəndində yeddi-

illik məktəbi bitirmiş, kənd sovetində 

katib işləmişdir. Sənətkar ailəsində do-

ğulan Şəmşir çox keçmədən el yığın-

caqlarında tanınmağa başladı. Miskin 

Abdal nəslinin davamçısı olan Dədə 

Şəmşiri bütün Azərbaycana daha ya-

xından tanıdan böyük Səməd Vurğun 

olub.  İstisu yaylaqlarında istirahət 

edən görkəmli  şair günlərin birində 

özünəməxsus səsi, sözü və çalğısı olan 

bir ozanla - Aşıq Şəmşirlə tanış olur və 

ona məşhur qoşmasını həsr edir.

Dədə Şəmşir qələmə aldığı qoşma, 

gəraylı, təcnis, divani, bayatı, rübai, 

qəzəl və müxəmməslərlə  Kəlbəcər 

ədəbi mühitini, eləcə də yazılı və şifahi 

poeziyamızın ən önəmli cəhətlərini us-

talıqla mənimsəyən söz sənətkarı kimi 

öz məktəbini yaratmışdı. Onun 40-dan 

artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, 

Qəmkeş Allahverdinin, Aşıq Xalıq-

verdinin və bu gün çoxlarının yaxşı 

tanıdığı onlarla saz-söz sənətkarlarının 

yetkinləşməsində, kamilləşməsində 

Aşıq  Şəmşir məktəbinin  əvəzsiz rolu 

olub. Bu məktəb təkcə  aşıq sənətinə 

deyil, ümumən saz-söz sənətinə  təsir 

göstərməklə 

Bəhmən Vətənoğlu, 

Sücaət kimi şairlərin yetişməsinə mün-

bit zəmin yaradıb.

Aşıq  Şəmşirin qeyri-adi səsi və 

çalğısı saz-söz sərrafı olan Kəlbəcər 

ellərində yüksək dəyərləndirilir, ustad 

sənətkarın orijinal ifaçılığı  və  şairli-

yi heç kəslə müqayisə edilmirdi. Nə 

yaxşı ki, fitrət sahibinin lent yazıları 

bu günümüzəcən gəlib çatıb. İlk dəfə 

musiqişünas  Əminə Eldarova Aşıq 

Şəmşirin ifasında 75 aşıq havasını 

lentə köçürüb. İndi Azərbaycan Dövlət 

Radiosunun qızıl fondunda mühafizə 

olunan bəzi lent yazıları aşığın Əminə 

xanım tərəfindən 1958-ci ildə yazılan 

saz havalarıdır.

1938-ci ildə Azərbaycan aşıqları-

nın II qurultayında iştirak etmişdir. 

İlk mətbu qoşması “Aşığın səsi” adlı 

şeirlər toplusunda çap olunmuşdur. 

Xidmətlərinə görə şair, “Şərəf Nişanı” 

ordeni, “1941-1945-ci illərdə Böyük 

Vətən müharibəsində  fədakar  əməyə 

görə” medalı ilə təltif edilmiş, 1957-ci 

ildə “Azərbaycanın Əməkdar incəsənət 

xadimi” adına layiq görülmüşdür.

Aşıq  Şəmşir 1980-ci il fevral ayı-

nın 10-da vəfat etmişdir. Aşığın Ağda-

ban kəndindəki evi erməni quldurları 

tərəfindən dağıdılmışdır. 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin