Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə106/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   102   103   104   105   106   107   108   109   ...   538
Rüfət Əhmədzadə 

1933-1988    

Ə d ə b i y y a t

Hələlik [Mətn]: şeirlər /Rüfət Əhmədzadə .- Bakı : Yazıçı , 1991. - 192 s.

Məhəbbətlə gülüşlə şeirlər /R. Z. Əhmədzadə. - Bakı : Yazıçı , 1981. - 125, [3] s.

Mədətoğlu, Ə. Hamını güldürən... /Ə. Mədətoğlu //Ədalət. . - 2012.- 29 fevral.- S.7.

Günel. “Ölməyə vaxtı olmayan adam” /Günel //525-ci qəzet . - 2012.- 24 fevral.- S. 7.

Rüfət Əhmədzadə  [Mətn] //T.Əhmədov XX əsr Azərbaycan yazıçıları: ensiklopedik məlumat kitabı.- Bakı: Nurlar Nəşriyyat-

poliqrafiya mərkəzi, 2004.- S.746.

İ n t e r n e t d ə

www. anl.az


80

Milli ədəbiyyat 

60  

illiyi

Fəridə Hacıyeva

1953  

MART

Fəridə  Məcid qızı Hacıyeva 1953-

cü il mart ayının 30-da Sumqayıt 

şəhərində anadan olmuşdur.

1971-ci ildə N.K.Krupskaya adına 

Kitabxanaçılıq Texnikumunu bitir-

miş, 1971-1976-cı illərdə  Azərbaycan 

Dövlət İncəsənət Universitetində təhsil 

almışdır. 

1972-ci ildə M.F.Axundov adına 

Dövlət Kitabxanasında kitabxanaçı, 

1983-1992-ci illərdə  Mədəniyyət Na-

zirliyi Aşıqlar Birliyində metodist və 

daha sonra Folklor şöbəsinin müdiri 

işləmişdir. 

1992-ci ildən bugünə kimi 

M.F.Axundov adına Milli Kitabxana-

da Dövri mətbuat bölməsinə rəhbərlik 

edir.

1982-ci ildən Azərbaycan tele-



viziya, radio və dövri mətbuatında 

müntəzəm olaraq şeirləri ilə  çıxış et-

mişdir.

“Yeni səslər” poeziya almanaxında 

şeirləri çap olunmuşdur. 

“Məni məndən alan dünya”, “Dün-

yama qovuşacağam”, “Göylər pənahım 

mənim”, “Bağışla Vətən, bağışla”, 

“Qaytaram tanrı sevgisin” kitabları, 

“Azərbaycan poeziya almanaxı-3”də, 

“Azərbaycan harayı” antologiyasında,  

“Azərbaycan qadın şairləri” kitabında 

şeirləri çapdan çıxmışdır.

Şairə  həm də  tərcümə ilə  də 

məşğul olmuş, görkəmli rumın  şa-

iri Mixay Emineskunun şeirlərinin 

tərcüməsindən ibarət “Ulduzlardan 

pay istərəm” adlı şeir kitabı çap olun-

muşdur. Rumıniyanın Konstansiya 

şəhərində  həmin kitabın təqdimat 

mərasimi keçirilmişdir.

1984-cü ildən Aşıqlar Birliyinin, 

Aşıq Pəri məclisinin, 1998-ci ildən 

Azərbaycan Yazıçılar Birliyinin, 1999-

cu ildən Məhsəti Gəncəvi Məclisinin 

və İdarə heyətinin üzvüdür.

2000-ci ildən Azərbaycan-Rumı-

niya Mədəni Əlaqələr Birliyinin üzvü 

və sədr müavini olmuşdur.

Xidmətlərinə görə 2003-cü ildə 

“Araz” ali ədəbi media mükafatının, 

2004-cü ildə  Məhsəti Gəncəvi adına 

fəxri diplomları ilə, 2004-cü ildə “Qı-

zıl qələm” fəxri media mükafatı ilə, 

2009-cu ildə  Mədəniyyət və Turizm 

Nazirliyinin fəxri diplomları ilə  təltif 

edilmişdir. 2010-cu ildə Prezident 

təqaüdünə layiq görülmüşdür (2010).

Türkiyənin Konya şəhərində Mev-

lana və Mevləvilik simpoziumunun iş-

tirakçısı olmuş, orada dəfələrlə şeirləri 

çap olunmuş, “Qaytaram Tanrı sevgi-

sin” adlı kitabı haqqında dərgilər və 

qəzetlərdə yazılar çap olunmuşdur.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin