95
illiyi
İmran Qasımov
1918-1981
NOY
ABR
İmran Haşım oğlu Qasımov 1918-
ci il noyabr ayının 25-də Bakıda do-
ğulmuşdur.
Orta məktəbi 1935-ci ildə bitirmiş,
ADU-nun filologiya fakültəsinə (qiya-
bi) daxil olmuş, həm də Bakı Kinostu-
diyasında işləmişdir. Oradan Moskvaya
kinossenaristlər kursuna göndərilmiş,
1937-ci ildə Bakı kinostudiyasında
təcrübə stajı keçmiş, sonra ssenarist və
məsləhətçi olmuşdur (1938-1942). Bu
dövrdə “Yeraltı uğultu” (1937), “Yeni
üfüqlər” (1940) kinossenarilərini
və “Arzu” (1938) pyesini yazmış-
dır. 1942-ci ildə beş ay Hərbi rəis
məktəbinin dinləyicisi olmuş, 1944-
cü ilədək “Azərbaycanfilm”də ssenari
şöbəsinin rəisi vəzifəsində işləmişdir.
Azərbaycan Nazirlər Soveti yanında
Kinematoqrafiya nazirinin birinci mü-
avini vəzifəsinə irəli çəkilmişdir. Son-
ra 1944-1953-cü illərdə orada kollegi-
ya üzvü və “Literaturnaya qazeta”nın
xüsusi müxbiri, 1953-1954-cü illərdə
Azərbaycan Yazıçılar İttifaqında dra-
maturgiya üzrə məsləhətçi, 1954-1956-
cı illlərdə “Literaturnıy Azerbaydjan”
jurnalının baş redaktoru işləmişdir.
1961-ci ilin iyununda Azərbaycan
yazıçılarının IV qurultayında Yazıçı-
lar İttifaqının katibi seçilmiş, 1975-ci
ilin yanvarından ömrünün sonunadək
Azərbaycan Yazıçılar İttifaqı İdarə
Heyətinin birinci katibi olmuşdur.
O, həm də Azərbaycanın Ədəbiyyat,
İncəsənət və Arxitektura üzrə Dövlət
mükafatları Komitəsinin sədri olmuş-
dur. Onun irsi zəngindir: kinossenari,
pyes, roman, hekayə, oçerk, esse və
publisistika onun yaradıcılığında xü-
susi yer tutur, 50-yə yaxın qısametrajlı
filmlərin ssenarisini (novella, oçerk,
multiplikasiya və s.) yaratmışdır.
“Xəzər üzərində şəfəq”, “İnsan məskən
salır”, “Dairəni genişləndirin”, “Ömrü-
müz qısadır” pyesləri, “Yeni üfüqlər”,
“Odlar ölkəsi”, “İradə”, “Sovet
Azərbaycanı”, “Abşeron ritmləri” və
s. kinossenariləri, “Ceyran”, “Fransız
qobeleni”, “İtaliya mozaikası” əsərləri
rəğbət qazanmışdır. H.Seyidbəyli ilə
müştərək əsərləri “Dəniz cəsurları se-
vir” (1954), “Sən nə üçün yaşayırsan?”
(1959) pyesləri, “Uzaq sahillərdə”
(1953), “İllər keçir” (1967) romanları-
dır. “Uzaq sahillərdə” əsəri 22 dildə 30
dəfədən çox nəşr olunmuşdur.
Xidmətlərinə görə Azərbaycanın
“Əməkdar incəsənət xadimi” (1960),
“Xalq yazıçısı” (1979) fəxri adlarına
layiq görülmüş, Azərbaycan Dövlət
mükafatı laureatı (1980) olmuş, Le-
nin ordeni, “Qırmızı əmək bayrağı”,
“Şərəf nişanı” ordenləri, SSRİ me-
dalları və Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyətinin Fəxri fərmanı ilə
təltif edilmişdir.
İmran Qasımov 1981-ci il aprel
ayının 20-də Bakıda vəfat etmiş və
Fəxri Xiyabanda dəfn olunmuşdur.
Bakı küçələrindən biri yazıçının adını
daşıyır.
Dostları ilə paylaş: |