Teqvim2013. pdf


Milli ədəbiyyat NOY



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə398/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   394   395   396   397   398   399   400   401   ...   538
319

Milli ədəbiyyat

NOY

ABR

2

115 

illiyi

Əmin Abid 

1898-1938  

Əhmədov  Əmin Mütəllib oğlu 

(Əmin Abid Gültəkin) 1898-ci il no-

yabr  ayının 2-də Bakıda anadan ol-

muşdur.  İlk təhsilini burada almışdır. 

1919-cu ildə Türkiyəyə səfər etmiş, bu-

rada pedaqoji məktəbi bitirdikdən son-

ra  İstanbul Universitetinin ədəbiyyat 

fakültəsində  təhsilini davam etdirmiş-

dir (1919-1926). İlk gənclik dövründən 

sərbəst və heca vəznində  şeirlər yaz-

mışdır. “Yeni Qafqaz”, “Azəri-türk”, 

“Odlu yurd” və digər jurnallarda 

“Gültəkin” təxəllüsü ilə dərc etdirdiyi 

şeirlərində Azərbaycan Milli Demok-

ratik Cümhuriyyətinin bolşevik ordusu 

tərəfındən vəhşicəsinə işğalına, Sibirə 

sürgünlərə, təqib və  təhqirlərə qarşı 

etirazla yanaşı, sabaha - üç rəngli ay-

ulduzlu bayrağın müstəqil Azərbaycan 

üzərində dalğalanacağı günə inam 

güclü idi. Onun Türkiyədə  qələmə 

aldığı  şeirlər siyasi mühacirlərin 

köməyi ilə “Buzlu cəhənnəm” adı al-

tında ayrıca kitabda nəşr edilmişdir. 

1919-cu ildə Azərbaycana qayıtmış, 

Bakı Dövlət Universitetində çalışmış-

dır. Tələbəlik dövründə “Azərbaycan 

türklərinin  ədəbiyyat tarixi” mo-

noqrafik  əsərini qələmə almışdır. 

Dövri mətbuatda müasir və klassik 

ədəbiyyata,  şifahi xalq yaradıcılığına 

dair  ədəbi-elmi məqalələrlə  çıxış et-

mişdir. Azərbaycan Proletar Yazıçıları 

Cəmiyyəti nəzdində açılan  ədəbiyyat 

seminariyasında müəllimlik etmiş-

dir. “Azərbaycan türklərinin  ədəbiyyat 

tarixi”, “Türk ədəbiyyatında bayatı-

mani növü”, “Bayatının türk xalqları 

ədəbiyyatında mövqeyi”, “Azərbaycan 

ədəbiyyatının qədim abidələrindən” 

monoqrafik  əsərləri, eyni zamanda 

“Kitabi-Dədə Qorqudun mətni haqqın-

da məlumat”, “XVII əsr Azərbaycan 

ədəbiyyatı”, “Ədəbiyyatımız tarixində 

Sabirin mövqeyi”, “Mirzə  Şəfi haq-

qında yapılan tədqiqlərə bir ba-

xış”, “Türk el ədəbiyyatına elmi 

bir baxış (Oğuznamə)” kimi milli 

ədəbiyyatşünaslıq, folklor və  mətbuat 

tarixi haqqında onlarca məqalələri geniş 

erudisiyalı alimin zəngin irs yaratdığını 

sübut edir. Axundovşünaslıq elminin 

yaranmasında xidmətləri misilsizdir. 

M.F.Axundov  ədəbi irsinə  həsr etdiyi 

məqalələri, monoqrafiya və  tərtibləri, 

eləcə də tərcümələri vardır. Məhəmməd 

Füzulinin “Söhbətül-əsmar” əsərini aş-

kara çıxarıb elm aləminə tanıtmışdır. 

“Azərbaycan proletar qəzetçiliyinin 

tarixinə bir baxış” (1928) məqaləsi 

Azərbaycan inqilabi jurnalistika tari-

xinin öyrənilməsinə  hədiyyədir. 1938-

ci ilin iyul ayının 14-də casusluqda 

günahlandırılaraq həbs edilmiş, üç ay 

sonra oktyabr ayının 21-də saat 21:30- 

da güllələnmişdir.  Əmin Abid gec də 

olsa, 1962-ci il dekabr ayının 21-də 

bəraət qazanmış, ancaq ömür yolunun 

öyrənilməsi, yaradıcılığının araşdırılıb 

təbliğ edilməsi qadağan edilmişdi. 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   394   395   396   397   398   399   400   401   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin