Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə399/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   395   396   397   398   399   400   401   402   ...   538
Ə d ə b i y y a t

Seçilmiş əsərlər [Mətn] 

/Ə.A.Mütəllibzadə; nəşrə 

hazırlayan və ön sözün 

müəl. Sona Xəyal.- Bakı: 

Nurlan, 2007.- 261 s.

Əmin Abid [Mətn]                

//Cəlil Məmmədquluzadə 

ensiklopediyası.-Bakı, 

2008.- S.105-106.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org 

www.folklorinstitutu.com

Şair


320

Milli ədəbiyyat

NOY

ABR

Maqsud Məsim oğlu  Şeyxzadə 

1908-ci il noyabr ayının 7-də keçmiş 

Yelizavetopol (Gəncə) quberniyasının 

Ağdaş  kəndində doğulmuşdur.  İbtidai 

təhsilini “Rüşdiyyə” məktəbində almış, 

ilk qələm təcrübələrini də bu vaxt et-

mişdir. 


Bütün 

ədəbiyyat dərsliklərində 

“Özbək yazıçısı və şairi” kimi tanıdılan 

qürbət məhkumu Maqsud Şeyxzadənin 

Azərbaycan 1918-ci ildə müstəqilliyinə 

qovuşanda hələ 12 yaşı vardı. Atasının 

Ağdaşda açdığı  məktəbdə oxuyarkən 

Nəriman Nərimanov bu şəhəri ziyarət 

edir. Məktəbin əlaçı şagirdi olan Maq-

sud  şeir oxumaq üçün kürsüyə  çıxır. 

Oxuduğu şeirlər Nərimanovun çox xo-

şuna gəlir. Nərimanov sonralar həmin 

şeirlərin üçünü 21 dekabr 1921-ci ildə 

“Kommunist” qəzetində  dərc etdirir. 

Bir müddət sonra Maqsud Şeyxzadə 

Ağdaşdan Bakıya yola düşür. Bakı 

Pedaqoji Məktəbində o vaxtların iki 

sevilən müəllimi dərs deyirdi - Hü-

seyn Cavid və Abdulla Şaiq... Maq-

sud onlardan vətən eşqi, millət eşqi, 

ədəbiyyat eşqi və türklüyün gerçək 

üzünü öyrənir. Sonralar Özbəkistanda 

yaşayanda “Mirzə Uluqbəy”  əsərini 

qələmə alarkən Hüseyn Cavidin ona 

olan təsirlərindən də söz açır. Məktəbi 

bitirər-bitirməz Dərbəndə göndərilir. 

Orada həm müəllimlik edir, həm də 

şeirlər yazır. Qəzetlərdə “Azad dağlar 

qızına”, “Şeyx  Şamil”, “Bu axşam” 

və “Sahildə” adlı  şeirləri dərc olunur. 

Dərbənddə yaşamasına baxmayaraq, 

tez-tez Bakıya gəlir. Həm Bakı Pedaqoji 

İnstitutunda oxuyur, həm də Mayakovs-

ki, Nazim Hikmət kimi şairlərlə tanış 

olur. 1927-ci ili Maqsud Şeyxzadənin 

qaranlıq illərinin başlanğıcı saymaq 

olar. Dağıstanın Sovet İttifaqına daxil 

olub-olmaması mövzusunda aparılan 

müzakirələrin  ən fəal iştirakçılarından 

biri də Maqsud Şeyxzadə olur. Çox keç-

mir ki, Stalinin cəlladları tərəfindən ya-

xalanır və milliyyətçi damğası ilə həbsə 

atılır. Sonra isə sürgün edilir. Maqsud 

Şeyxzadəyə türklüyün odlu, alov-

lu müdafiəçilərinin yaşadığı Krım və 

Qafqaza getmək qadağan olunur. Atası 

onu Özbəkistanın paytaxtı Daşkəndə 

göndərir. Maqsud Şeyxzadə Daşkənddə 

ətrafına özü kimi düşünən insanları 

toplayır və mübarizəsini davam etdirir. 

1952-ci ildə yenidən millətçilikdə gü-

nahlandırılaraq həbs edilən və 25 il həbs 

cəzası alıb Sibirə göndərilən şairin ana-

sı, Stalinin vəfatından sonra SSRİ Ali 

Sovetinin Rəyasət Heyətinə oğlunun əfv 

olunması üçün məktub göndərir. 1954-

cü ildə  Məqsud azad olunur. Kitabları 

həm özbəkcə, həm də türkcə nəşr edi-

lir. “Mirzə Uluqbəy” adlı  əsəri ekran-

laşdırılır. Maqsud Şeyxzadənin əsərləri 

sonuncu dəfə 1971-1974-cü illərdə altı 

cild şəklində nəşr olunmuşdur.

Maqsud  Şeyxzadə 1967-ci ildə 

Daşkənddə vəfat etmişdir. 




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   395   396   397   398   399   400   401   402   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin